İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   2   3   4   5   6   7   8   9   ...   35

13

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

3.1. İqtisadiyyatın və ixracatın diversifikasiyası ilə əlaqəli qanunvericilik

1990-cı  illərin  sonlarından  2010-cu  ilədək  Azərbaycanda  iqtisadiyyatın  və  ixracatın  şaxələnməsinə 

təsir göstərə biləcək 20-dən artıq qanun qəbul edilib. Bunların arasında kiçik sahibkarlığa dövlət köməyi;

maliyyə-sənaye qrupları; xüsusi iqtisadi zonaların yaradılması və kənd təsərrüfatı məhsulları istehsalçılarına

müddətli vergi güzəştlərinin verilməsi haqqında qanunları xüsusi qeyd etmək gərəkdir. Bu qanunlar ümumi 

iqtisadi səviyyədə iqtisadi şaxələnmənin təməlini yaratmaq üçün önəmli sayıla bilər. Bundan başqa, 

həmin dövrdə sektorial əhəmiyyətə malik qanunlar qabul edilib ki, bunların sırasında energetika; rabitə;

turizm;  toxumçuluq;  taxıl;  pambıqçılıq;  üzümçülük  və  şərabçılıq;  çayçılıq;  damazlıq  heyvandarlıq  və  arıçılıq

haqqında qanunları aid etmək olar.

Bununla belə, beynəlxalq və yerli ekspertlərin çoxsaylı təkliflərinə baxmayaraq, Azərbaycanda neft 

gəlirlərinin  toplandığı  ARDNF  və  onun  idarə  edilməsi  ilə  bağlı  qanunvericilik  qəbul  edilməyib. 

Həmçinin ARDNF və fonun büdcəsi üzrə qərarlar Prezident səviyyəsində qəbul edilir və bu prosesdə 

parlamentin rolu yoxdur.

Bundan  başqa,  2004-cü  ildən  müzakirəsi  getsə  də,  ölkədə  hələ  də  rəqabət  haqqında  məcəllə  qəbul 

edilməyib. 

3.2. İqtisadi diversifikasiyaya yönəlik strategiya və proqramlar

2000-2010-cu illər ərzində Azərbaycan hökuməti qeyri-neft sektorunun və regionların inkişafı, yoxsulluğun 

azaldılması ilə əlaqəli bu proqramları qəbul edib:

1)  Ərzaq  təhlükəsizliyi  Proqramının

12

  əsas  məqsədi  kimi  yerli  kənd  təsərrüfatı  məhsulları  istehsalının 

artırılması və ölkədə ərzaq bolluğunun yaradılması göstərilir. Burada bütövlükdə aqrar sektorun inkişaf 

etdirilməsi nəzərdə tutulur və bunun üçün əsas tədbirlər kimi kənd təsərrüfatı istehsalı üzrə ixtisaslaşmış 

özəl subyektlərin dəstəklənməsi, fermer birliklərinin yaradılması, özəl fermer təsərrüfatlarının inkişafı üçün 

suvarma işlərinin aparılmasına subsidiyaların ayrılması, yerli ərzaq məhsullarının istehsalının, emalının və 

marketinqinin inkişafına nail olunması nəzərdə tutulur.



2)  2002-2006-cı  illərdə  aqrar  bölmənin  inkişafına  dair  Proqramın

13

  əsas  məqsədi  kimi  aqrar  sektorun  inkişaf 

etdirilməsi,  torpaqların  münbitliyinin  artırılması,  rəqabətqabiliyyətli  məhsul  istehsalının  təmin  edilməsi 

və istehsalçıların ixrac fəaliyyətinin stimullaşdırılması, emal və yeyinti sənayesinin xammala və əhalinin 

12

  Azərbaycan prezidentinin 2 mart 2001-ci il 640 saylı sərəncamı ilə təsdiqlənib



13

  Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 219s nömrəli Sərəncamı ilə təsdiqlənib

3. İQTİSADİYYATIN VƏ İXRACIN 

DİVERSİFİKASİYASI SİYASƏTİ




14

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

ərzaq məhsullarına tələbatının yerli mənbələr hesabına ödənilməsinin təmin olunması müəyyənləşdirilib. 

Bu  proqramda  da  bütövlükdə  kənd  təsərrüfatı  sektorunun  inkişafı  hədəf  kimi  qarşıya  qoyulub.  Bunun 

üçün  daxili  bazarın  qorunması,  müasir  tipli  infrastrukturun  və  ixracın  stimullaşdırılması  mexanizminin 

yaradılması,  iqtisadi  subyektlər  üçün  bərabər  şəraitin  təmin  edilməsi,  yeni  texnologiyalardan  istifadənin 

stimullaşdırılması  nəzərdə  tutulurdu.  Bundan  başqa,  aqrar  sahədə  kredit  resurslarına  olan  ehtiyacların 

ödənilməsi və həmin resurslardan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə sahibkarların maliyyə 

maraqlarının  birləşdirilməsi,  kredit  ittifaqlarının  yaradılması,  aqrar  sektorun  ixracyönümlü  sahələrində 

güzəşt və sığorta sisteminin möhkəmləndirilməsi də əsas hədəflərdən idi.

3) 2003-2012-ci illər üzrə informasiya və kommunikasiya texnologiyalarına dair Milli Strategiyanın

14

 başlıca məqsədi 

kimi  informasiya  və  kommunikasiya  texnologiyalarından  geniş  istifadə  etməklə  ölkənin  demokratik 

inkişafının və informasiya cəmiyyətinə keçidin təmin edilməsi göstərilir. Bundan əlavə, sənəddə ölkənin 

iqtisadi,  sosial  və  intellektual  potensialının  möhkəmləndirilməsi,  informasiya  və  biliklərə  əsaslanan 

rəqabətədavamlı  iqtisadiyyatın  qurulması,  telekommunikasiya  infrastrukturunun  inkişaf  etdirilməsi, 

elektron  iqtisadiyyatın  formalaşdırılması  əsas  vəzifələr  kimi  qeyd  olunub.  Buradakı  iqtisadiyyatın 

diversifikasiyasına  töhfə  verə  biləcək  fəaliyyətlər  sırasına  isə  İKT-nin  iqtisadiyyatda,  o  cümlədən  özəl 

sektorda geniş tətbiq olunmasının, İKT sənayesinin inkişaf etdirilməsi və bu sahədəki məhsul və xidmətlərin 

istehsalının və ixracatının stimullaşdırılması istiqamətlərini aid etmək olar.

4)  2003-2005-ci  illər  üçün  Azərbaycanda  yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Proqramında

15

 

regionların  inkişafı  və  qeyri-neft  sektorunun  3  sahəsi  prioritet  hesab  edilmişdi:  a)  Kənd  təsərrüfatı  üzrə



vergi tətilləri və ya güzəştli vergilərin təmin olunması vasitəsilə sahibkarlığın təşviq olunması, regionlarda bank və

kredit birlikləri, mikrokredit institutları tərəfindən təmin olunan maliyyə xidmətlərinin genişləndirilməsi, torpaqların

müdafiəsinin  və  keyfiyyətinin  yaxşılaşdırılması;  b)  Turizmlə  bağlı  əsas  istiqamət  olaraq  dövlətin  maliyyə 

resursları və özəl sektorun cəlb edilməsi ilə bu sahədə dövlət siyasətinin səmərəli şəkildə əlaqələndirilməsi; 



c) Energetika sektorunun inkişafı üzrə enerji istehsalının genişləndirilməsi və alternativ enerji sisteminin 

inkişafı.



5)  2002-2005-ci  illərdə  kiçik  və  orta  sahibkarlığın  inkişafı  Dövlət  Proqramında

16

  bütövlükdə  iqtisadiyyatın 

diversifikasiyasına yönəlik 3 prioriteti görmək olar: a) Yeni texnologiyaların tətbiqi üzrə pilot investisiya 

layihələrinin  hazırlanması  və  həyata  keçirilməsi  vasitəsilə  kimya  sənayesinin  dəstəklənməsi;  b)  Kiçik 

və  orta  müəssisələrin  istehsalının  genişləndirilməsi  vasitəsilə  ixracın  stimullaşdırılması;  c)  Bölgələrdə 

aqroservislərin və maliyyə-kredit strukturları şəbəkəsinin genişləndirilməsi, sənətkarlığın inkişafı sayəsində 

regional inkişafın dəstəklənməsi. 

6) 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramında

17

 əsas məqsəd kimi qeyri-neft sektorunun 

mühüm sahələrindən biri olaraq turizmin inkişafı, ölkənin turizm resurslarından səmərəli istifadənin təmin 

olunması müəyyən edilmişdir. Proqram çərçivəsində turizm sektorunda kiçik və orta sahibkarlığın inkişafı; 

(b) rəqabətədavamlı turizm bazarının yaradılması; turizm infrastrukturunun inkişafı və xarici investorların 

turizm sahəsinə cəlb edilməsi; (c) turistlərin gediş-gəlişi zamanı gərək olan viza, gömrük və s. qaydaların 

təkmilləşdirilməsi.

7)  Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-2008-ci  illər)  iqtisadiyyatın  müxtəlif  sahələrinin 

inkişafı,  həmçinin  sosial  və  kommunal  infrastrukturun  yenidən  qurulması  əsasında  regionlar  arasında 

tarazlı inkişafın təmin edilməsini qarşıya əsas məqsəd kimi qoymuşdu. Regional inkişafda iqtisadiyyatın 

14

  Prezidentin 17 fevral 2003-cü il 1146 nömrəli Sərəncamı ilə təsdiqlənib



15

  Prezidentin 20 fevral 2003-cü ildə imzalanan fərmanı ilə təsdiqlənib

16

  Prezidentin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiqlənib



17

  Prezidentin 2002-ci il 27 avqust 1029 nömrəli Sərəncamı ilə təsdiqlənib




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə