İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   ...   6   7   8   9   10   11   12   13   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

22

Şəkil 3.3. AzQAC-nin ilk təşkilatlarının sayı [17].

Şəkil 3.4. AzQAC-nin üzvlərinin sayı [17]

•  Gənclərin  və  könüllülərin  həyata  keçirilən 



layihələrə cəlb edilməsi;

 

Bu  layihələr  xüsusilə  qan  donorluğu,  ilk  yardım  və 



fəlakətlər  zamanı  zərərçəkmiş  insan-  lara  zəruri 

yardımların edilməsində könüllülərin iştirakı ilə bağlıdır.

Könüllülərin sayı 23792 nəfərə çatmışdır (şəkil 4.5).

Şəkil 3.5. AzQAC-nin könüllülərinin sayı [17].

•  Silahlara qarşı mübarizə;

 

Bu  sahədə  AzQAC  Respublikada  silahların  (minalar, 



müharibənin partlayici qalıqları - MPQ) mülki əhali üçün 

yaratdığı  humanitar  problemlərin  həllində  fəaliyyət 

göstərir.  ANAMA  təşkilatı  ilə  bu  sahədə  əməkdaşlıq 

edilir [18].

•  Miqrasiya sahəsində;

 

Qaçqın və məcburu köçkünlərin problemlərini qismən 



də  olsa  aradan  qaldırılır,  onlara  lazım  olan  köməklik 

imkan daxilində həyata keçirilir.

•  Fandreyzinq və gəlir gətirmə sahəsində;

 

Bu  işlər  AzQAC  maliyyə  bazasının  gücləndirilməsi  və 



maliyyə  mənbələrinin  artırılması  məqdəsilə  həyata 

keçirilir.Bakı  şəhərində  fəaliyyət  göstərən  müxtəlif 

obyektlərdə  16  ədəd  ianə  qutusu  yerləşdirilmişdir  və 

il ərzində onlardan cəmi 18416,60 manat məbləğində 

pul  vəsaiti  toplanaraq  Cəmiyyətin  kassasına  mədaxil 

edilmişdir

•  2013-cü ildən AzQAC İqlim dəyişikliyinə Adaptasiya 

dair “Şərq ölkələrinin Forumu” layihəsində iştirak 

etməklə, yeni sahədə fəaliyyətə başladı.

 

Bu layihə əsasən Avropa Birliyi tərəfindən maliyyələşdirilir 



və Avstriya Qızıl Xaç Təşkilatı tərəfindən həyata keçirilir. 

Layihənin  əsas  məqsədi  iqlim  dəyişmələri  sahəsində 

tərəfdaş  ölkələrdə  mövcud  vəziyyətin  öyrənilməsi 

və  aparılan  tədqiqatların  təhlili.  Layihədə  altı  ölkə 

(Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova 

və Ukrayna) iştirak edir.Keçirilən layihənin çərçivəsində 

Milli  QHT  Forumun  dəstəyi  ilə  Milli  Vətəndaş 

Cəmiyyətinin şəbəkə sistemi yaradıldı, layihədə iştirak 

edən  QHT-lərlə  Anlaşma  Memorandumu  bağlanıldı, 

baxılan  problemi  üzrə  QHT-nin  məlumatlandırılması 

üçün  buklet  hazırlanmışdır  və  çap  edilmişdir.  QHT-

lər  üçün  Bakıda  Paradise  oteldə  26-27.09.2013-

cü  ildə  respublikanın  iqlim  dəyişikliyi  üzrə  aparıcı 

ekspertlərin iştirakı ilə iki günlük seminar keçirilmişdir.

Baxılan  problemi  üzrə  məktəblər  arasında  rəsm 

müsabiqəsi keçirilmişdir. Müsabiqədə Bakı şəhərindən 

və respublikanın müxtəlif regionlarından 200-dən çox 

rəsm işi daxil oldu. Müsabiqənin nəticələri 05.12.2013-

cü  ildə  Bakıda,  İçərişəhərdə  yerləşən  Abşeron  rəsm 

qalereyasında  təntənəli  şəkildə  yekunlaşdırıldı  və 

onun  qalibləri  müəyyən  olundu.  Sərginin  açılışında 

Avstriyanın  Azərbaycandakı  səfirliyinin  və  Beynəlxalq 

Qızıl Xaç Cəmiyyətinin nümayəndələri iştirak ediblər.Bu 

tədbirin əsas nəticələri o olubdur ki, biz iqlim dəyişikliyi 

probleminə uşaq gözü ilə baxa bildik.

Son  zamanlar  respublika  rəhbərliyinin  müvafiq  göstərişi 

ilə  bütün  əlaqədar  təşkilatlar,  o  cümlədən  Azərbaycan 



AZƏRBAYCAN

23

Qızıl  Aypara  Cəmiyyəti  Azərbaycanda  baş  vermiş  təbii 

fəlakətlərdən zərər çəkmiş insanlara yardımların edilməsində 

fəal iştirak edir.



3.4.3. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 

tərəfindən respublikanın Şimal bölgəsində 

başvermiş təbii fəlakətlərdən zərər çəkmiş 

insanlara yardımların edilməsi

Son  illərdə  Azərbaycanda  müxtəlif  fəlakətlər  baş  verib: 

daşqın, sel, zəlzələ, yanğın və s.

AzQAC  tərəfindən  baş  vermiş  təbii  fəlakətlərdən  zərər 

çəkmiş insanlara yardım etmişdir. 2012-ci ildə 7 və 18 may 

ayında  Azərbaycanın  Şimal  bölgəsində  xüsusilə,  Zaqatala, 

Qax  rayonlarında  7,0  və  7,5  bal  gücündə  zəlzələlər  baş 

vermiş və əmələ gəlmiş sürüşmə nəticəsində bir çox fərdi 

evə ziyan dəymişdir.

21.05.2012-ci  ildə  baş  vermiş  hadisələrdən  dərhal  sonra 

AzQAC  tərəfindən  Zaqatalada  fövqəladə  vəziyyətin 

qiymətləndirilməsinə dair zona müşavirə keçirilmişdir.

Öz  missiyası  çərçivəsində  Milli  Cəmiyyətin  prezidentinin 

sərəncamı ilə fövqəladə hallar üzrə işçi heyəti və könüllüləri 

zəlzələ  zonasında  olmuş,  Cəmiyyətin  imkanları  daxilində 

zərərçəkmiş  400  nəfərdən  ibarət  olan  100  ailəyə  ilkin 

humanitar yardım edilmişdir. 18.05.2012-ci ildə Zaqatalada 

olan  7,5  bal  gücündə  ikinci  zəlzələdən  sonra  AzQAC 

tərəfindən  təbii  fəlakətdən  ən  çox  zərərçəkmiş  3473 

nəfərdən ibarət 700 ailənin siyahısı və dağılmış evlərin sayı 

müəyyən etmişdir.

AzQACzərərçəkənlərə  humanitar  yardım  üçün  Beynəlxalq 

Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının 

“DREF” fonduna müraciət etmiş və 700 ailəlik yardım üçün 

vəsait alınmışdır. 2012-ci ilin iyul ayı ərzində Cəmiyyətin işçi 

heyəti  və  könüllüləri  Zaqatala  rayonunda    5  kəndi  əhatə 

edərək 2356 nəfərdən ibarət 450 ailəyə, Qax rayonunda 5 

kəndi əhatə edərək1117 nəfərdən ibarət 250 ailəyə ərzaq 

və qeyri-ərzaq malları ilə humanitar yardım göstərmişdir.

3.5. BILGI PAYLAŞMANIN ƏHƏMIYYƏTI: ELM, DÖVLƏT VƏ VƏTƏNDAŞ 

CƏMIYYƏTI

Azərbaycan Respublikasında iqlim dəyişmələrinin qarşısının 

alınmasına,  davamlı  inkişafa  yönəldilmiş  fəaliyyət  dövlət 

siyasətinin əsas istiqamətlərindəndir.

Bu sahədə işlər Azərbaycan Respublikasının və beynəlxalq 

qurumların: BMT-nin, ATƏT-in, YUNESKO-nun və s. maliyyə 

dəstəyi  ilə  yerli  və  beynəlxalq  layihələrin  çərçivəsində 

həyata  keçirilir.  Bu  sahədə  işləri,  əsaən,dövlət  qurumları 

ETSN, SEN və ARDNŞ tərəfindən aparılır. Bütün irimiqyaslı 

layihələrdə,  məsələn,  BMT-nin  İqlim  Dəyişmələri  üzrə 

Çərçivə Konveksiyasına Milli Məlumatların hazırlanmasında 

və  müzakirəsində  respublikanın  aparıcı  nazirliklərin 

mütəxəssisləri ilə bərabər aparıcı elmi-tədqiqat institutlarının 

və QHT-larının nümayəndələri də iştirak edirlər.

Respublikamızda və dünyada iqlim dəyişmələri üzrə geniş 

məlumat  son  zamanlarda  Bakıda  keçirilən  beynəlxalq 

konfranslarında,  sərgilərində,tədbirlərində,  KİV-də  verilib. 

Məsələn,  2013-cü  ilin  sentyabr  ayında  Bakı  şəhərində 

Avropa  və  respublikanın  aparıcı  mütəxəssislərinin  iştirakı 

ilə  keçirilən  beynəlxalq  seminarda  bu  sahədə  Avropa 

təcrübəsindən və  respublikamızda  aparılan işlər haqqında 

ətraflı  məlumat  verilmişdir.  2013-cü  ilin  noyabr  ayında 

Bakıda keçirilən “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” IV 

Beynəlxalq Ətraf Mühit Sərgisində bizim layihə çərçivəsində 

respublikanın aparıcı nazirliklərinin mütəxəssisləri ilə (ETSN, 

SEN,  ARDNŞ  və  b.)  görüşlər  keçirilmişdir  və  lazım  olan 

məlumatlar alınmışdır.

Respublikamızda son zaman yayım media iqlim dəyişmələri 

barədə  təbliğat  və  maarifləndirmə  işlərini  gücləndiriblər.

Bu  da  2010-cu  ildə  Bakı  şəhərində  UNESKO-nun  dəstəyi 

əsasında yayım mediasında çalışan jurnalistlər və tələbələr 

üçün xüsusi təlim-seminarın təşkilindən sonra baş verdi.

Bu  seminar  UNESKO  üzrə  Azərbaycan  Milli  Komissiyası, 

Azərbaycan  Mətbuat  Şurası  və  UNESKO-nun  “İnsan  və 

Biosfer” (MaB) Milli Komitəsi tərəfindən həyata keçirilmişdir. 

Üç  gün  davam  edən  seminarda  respublikanın  bu  sahədə 

aparıcı mütəxəssisləri çıxış ediblər. Jurnalislər üçün yardımçı 

vəsait:“İqlim  dəyişmələri  və  ekoloji  stabillik”  məlumat 

kitabçası  hazırlanmış  və  dərc  olunmuşdur  (Bakı,  “Avrasiya 

Press”, 2011,104 səh.).




Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə