İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 

17 


Nazlı  uşaq  deyildi,  ona  örtülü  cavablar  verib  aldada  bilməzdi.  Hər  nə  danışsa,  gərək  düz 

danışaydı, sözündə-söhbətində bir tutum çiylik qoymayaydı. Nazlı isə Mehdinin açıq danışıqdan 

nə  üçün  qaydığını  yaxşı  bilirdi.  Bilirdi  ki,  bu  ata-övladın  son  bədbəxtliyinə  bais  odur,  onun 

özüdür. O, bu evdən, bu kənddən çıxıb birdəfəlik gedə bilərdi. Lakin şikəst Mehdi, körpə Tosu 

onsuz  dolanardılarmı?  Onların  çörəyini  kim  bişirərdi?  Paltarlarını  kim  yuyardı?  O  gedəndən 

sonra da Mehdiyə pis baxmazdılarmı? Deməzdilərmi, özünü yüz təmizə çıxart – nə xeyri?! Sən 

bir  yastığa  baş  qoyduğun  ömür-gün  yoldaşının  ruhuna  da  hörmət  qoymadın,  «əsgər  dostunun 

arvadıdır» deyib bir ləçəri evinə gətirdin. Öz evin cəhənnəm, evin bir düzdə, irəmədə tək olsaydı, 

kimin  nə  işi  qalmışdı,  öz  «ho-heç»ini  özün  bilərdin,  amma  onu  gətirib  kəndə  çıxartdın. 

Kəndimizin  gözü  yollarda  qalan  gəlinlərindən  utanmadın.  Gözlərinin  yaşı  hələ  də  qurumamış 

bacıların  həyasından  xəcalət  çəkmədin.  Sevinc  həsrətli,  fərəh  nisgilli  körpələrin  sayıl  geyim-

kecimindən ölüb yerə girmədin, saç-saqqalı vaxtsız ağarmış ata-analarımızın qəmli baxışlarından 

qızarmadın, evləndin. Hamının qarnı qan ağlayan vədə könlünə toy havası düşdü. İndi gördün ki, 

acından  öləcəksən,  gətirdiyin  ləçəri  yola  saldın.  Bizim  gözümüzə  kül  üfürmə,  səni  yaxşı 

tanımışıq.  Yükün  əyilib,  indi  ona  görə  adam  olmusan,  şələn  arxana  düzələn  kimi  yenə  həmin 

şeysən.  

– Heç bilmirəm, neynim, Mehdi? Nazlının bu əyri sualı düz cavab istəyirdi, həm də bu 

sorğuda  öz  hünərsizliyini  boynuna  almayan  bir  tərs  kişiyə  töhmət,  özü  də  arvad  töhməti  yox 

idimi?! Doğrudan da bircə arvadı da saxlaya bilməyən kişidən nə kişi!.. Onu öz yuvasından niyə 

perikdirirdi?  Onu  öz  yurd-yuvasından  niyə  oynatdı?  İndi  o  öz  evinə  hansı  üzlə  qayıdaydı? 

Gələndə deməmişdimi, dava qurtarandan sonra gələcəm. Dünyanı ağzına alan o yanğın hələ də 

öləzimirdi,  o,  bəs  belə  tez  vaxtsız-vədəsiz  qayıdışına  nə  ad  qoysun?  –  Nəyi  deyirsən,  Nazlı? 

Mehdi sanki ondan heç nə soruşmurdu, öz yumruqlarını öz başına vurdu: «Ay Allah, bu nə iş idi, 

mən düşdüm? Ay Tanrı, bu nə qələt idi mən elədim? Nazlı o səsdəki zülmü duyurdu. Hiss edirdi 

ki, Mehdi bu saat dənizin ortasında qərq olmuş bir gəmi taxtasıdır. Bu taxta bu dənizdə hələ çox 

qalacaq – bahar yelləri əsənə kimi, dənizin dalğa qanadlarına qona-qona bir sahilə çıxana kimi... 

O külək haçan əsəcək, dənizi haçan dalğalandıracaq, bu taxta uzaq sahillərlə haçan görüşəcəkdi?  

–  Sabahın  dərdini  deyirəm  –  Nazlı  Mehdiyə  qıymadı  gördü  ki,  sorğu-sualı  acı  ruzigara 

dönüb, bu ruzigarla yaralı bir ağac əlbəyaxadadır, bu ruzigar həmin ağacı qol-qol, budaq-budaq 

sızdıracaq,  sözünü  dəyişdi.  –  Güdmülün  xurcununu  özünə  bilirsənmi  necə  verdik?  –  Necə?  – 

Mehdinin səsində ölüm xəta-bəlasından qurtarmış adamın duva-sənası vardı.  

– Nə təhər?  

–  Biz  ona  yaxınlaşdıqca  naxırı  topuqladı,  dərədən  dərəyə  aşırdı  –  öz  xurcununu 

çiynimizdə görüb tanımışdı. Sonra xurcunu dikdirə qoyub qayıtdıq. – Gördümü? – Gördü. – Ayrı 

görən oldumu?  

– Hamı bizə baxmırdımı?! – İndi də ona toy tutacaqlar.  

– Elə niyə?  

–  Eh...  –  deyə  Mehdi  sözünə  xeyli  ara  verdi.  –  Sən  bu  camaatı  tanımırsan.  Allah  heç 

kimin əsgisini bunların yanında tüstülü eləməsin, elə ki elədi, vay halına!.. Danışmadılar, çünki 

Tosunun qalxdığını, eşiyə çıxdığını eşitdilər. – Yaman qoçaq, ağıllı uşaqdır, – Nazlı pıçıldadı.  

– O bizdən çox fikirləşir. Susdu. Mehdi öskürdü. – Bilirsənmi nəyi?  

– Nəyi? – Bu işin axırını... Mehdini öskürək bir də tutdu. O boğula-boğula xeyli öskürdü, 

ara verdi, bir də başladı. Nazlının necə durduğunu, səhəngdən kasaya suyu necə töküb gətirdiyini 

bilmədi.  Onu  gördü  ki,  ağ  dağınıq  qara  saçları  ağ  çiyinlərini  örtmüş  Nazlı  başının  üstündədir, 

onun ağ qolunun, ağ biləyinin, ağ əlinin biri boynunun ardına uzanır, o biri əlində isə qalaylı mis 

kasa... Özü dikəlmək istədi, ancaq tərpənmədi, qara boynunun bir ağ qolun koğasına keçməyə, 

ağ  koğada  sıxılmağa,  əzilməyə  şirin  bir  ehtiyac  duydu.  Nə  olaydı,  o  biri  əl  də  onun  kürəyinə 

yapışaydı,  dolu  sinə  sinəsinə  yataydı,  odlu  bir  nəfəs  üşüyəydi,  titrəyəydi,  üz-gözündə  gəzəydi, 

kişi  ehtirası  axtaraydı,  kişi  ehtirasına  təslim  olaydı.  Mehdi  ağ  qolun  koğasına  keçən  boynunu 

tərpətdi,  guya  qalxmaq  istəyirdi,  lakin  əksinə  bütün  ağırlığını  boynunun  kökünə  saldı,  ağ  qolu 

boynunun kökündə xeyli əzdi. Nazlı: – Hələ suyunu iç, – dedi, – Tosu gələcək... Qapı döyüldü. 



 

18 


Nazlı  kasanı  tez  aynanın  qabağına  qoyub  ayaqlarının  ucunda  öz  yatağına  səkdi.  Elə  bildilər 

Tosudur, bu da onun yerişinin səsidir. Onlar hər səsi düz tutası, düz seçəsi halda deyildilər; bir 

biləklə bir boyunun təması onların başında top atmışdı, qulaqlarına bir tövşək hissin, bir ləhlən 

duyğunun küyü düşmüşdü. Qapı bir də döyüldü, sonra ev yiyəsini çağırdılar.  – Mehdi?.. Ə, nə 

bərk yatmısan? Rəhim kişinin səsi idi. Mehdi tələm-tələsik geyindi, qoltuq ağaclarını taqqıldada-

taqqıldada eşiyə çıxdı. Eyvandakı dəmir çarpayıda oturdu. Çarpayının üstündə nə palaz, nə də bir 

döşəkcə vardı. – Gecənin bu vaxtı xeyirdimi, a Rəhim kişi? – Mehdi soruşdu, ona otur demədi, 

bircə  gözünü  qaranlıqda  ağarda-ağarda  üzünə  baxdı.  –  Yoxsa  bizi  yoxlamağa  gəlmisən  ki, 

görəsən deyilənlər düzdürmü? Rəhim kişi acıqlandı: – Ə, bir qanacağın olsun, qapına gəlmişik... 

Mehdi könülsüz dilləndi:  

– Otur, nə deyirəm... Rəhim kişi də çarpayıda əyləşdi: – Katib üstümə od tökdü.  

– Haçan? – Mehdinin səsində bir körpə sevinc, bir körpə təsəlli titrədi. – Bu günmü?  

– Yox, elə indicə. – Rəhim kişi səsini boğazının kinində boğa-boğa danışdı. – Mənə itin 

sözünü  dedi.  İdarədə,  telefonun  yanında  hər  gecə  növbətçi  dayanırdı.  Rayon  mərkəzindən 

raykom katibi, hərbi komissar təcili zəng vuranda, sovet sədrini, kolxoz sədrini istəyəndə onları 

çağırırdı.  İndi  də,  bir  az  bundan  qabaq  raykom  katibi  Rəhim  kişini  telefona  çağırtdırmışdı, 

ağzının acısını kolxoz sədrinin üstünə tökmüşdü. Demişdi ki, Mehdi Ali Baş Komandana məktub 

yazıbmış.  Oradan  Bakıya,  Bakıdan  da  bura  danışdılar.  Sən  bir  Vətən  əlilini  bir  işlə  təmin  edə 

bilmirsənsə,  daha  orada  nə  qaraltı  eləyirsən?  Başsız  qalan  bir  əsgər  dostunun  arvadını  evinə 

gətirib, ona kömək durub, bunun nəyi pisdir? Bir də sənə kim ixtiyar verib ki, cəbhədə ölmüş bir 

əsgərin  ailəsinə  yağdırılan  böhtana  əsaslanıb  onu  cəzalandırasan?  İnsanı  işsiz  qoymaq  sovet 

hökumətində  haçandan  cəza  üsulu  olub?  Gələn  büroda  əsgər  ailəsinə,  yaralı,  şikəst  əsgərə 

etinasızlığın,  onlara  verdiyin  mənəvi  əzab  müzakirə  olunacaq.  Özün  də  ağsaqqalsan,  dünya 

yorub yola salmısan, amma uşaq kimi iş görürsən. Mehdi gör nə qədər ağıllı adamdır ki, sənin 

yerinə  göz  dikmədi,  dedi,  mən  şikəstəm,  innən  belə  sədrliyi  çətin  bacararam.  Niyə  bacarmır, 

bacarardı, hələ bir az o yana da keçərdi. İstəmədi adına «mərdimazar» deyilsin. O sədr işləmək 

istəsə, bizim ixtiyarımız yoxdur ona «yox» deyək, çünki müharibəyə həmin vəzifədən gedib. Bu 

barədə xüsusi qərar var. Dövlətin qərarını bizim həddimiz nədir, pozaq, əksinə, həmin qərar və 

göstərişin  yerinə  yetirilməsinə  çalışmalıyıq.  –  Sən  yuxarı  məktub  yazmışdın?  –  Yazmışdım, 

amma  belə  tez  cavab  gözləmirdim.  –  Niyə,  sən  deyirsən  bizimkilər  camaatın  qeydinə  qalan 

deyillər?  Mehdi  onu  yaxşı  tanıyırdı.  Bilirdi  ki,  kənddə  heç  kimin  özündən  bir  barmaq  yuxarı 

olmasını  istəyən  deyil.  Onu  gecənin,  onu  ötənin,  ya  da  yuvasına  soyuq  su  balayacağı  adamın 

dilindən  söz  almağa  çalışandır,  özünü  qohum,  dost  kimi  göstərə-göstərə  çənəsini  boş  qoyan, 

adama dil açdıran, sonra da dilindən tutub sürütmə çəkəndir, gözükölgəli, gözüqıpıq eləyəndir. 

Ona «şeytan Yusifin oğlu» deyirdilər. Bir də görürdün arası sərin olan adamı məclis-mərəkədə, 

həmin adamın təkərinin irəli işləməyə başladığı bir vaxtda damğaladı: köhnə fikirlidir, yeniliklə 

arası  yoxdur.  «Sübut  edimmi?»  həmin  adamın  avazı  nə  idi  ki,  şeytan  Yusifin  oğlunun  üstünə 

qabarsın,  nazik  əyirməli,  nazik  bükdürməli,  nazik  toxumalı  idi.  Mehdi  Rəhim  kişini  özü  necə 

var,  elə  tanıyırdı:  –  Mən  nə  elə  fikirləşərəm,  nə  də  elə  deyərəm.  Rəhim  kişi  gördü  ki,  Mehdi 

qarmaq atdıran, qarmaq tutduran deyil, dovşan ovuna çıxmadı, qorxdu «ayı qaldırsın»:  

– Sənə nə iş verim?  

– Məndən ötrü nə fərqi, iş olsun. – Bir pojarnik yeri var.  

– Yox, Rəhim kişi.  

– Niyə, Mehdi? Bunun nəyi  pisdir? Gündə bir dəfə xırmana, tayalara baş çəkəcəksən... 

Əli-ayağı quru... Ortada yeyib qıraqda gəzəcəksən. Sənə də bu saat belə iş lazımdır. Qıçan belə, 

gözün  belə...  hər  ayın  başında  duruca  yerindən  götürəcəksən...  –  İstəmirəm.  –  Ayrı  boş  yerim 

yoxdur axı!.. Mehdinin xəbəri vardı ki, şeytan Yusifin oğlu yüz sifətli, yüz dillidir. Adamı üzdən 

yağlayan, altdan dağlayandır. Əsgərliyə gedənlərin, qayıdarsa, əvvəlki yerlərində işləyəcəklərini 

bilməmiş  olmazdı.  Onun  indiki  qorxusu  bu  idi.  Mehdi  tələb  etsə,  onu  sədrlikdən  çıxarardılar. 

Mehdi  hiss edirdi ki,  şeytan Yusifin oğlu  onu  yanğınçı qoyacaq, sonra  da, gecənin  birində,  ya 

dərz, ya da ot tayasının birinə od vurduracaq, adını da qoyacaq, «özü yandırıb, özü od vurub; ona 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə