İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   ...   6   7   8   9   10   11   12   13   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

24

4. YEKUNLAR VƏ 

TÖVSİYƏLƏR

Aparılmış  araşdırmalar  əsasında  aşağıdakıları  qeyd  etmək 

olar:

•  Hesabatda  Azərbaycan  Respublikasının  fiziki-coğrafi, 



təbii və su ehtiyatlarından, iqlim və onun əsas ünsürləri 

haqqında qısa məlumat verilmişdir. Qeyd edilmişdir ki, 

Yer kürəsində 11 iqlim tipi məlumdur, onlardan 8 tipinin 

oxşarları ölkənin ərazisində vardır.

 

Azərbaycan  Respublikasının  hava  temperaturunun 



rejimi  və  ərazi  üzrə  paylanma  qanununauyğundur 

və  bu  daxil  olan  hava  kütlələrinin  xüsusiyyətindən, 

ərazinin  relyefindən  və  Xəzər  dənizinin  ayrı-ayrı 

rayonlara yaxınlığından asılı olaraq formalaşır. Havanın 

orta  illik  temperaturu  Kür-Araz  ovalığında,  Abşeron 

yarımadasından  cənubda  yerləşən  sahilboyu  zonada, 

o  cümlədən  Lənkəran  ovalığında  14-15°C  təşkil 

edir.  Ölkə  ərazisində  hava  temperaturunun  mütləq 

maksimum  (+46°C)  və  minimum  (-32°C)  müşahidə 

olunur.  Ölkədə  hava  temperaturu  regionlardan  və 

onlarda  olan  relyefdən  asılıdır.  Xəzər  dənizi  də  hava 

temperaturunun  formalaşmasına  öz  təsirini  göstərir, 

sahilboyu regionlarda yay aylarında hava temperaturu 

nisbətən aşağı düşür, qışda isə qalxır.

 

Atmosfer  yağıntıları  əsasən  hava  kütlələrinin  əraziyə 



müdaxiləsi ilə əlaqədardır.

 

Son  onilliklərdə  ölkədə  təbii  risklərin  və  baş  verən 



fəlakətlərin  sayı  xeyli  artmışdır.  Bu  fəlakətlər  təbii  və 

antropagen səbəblərdən baş verir. Axırıncı illərdə yay 

aylarında  istinin  çox  olması,  qışın  isə  xeyli  mülayim 

müşahidə  edilməsi  Yer  kürəsində  iqlim  dəyişmələri 

ilə  bağlıdır.  Yay  aylarında  havanın  xeyli  isti  olması 

regionlarda  və  əsasən  iri  şəhərlərdə  insanların 

sağlamlığına  və  onların  iş  qabiliyyətinə  ciddi  təsir 

göstərir.  Yay  aylarında  güclü  istilər  kənd  təsərrüfatına 

ciddi zərər vurur və nəticədə məhsulun azalması baş 

verir.


 

Azərbaycanın  Xəzər  sahilləri  boyu  yerləşmiş 

bölgələrində  dənizin  səviyyəsinin  qalxması  ilə  bağlı 

əhəmiyyətli  dəyişkənlik  müşahidə  olunur.  1998-cı 

ildən  2005-ci  ilədək  dənizin  səviyyəsi  zəif  sürətlə 

artmaqdadır. Bunun nəticəsində həm sahil zonasını su 

basır, həm də sahil zonasında yeraltı suların səviyyəsi 

qalxır, bataqlaşma və şoranlaşma prosesləri gedir.

 

Son  oniliklərdə  respublikamızın  ərazisində  kiçik  dağ 



çaylarında  sel  və  daşqınların  sayı  və  gücü  artmışdır. 

Bu da ərazilərdə aylıq yağış normalarının bir neçə gün 

ərzində düşməsi ilə bağlıdır. 2003 və 2010-cu illərdə Kür 

və  Araz  çaylarının  daşması  nəticəsində  çoxlu  kəndlər 

dağılmış,  əkin  sahələri  və  mal-qara  tələf  olmuşdur. 

2012-ci ildə Zaqatala rayonunda qeyd edilən 7 ballıq 

zəlzələ nəticəsində xeyli dağıntılar olmuşdur.

•  Azərbaycan  Respublikasında  iqlim  dəyişmələrinin 

tendensiyaları  və  gələcək  iqlim  dəyişikliyi  məsələləri 

araşdırılmışdır.  Tədqiqatlar  göstərilmişdir  ki,  100 

illik  müşahidələr  dövründə  ölkə  ərzində  havanın 

temperaturu  0,5-0,6°C  artmış,  1961-1990  illərdə 

temperatur  artımı  daha  yüksək:  0,3-0,6°C  olmuşdur. 

Ümumilikdə  bütün  ərazidə  istiləşmə  baş  verməsinə 

rəğmən bu proses ölkənin müxtəlif coğrafi ərazilərində 

müxtəlif olmuşdur. 

 

Ölkə  ərazisində  gələcəkdə  proqnozlaşdırılan  iqlim 



dəyişmələri  qiymətləndirilmişdir.  Bu,  cürbəcür 

modellərin  istifadəsi  nəticəsində  mümkün  olmuşdur. 

Baxılan modellərin istifadəsi göstərmişdir ki, atmosferdə 

CO2  miqdarının  iki  dəfə  artması  ilə  əlaqədar  əsrin 

sonunda aşağıda qeyd edilən hadisələr baş verə bilər: 

orta illik temperature 2˚C arta bilər; qış yağıntıları 15-

21%, yaz və payız yağıntıları regionlardan asılı olaraq 

9-17% artacaq, yay yağıntıları isə 40%-ə qədər azala 

bilər;  su  resurslarının  5,7-7,7  km3-ə  aşağı  düşməsi 

gözlənilir və s.

 

BMT-nin  iqlim  dəyişmələri  haqqında  Çərçivə 



Konveksiyası üzrə İkinci Milli Hesabatına əsasən əsasən 

verilən  ssenariyasına  görə  2021-2050  illərdə  ölkədə 

1961-1990-ci  illərə  nisbətən  orta  illik  temperaturların 

1,5°C-1,6°C, yağıntıların isə 10-20% artması gözlənilir. 

 

Aparılan hesablamaların nəticəsində məlum olmuşdur 



ki,  iqlim  dəyişmələri  ilə  əlaqədar  Xəzər  hövzəsinin 

rütubətliliyi  arta  bilər,  bu  isə  yaxın  illərdə  onun 

səviyyəsinin  26,0-25,0  m  intervalda  dəyişə  bilər. 

Aparılmış  hesablamalar  nəticəsində  məlum  olmuşdur 

ki,  Xəzər  dənizinin  səviyyəsinin  1,5  m  əlavə  qalxması 



AZƏRBAYCAN

25

sahil ərazilərinin 87,7 min ha sahəsi su altında qala bilər. 

2030-cu ildə isə 136,2 min ha su altında qala bilər və 

bu ölkənin ümumi sahəsinin 1,6 %-ni təşkil edəcəkdir.

•  İqlim  dəyişkənliyi  qarşısında  zəiflilik  məsələləri 

araşdırılmışdır.  Son  iki  onilliklərdə  Azərbaycan 

Respublikasının  ərazisində  güclü  sel  və  daşqınlar 

ölkəmizin  tarixində  görünməmiş  fəsadlar  törətdi, 

onlarla  yaşayış  məntəqəsini,  kənd  və  qəsəbələrini 

dağıldı,  minlərlə  hektar  əkin  sahəsini  məhv  etdi. 

Fövqəladə  Halların  təhlili  göstərir  ki,  böyük  dağıntılar 

və  təlafat  əsasən  dayanıqlığı  zəif  olan  sahələrdə 

baş  verir.  Müşahidələr  göstərmişdir  ki,  qeyd  edilən 

ekstrimlərin  qarşısında  ən  çox  zəif  olan  qruplar  sel, 

daşqın  torpaqların  sürüşmələri  və  seysmik  zonalarda 

köhnə  evlərdə  yaşayan  əhalidir.  Məsələn,  2010-cu 

ilin  daşqınlarında  dağılan  3500  yaşayış  evinin  70%-i 

çiy  kərpiclə  tikilmiş  binalar  idi.  Bundan  başqa  SSRİ-i 

dönəmində yerli təbii-coğrafi şəraiti nəzərə alınmadan 

bir tipli layihələr əsasında tikilən 4500-dən çox məktəb, 

yüzlərlə uşaq bağçası, xəstəxana binaları və.s fövqəladə 

hallar zamanı ciddi təhlükə mənbəyi kimi həmişə qorxu 

narahatlıq doğurur. 

 

İqtisadiyyatımız  möhkəmləndikcə  bu  sahəyə  vəsait 



qoyuluşu ildən ilə artırıldı. Son bir neçə il ərzində dövlət 

vəsaiti  və  Heydər  Əliyev  Fondu  hesabına  2  min  yeni 

məktəb  və  uşaq  bağçaları,  yüzlərlə  xəstəxana  və  s. 

tikilib istifadəyə verilmiş, köhnə binaların əsaslı təmir və 

yenidənqurma işləri aparılmışdır.

 

Azərbaycan Respublikasında dövlətin əhaliyə qayğısının 



ən  mühüm  göstəricilərindən  biri  adamların  fəlakət 

hallarında  mühafizəsinin  və  əminamanlığının  təşkil 

edilməsidir. 2005-ci ildən respublikada mühafizə sistemi 

yenidən  qurulmuşdur  və  Fövqaladə  Hallar  Nazirliyi 

təşkil olunmuşdur. Qısa müddətdə respublikanın bütün 

regionlarında  təşkilatı  strukturun,  mükəmməl  kadr 

potensialı,  güclü  maddi-texniki  və  təlim-tədris  bazası 

yaradılmışdır. FHN bu gün Azərbaycan xalqının, onun 

iqtisadiyyatının fövqəladə hallardan mühafizəsinin tam 

təşkilatı qarantıdır.

•  İqlim dəyişmələrinin sektorlarına təsirləri araşdırılmışdır. 

Layihə  çərçivəsində  yaranan  milli  şəbəkə  üzvləri 

tərəfindən  seçilib  və  razılaşdırılan  sektorlar  müəyyən 

edilmişdir:  su  ehtiyatları,  kənd  təsərrüfatı,  Xəzəryanı 

ərazilər  və  insan  sağlamlığıdır.  Hər  sektorun  müasir 

vəziyəti,  iqlim  dəyişmələrinin  təsirlərinin  zavallılıqları, 

tövsiyələr  və  uyğunlaşma  tədbirləri  haqqında  ətraflı 

məlumat  verilmişdir.  İqlim  dəyişmələri  barədə  ölkədə 

məlumatlılıq, fəlakət riskinin azalması üzrə milli siyasət 

çərçivələri,  respublikada  bu  sahədə  qəbul  edilmiş 

normativ  sənədlər,  beynəlxalq  proqramlarda  iştirak 

edilməsi  və  ətraf  mühitə  dair  ölkədə  qanunvericilik 

haqqında məlumat verilmişdir.

•  İqlim və risklərin monitorinqi və respublikada aparılan 

bu  sahədə  tədqiqat  işlərinin  nəticələri,  regional  iqlim 

dəyişkənliyi  və  fəlakət  riskinin  azaltma  təşəb-büs-ləri 

araşdırılmışdır.

•  İqlim  dəyişkənliyi  problemin  həllində  Vətəndaş 

Cəmiyyətinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 

rolu; elm, dövlət və Vətəndaş Cəmiyyəti arasında bilgi 

paylaşmanın əhəmiyyəti göstərilmişdir.

 

Aparılan  tədqiqatlar  göstərmişdir  ki,  Azərbaycan 



Respublikası  iqlim  dəyişmələri  və  təbii  fəlakətlər 

qarşısında zəifdir. Buna görə də qərar çıxaran yüksək 

vəzifəli  şəxslər,  qeyri-formal  liderlər  və  Vətəndaş 

Vəmiyyətinin  təşkilatları  iqlim  dəyişmələrə  adaptasiya 

sahəsində  razılaşdırılmış  səylər  sərf  etməlidirlər  ki, 

gələcəkdə də respublikamız inkişaf etsin və çiçəklənsin. 

Aşağıda iqlim dəyişmələri sahəsində fəaliyyət göstərən 

yüksək vəzifəli şəxslər, qeyri-formal liderlər və Vətəndaş 

Cəmiyyətinin təşkilatları üçün tövsiyələr təqdim olunur.

4.1 QƏRAR ÇIXARAN YÜKSƏK VƏZIFƏLI ŞƏXSLƏR VƏ QEYRI-FORMAL 

LIDERLƏR ÜÇÜN BAŞLICA TÖVSIYƏLƏR:

•  İqlim  dəyişmələri  ilə  əlaqədar  əsas  diqqət  effektiv 

adaptasiya 

tədbirlərinin 

həyata 

keçirilməsinə 



yetirilməlidir;

 

Məsələn, bərpa olunan enerji mənbələrindən (günəş, 



külək, yeraltı termik sular və s.) istifadəsinin artırılması; 

su resurslarından səmərəli istifadə edilməsi; suvarmada 

müasir üsulların (damcı suvarma və s.) istifadəsi; dənizin 

və çayların səviyyəsinin qalxmasına qarşı sahilbərkidmə 

işlərinin aparılması və s.

•  Dövlət  orqanları  və  müxtəlif  sektorlar  arasında 

qarşılıqlı əlaqələrin və bu sahədə koordinasiya işlərinin 

gücləndirilməsi vacibdir;

•  İqlim  dəyişmələri  ilə  əlaqədar  məlumatların  əldə 

edilməsini təmin etmək vacibdir;

•  Bu  sahədə  qanunvericiliyin  təkmilləşdirilməsi  və  ona 

riayət edilməsi təmin edilməlidir;

•  Bu sahədə elm, dövlət xadimləri və ictimayət arasında 

daim əlaqələr olmalıdır;  




İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

26

•  Ekstrimal hadisələr zamanı qərarın çıxarılması zamanı 

zəif qrupların da iştirakı təmin olunmalıdır;

•  İqlim dəyişmələri problemi məsələsi həm orta, həm də 

ali təhsil proqramlarına əlavə edilməlidir;

•  Bu  sahədə  həmsərhəd  ölkələrlə  əməktaşlığın 

gücləndirilməsi vacibdir; 

•  Ekstrimal  hadisələr  zamanı  effektiv  erkən  xəbərdarlıq 

sisteminin fəaliyyəti vacib rol oynayır;

4.2 VƏTƏNDAŞ CƏMIYYƏTI ÜÇÜN BAŞLICA TÖVSIYƏLƏR

•  QHT-ları  bu  sahədə  işləyən  digər  təşkilatlarla 

əməkdaşlığı və əlaqələri gücləndirməlidirlər; 

•  Bu sahədə qanunvericiliyin hazırlanmasında fəal iştirak 

etmək;


•  İqlim dəyişmələri ilə əlaqədar adaptasiya tədbirləri üzrə 

həm  proqramların,  həm  də  bu  sahədə  strategiyanın 

hazırlanmasında QHT-ların iştirakı vacibdir; 

•  Bu sahədə maarifçilik-təbliğat işləri gücləndirilməlidir;

•  Təbii fəlakətlərə qarşı tədbirlərin hazırlanmasında QHT-

ın iştirakı təmin olunmalıdır;

•  İqlim  dəyişmələri  və  təbii  fəlakətlər  zamanı  zəif  olan 

qrupların tələblərinin öyrənilməsi üçün onlarla əlaqələr 

yaradılmalıdır;

•  QHT-ları ictimayətin məlumatlandırılması üçün Kütləvi 

İnformasiya Vasitələri ilə əlaqələri gücləndirməlidirlər;

•  QHT-ları bu sahədə regional və beynəlxalq əməktaşlığı 

gücləndirməlidirlər.



AZƏRBAYCAN

27

MƏNBƏLƏR 

  1.  Климат Азербайджана, Изд-во АН Азербайджанской 

ССР, Баку, 1968.

  2.  Azərbaycan  Respublikasının  Coğrafiya  Atlası, 

Azərbaycan  Respublikası  Dövlət  Geodeziya  və 

Xəritəçəkmə Komitəsi, Bakı, 1999.

  3.  Агроклиматический 

Атлас 

Азербайджанской 



республики, Баку, 1993.

  4.  Мамедов  Р.Г.,  Ибад-заде  Ю.А.    Водное  хозяйство 

Азербайджана и его перспективы, Баку, 1990

  5.  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi,       

http: //www.azstat.dov.az

  6.  İPCC: Climate Change (2007), http: //www. ipcc.ch/last 

assessed in april 15, 2010.  

  7.  http: //www.CRED/em-data /cantry Profil/  

  8.  Azərbaycan  Respublikasının  İqlim  dəyişmələri  üzrə  I 

Milli Məlumat, Bakı, 2000.

  9.  Azərbaycan  Respublikasının  İqlim  dəyişmələri  üzrə  II 

Milli Məlumat, Bakı, 2010.

10.  İqlim  dəyişmələri  və  ekoloji  stabillik,  “Avrasiya  Press” 

Bakı, 2011.

11.  Qlobal 

istiləşmə 

problemləri, 

Azərbaycan 

Respublikasının Prezidentinin işlər idarəsi, http: //www. 

ecostyle az.

12.  The UNESCO strategy for action on Climate change, 

2011.


13.   Suleynanov G.  Qlobal İqlim Dəyişmələri: Ətraf mühit 

və təhlükəsizlik http: //www. cesd.az /new/ wp-content 

/uploads/ 2012.

14.  Рустамов  С.Г.,  Кашкай  Р.М.  Водные  ресурсы 

Азербайджанской ССР,    Изд-во Элм, Баку, 1989.

15.  Мамедов  Р.Г.,  Гаджиев  Б.В.  Энергоемкость 

орошения, Баку, 1997.

16.  Ölkələrin  və  xalqların  fəlakətə  qarşı  dayanıqlığını 

təmin  etmək  :  HYOQO  Fəaliyyət  Proqramının  layihə 

üzrə  bukleti,  “Fövqəl”  Assosiyasiyası,    Azərbaycan 

Respublikası.

17.  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İllik hesabatları, 

Bakı, 2012-2013.

18.  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-

na  Dövlət  Dəstəyi  Şurası,  2012-ci  ildə  maliyyələşən 

layihələr , “QHT Nəşriyyatı” Bakı, 2012.

19.  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-

na  Dövlət  Dəstəyi  Şurası,  2013-cü  ildə  maliyyələşən 

layihələr , “QHT Nəşriyyatı” Bakı, 2013.

20.  QHT-lər  iqlim  dəyişikliklərinin  təsiri  ilə  bağlı  birgə 

fəaliyyətə  qərar  verdilər,  http:  //www.  qht  xeber.  az 

//23.12.2010.

21.  Məhərrəmov A.A. Ekoloji təhlükəsizliyin beynəlxalq və 

dövlətdaxili hüquqi aspektləri, Bakı, 2010.

22.  Геология  Азербайджана  том  VIII  Гидрогеология  и 

инженерная геология, Баку изд-во «Nafta - Press», 

2008

23.  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, www.



mfa.gov.az


İQLIM DƏYIŞMƏLƏRI QARŞISINDA 

ZƏIFLIYIN MILLI SƏVIYYƏDƏ 

QIYMƏTLƏNDIRILMƏSI

AZƏRBAYCAN

İQLIM DƏYIŞMƏLƏRI QARŞISINDA ZƏIFLIYIN MILLI SƏVIYYƏDƏ 



QIYMƏTLƏNDIRILMƏSI

İQLIM DƏYIŞMƏLƏRI QARŞISINDA ZƏIFLIYIN MILLI 

SƏVIYYƏDƏ QIYMƏTLƏNDIRILMƏSI

AZƏRBAYCAN

Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə