İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə100/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   96   97   98   99   100   101   102   103   ...   142

belə mühüm səfəri maliyyələşdirməkdən imtina elədi. Səy Bilonun arzuları ürəyində qaldı.
Qəlyançəkənlərin uzaqgörənliyinə həsəd aparmaya bilmirəm. Uşağa babalarının köç tarixini yaşadan
adı verməklə onun gələcəkdə qəlyançəkənlərə transfer eləməsinə münbit şərait yaradıblar”. “Səmoş,
bircə onu görməzsən! Mənim oğlum duzəkən kimi anadan olub, gözlərini dünyaya duzəkən kimi də
yumacaq”. “Coni, sən belə danışanda heç xəcalət çəkirsənmi? Duzəkənlərin ağlı başında olanlar
nəinki başqa tayfalara, başqa millətlərə transfer eləsinlər, başa bəla tayfalarından yaxa qurtarmaq
üçün hətta dinlərindən imtina eləsinlər, oğlumuz isə ömrünün sonuna kimi duzəkən olaraq qalsın?
Şərəfinə ləkə düşən bir tayfanın boyunduruğunun altına girsin, bərkiməmiş çiyinlərini belə ağır yükün
altına versin? Mən buna razı ola bilmərəm! Sonrası da, o özü böyüyəndən sonra buna qərar verəcək!”
Coni yaxınlaşıb arvadının qabağında dayandı, arvadı onun yenə də vurmaq istədiyini zənn eləyib,
zərbəni dəf eləməyə hazır dayanmışdı. Amma Coni vurmadı, yalnız sümüklərə işləyən istehza ilə
dedi: “Səmoş, bir insan nə tayfasını, nə də millətini dəyişə bilməz. Bu seçimlə deyil. Düzdür,
duzəkənlərin şərəfi bir balaca zədələnib, amma bu sənə mənim tayfamın üstünə bunca gəlməyə əsas
verə bilməz. Sən çox da yuxarıdan getmə, qəlyançəkənlərin əvvəldən şərəfləri olmayıb, ona ləkə
düşə, ya düşməyə. Duzəkənlərin içində isə azından mənim kimi oğullar var!”
Hirsindən pul kimi qızarmış arvadı cingiltili səslə dedi:
– Coni!
– Nə var?
– Duzəkənlərin içində ən şərəfsizi sənsən!
– Mən?! – Coninin heyrətdən gözləri hədəqəsindən çıxdı.
– Hə, hə, sən! Etiraf elə, Coni! Özün də bunu yaxşı bilirsən!
Coni qolaylanıb arvadını vurmaq istədi, son anda əl saxladı, geri dönüb qaçaraq evdən çıxdı. Maşına
oturub hara gəldi çıxıb getmək istəyirdi. Evləndikləri vaxtdan indiyə kimi birinci dəfəydi ki, arvadı
ona birbaşa gözünün içinə şərəfsiz olduğunu deyirdi. Bəlkə Minayə ilə aralarında olandan xəbər
tutmuşdu? Ya da elə onda duyuq düşübmüş?
Yoldan siqnal verildiyini eşitdi, bu gün ehsanını verdikləri əmisinin oğlu idi. Bilo ilə digər iki əmisi
oğlu da maşındaydılar. Porini də çağırdılar və çayın sahilindəki kababxanaya getdilər. Burda əmisi
oğlu ilk olaraq araq sifariş verdi, araq gələn kimi də açıb qədəhlərə süzdü və dedi:
– Mənim atam dünyanı bir xristian kimi tərk eləyib. Sizsə bu gün ona müsəlman kimi ehsan vermək
istədiniz. Amma verə bilmədiniz, məni də xristian kimi ehsan verməyə qoymadınız. Heç olmaya
burda qeyd eləyək. Ruhu şad olsun!
Yeyib içir, ilk xaçpərəst duzəkənin ruhunu yad eləyirdilər. Pori çox oturmadı, Conidən maşının
açarını aldı, sən Bilo ilə qayıdarsan, dedi. Oğlu olandan sonra bacardığı qədər evə vaxtında gedir,
daha əvvəllər olduğu kimi gecəyarıdan keçənə qədər dostları ilə oturmurdu. Coni bunu ona irad
tuturdu, o isə razılaşmırdı. Uşaq böyüyənə qədər hər gün evə vaxtında getməliyəm, deyirdi, bu mənim
atalıq borcumdur.
Pori maşını Conigilin həyətində saxlayıb düşdü, qapıları bağladı, artırmanın qapısını açıb açarları
həmişə qoyduğu yerə, qapının yanındakı sütunun üstünə qoydu. Geri qayıtmaq istəyəndə dəhşətlə hiss
elədi ki, ayaqları onu evə doğru dartır. Heç cür özüylə bacarmırdı. Neyləsin, bəlkə evdə başqası da
var idi? Adətən Coni evdə olmayanda əmisi arvadları onlara gələrdilər. Astadan Səmoşu səslədi.
Dərhal da yataq otağının qapısı açıldı, qolsuz nazik köynək geymiş, köynəyinin açıq yaxasından
döşlərinin çuxuru görünən, yanaqları qıpqırmızı qızarmış qadın göründü. Ona sonsuz heyrətlə baxırdı.
– Pori, ilk dəfədir təşəbbüs səndən gəlir, amma bu gün hirslənmişəm. Sən bağışla. Başqa vaxta


qalsın.
Etiraz eləmədi, geri qayıtmaq istəyəndə qadın arxadan səslədi.
– Dayan, – dedi və bir azdan qaçaraq gəldi, əlində kağız dəsmal vardı. –Burda elə, pilləkəndə. Vaxt
yoxdu, gəlib-eləyən olar. Narahat olma, kağız dəsmallar qoxusuzdular.
Belə deyən kimi də aşağı pilləyə düşüb arxasını ona çevirdi və əlini pilləkənin yuxarı pilləsinə
qoydu. Burdaca, artırmaya qalxan pilləkəndəcə qadına sahib olur, tələsirdi və burda rahat
yataqdakından daha çox həzz alırdı.
Pori evə gəlib, həyətdəki su kranında soyuq suyla möhkəmcə yuyundu, üzü, baş-gözü od tutub yanırdı,
soyuq sudan ovuclayıb üz-gözünə vurduqca da sanki üzündən buxar qalxırdı. Artırmaya qalxanda ona
qurulanmaq üçün dəsmal verən Əfiyə dedi ki, şam eləyib, amma çay içəcək. Artırmanın enli
pəncərəsinin qabağına qoyulmuş masanın arxasına keçdi, çay içir, pəncərədən elektrik işığının
işıqlandırdığı həyətə baxır, pilləkəndə arxadan qucaqladığı Səmoşu xatırlayır, yenidən varlığını
həyəcan bürüyürdü.
Coni evə çox gec gəldi. Sərxoş idi, arvadı yatmışdı, oğlu da mışıl-mışıl yatırdı. Səsə Səmoş oyandı.
Coni otağın qapısı ağzında dayanıb sərxoş səslə:
– Sən mənə şərəfsiz deyə bilməzsən! – dedi və üzüstə yerə sərildi.
Səmoş ərini soyundurdu, sürüyərək yatağa saldı.
– Deyə bilərəm, – sakitcə deyib yuxuya getdi.
Səhər yuxudan oyananda Coninin başı çatlayırdı, gecə o qədər içdiyinə görə özünü lənətləyirdi. Səhər
yeməyi də yeyə bilmədi, bir stəkan tünd çay içməklə kifayətləndi.
Yalnız çayxanada qarğalara dən səpəndən, onların necə dənlədiklərinə tamaşa eləyəndən və Porinin
dəmlədiyi kəkotu çayından bir fincan içəndən sonra özünə gəldi, başındakı küy çəkildi.
Nahardan sonra Səmoş zəng eləyib dedi ki, atamı xəstəxanaya gətiriblər, təzyiqi qalxıb, neyləyiblərsə
düşməyib. Əfiylə biz yanına getmişdik, sən də get, elə indi, qardaşlarım kəndə gediblər, təkdir. Sənin
yanına kənddən gəlmişdi, sənin də borcundur onun yanına gedəsən. Kişi darıxır, tələsməzsən, yanında
bir az qalarsan, söhbət eləyib başını qatarsan.
Coni hirslənmişdi, yanıma gəlmişdi, amma kaş gəlməz olaydı. Mənim bu adamla söhbət eləyəcək bir
mövzum yoxdur. Təlxəyəm, ya oyunbaz, onun başını qatam? Belə düşünsə də, getməyi qərara aldı,
yoxsa Səmoş gününü göy əskiyə düyünləyəcəkdi. Getməyim yaxşıdır, deyirdi, qoy aparım bunun
meyvəsini, şirəsini verim, sərkisindən çıxım.
Coni marketdən iki kilo ucuz alma, iki şüşə də ucuz şirə aldı. Bəsdir, deyirdi, təzyiqi var, adama
olmaz. Keyfiyyətlisini, təsirlisini alaram, dözməz, içər, təzyiqi qalxar, adam gedər işinin dalısınca,
yaxam qalar qayınçolarımın əlində. Əslində isə, qayınatasının təzyiqinin qalxması, ya da o tərəflik
olması onu zərrəcə də narahat eləmirdi, sadəcə, bir vaxtlar çənəsinin altına zollamış birisinə, –
qayınatası olsa belə – yaxşı, bahalı meyvə almağa əli gəlmirdi. İstədi gül də alsın, bununla da pedəri
sındırmış olaram, deyə düşünürdü, ağzında gül deyirsən. O nə gətirmişdi? Meyvə, şirə! Coni nə
aparır, çiçək! Fərqi özü hiss eləmiş olacaq. Mədəni insanlar, şəhər-bayır görmüş insanlar xəstə
yanına təkcə günün altında bişmiş meyvə ilə, şirə ilə getmirlər, gül də aparırlar. Şəstlə qoy qabağına,
qoy oğraş çiçək havasıyla nəfəs alsın. Belə düşünsə də fikrini dəyişdi, arada başımı itirirəm, nəyi var
zollasın, mən onun üçün çiçək aparım. Adama gülərlər!
Xəstəxanada axtarıb qayınatasının qaldığı palatanı tapdı. Adi palata idi, nə soyuducsu, televizoru var
idi, nə də limon ağacı. Qayınatası da arxası üstə çarpayıya uzanıb tavana baxırdı. Baxışları ifadəsiz
idi, deyəsən, vəziyyəti ciddiydi, adətən belə hallarda, yəni Conini görəndə gözlərindən qığılcımlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə