İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə107/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   103   104   105   106   107   108   109   110   ...   142

bunları gizlətməliyik. Kəndə göndərə bilmərəm, mənim də, digər duzəkənlərin də başı dəfnə
qarışacaq. Qəlyançəkənlərə də etibarım yoxdur, başları qəlyan çəkməyə, araq içməyə qarışar, hər
şeyi unudub uşaqları güdaza verərlər. Bəs onda hara göndərək?
– Mən onları harda saxlamalı olacağımı bilirəm, sən narahat olma, bu iş mənlikdir, – deyə Pori böyük
qaynına zəng eləyib ondan təcili olaraq rayon mərkəzinə gəlməyi xahiş elədi.
Pori bunu etiraf eləməsə də, hər halda başkəsənlərin də yaxşı cəhətləri var idi, qaynı hətta niyəsini və
nəyə görəsini də soruşmadı, yalnız “gəlirəm” deyə telefonu söndürdü və artıq bir saatdan sonra
onların yanındaydı. İşin nə yerdə olduğunu öyrənib: “Aydındır, – dedi, – bu andan etibarən uşaqlar
başkəsənlərin qoruması altındadır, yalnız başkəsənlərin hamısı bir nəfər kimi qırılandan sonra onlara
nəsə ola bilər. Başkəsənlər sağ olduqları sürəcə bir kimsə onlara toxuna bilməz”.
Coni düşünür, bütün olub-keçənləri, hadisəni ayıq başla götür-qoy eləyir, qəlbində şübhələr baş
qaldırırdı. Bilonu öldürənlər onu soymuş, cibindəki pullarını, hətta qol saatını belə aparmışdılar.
Rusiyadan bura xüsusi missiya ilə gələn qatillər heç vaxt belə eləməzdilər. Həm də Bilonun
öldürülməsi də peşəkarların işi deyildi, bircə zərbə vurmaqla kifayətlənmiş, ölüb-ölmədiyinə əmin
olmadan çıxıb getmişdilər. Halbuki Bilo sağ da qala, polisləri onların izinə sala bilərdi. Bəs qatillər
niyə əmisi oğlanlarına toxunmamışdılar? Bu balaca şəhərdə Rusiyaya gedib atı öldürənin hansı əmisi
oğlu olduğunu hamı bilirdi və onu tapmaq gələnlər üçün heç bir çətinlik törətməzdi.
Xəstəxananın həyətində duzəkənlərin qadınları ağı deyir, Bilonu oxşayaraq ağlayırdılar. Əmisi
arvadları saçlarını yolub tökür, üz-gözlərini cırırdılar. Oğullarının da öldürüləcəyindən qorxur,
Conidən təkidlə, dönə-dönə uşaqların harda olduğunu soruşurdular. Coni onlara təskinlik verməklə
kifayətlənir, uşaqların tam təhlükəsiz, qorxusuz yerdə olduqlarını deyirdi.
Səhərə yaxın meyiti onlara təhvil verdilər və duzəkənlər Bilonu dəfn eləmək üçün hazırlıqlara
başladılar. Meyiti kəndə aparmaq istəyirdilər, amma anası razı olmadı. Oğlum burda basdırılmasını
vəsiyyət eləyib, – dedi.
Belə işlərdə təşkilatçılıq eləyən Bilo yox idi, işin ağırlığı Coninin üzərindəydi, tərslikdən havalar
rütubətli keçməyə başladığından onun ayaqlarının altı göyərməyə başlamışdı, hər beş-altı saatdan bir
evə gedir, corablarını çıxardıb ayaqlarının altını çəpişə otladaraq qayıdırdı.
– O hara gedir? – adamlar soruşurdular.
– Onun göyərən vaxtıdır, ayaqlarının altını çəpiş otlamalıdır, – duzəkənlər deyirdilər.
Bilonun dəfninə xeyli adam gəlmişdi, dost-tanışlar, qonşular, duzəkənlər, yelqovanlar,
qəlyançəkənlər, başkəsənlər tayfasının çoxu burdaydılar. Coni Bilonun ona dediklərini xatırlayıb
meyit yuyularkən Xanın yanına gedib ona dedi: “Bilo ölüb. Sənə işimiz düşüb”. “Bilirəm, – Xan
dedi, – amma belə hallarda sizin işiniz mollaya düşməlidir”. “Sən mollanı boş ver, – Coni mətləbə
keçdi, – molla çağırmışıq, gələcək. İşini görüb gedəcək. Amma Bilo sənin onun qəbrinin üstündə
“Dəşti” oxumağını vəsiyyət eləyib. Oxuyarsanmı?” Xan heç fikirləşmədən: “Oxuyaram, – dedi, –
mənim üçün harda oxumağın heç fərqi yoxdur. Təki pulumu versinlər”.
– Nə qədər? – Coni soruşdu.
– Beş yüz dollar.
– Çox deyil? – Coni narazılığını bildirdi. – Sən bütöv toya beş yüz dollara gedirsən. Bircə muğama
niyə o qədər istəyirsən?
Xan dedi, evdən çıxdımmı, mənə fərq eləməz, bir muğam oxuyum, ya bütöv toy. İstəsəniz,
qəbiristanlıqda da səhərə kimi oxuyaram. Sən şəhərin bütün axund və mollalarını özümə düşmən
eləyəcəyimi, nə qədər müştəri itirəcəyimi də nəzərə al. Mən bu boyda riski yalnız Biloya görə göz


önünə alıram. Rəhmətlik canlara dəyən oğlan idi.
Coni razılaşdı, dəfnin vaxtını Xana deyib getdi. Xan verdiyi sözə əməl elədi, qəbiristanlığa gəldi, onu
görən axundu sanki ilan sancdı. Sifətini turşudub nifrətlə soruşdu:
– Bu adam bura niyə gəlib? Onun burda nə işi var? Haçandan kafirlər qavalla müsəlman
qəbiristanlığına gəlməyə başlayıblar?
– O, qəbir üstə “Dəşti” oxuyacaq, – Coni dedi. – Rəhmətliyin öz vəsiyyətidir.
– O burda oxuyacaqsa, mən burda qala bilmərəm, – axund iri üzüklü əlini yuxarı qaldıraraq bəyan
elədi, – ya o, ya mən!
– O, – Coni fikirləşmədən dedi, – sənsiz keçinərək. Bilo qəbrinin üstündə sənin yox, Xanın oxumasını
istəyib.
– Mənim siz duzəkənlərdən elə əvvəldən xoşum gəlməmişdi, sizləri gördüyüm ilk gündən, – axund
dedi və yaxınlıqdakı balaca təpənin üstünə çıxıb əlini qibləyə tərəf uzadaraq dedi:
– Ey adamlar, məni eşidirsiz?
– Eşidirik, – adamlar xorla dedilər.
– Bu gündən etibarən mən duzəkənlərin ölüsünün üstünə getməyəcəyəm! Özüm də ölərəmsə,
duzəkənləri yasımda iştirak eləməyə qoymayın!
– Cəhənnəmə gəlmə, – Coni axundu acıladı, – gəlməsən, nə olacaq? Ölümüzü dəfn eləyə
bilməyəcəyik? Qəbahət səni ağırlayıb belə hörmətli insanın dəfninə çağırandadır! Bizim öz mollamız
var, ölümüzü də basdırar, məclisimizi də yola verər! Sən tez özünü evə yetir, indilərdə yağış
yağmalıdır. Şüşədən çıxan cin kimi sənin də saqqalın islandımı, işin bitəcək.
Axund bir əliylə əbasının ətəklərindən yapışaraq qəbiristanlığın qapısına doğru gedirdi, ona baxan
Coni yanıb-yaxılırdı: “Adam, bu əbadır, ya gəlinlik paltarı? Gərək iki adam da sənin arxanca gəzə,
əbanın ətəklərini yuxarı qaldıra ki, sən rahat yeriyə biləsən. Bir halda tozu-torpağı süpürür, yerlə
sürünür, bunun bir az qısasını geyin! Qızsan, baldırların görünə?!”
Onu gətirən sürücü axundun arxasınca qaçmaq istəyəndə Coni onun başına qışqırdı. Getmə, bunun
nazıyla çox oynayırıq, bu da ipə-sapa yatmır, özünü göylərdə hiss eləyir. Qoy piyada getsin, ağlı
gəlsin başına.
Duzəkənlərin mollası da muğam məsələsinə isti baxmadı, dedi: “Muğam olan yerdə “Yasin” ola
bilməz, “Yasin” olan yerdə də muğam. Yəni bir yerdə muğam oxunursa, orda “Yasin” oxunmaz. Mən
namazımı qılıb, “Yasin”imi oxuyub gedim. Ondan sonra istəyirsiniz gedin Habil Əliyevi gətirin, qoy
qəbir üstə “Cücələrim”i çalsın. Ya da Alim Qasımovu çağırın, “Segah” oxusun. Mən nə qədər
burdayam, burda muğam oxunmayacaq, yoxsa mən də çıxıb gedərəm”.
Belə də elədilər, molla namaz qıldı, “Yasin” surəsini oxudu, meyitin qəbrə qoyulmasına göstəriş
verdi. Əhlət taxtalarını düzüb, qəbrin üstünü torpaqladılar və qəbrin baş tərəfindən qabaqcadan
yonulub hazırlanmış taxta parçasını sancdılar. Molla bir də mərhumun ruhuna fatihə verib getdi.
Sürücü yenə də Coniyə baxırdı, yəni bunu da aparımmı? Ya ağlı başına gəlsin deyə, bu da piyada
getsin? Coni başıyla təsdiqlədi, yəni bunu apar.
Xan gəlib başdaşını əvəz eləyən taxta parçasının yanında oturdu, qavalı qulağına tutub öz möhtəşəm
səsiylə “Dəşti” oxumağa başladı. Muğamın sözləri Azərbaycanda elə də yaxşı tanınmayan Bakir adlı
şairindi. Bu, Azərbaycana ərəblərin gəlişindən sonra bir ilk idi. İlk dəfəydi ki, mərhumun qəbri üstə
muğam oxunurdu. O oxumağa başlayan kimi də başkəsənlər hamısı bir nəfər kimi qəbiristanlığı tərk
elədilər, beş-altı nəfər də onlara qoşuldu. Digərləri isə sona qədər qalıb Xanın “Dəşti”sinə qulaq
asdılar. Bu gün Xan daha gözəl oxuyurdu, onun şirin, yanğılı, həsrət və giley dolu səsi başdaşlarının


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə