İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#53856
1   ...   23   24   25   26   27   28   29   30   31

 66

Mədən ərfandılar, 

Sahibi zamandılar. 

Ay biləsən ki, nə gözəl candılar.  



Şeytan. 

 

 

 

SİYASƏT ALƏMİNDƏN 

 

Dövlət dumasında Papacanovun nitqi 

   

 Hazarət oni siz yaxşı bilirsiniz ki, osmanlıdakı ermənilərin halı çox-çox pisdir. 

Axır onlar bizim axperlərimizdirlər!. Ruset dövlətinin qeyri-rəsmi qoşunlarıdırlar!. Və 

həqiqi oğlanlarıdırlar. Axı onu siz yaxşı bilirsiniz ki, onların Rus-Osmanlı sərhədlərində 

olmaları  hərbi nöqteyi-nəzərindən nə  qədər  əhəmiyyətlidir. Onu siz dəxi bilirsiniz ki, 

qəlbimdə çox-çox fikirlər var ki, “saman altından su yeritmək nöqteyi-nəzərindən” bu 

qərsdən danışılmışı lazım deyildir.     

  Xəyalınıza bu gəlməsin ki, ermənilər ayrı bir fikirdə vardırlar, yox! And olsun 

“Pruşkeviç”in və  cəmi bu əqidədə olan  şəxslərin başınə. Mən  ayrı bir şeyi demək 

istəmirəm. Lakin Rusya dövləti gərək Osmanlı dostluqlarına inanmasın, çünki bu 

qırmızı fəsliləri məndən yaxşı tanıyan yoxdur. Bunlar asiyalıdırlar. Bunların əvvəlimci 

hənirləri adam aldatmağdır. Mən tanıyıram. Bunları mən tanıyıram buları... (Pruşkeviç 

)və Melikov yerlərindən atılub Rusiyanın həğiği övladı Babadxanovi o qədər öpürlər ki

beçarə  dəsmalını    çığarıb yüzünü  tez-tez silir).Cəfərovun nitği – həzran, mənim 

əqidəmcə Babacanov bu qərşidən ayrı bir söz demədi. Fəqət bunu söylədi ki, Ay ğuşını,  

nuli, az Rusiyə sən eylə bilmə ki, Anadolida olan sənin həqiqi oğulların ermənilər səni 

yadından çıxarıblar. Xatircəhm ol Rusiyaya (Loris Melikov) və (Ter Qukasov) lar verib. 

Ermənilər indi də (Nuri Paşa)lar hazır ediblər...Lakin mənim əqidəmcə, ağalar, bu kərsi 

xitabətdən cənab vəzir neçəki  buyurdu. Osmanlılarilə rusların arasında səmimi dostluğ 

əmələ gəlməgə başlıyur; və oni siz yəqin edin. Bu ğırmızı fəslilər ilə  dost olduğimiz 

zaman həm silah vəğtində mənfəət və həm dava vaxtında  kömək görə bilərik. Çünki, 

hərçənd ki, osmanlılar da imdi o ğədər  ğua toxdur, lakin: oni dəxi biliniz ki, ixtilaf 

məsk  trazusinin hansı gözündə osmanlılar olsa, o tərəfin ümumi yorupa “Tula 

urma”oyunundan ğalxub çıxacağı yəğindi. 

Boğazlar məsələsinə  gəldikdə oni bilin ki, dostun ğapısı    dosta  həmişə açığ 

olar(Alqışlar) (Pruşkeviş Melikov və Babacanovun  burunları    o  ğədər uzanır ki,  

Cəfərova toxundixdə karsı xitabətdən büdrəyüb  az ğala yıxılsın). 

 Dərviş nəbəki. 

 

Teleqraf xəbərləri 

 

Həmədan- Bu il həştad zəmi həşiş artığ əkmişlər ki, hasil olan  tiryəkin mədaxili 

(İbn Əli Sina)nın qəbrində nişangahınnın ətrafına bir həsar çəksinlər. Ancağ Həmədanın  

kəsif küçələrinin tozundan yel əsərkən  bu mömünin burnuna dolub təksəbr gəldi , hamı 

əl saxladı. 




 67

Sonra Nəcəfdən, Təbrizdən, Səlmasdan, Xoydan, Mərənddən bəzi müctehidlərdən 

vəht  ğəbəli molla yavadan da böylə  bir teleqraf alindi ki, Xorasanda, Təbrizdə, 

Azərbaycanda, Ərəğistanın çox yerlərində tiryakilər bu il vərşikəst  çıxdığlari üçün bu il 

hasil olan tiryəki onlara ehsan edüb, gələn  il yuxarıdakı əmələ mübaşir olsunlar. 

Həmədan- Cavan şahın tacgüzərlığına  hazır olmağ üçün şcah altünlar istixarə 

etməkdədir. Əgər  istixarə  yol versə neçə min  suvari Tehranə gedəcək;  ama bəd nəzər 

dəkməmək üçün Hacı Mirzə Həsənin  bir nəzr duası olub. Ğolinə bağlamağ istəyür ki, 

bu gedəndə  calalına göz dəgməsin . Hacı Səməd  Xan  ğayıdanacan cəmaətin nöxtasini  

Hacı Mirzə  Həsən heç oturmamasını imdidən vədəydir. 

 

Ordubad 

Sənət məktəbləri açıldı; kasıb uşağlarından başğa heç kəs götürülmüyəcəkdir. 

Sənət məktəbinə daxil olan kasib uşağlari gündə 6 qəpikdən 8 qəpikə  ğədər muzd 

alacağdırlar. Məktəblər hər barama və ipək vəğti açılacağdırlar. Məktəbdə  oğuyan 

uşağların rəsmi libasları;  papağ,  yalın olmağ, başıni ğapuf, kəsif dəstimal  bağlamağ, 

yırtığ tuman geymək  olacağdır. 

Məktəbdə oxunan elmlər; ocağ yandırmağ, su daşımağ, hammallığ etmək, barama 

işində  işləmək. Rusetdə  də olan əcnəbilərin məktəblər ilə    bu  məktəbin fərği odur ki

onlar  yay günü tətil edür. Ama bu 3 ay işləyib 9 ay tətil edəcəkdir. Allah 

dövlətlilərimizə bu tövr işlərin  cəzasını versün. Siyasi    

  

Şəhər aralığında 

 

Bu günlər  şəhər möhtəbərlərindən birinin evində Naxçıvandan gəlmə bir alimin 



şərəfinə  qəşidə edilmiş ziyafət süfrəsinə yerli böyük üləma və mollalardan cazir 

bulundiğləri sırada yalahatmə olub ğurtarandan sonra ğəlyan xoriltisinin həvısiylə şirin 

söhbətlər  əsnasında tyatro əleyhinə böyük nifrətlər izhar edildi. Həğiğət  əlhən böyük 

nemətləri belə ürfanpərvər mollalara halal olsun. Hansı ki, mübahisədən hər yerdə edib 

bütün teatro qapılarını  bağlı  qoyarlar... Maşallah, urraa, urraa . 

 

Bakı , xırım-xırda işlər 



 

May ayının  əvvələrində Bakıda  rus və müsəlman məktəblədində olan müsəlman 

müəllim ğardaşların arasında bir “Şamaxılı” və “Qarabağlı” söhbəti düşmüşdü. Mayın 

ortalarında bu söhbət elə bir ğızmış hala gəlmişdi ki, hər gün Quba meydanında bu iki 

müəllim dəstəsinin çarpışması gözlənirdi... Ama  heyif, nədənsə çarpışma –filan 

olmayıb, göstləmələr heçə getdi.  Çırpışma- flan olmadı. 

Bakının dəryakəxani dairlərində belə deyişmələr ki, güya müəllimlər bu məsələni 

payıza kimi taxirə salıblar. Aməd ki, bu tazə (teatro) üsul müəllimlər arasında artığ 

intişar tapıb. Gələn ildən  bu müəllimlərin dəst provodələri, balaca, məsum şagirdlərin 

dəxidə ədəbli və tərbiyəli olmalarına baxış olunacaqdır.Allah öz birliyi xatirinə bu işin 

də axırını xeyr eyləsin. 

 Müsəlman teatrı alış-verişçiləri (bəzi vaxt artistlər də demək olar) yay fəsli 

girdiyinə görə bu fəallarından başğa hərirlərini, yəni başlarını, canlarını da ğirtdirub   

Qafqazın dəkəşə yaylaqlarında teyatrolar göstərib, alış-veriş edib, bundan əlavə şənlənib 

və ümidimiz budur ki, payız fəsli Bakıya qayıdanda başları, canları ətli qalıb cəmaətin 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə