İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə99/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   95   96   97   98   99   100   101   102   ...   142

Arvadının gözləri heyrətlə açılmışdı, Coni, bunu səndən heç gözləmirdim. Bu günə kimi qəti
qənaətdəydim ki, duzəkən kimi anadan olan duzəkən kimi də o tərəflərə üz tutur. Yəni nə ağlı varsa,
elə o ağılla da dünyanı tərk eləyir, daha zərrəcə də ağıl qazanmır, əksinə, yaşlaşdıqca olub-qalanını
da itirir. Sənsə az da olsa, ağıllanıbsan. Bəxtin çəkdi, hətta getməsəydin də, amma desəydin ki, mən
də getmək istəyirəm, dərhal Mərəndi də götürüb çıxıb gedəcəkdim. Bir səylə ömrümü başa vurmaq
haqda kiminsə qarşısında öhdəçilik götürməmişəm.
 
Bilogil on gündən sonra qayıdıb gəldilər, əliboş gəlmiş, meyiti gətirməmişdilər. Kişi Rusiya
vətəndaşlığını qəbul eləyibmiş, kilsəyə gedib islam dinindən imtina eləmiş, xristian olubmuş. Bir rus
qızıyla evlənibmiş, kəbinlərini kilsədə kəsdiriblərmiş. Bir qızı da var imiş. Qadın ərini xristian
qəbiristanlığında, öz ailəsinə məxsus olan yerdə dəfn elətdiribmiş. Meyiti çıxardıb öz vətəninə
aparmağa qəti etiraz eləyib, deyib, o bu ölkənin vətəndaşıdır, xristiandır, mənim ərimdir. Onu bu
torpaqda, bizimlə yanaşı basdırmağı vəsiyyət eləyib. Belə olan halda nəyə görə rus vətəndaşı,
xristian vəsiyyətinin, arzusunun ziddinə olaraq öz doğmalarının yanında, xristian qəbirstanlığında,
vətəndaşı olduğu ölkədə yox, müsəlman qəbirstanlığında dəfn olunmalıdır? Onlar nə qədər
yalvarsalar da, qadına xeyli pul təklif eləsələr də, qadın razılaşmayıb. Axırda polis çağırıb, polis də
gətirib onları aeroportdan yola salıb.
Bilo bir qədər fasilə verib yenidən sözə başladı, gərək düzünü deyim, yaxşı qadındı. Bizə dedi, məni
məcbur eləməsəydiz, polis çağırmazdım. Mən bizneslə məşğulam, kifayət qədər pul qazanıram. Əgər
ərimin orda ata-anası sağdırsa, ya ailə üzvlərindən, bacı-qardaşlarından ehtiyacları olan varsa,
ünvanlarını mənə yazarsız, vaxtaşarı onlara pul göndərərəm.
Bayaqdan balıq udubmuş kimi sakitcə Biloya qulaq asan Gülmayə yerindən bomba kimi partladı.
Dəysin onun pulu təpəsinə! Pul göndərincən kişinin meyitini verəydi! Əminin başını tovlayıb ələ
keçirdir, barı ölüsünü də vermir! Ay ləçər, kişinin ölüsü sənin nəyinə lazımdır? Niyə qoymursan,
babaları yatan torpaqda yatsın? Əminin elə əvvəlki xasiyyətiydi, kim başına yapışdı, qoşulub
gedəcəkdi. Mən onun Rusiyətə getməsinə nahaq razı oldum. Ay külbaş, hamı necə, sən də elə, gəz,
dolan, kefini çək, axırda çıx gəl bu tərəfə də. Hər nədir, olub, daha əlimizdən heç nə gələn deyil.
Sabah çadır gətirt, molla çağır, ləyaqətsiz əminə el gözünə də olsa ehsan verək.
Bilo uzun əliylə havada qövs cızıb əlini gözünün üstünə qoydu və ayağa qalxdılar.
Eşitdiyi bu xəbər Səmoşu hədsiz heyrətləndirmişdi. Coni, səni təbrik eləyə bilərəm, dedi, duzəkənlər
haqdakı fikirlərimi müsbətə doğru dəyişməyə başlayıram. Heç də hamınız səy deyilmişsiniz.
İçərinizdə ağlı başında olan da var imiş. Əminə halal olsun, səylərdən imtina eləməklə ağıllı iş
görüb. Vaxtında ağıllı tərpənib xristianlığı qəbul eləyib və arvadına da tapşırıb ki, onu xristian
qəbiristanlığında dəfn eləsinlər. Bununla da onu qaçırdıb zorlayan, işgəncəyə məruz qoyan
Gülmayədən intiqamını alıb. Arvadının illər öncəsi mənliyini, qürurunu zədələməsini ona
bağışlamayıb.
Səhərisi Bilo təşkilatçılığa başladı, həyətdə çadır qurdular, qazanlar asdılar, şəhərin axundu,
duzəkənlər tayfasının da mollası gəldi. Axund Bilonu bir kənara çəkdi. “ Qulağıma bəzi xəbərlər
çatıb, – dedi, – deyirlər, mərhum islamdan imtina eləyibmiş, xristianlığı qəbul eləyibmiş”.
Bilo bunu təsdiq eləyəndə sanki axunda qutuda ilan göstərdilər. “Onda məni bura niyə çağırıbsız? Bir
xristianın yasına molla çağırıldığı harda görülüb? Qonşu şəhərdə keşiş var, gedin, onu gətirin, qoy
məclisinizi yola versin. Mən burda qala bilmərəm”. “Sən bizi rüsvaymı eləmək istəyirsən? – Bilo
axundu dilə tutur, fikrindən daşındırmağa çalışırdı. – Sən çıxıb getsən, şəhərdə hörmətdən düşərik, sol


saqqal olarıq. Nə cür yəni xristiana ehsan verməzsiz? Brejnev, Çernenko müsəlmandılarmı? Bəs
onlara niyə ehsan verirdiz?” “Sən əmin haqda çox yüksək fikirlərə düşmə, – axund istehza ilə dedi, –
adi it təlimçisini kimlərlə müqayisə eləyirsən?”.
Bilo nə qədər dilə tutdusa, pul təklif elədisə, axund yola gəlmədi. Mən özümü cəhənnəmin oduna
yandıra bilmərəm, dedi, bir deyirsiz, xristiandır, bir də deyirsiz, gəl bunun yasında Quran oxu. Belə
şey harda görülüb? Bir keşişə desən, gəl müsəlman üçün ölü namazı qıl, müsəlmanı dəfn elə,
gələrmi?
Axund gedəndən sonra məclisi duzəkənlərin mollası yola verirdi. Sonda o da işin nə yerdə olduğunu
başa düşdü və məclisi aparmaqdan qəti imtina elədi. Mən bir xristian üçün Quran oxuya bilmərəm,
dedi, niyə bunu əvvəldən demirsiz? Məni günaha batırırsız?
Bilo onu hədələməyə başladı. “Sənin başın bədəninə ağırlıq eləyir? Ya məclisi aparacaqsan, ya da
burdan salamat getməyəcəksən! Sən duzəkənlərin mollasısan, ya yox? Mollasısan! Ölən kimdir?
Duzəkən. Onda canın çıxsın, boynun sınsın, məclisini yola ver!” “Babalarımız kafirləri ölümlə
qorxudub müsəlman eləyirmişlər, sizsə məni ölümlə qorxudub kafir eləmək istəyirsiz, – molla dedi, –
mən duzəkənlərin mollasıyam, onları dəfn eləməli, ehsanlarında iştirak eləməli, məclislərini yola
verməliyəm. Amma duzəkənlərin kafirlərinin də dəfnlərini boynuma götürməmişəm. Ağlınız olsun, bu
sizin nəyinizə lazımdır? Təkcə mən yox, Azərbaycanın bütün mollaları da yığışıb gəlsələr, Quran
oxusalar, bir xristiana bunun iynənin ucu qədər isti-soyuğu olmaz. Bu adamın xristian olduğunu
məndən başqa şəhərdə hamı bilirmiş, indi siz necə fikirləşirsiz, mən onun üçün “Yasin” surəsi
oxusam, dönüb müsəlman olacaq? Ya şəhər camaatı onun dinindən imtina eləyib xristianlığı qəbul
elədiyinimi unudacaq?”
Məclis mollasız qaldı, Bilo, duzəkənlər xəcalət çəkir, adamlara məclisdə niyə mollanın olmadığını
deyə bilmirdilər. Məlum işdir, qoca da ehsan yeməyə gəlmişdi, kinayə ilə gülümsəyir, ləzzətlə ehsanı
tıxışdırırdı. Bir kasa bozbaşı aşırdı, üstündən də iki stəkan çay içib Conini işarə ilə yanına çağırdı.
Coninin dişi bağırsağını kəssə də, getdi.
Qoca səsini qaldırmadan dedi, Coni, çox ləzzətliydi, Amma “Allah qəbul eləsin” deyə bilmərəm,
çünki desəm də, məlum səbəblərə görə qəbul eləməyəcək. Mənim üçün ən ləzzətlisi sənin ehsanın
olacaq. Gecə-gündüz dua eləyirəm, qoy lap tezliklə Allah o günü mənə qismət eləsin!
Sözünü deyən kimi də ayağa qalxdı, görünür, Coninin yenə də saqqalını isladacağından ehtiyat elədi.
Yüngül addımlarla çadırın qapısına doğru getdi və orda yoxa çıxdı. Yəqin, havaya sıçramışdı, ordan
da külək onu götürüb aparmışdı.
Ərinin ehsan məclisinin belə qürubsuz olması Gülmayəni kədərləndirsə də, özünü o yerə qoymadı.
Biloya dedi, mənim fikrim var idi, qırxını verək, sonra da uşaqları göndərim, o rus köpəyinin alnının
ortasından iki güllə sıxıb, boğaz gəmirməyin nə olduğunu ona göstərsinlər. Göndərməyəcəyəm, qoy
ləçəri sahib çıxsın ona. Köpəkdən qisas alar da, özü bilər, almaz da.
Bilo əmisi arvadının belə münasibətindən narazı qaldı, əmimin ordakı arvadı heç vaxt köpəyin
ölməsini istəməz. Ruslar itləri çox istəyirlər. Bu bizim işimizdir. Getməli, köpəyi gəbərtməliyik.
Əmisi arvadı söhbətə birdəfəlik nöqtə qoydu. Bilo, Rusiyətə getmək, rus köpəyindən əminin
intiqamını almaq istəyirsənsə, buyur, get, səni saxlayan olmayacaq. Amma nə məni, nə də oğlumu bu
işə qatmayın. Bir qəpik də verməyəcəyəm!
Səmoş hadisədən xəbər tutmuşdu, özü də ehsanda iştirak elədiyindən hər şeydən məlumatlıydı, evdə
buna özünəməxsus tərzdə reaksiya verdi. “Coni, duzəkənlərin şərəfinin iki paralıq olmasını qəlb
ağrısıyla seyr eləyirəm. Adicə bir rus köpəyi qosqoca tayfanın şərəfini elədi heç nə. Əmin arvadı


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə