İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#53856
1   ...   23   24   25   26   27   28   29   30   31

 60

 

 



“Lək-lək” can verir  

 

Ay cocuğlar, gəlin bir az danışağ, 



Tanış olağ , gəzək, gülək, danışağ. 

Istəmərəm sizi mən ğəmgin görəm, 

Ona görə istəyirəm güldürmək. 

Mən hacı lək-ləkəm , haca getmişəm, 

 Gögdən uçub daha uca getmişəm. 

Yalan demək, yaman demək bilmirəm, 

Xalqa azar vermirəm, incitmirəm, 

Hacı lək-ləkəm  var uzun dimdiyim, 

Ilan-qurbağadır tutub yedigim. 

Bir yerə yığılsa əgər otuz qaz

Mənim kimi uzun boğazı olmaz. 

Neşə ki qış idi, çovğun getmişdim, 

Uzaq şəhərlərə mənzil etmişdim. 

Yaz açılıb, indi yenə gəlmişəm , 

Uca ağaclarda yuva tikmişəm. 

Hər sabah, hər axşam vaxtı ahəstə, 

Heç kəs bilməz durram bir qıçam üstə. 

Dimdiyimi çallam birdən taqhataq, 

Kəndə küy salaram onda  şaqhaşaq. 

Çünki mən hacıydım, özüm də mömün. 

Xəyalıma şəni gəldi beylə bir gün, 

Dedim öz yoldaşım hacı lək-ləkə, 

Gəl kömək eylə bu bacı lək-ləkə. 

Irəvanda bir məcmuə çıxarağ, 

Hamı xalqı doğru yola çağırağ. 

Adam öldürəni yazıb pisləyək, 

Öz gözünə ğara sürtüb hisləyək. 

Adam öldürməklən  axır yamandır, 

Yazıxdırlar, axır onlar da candır. 

Bir pıçax adamın əlin kəsəndə, 

Tağət qalmır onda canda, bədəndə. 

Inciyir, sızlayır adamın canı, 

Rəngi qaçar axsa bir misqal qanı. 

Birisini öldürmək əgər istəsən

Öldürməzsən bir az əgər düşünsən. 

Əgər cavandırsa, anası ağlar, 

Bacısı sızıldar, atası ağlar. 

Əgər böyük olsa o ölən adam, 

Öyündə olacağ bir böyük matəm. 

Yetim qalar “Sadiği”, həm “Səfəri”, 

Olmaz üstlərində ata nəzəri. 

Oxumağdan, məktəbdən məhrum olar , 

Küçələri veyil-veyil gəzib dolanar. 

Heç bir işi dutmaz o cocuğ doğru, 

Onda olar ya yol kəsən, ya oğru. 

Şərab içənlərin qulağın burağ, 

Şərab şüşəsini bir-bir sındıraq. 

Şəriətdə çünki şərab haramdır, 




 61

Ələlxüsus ki, cana çox ziyandır. 

Bir adam kı, gedib içir, keflənir, 

Küçələrdə səmə-səmə veyllənir. 

Gəlib-gedənlərə yaman söz deyir

Özün xalq içində bihörmət edir. 

Qumarbaza çox eyləyək məzəmmət, 

Bu pis işə bəlkə etməsin adət. 

Aparıb var-yoxun uduzdurmasın, 

Əyalını evdə ac-suz qoymasın. 

Uduzduğu pulu versin libasa , 

Aparsın, geydirsin oğlu Abbasa. 

Aparsın məktəbə, qoysun, oxusun, 

Oğlu təhsil edib bir alim olsun. 

Tiryək çəkənlərin pisliyin yazaq , 

Onların eybini birbəbir açağ. 

Tiryək onlara bir görün neyləmiş, 

Can əriyib qalıb qupquru qəmiş. 

Nə qolda qüvvət bar, nə canda şirə, 

Hamısının gözü düşüb çuxura.    

Yüzlərinə baxan yəqin irgənər

Rəhimi  gəlir, ona qoçu söylənir. 

O  kəslər ki, olub sahibi dövlət , 

Istədik  onları edək məzəmmət. 

Yoxsula,fağıraəl dutsun onlar, 

Yetim uşağları oxutsun onlar. 

O bir başa hər ağ dolayanlar, 

Adlarını axund, molla qoyanlar. 

Altı şaha kəbin pulu almaq üçün , 

Əlindən kəsməsin gündə yüz kəbin. 

Yoldaşım Hacı Lək-lək, dedim sözümü, 

Dübarə yüzinisə dikdüm gözümü. 

Bir ah çəkib dedim, o sahibi Lək-lək. 

Çox gözəl söylədin , ay bacı Lək-lək. 

Əgər biz bir belə ayığ baş qatsaq, 

Etsən çətinliyi olar , toy ansan,  

Çaxır içən , yol kəsən , tiryək çəkən. 

Xəsis, dövlətli: hamı adam etdirən. 

Hamısı tazə işindən əl çəkən bunlar, 

Qumarbazlar xamı oynamaz qumar. 

Onda hər kəs öz əynini düşünər, 

Peşiman olub öz işindən əl çəkər. 

Mollalar bir hədyan, yalan söyləməz. 

Gözləyiriz müftəni, töləb eyləməz. 

Hamı millət onda verər əl-ələ, 

Aralıqda bir lək gəlir həsulə. 

Müsəlmanıq, indi olar həğiği 

Gözün açıb millət tapar tərəqqi, 

Onda olmaz bizdə nə yoxsul, nə ac. 

Heç kim daha olmaz çörəgə möhtac. 

Bizdən olar razı Allah, Peyğəmbər, 

Camaət də bizə təğidır eylər. 

Bu iş eylə ki, gördük məsləhət

Mətbuata çıxarmağa eylədik qeyrət. 

Çox zəhmətiylə taa ixtiyar aldıq, 



 62

Lək-Lək adlı bir məcmuə çıxardıq. 

Bütün bizi düşmən oldu cəmaət, 

Harda gördülərsə etdilər nəshət. 

Çaxır içən, adam kəsən, dam dələn, 

Tiryək çəkən, qaz-baz oldu düşmən. 

Burunladı bizi əyan, ağalar. 

Təpik atdı bizə qırçı bu qədər 

Yalançıq haymalı kafir ad qoydu. 

Qara cəmaətdə o nəslərə uydu. 

Xanlar, bəylər, ümmətimiz atılmaq. 

Qaldı  dedilər, həm qışqırıq, paslanmaq 

Qərəz məcmuəmiz yaşadı, çoxaldı. 

Borcumuz gəldikcə artdı-çoxaldı. 

Lək-lək naxoşlayıb qızdırma tapdı, 

Zəmidən çıxammadı, palçığa batdı. 

Daha Lək-lək şağildəməğ bilmədi, 

Qanadı yanına düşdü, titrədi. 

Deyirdi ki, sallandı bu yerlər əkindi, 

Bir qanadı azaldı, biri gödəldi. 

Naxoşladı yazığ zəmidə qaldı, 

Vayhavay naləsi göyə ucaldı. 

Zəyiflədi, daha qalmadı taqət, 

Ilan –qurbağa dutmağa etmədi cürət. 

Qanadı bulaşıb palçığa batdı, 

Qurbağalar gəlıb üstündə yatdı. 

Lək-lək öldü, ay cocuğlar, lap, 

Bugün, sabah nə olar ğalıb. 

Nə yoluxan var yazığa, nə su verən

Nə təbib aparan var, nə dərman veürən. 

Lək-ləkin xətirni istəyirsiniz, 

Ata, qardaş, qızdan xahiş ediniz. 

Əfraf xuçlarından bir azca yüfsun, 

Sylı  3 manat yarımdır Lək-lək  yazdırsın. 

Oxumalı, gülməli məcmuədir, 

Oxumasaniz da adama fayda verər. 

Eləki müştəri oldi  alanız, 

Əfşaliki saxladar sizin dövrünüz. 

Təbib gələr lək-ləkə dərman verər, 

Canə gəlib Lək-lək yenə dirilər. 

 Ondan sonra sizin üçün ayda bir  

Lək-lək sizə bir hədiyyə göndərər. 

Oxuyub göndərsəniz bəhrə bularsınız, 

Oxumağa huş edib alim olarsınız. 

Çalışan Lək-lək dirilib şağğıldasın, 

Keyni maz olub gülsün, ğağıldasın. 



 Lək-lək. 

 

 



Müdir və naşirlər: Mirməhəmməd  Mirfətullayev və 

 Cabbar Əsgərzadə (Aciz) 

 

 

 Elan 



 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə