İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   2   3   4   5   6   7   8   9   ...   27

 

11 


Onlar  səmtlərini  dəyişmədilər.  Güdmül  xama  doluşan  sürü  qabağı  qaytarmağa  tələsirmiş  kimi 

onları  qabaqlamağa  yüyürdü.  –  Yaxşı,  mən  indi  sizi  ziyanlıq  malı  təki  qabağıma  qatıb  kəndin 

ortasına  apararam,  yiyənizi  kolxoz  sədrinin  yanına  çağırtdıraram,  cərimələtdirərəm,  ağlınız 

başınıza  onda  gələr.  Həm  də  ki,  hərəsi  bir  dərz  oğurlamışdı,  qırpma  elədikləri  yerdə  üstlərinə 

düşdüm,  akt  bağladım,  milisə  verim  bu  əliəyriləri.  –  Heç  utanmazsanmı?  –  Nazlının  sinəsi 

həmişə irəlidə görünərdi, indi elə bil köksü batmışdı, çünki boynu-başı qabağa uzanmışdı. Başı 

Güdmülün başının üstünə qalxmışdı, elə bil nalbənd çəkici idi, onun kəlləsinə papaqlı mismarlar 

çalacaqdı.  Gözlərinin  qara  giləsində  də  bir  boz  hikkə  çırpınırdı.  Əlinin  biri  yumruqlaşmışdı.  – 

Adını da kişi qoymusan... – İstehza ilə gülümsədi: – Hı... Kişiyə bax! Güdmül ağır yüklü hambal 

qaşlarını  güclə  qaldırdı,  bir  az  geri  çəkildi:  –  Hər  necə  pis  kişi  olsam  da,  sənin  ərinin  tayı 

döyüləm.  –  Sən  hardan  onun  tayı  olacaqsan.  O,  davada  öldü.  Sənin  kimi  kişi  görkəmli,  arvad 

xasiyyətliləri qoruyanda öldü. – Mən Mehdini deyirəm, ikinci ərini!.. – Mehdi mənim ərim deyil, 

ərimin  dostudur.  Güdmül  bic-bic  qımışdı:  –  İndi  necə,  yenə  dostudur?  Bəlkə,  dost  arvadının 

əridir? Nazlının tərs şilləsi Güdmülün üzündə tapança kimi açıldı. Güdmül  yıxıldı, qalxdı, geri 

yanına baxa-baxa, hər baxanda da sarı küləşliyə bir-iki kəlmə acılı söz ata-ata getdi. Aradan az 

keçmiş  naxırı  topuqladı,  küləşliyə  doldurdu.  Sünbülə,  dənə  dadanan  naxırın  böyürtüsü  çölləri 

başına  götürdü.  İnəklər  bir-birini  burunladı  bir-birinə  çiyin  vurdu,  yan  vurdu,  buynuzlaşdı, 

fısıltıdan, tısıltıdan, buynuz taqqıltısından qulaq tutuldu. Tosu ilə Nazlı naxırın arasında qaldılar. 

Küləşliyin  acı  tozu,  inəklərin  qarın  iyli  nəfəsi  onların  gözlərini  qamaşdırdı,  boğazlarını 

qovuşdurdu.  Nazlı  dənə  dadanaq  az  qala  adamın  ayağının  altında  qalan  sümbülü  də  imsiləyib 

tapmaq istəyən, tərpənməyən, o yaş çəkilməyən adamı buna görə də gözlərini ağardıb buynuzuna 

almaq  istəyən  naxırın  arasına  birinci  dəfə  düşmüşdü.  O  özünü  belə  bir  yuxuda  görsəydi,  dəli 

olardı. Amma indi qorxmadı, ona elə gəldi ki, bu boyda naxırın hamısında bir Güdmül kini var, 

onu araya alan da Güdmül kimi insafsız bir kişi nifrətidir. Naxır sünbülü dənləyə-dənləyə ötdü. 

Onlar  boş  küləşlikdə  yelkənsiz  qayıq  təki  qaldılar.  Tosuya  elə  gəldi  ki,  bu  sarı  dərya-qıraqdan 

baxanda  yerin  yaşıllığında  bircə  biçim  adaya  oxşayan  bu  sarı  küləşlik,  bu  sarı  sal  onları 

həyatdan, insanlardan ayırıb uzaqlara aparacaq, onlar «bəzən şirin, bəzən acı dünyaya baxa-baxa 

qalacaqlar, bu sarı salın da kəndiri kənarda dayanıb onlara: «canınızı belə alaram, gözünüzü belə 

tökərəm» deyən baxışlarla nəzər salan Güdmülün əlindədir, o da bu sarı salı ömrün sahillərinə 

heç vaxt çəkməyəcək, əksinə güləcək, gülüşü onların üstünə daş-qaya kimi töküləcək. El töhməti 

necə  ağır  olarmış...  El  qınağı  necə  acı  olarmış...  El  nifrəti  necə  amansız  olarmış...  Nazlı 

küləşlikdəcə oturdu, özü də necə gəldi oturdu. Heç saymadı ki, yanında Tosu var, bir az o yanda 

Güdmül  var.  Elə  bil  son  ümidinin,  son  inamının  ətəyindən  yapışıbmış,  o  da  Nazlını  göylərə 

çəkibmiş, Nazlıya bir bəxtiyarlıq vəd edibmiş, indi də göylərdə qeybə çəkilmişdi, Nazlının əlində 

onun  quruca  ətəyi  qalmışdı.  Nazlının  yadına  anası  düşdü,  anasının  iqbalı,  anasının  söhbəti,  öz 

bəxtindən  gileylənəndən  sonra  çəkdiyi  bir  bayatı  düşdü.  Anası  deyərdi  ki,  birinci  ərdən 

yarımadım; o, gözümün ilk ovu, könlümün ilk quşu idi. Kasıb idi, amma comərd idi, əliaçıq idi. 

Hamı da bilərdi ki, nəyi varsa, bu günlükdür, sabahlığı yoxdur, amma ona çoxlarının işi düşərdi. 

Biri  gələrdi  ki,  oğlumu  şəhərə  yola  salıram,  bir  az  cibxərcliyinə  möhtacıq;  o  biri  deyərdi  ki, 

bucaqdan  unumuz,  təknədən  çörəyimiz  qurtarıb,  halımın  yaman  günüdür,  gör  neynirsən... 

Rəhmətlik o adama deyərdi: otur, bu saat gəlirəm... Evdən çıxardı. Qonaq bircə stəkan çayı içib 

qurtarmamış  qayıdardı,  əliboş  gələni  əlidolu  yola  salardı.  Hamı  ona  inanırdı,  hamı  ona  etibar 

edirdi,  çünki  sözünün  ağası  idi,  özünü  oda-közə  vurardı,  vədə  xilaf  çıxmazdı...  Şəhərə 

göndərdilər,  savad  kursuna  yazmışdılar.  Oxuyub  qurtarandan  sonra  orda  saxladılar,  nazirlikdə 

yaxşı  bir  vəzifə  verdilər,  ev  verdilər.  Məni  də  köçürüb  şəhərə  apardı..,  Sən  oldun.  Mən  bir  az 

bikeflədim. Dedi, niyə qəmlənirsən, ay dəli, Nazlı balam yüz oğula əvəzdir. Səni necə istəyərdi... 

Allah..  .  Allah...  Deyərdi,  mənə  gülməsələr,  Nazlını  qucağımda  işə  apararam;  övlad  nə  yaman 

şirin olarmış... Bir gün qara xəbəri gəldi... Küçədə maşın vurmuşdu... Son nəfəsinə çatmadım... 

Bəkir  də  ki...  Ondan  canımı  tez  qurtardam.  Hər  şeyi  vardı,  bircə  insafı  yox  idi.  İki  dəfə 

evlənmişdi,  gəlinlər  boşanmışdılar,  çünki  bu  bədbəxt  oğlunun  övladı  olmurdu...  Əzəlki  sözünə 

görə sənə atan kimi ata olacaqdı... Bir il o sözsüz-sovsuz gün keçirdik. Amma görürdüm ki, hər 



 

12 


gözündə bir sarı ilan var. Bu ilanlar sən dizlərimin  üstündə çox oturanda, mən səni  bir az çox 

əzizləyəndə qaynaşırdı. Səsinə, nəfəsinə bu ilanların soyuqluğu çökürdü, Bəkir bizim yanımızda 

çox otura, çox əylənə bilmirdi, qonşu otağa keçirdi, guya iş onu yormuşdu, üzmüşdü, dincəlmək 

istəyirdi. Bir axşam bu ilanlar məni çaldı:  

– Bu uşaqla az oynasana!.. Dillənmədim, səni aparıb yatağına uzatdım. Yadına gəlməz, 

axı  onda  nə  yaşın  vardı  ki...  Beş  yaşın  düzəlməmişdi.  O  ilanlar  səni  də  çalmışdı.  Bəkirə  o 

axşamkı  baxmağın  hələ  də  gözümün  qabağındadır.  O  vaxt  ona  yenicə-yenicə  «ata»  deyirdin, 

yenicə-yenicə isinişirdin. Həmin sözdən sonra elə bil ata sandığının  yadlığını, ögeyliyini  yəqin 

etmişdin...  O  gecə  yaman  pis  yatdın;  qışqırdın,  sayıqladın.  Səhər  o,  işə  hazırlaşanda,  mən  ona 

çay-çörək gətirəndə bir qolumdan asıldın, hara getdimsə mənimlə getdin, mənimlə gəldin. Bəkir 

adicə bir həqiqəti başa düşmürdü. Bilmirdi ki, analar övladını atalıq evində daha çox istəyirlər; 

yetimin bir gözü güləndə bir gözü ağlayar həmişə, ana ürəyini dağlayar  həmişə. Ananın  atalıq 

evində bala yetiminə yazığı gələr həmişə. Elə bilər ki, balasını yetim qoyan onun öz ana bəxtidir. 

Əzizim quşdu, getdi, İqbalım puçdu, getdi, Ağ günüm qara geyib Ömrümdən uçdu getdi. Nazlı 

sarı küləşlikdə anasının sarı hekayətini sanki bir də eşitdi, sarı iqbalın sarı bayatısına sanki bir də 

qulaq asdı. Elə bir bu sarı hekayət, bu sarı bayatı həm də onun özününkü idi, özü də özünə bu 

gün, indicə bu sarı küləşlikdə danışmışdılar.  

– Neyniyək, Tosu bala?  

– Sən get evə, Nazlı xala.  

–  Onun  səsi  Tosunun  ürəyinə  bıçaq  çəkmişdi,  onun  sarı  küləşliyə  baxa-baxa  saralan 

gözlərinə  dolan,  göllənən  yaşların  da  saralması,  yanaqları  aşağı  sarı  kinə  suyu  kimi  axması  da 

Tosunun qəlbini göynətmişdi, onun öz səsində də qəhərli, sarı bir mərhəmət oxunmuşdu.  

– Sən evə get. Nazlı şəhadət barmağını hər yanağına bir dəfə çəkdi, sarı cığırları sivirib 

sarı küləşliyə atdı. Cəld qalxdı:  

–  Mən  burdan  heç  yana  getməyəcəm,  Tosu  bala,  –  dedi,  –  heç  yana!..  Elə  dedi  ki, 

səsindəki  tərsliyi,  inadı  Güdmül  də  eşitdi.  İki  taxta  küləşlikdən  keçib  yuxarı  qalxdı,  bir  əlini 

gözlərinin üstünə qoyub kənddən xeyli aralı, ferma, binalarına baxdı, itləri çağırdı:  

–  Bozdar!..  Qaravaş!..  Hər  boz  binanın  yanında  bir  qara  it  şöngüdü,  ağzını  göyə  tutub 

uladı.  Güdmül  bir  də  çağırdı:  –  Bozdar!..  Qaravaş!..  İtlər  onun  səsini  tutub  götürüldülər,  döş 

yuxarı saplandılar.  

– Nazlı xala...  

– Tosu kağız kimi ağardı, udqundu, ağzında dili titrədi, sözünün dalını tez gətirə bilmədi.  

– Gəl o yana, camaatın içinə qaçaq. Nazlı elə bil onun dediklərini eşitmədi, dilini çıxarıb 

ləhləşə-ləhləşə onlara sarı cuman itlərə baxırdı. Qorxduğu hiss olunmurdu, sanki ömründə birinci 

dəfə idi ki, belə bir tamaşa görürdü. Beş-on addım gedib Nazlıdan o tərəfdə dayanan Tosu gördü 

ki, qaçsalar da bu itlərdən can qurtara bilməyəcəklər, bir qolunu sinəsinə yatırtdı, həmin qolunun 

altını  küləşlikdən  dənlədiyi  toğlubaşı  daşlarla  doldurdu.  Yerindən  tərpənməyən  Nazlının 

qabağında dayandı. Daşın birini əlinə alıb hazır dayandı. Çalışacaqdı ki, Bozdarı vursun. Bozdar 

canavar-basan  idi,  atlını  atdan  saldıran  idi,  hətta  bir  dəfə  bir  yük  maşınının  üstünə  cummuşdu, 

qaçarağını  saxlaya  bilməmişdi,  özünü  qapının  açıq  aynasından  içəri,  şoferin  üstünə  atmışdı, 

şoferin başında, kabinədə bənd almayıb o biri aynadan eşiyə tullanmışdı. Tosu qabaqca Bozdarı 

vuracaqdı, özü də düz kəlləsindən vuracaqdı, onu təntidəcəkdi, sonra da o birini təkləyib dalınca 

düşəcəkdi,  ora-bura  qovacaqdı.  Birinci  «gülləsi»  boşa  getsə  vay  halına;  itlər  onları  cırım 

çəkəcəkdi, qızıl qanları sarı küləşliyə səpələnəcəkdi. Güdmül yerdən bir kəltən götürüb Nazlıya 

sarı  atdı,  itlərə  nişan  verdi.  «Bozdar,  qoyma!»  deyib  çomağını  oynada-oynada  irəli  yüyürdü, 

itləri qızışdırdı. Nazlı Tosunun çiyinlərindən tutub onu dala çəkdi. Özü irəli keçdi:  

– Daş atma, – dedi, – qorxma, itlər bizə dəyməz! Arxamda elə dayan ki, səni görməsinlər. 

Anası onu da aparıb bir yayda yaylağa getmişdi. O vaxt anası pambıq parça zavodunda sex rəisi 

vəzifəsində  işləyirdi.  Sanatoriyalarda,  istirahət  evlərində  dincəlməyi  xoşlamırdı.  Məzuniyyətini 

həmişə ata-anasını itirdiyi qanlı dağlarda keçirirdi. Çəpişləri selin ağzından almağa gedən, lakin 

özləri də qayıtmayan, dağlarda bircə hay-harayları qalan ata-anasının o zaman gəzdikləri yerlərə 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə