İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

21 


– Bəs necə deyirsən, Tosu bala? Tosunun üzünü sevincli, istəkli, şükürlü bir nəfəs oxşadı. 

Belə  bir  nəfəsin  bahar  həlimliyi  onun  başına  ötən  qışda  axmışdı.  Tosu  çimmişdi  o  nəfəsin 

duruluğunda,  təmizliyində,  onda  atasından  məktub  gəlmişdi.  Atası  yazmışdı  ki,  yüngülcə 

yaralanmışam,  xəstəxanadayam,  evə  buraxacaqlar.  O,  necə  yaralanmışdı  ki,  əsgərlikdə 

saxlamırdılar, evə  yazırdılar? Yüngül yaralını, sağalandan sonra, cəbhəyə göndərməzlərmi?  Bu 

sualların heç biri anasını düşündürməmişdi,  «buraxacaqlar» xəbəri ona bir dünya bağışlamışdı. 

Bu qayıdan dünyada onun ərli günləri vardı. Ərli günləri onun qəlbinə, onun xatirinə pozulmaz 

naxışlarla  yazılmışdı.  Onda  anası  Tosunu  beləcə  qucaqlamışdı.  «Gözün  aydın,  Tosu  bala»,  – 

demişdi.  Səsində  bir  körpə  sevinci  çırpınmışdı,  bir  şirin  istək  uçunmuşdu.  Onda  anası  ərinin 

qayıdacağını eşidib sevinmişdi, bəs Nazlını nə fərəhləndirirdi? – Bəlkə qonaq gəldi. – Neynək, 

gəlsin  də...  Allah  verəndən...  Doğrudan  da  qonaqları  gəldi.  Ancaq  bu  qonaq  uzaqdan 

gəlməmişdi, öz qonşuları Güdmül idi.  

– Gəl  əyləş, Güdmül  əmi,  – Nazlı ona eyvanda  yer göstərdi.  Lakin  Güdmül əyləşmədi, 

çomağının ucunu sinəsinə dayayıb həyətdəcə dayandı. – Kişi gəlməyib hələ? Tosu kinini saxlaya 

bilmədi: – Neynirsən? Nazlı onu danladı: – Onda nə günah var, Tosu bala? Görmədinmi axırda 

bizə nə yaxşılıq eləmişdi!.. Güdmül donub getdi, bir də kəhər doqqazda kişnəyəndən sonra gəldi. 

Uşaqları da dalınca tökülüşüb gəlmişdilər. Hamısının əlində oyma yaxması vardı, sandığa yığılan 

paltarlar  indi  hamısının  əynində  idi,  uşaqların  hamısından  qoz  yarpağının  iyi  gəlirdi.  Güdmül 

əyəcləyə-əyəcləyə gətirdiyi qara toğlunu həyətdəcə haçaladı, yıxdı, bir ayağını boynunun kökünə 

qoydu, basdı, toqqasından asıb yana sığadığı bıçağının törpüsündən tutub irəli çəkdi, bıçağı dəri 

qınından  sıyırıb  çıxartdı.  Bıçağının  soyuq  ağlığı  qaranlıqda  daş  şimşəyi  təki  oynadı.  Uşaqları 

tökülüşüb  hərəsi  bir  əlini  toğlunun  ayaqlarına  çatdırdı.  Bu,  nə  kef-damaq  idi?  Yoxsa  daha 

qurtarmışdı,  bundan  Nazlı  ilə  Tosunun  xəbəri  yox  idi?  Tosu  atasının  üzünə  baxdı.  Mehdi 

Nazlının yandırıb eyvanın orta milindəki qarmaqdan asdığı şaxlı lampanın altında oturmuşdu. Öz 

dibinə işıq salmayan lampanın bir nəlbəki kölgəsi onun qabağına, o birindən xeyli irəli uzatdığı 

yaralı  ayağının  çöl  tərəfinə  düşmüşdü.  Kor  gözünə  gündüz  sarıdığı  qara  qumaşı  hələ  də 

açmamışdı.  Sürahıya  söykədiyi  qoltuq  ağacları  o  qədər  sürtülmüşdü  ki,  par-par  parıldayırdı. 

Köynəyinin  baş  düyməsini  açdı,  boyunluğunun  dalından  tutub  geri  çəkdi,  burada-elə  bil 

boğulurdu. Dodaqları qaçdı, gülümsündü. Tosu heç belə acı təbəssüm görməmişdi. Şirin də bu 

qədər zəhərli olardımı?! Kişinin, elə bil, qara qumaşının altından dodaqlarına zəhrimar axmışdı, 

o qırmızı  təbəssümü özünün zəqqum  rəngində boyamışdı.  – Bunu neynirdin  kəsib,  a Güdmül? 

Güdmül bıçağın qanını toğlunun yununa silib düzəldi. Hambal qaşlarını qaldırdığı yükün altında 

sındıra-sındıra iritdi: – Bə ində də kəsmiyib haçan kəsəcəyik? – Qurban demişdin? Niyə vaxtında 

kəsmirdin? – Vaxtı yasa düşmədimi? Güdmül əlüstü cavab verdi, elə bil ondan nə soruşulacağını 

qabaqcadan bilirdi, deməyə söz hazırlamışdı, Mehdi al istəyirdi – al, şal istəyirdi – şal ölçürdü. – 

Qonşusunun  qayıtmağını  istəyən  adam  onun  qonağının  başına  o  oyunu  gətirərdimi?  Güdmül 

bildi ki, Mehdi tərəzinin boş gözünə sünbül məsələsini qoyur, o pisliyi çəkir. Güdmülün gözündə 

o pislik bu yaxşılığı əydi, apardı. O, yenə də dil altında, söz altında qalmadı: – O, camaata görə 

elə  oldu.  Bə  görmədinmi  həmin  gecə  qapına  yağlı-yavanlıqlı  sünbül  xurcunu  gəldi?  Səni 

istəməyən  adam  canına  cəfa  qılıb  dizlərini  yerə  qoya-qoya  küləşlikdən  quş  kimi  dən 

dənləyərdimi?!  

– Yaxşı, deyək ki, sən haqlısan, bəs adam qurbanı öz qapı malından kəsməzmi?! Sənin 

belə qara toğlun yoxdur. Bu toğlunu Rəhim kişinin doqqazında görmüşdüm. Bayaqdan bəri dil-

dil ötən Güdmülün ağzına elə bil qıfıl vuruldu. – Bunu apar onun özünə ver, de ki, özü yolnan, 

şəri kolnan gedən olduğunu çoxdan bilirik. – Toğlu toğluya oxşar, a Mehdi, amma adamı adama 

nahaq  oxşadırsan.  –  Güdmülün  dili  açıldı,  uzandı:  –  O,  Şeytan  Yusifin  oğludur,  mən  də  halal 

Məhəmmədin.  –  Kökünüz  birdir.  Götür,  apar,  yoxsa  qurduğunuz  tələyə  özünüz  düşərsiniz. 

Uşaqların  yaxmaları  əllərində  qalmışdı.  Elə  bil  gözləri  ilə  darı  üyüdən,  daş  əridən  o  acgöz 

uşaqlar deyildilər. Öz atalarının üzünə daha çox baxırdılar: Yaxşılıq niyə pislik yerində göründü? 

Bu  şirin  niyə  acı  bilindi?  Güdmül  toğlunun  dal  qıçlarından  tutub  doqqaza  sürüdü.  Doqqazdan 




 

22 


səsi gəldi: – Bu da mənim adamlığım... Mənə deyən görək, a donuz oğlu, niyə gedib öz başının 

çibinini qorumursan, kişilik sənəmi qalıb!..  

* * *  

Gecə yarıdan keçəndə qapının, aynaların ağzında bir səs yetim-yetim mələdi:  



–  Ay  Mehdi...  Mehdi  geyincəkli  uzanmışdı,  yatmamışdı,  sananıb  saydan  keçirilən 

naxırların,  sürülərin  düz  gəlməyən  hesabı,  çobanların  hərəsinin  bir  söz  deməsi,  bir  yalan 

söyləməsi, günahı bir-birinin boynuna yıxması onu hələ də düşündürürdü. Rəhim kişinin sayda-

hesabda  iştirak  etməməsi,  kolxozun  təftiş  üzvlərinə  «bel  bağlaması»,  hər  işi  düz  adam  kimi 

çəkilib  kənarda  durması  ona  qəribə  görünmüşdü.  Axı  hər  sürüdən  on  beş-iyirmi  qoyun,  hər 

naxırdan altı-yeddi inək, düyə əskik gəlmişdi. Çobanlar axırdan-axıra niyə demişdilər ki, biz  – 

ağa nökəriyik, kolxozun sədri dedi: sürün dərəyə, biz də sürdük, gedin bu işin necəliyini ondan 

soruşun?  Bu  hələ  işin  harası  idi,  yoxlanası,  düzlüyü,  əyriliyi  ortaya  çıxarası  o  qədər  tərəflər 

qalmışdı  ki...  Say-hesabı  hələlik  bəlli  olmayan,  amma  gözlənilən  xəyanətlər  ortalığa  çıxanda 

Rəhim  kişi  başını  hansı  yastığa  qoyacaqdı?  Bəlkə  çobanlar,  naxırçılar  hər  şeyi  onun  üstünə 

nahaqdan  atırlar,  elə  bilirlər  belə  desələr  canlarını,  yaxalarını  asanlıqla  qurtaracaqlar?  Bəlkə 

onlar  fikirləşiblər  ki,  dünya  onsuz  da  dağılır,  bir  ucdan  da  biz  dağıdaq,  bunun  behini-bazarını 

kim  soruşacaq?..  Mehdi  qalxdı.  Qoltuq  ağaclarını  taqqıldada-taqqıldada  gedib  qapını  açdı:  – 

Kimsən? Səs həyətdə mələdi: – Mənəm, a Mehdi... bir bəri zəhmət çək... Mehdi şeytan Yusifin 

oğlu ona bir iş vermək istədiyi gecəyə kimi, elə bilmişdi ki, onu gözdən salan, onu danlaq, qınaq 

yeri eləyən özüdür; öz səxavətidir, öz ürəyi, öz qəlbi, öz rəhmdilliyidir. Lakin o gecə hiss etdi ki, 

ona damğa vuran adam Rəhim kişinin öz kələyidir – kimin yanındasa ağzından qaçırıb, o da ona 

deyib, hər kəs eşitdiyinin üstünə bir az da özündən toxuyub. Şeytan Yusifin oğlu istəsə, Mehdini 

pis yellər, pis sellər aparmazdı, o qabağa çıxar, camaatın ağzını yumardı, Mehdinin pis işinə də 

elə bəzək-düzək vurardı ki, hamı öz peşmançılığının acısını yeyərdi. Bunu eləməyib ki, kəndin 

ən hörmətli, ən ağıllı adamı başını itirsin, köçüb harasa getməkdən qeyri çarəsi qalmasın, o da öz 

vəzifəsində  bərk  otursun,  qorxusuz  otursun.  Rəhim  kişi  quru  yerdəcə  bardaş  qurdu.  Mehdi  də 

əyləşdi.  

– Mən səni istəyən adamam...  

– Rəhim kişi özü də hiss elədi ki, səsi boş çıxdı.  

– Ancaq sən elə qəlbi qara adamsan ki, əlimi Qurana bassam da inanmazsan. O rəhmətlik 

sağ  olsaydı,  özü  danışardı.  Təkcə  bu  il  ona  ərizəynən  iki  dəfə,  hər  dəfə  də  yüz  kilo  taxıl 

vermişəm. Ərizələri də sonra cırıb atmışam, inanmayıb hesabdara yoxlatsan, birini də tapmazsan. 

Evin  qapısı  açıldı,  Rəhim  kişi  də  buna  görə  sözünü  yarımçıq  kəsdi.  Lakin  eşiyə  çıxan  olmadı. 

Nazlı bayaqdan oyanmışdı. Rəhim kişinin səsini uzaqdan eşitmişdi, amma onun dediklərini ayırd 

edə  bilməmişdi.  Əvvəlcə  qapı-bacada  mələyən  bu  yetim  səsin  töhmətlə,  məzəmmətlə  dolu 

ağırlığı  sürünüb içəri keçmiş, sanki  onun ürəyinə  yüklənmiş, onu sıxmağa başlamışdı.  Ona elə 

gəlmişdi ki, kimə baxsa da öz kələyinin üst,  hiylə-qatını  qabağındakına sarıyan, onun fəhmini, 

zənnini yuxuya verə-verə öz işini görən bu kişi Mehdinin dil-ağzını bağlayıb, indi ona hansı əyri-

sənədlərsə  qol  çəkdirəcək,  sonra  isə  qurdalatdırıb  şorunu  çıxaracaqlar.  Lakin  baxdı  ki,  o  gün 

gördüyü çaydaq kişi gəyən gecənin ala-toranlığında dizlənmiş dükcəyə dönüb, yerə elə yatıb, elə 

yapışıb  dik  danışası,  Mehdini  dolaşdırası  halda  deyil,  öz  köçünün  ağını  ağ,  qarasını  da  qara 

ağlamaqdadır.  Gözlərinə  inanmayıb  qapını  örtmədi,  içəridəcə  dayanıb  qulaq  verdi.  Şeytan 

Yusifin oğlu isə səsini lap alç ağa endirib öz «ağnağazını çaldırmağa» girişdi:  

–  Bir  sənin  arvad-uşağın  deyildi  ki,  deyəydim,  nə  var  iki  baş  ailəni  saxlamağa!..  Bu 

camaatdır, özü də belə gündə gərək hamısına dayaq durasan. Ona görə də bığdan alıb saqqala, 

saqqaldan  da  bığa  yamamışam.  Bu  təhvil-təslimdə  həmişə  bığı  saqqalda,  saqqalı  da  bığda 

görəcəksən. Hamısını yerbəyer eləyib düzəldəcəydim, tələsiyə, qoymaharaya düşdü. O malların, 

qoyunların  hamısının  aktını  yazdırmışam,  bircə  baş  həkimə,  bir  də  torpaq  şöbə  müdirinə 

təsdiqlətməyim qalıb, ona da gərək sən kömək eləyəsən. – Mən sənin bığ-saqqal yamatına şərik 

ola bilməyəcəm, Rəhim kişi! – Mehdi uzungünlüklü şapqasını bir dizin kündəsinə geydirib bir 

əlini  də  üstünə  qoyan,  digər  əlini  isə  qaranlığa  mismar  çalırmış  təki  çəkicə  döndərib  oynada-



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə