İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

12

Məlumdur  ki,  Azərbaycan  Respublikası  ərazisinin  böyük 

hissəsi isti ehtiyyatları ilə yaxşı təmin olunan ölkədir. Lakin 

atmosfer  yağıntıları  miqdarının  yetərincə  olmaması  və  il 

ərzində  qeyri-bərabər  paylanması,  kənd  təsərrüfatında 

xeyli problemlər yaradır. Bunun nəticəsidir ki, ölkədə istehsal 

olunan  kənd  təsərrüfatı  məhsullarının  85-90%-i  suvarılan 

torpaqların payına düşür. Hesablamalar göstərir ki, mümkün 

buxarlanma 15%-ə qədər arta bilər. Lakin yağıntıların eyni 

zamanda 10-20% artması nəticəsində vegetasiya dövründə 

rütubət çatışmazlığı (iqlim suvarma norması) baza dövrünə 

nisbətən 85-260 mm azala bilər.

İqlim dəyişmələrinin kənd təsərrüfatma təsiri təhlil edilərkən 

dəniz  sahili  ərazilərdə  də  yağmurlarm  artmasının  40%-

dən  artıq  olmadığı  qəbul  edilə  bilər.  Bu  zaman  hava 

temperaturunun  artmasına  uyğun  olaraq  mümkün 

buxarlanma da artaraq ölkə ərazisinində illik iqlim suvarma 

normasının miqdarmı baza dövrünə nisbətən 40-180 mm, 

veqetasiya dövründə isə 20-100 mm-dək artıracaqdır.

2.2.2. İqlim dəyişkənliyinin kənd 

təsərrüfatı sahələrinə təsirləri və 

zavallılıqlar

Pambıq.  Pambıq  ölkənin  aparıcı  kənd  təsərrüfatı 

bitkilərindən  biridir.  Lakin  son  illərdə  pambıq  altında  olan 

sahələr  xeyli  azalmışdır.  Məsələn,  1985-ci  illə  müqaisədə 

2006-cı ildə pambıq tarlalarının sahəsi 3 dəfə azalaraq 102,8 

min ha təşkil etmişdir. Məhsuldarlıq isə 2 dəfə azalaraq 13 

sent/ha olmuşdur.

2021-2050-ci illərdə veqetasiya qövründə isti ehtiyatlarının 

450°C-dək  və  havanın  tem-peraturu  10°C-dən  yüksək 

olan dövrün davamiyyətinin 10-15 gün artması bu sahəyə 

müsbət  təsir  göstərə  bilər.  Belə  ki,  hazirda  becərilən 

ortayetişən  sortlar  daha  keyfiyyətli  uzunlifli  gecyetişən 

sortlarla  əvəz  edilə  bilər.Vegetasiya  dövründə  rütubət 

catışmazlığınin azalması məhsuldarlığın artmasına kömək 

edəcəkdir.



Payızlıq  buğda.  2021-2050-ci  illərdə  iqlimin  istiləşməsi 

nəticəsində  taxılçılığm  ənənəvi  rayonlarında  bitkilərin 

mümkün  vegetasiya  dövrünün  (  hava  temperaturunun 

5°-dən  yüksək  olan  dövrün  davamiyyəti)  davamiyyətinin 

uzanması  və  eyni  zamanda  bitkilərin  faktiki  vegetasiya 

dövrünün 10-15gün azalması gözlənilir. Bu da daha geniş 

sahələrdə  buğdanı  istehsal  etməyə  imkan  verəcək.  Digər 

tərəfdən taxılçılığın ənənəvi rayonlarında taxılın tez yığılması 

bu sahələrdən təkrar əkin nəticəsində (yem, bostan bitkiləri, 

göyərti  və  s.)  ildə  2-3  məhsul  yığmaq  və  bununla  da 

əkinçiliyin səmərəliyini artırmağa imkan verəcək.

Üzüm.  Baza  dövründə  vegetasiya  dövrünün  termik 

şəraitinə uyğun olaraq üzümçülüyun yuxarı sərhəddi 1100-

1300 m yüksəkliklərindən keçsə də, kütləvi şəkildə sənaye 

əhəmiyyətli  üzümlüklər  800-900m-lik  yüksəkliklərədək 

salınmışdır. Qarşıda duran hər iki dövrdə iqlimin istiləşməsi 

üzümçülüyün  arealını  dağlara  doğru  genişləndirməyə 

imkan yaradacaq.

2021-2050-ci  illərdə  sənaye  əhəmiyyətli  üzümlüklərin 

sərhədləri regiondan asılı olaraq 200-450m dağlara doğru 

yüksələ bilər.

Atmosfer  yağıntılarının  artması  nəticəsində  məhsuldarlığın 

da artmasını gözləmək olar. 



Qışlaqlar.  Baxmayaraq  ki  gözlənilən  iqlim  dəyişmələri 

qışlaqlar üçün kifayət qədər əlverişli olacaq, onların sahəsi 

nəinki genişlənə, hətta azala bilər. Bunun da əsas səbəbləri 

bu  ərazilərdə  torpaq  eroziyasının  inkişafı  və  torpaqların 

əkinçilikdə istifadə üçün mənimsənilməsidir.

Hazırda  ölkəərazisində  olan  qişlaqların  məhsuldarlığı  təbii 

rütubətlənməşəraitindən  asılıdır.  Bu  səbəbdən  gələcəyin 

də  məhsuldarlığını  gözlənilən  atmosfer  yağıntılarının  təsiri 

altında dəyişməsi təhlil edilmişdir.

Yağıntıların artması nəticəsində qışlaqların məhsuldarlığı bir 

qədər arta bilər. 

Yaylaqlar. İqlimin istiləşməsi nəticəsində yaylaqların sahəsinin 

genişlənməsinə  imkan  yaranacaq.  Lakin  bu  ərazilərdə 

dəəlverişli torpaqların məhdud olması iləəlaqədar, bu bir o 

qədər də çox olmayacaq. Rütubətli, bəzi yerlərdə isə ifrat 

rütubətli şəraitdə olan bu ərazilərdə yağıntıların gözlənilən 

artımı məhsuldarlığın artmasına az təsir göstərə bilər. Lakin 

onlara antropogen yüklənmə azalmasa, yağıntıların artması 

nəticəsində burada müşahidə olunan eroziya prosesi daha 

da şiddətlənə bilər.

2.2.3. Tövsiyələr

Gözlənilən  iqlim  dəyişmələrinin  mənfi  təsirini  yumşaltmaq 

üçün aşağıdakı uyğunlaşma tədbirləri görülməlidir:

•  ölkənin  ərzaq  təhlükəsizliyini  artırmaq  məqsədilə 

payızlıq  buğdanın  quraqlığa  dayanıqlı  və  yüksək 

məhsuldarlığı  olan  sortların  seleksiya,  introduksiya  və 

təsərrüfata tədbiqi üzrə işlərin davam etdirilməsi;

•  pambığın  istisevər,  quraqlığa  dayanıqlı  və  yüksək 

məhsuldarlığa  malik  olan  sortlarının  seleksiya, 

introduksiya və təsərrüfata tətbiqi üzrə aparılan işlərin 

davam etdirilməsi;



AZƏRBAYCAN

13

•  üzümlüklərin  ənənəvi  rayonlarda  bərpası  və  yeni 

üzümlüklərin  dağ  terraslarında  salınması  ilə  onların 

sahəsinin artırılması;

•  çay  plantasiyalarının  ənənəvi  rayonlarda  bərpası  və 

digər əlverişli ərazilərdə yeni bağların salınması;

•  torpaqların  şoranlaşma  və  eroziyası,  quraqlıq  və  ağ 

yellərə  qarşı  aparılan  meliorasiya  tədbirlərinin  davam 

etdirilməsi və genişləndirilməsi;

•  suvarılan ərazilərdə suya qənaət edən texnologiyaların 

tətbiq edilməsi;

•  kənd  təsərrüfatı  məhsulları  emal  edən  müəssisələrin 

rəqabət  qabiliyyətli  məhsul  istehsalının  artırılması 

məqsədilə dövlət yardımı proqramlarının hazırlanması 

və həyata keçirilməsi;

•  kənd  yerlərində  tez  xarab  olan  məhsullar  üçün  kiçik 

emal müəssisələrinin yaradılması;

•  kənd  təsərrüfatı  məhsulunun  mövcud  saxlama 

sisteminin (anbar, soyuducu və s.) təkmilləşdirilməsi və 

genişləndirilməsi.

2.3. SAHILYANI ƏRAZILƏR

2.3.1. Sahilyanı ərazilərin müasir vəziyyəti

Xəzər  dənizinin  Azərbaycan  sektorunun  sahil  xəttinin 

uzunluğu  850  km-dir,  dəniz  səviyyəsinin  kəskin  qalxması 

zaman  isə  738,1  km  təşkil  etmişdir  (bax  şəkil  2.1.,  2.8.). 

Hazırda dəniz sahilində Respublikanın 10 inzibati rayonunun 

(həmçinin Abşeron yarımadası) ərazisi yerləşir və qeyri-rəsmi 

məlumatlara görə burada 4 milyon əhali məskünlaşmışdır. 

Ölkənin  ən  böyük  şəhərləri  -  Bakı,  Sumqayıt  və  sənaye 

potensialının 75%-dən çoxu Xəzər sahili ərazidə yerləşmişdir.

Xəzər  dənizinin  ən  mühüm  problemi  onun  səviyyəsinin 

dəyişməsi  iləəlaqədar  Xəzərətrafı  ərazilərdə  baş  verən 

hadisələrdir. Səviyyənin tərəddüdlərinin ən əsas səbəbi isə 

dənizin  bilavasitə  su  toplama  hövzəsində  baş  verən  iqlim 

prosessləridir.

Xəzər dənizinin səviyyəsi üzrə mövcud olan məlumatların 

(arxeoloji,  tarixi,  əsri,  çoxil-lik)  təhlili  göstərir  ki,  dənizin 

səviyyəsi son 3,5 min il ərzində -20.00 mBS ilə -34.00 mBS 

(mütləq hündürlüklər) arasında dəyişmişdir.

Səviyyə  tərəddüdləri  üzrə  çoxsaylı  uzunmüddətli 

proqnozların  təhlili  göstərir  ki,  onların  heç  biri  səviyyənin 

dəqiq proqnozunu verə bilmir. Instrumental müşahidələrdən 

(1830-cu ildən) alinmış məlumatlara əsasən dəniz səviyyəsi 

-25.00 və -30.00 mBS intervalında dəyişmişdir. 

Bu  səbəbdən  yuxardakı  səviyyə  qiymətlərini  (-25.00  və 

-30.00 mBS) dənizin yaxın gələcəkdə dəən yuxarı və aşağı 

səviyyə durumu kimi qəbul etmək olar. Qrafikdə dənizin «0» 

səviyyəsi olaraq - 28.00 mBS götürülmüşdür ( bu kəmiyyət 

01.1.1961-ci ildən SSRI-də Xəzər dənizi üçün «sıfır « səviyyə 

olaraq qəbul edilmişdir).

2.3.2. İqlim dəyişmələrinin sahilyanı 

ərazilərə təsiri

Xəzər dənizinin səviyyəsinin 1978-ci ildən bu günə qədər 

davam  edən  ümümi  qalxması  nəticəsində  ölkə  üzrə 

subasma sahəsi təqribən 500 km

2

 təşkil edir və 50 yaşayış 



məntəqəsi, 250 sənaye müəsisəsi, 60 km avtomobil yolları, 

10  km  dəmir  yolu  xətti,  40  min  ha  qış  otlaq  əraziləri,  10 

min ha suvarılan torpaqlar, 200 min nəfərlik kurort-sanator 

və digər rekreasiya obyektləri su basmaya məruz qalmışdır. 

Təqribi  hesablamalara  görə  təsərrüfat  obyektlərinə  dəyən 

ziyanın  miqdarı  2-2,5  milyard  ABŞ  dolları  intervalında 

qivmətləndirilir. 

Dəniz səviyyəsinin qalxması təkcə iqtisadiyyata deyil, həm 

də  demoqrafik  və  sosial  proseslərə  də  təsir  göstərmişdir. 

Ən  xoşagəlməz  vəziyyət  Abşeron  yarımadasının  sahilyanı 

ərazilərində  yaranmışdır.  Burada  yaşayış  məntəqələrinin, 

sənaye  müəssisələrinin  və  neft  mədənlərinin  su  basması 

nəticəsində  dənizin  təkrar  çirklənməsi  baş  vermişdir.  Bu 

isə  d  ənizdə  bioloji  ehtiyyatların  azalmasına  və  ayrı-ayrı 

biosenozlərin  tənəzzülünə  səbəb  olmuşdur.  Gələcəkdə 

dəniz  səviyyəsinin  gözlənilən  qalxması  bu  problemləri 

daha da kəskinkəşdirə bilər. Dəniz səviyyəsinin qalxması çay 

mənsəblərində və dənizsahili ərazilərdə yerləşən balıqların 

kürü  tökmə  yerləri  kəskin  azalda  bilər.  İqlim  dəyişmələri 

nəticəsində  dəniz  suyunun  qızması  balıqların  kürütökmə 

mövsümünün daha tez başlaması ilə nəticələnə bilər. Lakin 

balıqların  uyğunlaşma  imkanlarını  nəzərə  alaraq  güman 

etmək olar ki, bu o qədər də təhlükəli olmayacaq.

Hesablamalar  göstərir  ki,  əgər  dəniz  səviyyəsi  maksimal 

həddə (- 25.00 mBS) çatarsa, əlavə olaraq 825,1 km

2

 sahil 



ərazisi su altında qala bilər.


Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə