İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 

19 


görə  ki,  fermanı,  anbarı  istədi.  İstədi  ki,  qaz  vurub  qazan  doldursun,  niyyəti  gözündə  yandı, 

camaatın malına qəsd elədi, elə bildi, yaxasını əlimizdən qurtaracaq. Dərz tayasına od vurduğu 

yerdə filankəs görüb. Bu da kommunist!.. Mən onun əsgərlikdə düşmən gülləsinə tuş gəlməyinə 

qətiyyən inanmıram, hər nə olubsa, özü özünə eləyib...» Mehdi indiyə kimi fikirləşmişdi ki, bu 

halda  kolxoz  sədri  işləyə  bilməz,  yuxarının,  aşağının  yanında  üzüqara  olar,  həm  də  şeytan 

Yusifin  oğlu  açıqca  yüz  hoqqa  çıxarar,  onu-bunu  dalaşdırar,  özü  dupduruca  qıraqda  durar. 

«Mənim  ora-bura  yüyürən  vaxtım  deyil,  bu  vədə  gərək  gecə-gündüz  bilməyəsən,  qolunu 

çırmayıb kişi kimi işləyəsən, həm buranı kiridəsən, həm ora, özü də həmişəkindən on qat artıq 

kömək  eləyəsən.  Yox,  ələyim  ələnib,  daha  xəlbirim  də  göydə  fırıldayıb,  mən  bacarmaram. 

Heyvan  başından  bağlanar,  insan  dilindən.  Dilimə  görə  ki,  diyirçəyim  olmayacaq,  səsimi  niyə 

çıxarım?!» Mehdiyə elə gəlmişdi ki, davadan qabaq da kolxoz sədri istəyən «məni sədr seçsələr, 

belə edərdim, elə edərdim», – deyən, heç kimin gördüyü işi bəyənməyən şeytan Yusifin oğlu indi 

Mehdinin bədinə getməyəcək, onun özünə bir gün, bir güzəran düzəltməsinə əngəl törətməyəcək; 

çünki  Mehdinin  sədrliyi  dilinə  gətirməməsi  şeytan  Yusifin  oğluna  əvəzsiz  yaxşılıq  idi,  sonsuz 

hörmət  idi.  Demə,  Rəhim  kişi  Mehdidən  hələ  də  qorxurmuş,  elə  bilirmiş  onu  «atdan  salacaq, 

sədrlik  yəhərinə  yenə  özü  qalxacaq».  Demə,  Mehdini  bir  qara  qəpiklik  eləməyincə 

dincəlməyəcəkmiş. – Səndən heç nə istəmirəm, Rəhim kişi. – Bəs, evində haçana kimi ac-susuz 

oturacaqsan? – Şəhərə gedəcəm. – İşəmi?  

– Hə. – Katibə belə deyimmi? – De, niyə demirsən!..  

–  Amma  mən  südlü  qoyunun  öz  sürüsündən  çıxmasını  istəməzdim.  Öz  eybimizi  öz 

geyimimiz  örtsə,  daha  yaxşı  olmazmı?  –  Yox,  Rəhim  kişi!..  O  gəlin  burda  qala  bilməyəcək.  – 

İncidim  səndən,  canınçün.  Biz  kişi  deyilik,  yəni,  sən  çöllərə  düşürsən?!  Mehdi  ona  cavab 

vermədi,  durub  içəri  keçdi.  Rəhim  kişi  də  yaşına,  saqqalına  hörmət  qoyulmayan  adam  kimi 

deyinə-deyinə  getdi:  –  Allah  bu  camaata  lənət  eləsin!..  Qoymadılar  kişinin  oğluna  görüm-

baxımımız  olsun.  Mən  ona  gözümün  yağını  da  yedirtməyə  hazıram,  amma  neynim,  sözüm 

keçmir,  mənim  öyüd-nəsihətimi  bir  danqı  hürüşü  də  hesab  eləmir.  Tosu  aralıda  durub  onların 

söhbətinə  qulaq  asmışdı.  Atasının  gedəcəyini,  şəhərə  köçəcəyini,  orada  işə  girib  işləyəcəyini 

eşidəndən  ürəyi  üşüməyə  başlamışdı.  Demək,  Nazlı  da  gedəcəkdi,  o,  bu  boş  bucaqda  tək 

qalacaqdı. İçəri girən kimi doluxsuna-doluxsuna soruşdu:  

– Dədə, məni aparmayacaqsan? – Səni də aparmayanda, bəs kimi aparacam, Tosu? Heç 

sənsiz dura bilərəmmi?! Dan yeri qıpqırmızı qızarmışdı. Sanki gündüz köçüb getmək istəməyən 

gecənin  ətəyinə  od  vurmuşdu,  yandırırdı  gecəni,  üfüqə  topalaşmış  qara  buludlar  da  yanan 

gecənin təpə-təpə gülləri idi. Böyüyürdü, sonra dilimlənir, axırda isə süzülür, üzülür, bir səmtə 

axırdı  bu  güllər.  Elə  bil  gündüz  külək  əsdirir,  yandırdığı  gecənin  külünü  yellərə  verirdi.  Tosu 

yenə yatmışdı, şirin-şirin mışıldayırdı. Nazlı pıçıldadı:  

– Doğrudanmı şəhərə köçəcəyik? Mehdi alçaq səslə cavab verdi: – Yox!..  

–  Bəs  o  kişiyə  niyə  elə  deyirdin?  –  Çox  xətakar  adamdır.  –  Bəs,  səhər  köçmədiyimizi 

eşidəndə nə təhər olacaq? – Gücü çatmayacaq. – Necə? – Darıxma, görərsən... Nazlının bir əli 

çarpayının başından aşdı, Mehdinin alnına qondu. Mehdi bu əli tutub tüklü üzünə sıxdı...  

* * *  


Mehdi təzədən harasa getdi. Onun nə üçün getdiyini nə Nazlı bildi, nə də Tosu. Tosu belə 

güman  etdi  ki,  atası  ya  maşın,  ya  da  araba  gətirəcək,  ikicə-üçcə  şələlik  ev  ayın-oyunlarını 

yığışdıracaq,  bu  kəndlə  əbədi  olaraq  vidalaşacaqlar.  Nazlı  isə  Mehdinin  bu  hərəkətindən,  bu 

işindən baş açmırdı kişi quşa dönmüşdü, qoltuq ağaclarını yerə vurur, irəli elə hoppanırdı ki, elə 

bil  zəmisinə  afat  çəyirtkələri  dolmuşdu,  onları  qırmağa  tələsirdi.  Üzündəki  itilik,  gözündəki 

ovxar  da  sanki  nəyisə  kəsəcəkdi,  bir  şikəstin  sağlam  hünərinə  yol  açacaq,  onun  ürək  təpərinə 

meydan verəcəkdi. Tosu ilə Nazlı günortaüstü eşitdilər ki, raykomun maşını kəndə gəlib, içində 

də Mehdi. Katib kolxoz idarəsinə girib, şeytan Yusifin oğlunu çağırtdırıb, qərarı oxuyub, sonra 

da deyib ki, təhvil-təslimə başlayın, təsərrüfat hesablarında, əyrilik, israfçılıq olarsa Rəhim kişi, 

hansı yanda olsa da, cəzalanacaqdır. Ümum-iclas çağırıb sədr seçməyə ixtiyarımız yoxdur, çünki 

bu kişi öz yerinə partiya və hökumətimizin qərarına görə qaytarılır. Quyruğu düyülmüş kəhər at 



 

20 


axşamüstü  Mehdinin  doqqazında  saxlandı.  At  qaşovlanmışdı,  tumarlanmışdı,  yəhərinin  üstünə 

bir  döşəkcə  də  qoyulmuşdu.  At  fınxırırdı,  dırnağı  ilə  yeri  qazıyırdı.  Kişnədi,  elə  bil  sahibini 

çağırdı,  elə  bil  kəhər  də  dünyanın  yaxşı  vaxtı  əyləndiyini  doqqaza  gətirildiyi  üçün  sevinirdi; 

sanırdı ki, dünya yenə düzəlib, yenə bəsdir deyincə arpa-saman yeyəcək, biçənəklərin ən yaxşı 

yerlərinə  hörüklənəcək,  toylarda  zurnaçıların  qabağında  duracaq,  hava  alıb  havalanacaq, 

oynayacaq, sonra da çöllərə üz tutacaq, qaçaraqdan qalana qədər çapacaq, hər dağda, hər dərədə 

bir ildırım qoyub keçəcəkdir. Kəhər sanırdı ki, o, bu doqqaza gətirilən günlərdə ilxı vardı, hərdən 

ilxıya buraxılardı, sonra o boyda ilxıdan beş-on yabı qaldı, yəqin, həmin ilxı harasa aparılmışdı, 

indi  geri  qaytarılıb,  o  yenə  də  həmin  ilxıya  qatılacaq...  Kəhər  bir  də  kişnədi.  Mehdi  qoltuq 

ağaclarına  şəstli-qəsdli  bir  yeriş  yeridə-yeridə  doqqaza  çıxdı.  Mehtər  onun  üzəngisini  basdı. 

Mehdi  qoltuq  ağaclarını  Nazlıya  verib  yəhərin  qaşından  yapışdı,  atın  belinə  qalxdı.  Kəhər 

qulaqlarını qırpıb yana ğərdi, geri döndü, yorğa, lovğa bir yeriş açdı. Anası Tosuya danışardı ki, 

atan hər sədrin tayı deyildi, dağdan ağır adı vardı, dünya dolusu xətir-hörməti vardı. İşi göynən 

gedərdi.  İclasda-zadda  bir  dəfə  də  danlanmamışdı.  Əmək  gününə  pendir  də,  yağ  da,  yun  da, 

yumurta  da  bölürdü  –  bu,  hər  kolxoz  sədrinin  hünəri  deyil.  İnəyi,  qoyun-keçisi  olmayana 

fonddan kömək eləyir, iri, xırda davar aldırırdı. Alma-armud üzünü naxoşlayandan-naxoşlayana 

görənlərə  bağ  saldırırdı.  İndi  görürsənmi  hərənin  bir  bağı  var  ki,  quşu  ayağından  tut.  Hamısı 

onun  işidir.  Hamının  boynu-boğazı  yağlanmışdı,  rəngindən  qan  damırdı,  ağzının  yeli  adam 

yıxırdı.  Rayona  gələn  ən  hörmətli  qonaqlar  bizə  gətirilərdi.  Bu  darısqal  otağımız,  bu  alçaq 

evimiz mənə də, qonaqlara da elə geniş, elə hündür görünərdi ki... Bolluq yaman  yaxşı şeydir, 

bala, hər şeyi başından yağdırsan, quruca daşın da bəyliyi, ağalığı, xanlığı tutar. Tosu elə bildi ki

bu axşammı, ya da sabah evlərinə qonaqlar gələcək. Anasının danışdığı evdən, vardan-haldan nə 

qalmışdı ki... Atası bir ucdan şəhərə daşımışdı. Qonaqlar nədə yatardılar? Var-dövlət güney qarı 

kimi  imiş,  səfalət  tüğyanı  onu  tez  əridərmiş.  Aclıq  hər  şeyi  necə  tez  yeyər,  necə  tez  yoxa 

çıxararmış.  Bucaq  boşalanda  insanın  gözü  necə  çox  acarmış,  insan  necə  doymaz-toxtamaz 

olarmış. Aclıq bəzi qohumları, qonşuları necə tez döndərərmiş – Tosu görmüşdü ki, çuval-çuval 

taxılı olanlar da qan ağlayırlar, hamıdan çox sızıldaşırlar, gündə bir ərizə yazıb kolxoz sədrindən 

borc dən istəyirlər. Güdmülün uşaqları çörək deyib ağlaşardılar. Amma yağı küpədə acıyar, taxılı 

quyuda  kiflənərdi.  Hərdən  buğdanı  gecə  yelə  verərdilər.  Arvadı  uşaqlarının  yaxşı  paltarlarını 

sandığa  yığmışdı,  yer  hanasında  pambıqdan,  dana  kökü  qalınlıqda  «parça»  toxumuşdu,  bu 

«parçadan»  uşaqların  hərəsinə  bir  şalvar,  bir  tuman  tikmişdi.  Bu  şalvar  sürtməkdən  uşaqların 

qılçalarını  yara  eləmişdi.  Yaz  gələndə  uşaqları  dağların  döşünə  daraşdırardılar.  Camaat  onda 

bilərdi ki, pencər çıxıb. Güdmülün uşaqları axşam üstü evə qayıdanda bir xurcunu pencərlə dolu 

gətirərdilər, hamısının da ağzı pencər yeməkdən, gömgöy olardı. Güdmülün arvadı özündən də 

bic  idi:  hər  gün  qonşulardan  bircə  kasa  un  almağa  gələrdi.  Deyərdi  ki,  uşaqlar  acından  qırılır, 

neçə  gündür  evimizdə  ələk  çevrilmir,  körpələrə  umac  bişirib  başlarını  bu  axşam  bir  təhər 

qatacam.  Qonşuların  hamısı,  hətta  Tosunun  anası  da  bilə-bilə  ki,  onların  bir  quyu  taxılı  var, 

üyüdüb, bişirib yeyəsi olsalar, iki-üç illərinə çatar, Güdmülün arvadını yenə də boş qaytarmırdı, 

bir yoğurumluq unu tən yarı bölürdü. Tosuya indi elə gəlirdi ki, camaatın gözü aclıqdan qorxub, 

atası  birin  əvəzinə  min  qandırsa  da,  Güdmüllər  öz  qılçıqlarını  quyudan  çıxarmayacaqlar...  – 

Nazlı xala, atam gələndə, nə yeyəcək? Nazlı həyətə süpürgə çəkirdi. O bayaqdan bəri döşəkləri, 

yastıqları  da  çölə  çıxarıb  çırpmış,  stolu,  stulları  aynaları  yaş  əski  ilə  silmiş,  millərin  tozunu, 

torunu almış, evin torpaq döşəməsini şirələmişdi. Elə bil bu axşam bu evdə balaca bir xeyir iş 

məclisi qurulacaqdı,  ya da bir-iki qonaq gələcəkdi. Nazlının üzü gülürdü. Bu günortadan sonra 

ev  yiyəsi  kimi  hərlənirdi,  elə  bil  hər  şey  öz  yerində  olmasa,  kişinin  üzünə  nə  söz  gəlsə  onun 

arvadlığına  görə  gələcəkdi,  kişi  utansa  onun  qabiliyyətsizliyi,  onun  səliqəsizliyi  utandıracaqdı. 

Elə  bil  hər  göz  danlağından,  hər  üz  anlağından,  ona  da  çatacaq,  ona  da  dəyəcək,  onu  da 

ağrıdacaqdı: «Varını, halını sel apardı, bəs ağlını, kamalını nə apardı?». Nazlı dikəldi, saçlarını 

əlinin arxası ilə dala atdı:  

– Biz aş yesək – o da aş, biz daş yesək o da daş... – Elə demirəm... Nazlı süpürgəni yerə 

atıb Tosunu sinəsinə sıxdı:  



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə