Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
1   ...   4   5   6   7   8   9   10   11   12

 

11 


elm”,  ya  “Uğurlu  məlumatlar  kitabı”)  adlı  şeir  kitabıdır.  Yusif  Xas  Hacib  əslində  böyük  bir  alimdir.  Biz  bu 

insana yalnız bəzi mənəvi şeirlər yazmış bir insan gözü ilə baxsaq, çox səhv etmiş olarıq. “Kutadqu Bilik”dəki 

bir  şeirdə  baxın  nə  yazır;  Riyaziyyat  elmi  sahəsində  professor  olan  dostumuz  diqqəti  belə  bir  şeirə  doğru 

yönəldir: “Ey bir olan Tanrı, bir başqası sənə şərik qoşula bilməz; başda hər şeydən əvvəl və sonra, hər 



şeydən  sonra  Sənsən.  Yaradıcı  varlığına  yaradılmış  olanlar  şahiddir.  Yaradılan  iki,  Birin  hazır 

şahididir”. İndi biz bunu oxuduğumuz zaman deyirik ki, Cənabı-Haqq və Onun sifətlərinə aid yazılmış mənəvi 

bir şeirdir. On il riyaziyyat sahəsində çalışan dostumuz bunu oxuduğu zaman sanki beyni donub qalır. Nə üçün? 

Əlbəttə  ki,  biz  fərqinə  varmırıq.  Bu  dostumuz  natural  ədədlər,  1,  2,  3,  …  dediyimiz  ədədlərə  aid  kitab 

yazmışdır. Bu ədədlər elə ədədlərdir ki, əvvəl bir vahidin varlığı qəbul edilir, digərlərinin hamısı onun təkrarı 

ilə meydana gəlir. Bunların əzəldə, əlbəttə ki, sonu yoxdur. Riyaziyyatda aksiomlar dediyimiz bəzi mövzular 

vardır. İtalyan Peano natural ədədlərin aksiomunu hazırlamaq üçün beş il çalışmışdır. Bu professor dostumuz da 

həmin məlumatları Peanonun kitabından əxz etmişdir. Natural ədədlərin aksiomlarına bugünkü riyaziyyatçılar 

Peano  aksiomu  deyirlər.  Bu  riyaziyyat  elminin  alimi  olan  dostumuz  “İslam  mədəniyyəti”  adlı  məcmuədə 

yazdığı  məqalədə  belə  göstərir:  “Bu  aksiomları  Peano  beş  ildə  yazmışdır.  Yusif  Xas  Hacib  dörd  sətirdə 

Cənabı-Haqqa aid mənəvi bir şeir yazmışdır, lakin bu şeirdə Cənabı-Haqqın birliyini ifadə etmək üçün 

bir  zəka  əsəri göstərir.  O zəka  əsəri  Peanonun  təbii  saylar aksiomunu  ortaya  çıxarmaq  üçün göstərdiyi 

zəka əsərindən min qat daha kəskindir. Mən kitabımı təshih etməyə məcburam. Yusif Xas Hacibin bu 

kəskin zəkası qarşısında həm Peanonun söylədiklərini qəbul etməyə məcburam, həm də bu aksiomlara 

artıq  Peano  aksiomu  deyə  bilmərəm.  Mən  bu  aksiomlara  Peano  –  Yusif  Xas  Hacib  aksiomu  deməyə 

məcburam, çünki bu zəka əsərini Yusif Xas Hacib Peanodan dörd əsr əvvəl kəşf etmişdir”. 

Bura  qədər  Qərbdəki  elmin  bu  gün  hansı  nöqtəyə  gəlib  çatdığını  müəyyənləşdirməyə  çalışdım.  İndi  isə 

çıxışımın sonunda bütün deyilənlərdən bir nəticəyə gələrək qısa şəkildə son fikirlərimi sizə çatdırmaq istəyirəm. 

Hər şeydən əvvəl belə bir sualı verməyə məcburuq: Hansı səbəbə görə insanlıq tarixində elm yavaş-yavaş 

irəlilədiyi halda, əsri-səadətlə birdən-birə bugünkü mənada həqiqi elm olmağa başladı? Bu başlanğıcın qaynağı, 

insanlığa  bu  sürəti  verən  tilsim  nədir?  Bu  sualın  cavabını  Quran-kərimdən  başqa  bir  şeyə  bağlamaq 

mümkündürmü?  İnsanların  elm  sahəsindəki  bu  böyük  inkişaflarının  tilsimi  dünya  və  axirət  səadəti  gətirən 

Quran-kərimdən başqa heç nə deyildir. Bu gün Qərbdəki elmlər tıxanma nöqtəsinə gəldikdə ona Quran-kərimin 

işıqları  ilə  yol  göstərmək  olar.  Ona  görə  də  Quran-kərim  üzərində  araşdırması  olmayan  insan,  dəqiq  elm 

sahəsində  həqiqi  elm  adamı  ola  bilməz.  İstərdim  ki,  Şərqlə  Qərb  elmini  müqayisəli  şəkildə  araşdıraq.  Çox 

qiymətli bir mütəfəkkirimizin gözəl bir bənzətməsi var. O, bir dəfə uzun-uzadı bir nitq söyləmiş, qərbin fəlsəfi 

fkirləri ilə şərqdəki İslam alimlərinin düşüncələrini müqayisə etdikdən sonra bu sualı vermişdir. Demişdir ki; 



“Qərbdəki fəlsəfələri sizə anlatdım. Görürsünüz ki, elə hey bir-birinin fikrini ləğv etmişlər. Dekart gəlib 

özündən  əvvəlki  bilmirəm  filankəsin  nəzəriyyəsini  ləğv  etmiş,  səhv  düşünür,  –  demişdir.  Ardınca  bir 

başqa adam gəlib, xeyr, Dekart elə deyir, amma əslində belədir, – demişdir. Xülaseyi-kəlam, Qərbdəki 

fikir və düşüncə silsiləsi bu günə qədər eləcə bir-birini təkzib edərək gəlmişdir. Şərqdəki fikir silsilələrinə 

baxdığımız  zaman  görürük  ki,  onlar  bir-birini  təsdiq  edərək  gəlir.  İmami-Əzəm  Əbuhənifə  həzrətləri 

“Peyğəmbər  Əfəndimizin  buyurduqları”  kimi,  –  deyərək  sözə  başlamışdır.  Əshabələrdən  birinin  sözü 

nəql edildiyi zaman “filan şəxsin rəvayət etdiyinə görə” kimi söylənir. Muhyiddin Ərəbi həzrətləri, bir-

birini təsdiq edə-edə danışırlar. Avropalılar isə bir-birini təkzib edə-edə danışırlar”. O dost deyir: “İndi 

sizə sual verirəm; Əgər, həqiqətən, mütləq bir həqiqət varsa, bu həqiqət bir-birini təkzib edən qərblilərin 

arasındadır, yoxsa bir-birini təsdiq edən müsəlmanların arasında? Həqiqət təkzib oluna bilərmi? Lakin 

qərblilərin iş-gücü ancaq bir-birini inkar etməkdir. Bir həqiqət vardırsa, – doğrudan da, belə bir doğru, 

dürüst  fikirlər  vardır,  –  əlbəttə,  İslam  alimlərinin  gətirdiklərinin  içərisindədir”.  Elm  aləminə  yuxarıdan 

nəzər  saldıqda  Şərq  ilə  Qərbin  müqayisəsində  dayanan  mənzərə  budur;  qərbdəki  insan  gözləri  qapalı,  hara 

gedəcəyini bilmir. Əlləri ilə bəzi həqiqətləri axtarır, tutur, lakin bu deyildir, – deyib digərini tutur, yenə də bu 

deyildir, – deyir. Qərbdəki elm adamlarının vəziyyəti budur. Şərqdəki elm adamının vəziyyəti bundan tamamilə 

fərqlidir.  O,  elm  sarayının  içinə  iman  açarı  ilə  girir.  Quran-kərimdən  aldığı  ilhamlarla  onun  hər  tərəfini 

işıqlandıraraq dolaşır, öyrənir, öyrədir. Bu baxımdan elm – bu dövrün elmi müsəlmanlar tərəfindən gətirilmiş 

elmdir.  Bizim  qarşımıza  çıxıb  Qərbdə  bu  vardır,  o  vardır,  –  deyə  heç  kim  danışmasın.  Biz  və  qərblilər  üçün 

yeganə  çıxış  yolu  islamlaşmaqdır.  Bunu  sadəcə  həmd  edəcəyimiz  imanımıza  görə  demirəm.  Dəqiq  elmlər 

sahəsində illərlə fəaliyyət göstərmiş bir qardaşınız olaraq onu da deyim ki, bütün dəqiq elmlər artıq inkişafdan 

qalmaq  dərəcəsinə  çatmışdır.  Bu  dayanıqlıqdan  çıxmanın  yolunu  bütün  hər  növ  maddi  və  mənəvi  düşüncə 

sistemi ilə mütləq şəkildə inanıram ki, yalnız Quran-kərimdən aldığımız işıqla tapa bilərik. Sözlərimi bu ayənin 

duası ilə tamamlayıram: “Rəbbim, mənim elm və anlayışımı artır və Məni salehlər zümrəsinə qat!” Amin!  

 



Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə