İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə138/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   134   135   136   137   138   139   140   141   142

Pori dedi, bu gün həyatımızın ən gözəl günüdür, qoy yaddaşımızda ən gözəl gün kimi də qalsın. Bu
gün manqal yandırmayaq, ətsiz keçinək. Bu gözəl günümüzün hesabına bircə heyvanın da başı
kəsilməsin. Mən şərab, pendir alım, sən də kartof qızardarsan.
Birlikdə yaşadıqları müddət ərzində ilk dəfə Səmoş ona etiraz elədi. Pori, nə danışdığındır?
Həyatımızın ən gözəl günü olsun, bizsə bu günün sevincinə pendirlə, kartofla kölgə salaq? Biz bircə
dəfə ət yeməməklə heç bir heyvanı xilas eləyə bilmərik.
Pori bazara gedib ət aldı, manqalı yandırıb kabab bişirdi, Səmoş isə artırmada süfrə açdı, süfrəyə
şərab, meyvə, pendir qoydu, şamları yandırdı. Pori şüşəni açıb qədəhlərə şərab süzdü, yeyib-içir,
ötən günləri yad eləyir, deyib-gülürdülər. Kefi saz olan Mərənd də masanın ətrafında qaçır, anasının
bu gün onun üçün aldığı maşını eyvanla qovur, arada da onlara yaxınlaşıb suallar verir, şirin uşaq
ləhcəsiylə nəsə soruşurdu. Bir də onda baxdılar, qarda yatan dovşan kimi başını əllərinin üstünə
qoyub, xalçanın üstündə yatıb. Pori uşağı qucağına götürüb yataq otağına apardı, Səmoş da yerini
rahatladı, yerinə qoyub üstünü örtdülər. Pori əvvəlcə oğlunun alnından öpdü, sonra isə yanında
dayanıb şirin təbəssümlə gülümsəyən arvadını öpdü, qoluna girib artırmaya gətirdi.
Səmoşun telefonu zəng çaldı, naməlum nömrəydi. Səmoş çiyinlərini çəkib dəstəyi götürdü və dərhal
da sifəti işıqlandı, Nadya imiş. Burdan gedəndə Səmoş rus dilini bildiyi üçün onun telefonunu
götürmüş, zəng eləyəcəyini demişdi. Gec axtardığı üçün üzr istədi. Başım qarışıq oldu, deyirdi,
yalnız arxayınlaşandan sonra zəng eləməyi qərara aldım. Sizlərin, xüsusilə də başkəsənlərin
yaxşılığını heç vaxt unutmaram. Alikə tapşırmışam, böyüyəndən sonra Azərbaycana gələcək. Sizlərə,
başkəsənlərə onu qoruduqları, ölümdən qurtardıqları üçün təşəkkür eləyəcək.
Əfini soruşurdu və Səmoş heç nəyi gizlətməyib, Əfinin və Coninin öldüklərini, Poriylə evləndiyini
deyəndə isə Nadya tutulub qaldı. Əfiyə görə çox heyifsilənirdi. Bununla belə, çaşqınlığı çox çəkmədi,
onları təbrik elədi, yazda Porini də götürüb Moskvaya gəlin, dedi. Atamla-anamı da çağıraram, tanış
olarsınız. Gəlməyinizə çox şad olaram.
– Gedərikmi? – Pori soruşdu.
– Yox, – Səmoş başını yırğaladı. – Bizi keçmişə bağlayan bütün bağlardan qopmaq istəyirəm. O
adamlar və hadisələr başqa dünyada qaldılar. Təzədən onlarla əlaqə yaratmaq, arzulamadığım
dünyanın qapılarını açıb ora keçmək istəmirəm.
Bu gün ilk dəfə olaraq Səmoşu yatağa öz arvadı kimi apardı. Sevinci sonsuz idi, özünü dünyanın ən
xoşbəxt insanı hesab eləyir, qəlbi sevinc və fərəh içində çırpınırdı. İlk gördüyü andan vurulduğu bu
qadın artıq onun arvadı idi.
Səmoş onu mənalı tərzdə süzərək, birdən soruşdu, Pori sən yenə də aşağıdan yuxarı sənə baxıb gülən
qızı xatırlayırsan? Belə sual gözləməyən Pori tutulub qaldı, çiyinlərini çəkdi, niyə də xatırlamalıyam?
Səmoş isə üstünə gəlirdi, Pori, insanlar qarşılarına məqsəd qoyaraq, nəyə görəsə xatırlamırlar. Gözəl
anlar yaşayırlar və sonralar istəsələr də bu gözəl anları unuda bilmir, tez–tez xatırlayırlar. Ona görə.
– Xatırlamıram, – pərt halda dedi.
– Unudubsan?
– Unutmamışam, amma...
Səmoş gülürdü, unutmayıbsansa, daha bunun nə amması var? Unutmayıbsansa, demək, xatırlayırsan.
Kişilər elə qızları bir ömür boyu unutmazlar. Necə ki, Coni Kəlbiqeyrətin qızını unuda bilmədi.
Yaxşı, sən az qızar, mənə qədər həyatında olanlara görə hesabat verməli deyilsən. Amma hər halda
unutmağa çalış. Artıq sənə aşağıdan yuxarı baxıb gülən qadının var və onun yerini heç vaxt başqa bir
qadın tutmayacaq!


Bu gün ilk dəfə olaraq yuxudan tezdən oyanmadılar, kimlərsə görməsin deyə tezdən oyanmaq, evdən
az qala oğruncasına çıxmaq lazım gəlmirdi. Pori yataqda dirsəklənib, pəncərədən süzülən yaz
günəşinin qızılı şüalarının arvadının qəşəng alnında, burnunun üstündə, saçlarında necə oynaşmasına,
açıq sinəsinə tamaşa eləyirdi. Səmoş oyanıb mavi gözlərini açanda ona baxan Porini, öz ərini
görəndə gözləri güldü. Uşaq kimi sevinirdi. Pori aşağı əyilib arvadının burnundan, süzgün
gözlərindən, dodaqlarından öpdü.
Təzəcə yerdən durub səhər yeməyini yemişdilər ki, qapılarında maşınlar dayandı, qəlyançəkənlər
gəlmişdilər. Kişili-qadınlı maşınlardan tökülüşürdülər. Bir qoç, bir kisə düyü, yağ, bir yeşik araq
gətirmişdilər. Pori qoçun qapıda kəsilməsinə qəti etiraz elədi, qəlyançəkənlər isə ona qulaq asmayıb
qoçu kəsdilər, qadınlar qazan asdı, kişilər əti doğrayıb manqalı yandırdılar. Qəlyançəkənlər kabab
yeyib araq içdilər, sonra isə çay içə-içə qəlyan çəkməyə başladılar. Budka ilə Minayə də gəlmişdi,
Porinin nəyə görəsə Budkadan xoşu gəlmədi.
Minayə onları yataq otağına çəkdi, onu əvvəldən də tanıyırdı, amma elə danışırdı, sanki ilk dəfə
görürdü. Əvvəlki yeznəmiz nankor oldu, dedi, bacımın qədrini bilmədi. Canavar yox, öküzdü.
Göynən gedirdi, mən də onu göydən yerə çırpdım. Yerə çırpılmışı yeznəmiz oldu. Mənim gördüyüm
qədəriylə də, – uşağı göstərib mənalı tərzdə dedi, – bacım onu məndən də yaxşı göydən yerə
çırpırmış! Bu işdə məndən fərasətli imiş. Bacımın qədrini bil, onu incitmə!
Məlum işdir, Mərəndin ona oxşamasına işarə vururdu. Pori onları ikilikdə qoyub gedəndən sonra isə
gülərək bacısına dedi, Səmoş, səni belə bilməzdim, az aşın duzu deyilmişsən. Demək, Coniyə
çoxdanmış xəyanət eləyirmişsən. Səy duzəkənin də gözü orda-burdaymış, dostunun onun arvadını
yoldan çıxardacağını ağlına gətirmirmiş. Mən hələ də başa düşə bilmirəm, o, başkəsənlərin
qorxusundan sənə necə yaxın düşürmüş?
Səmoş da gülərək bacısına deyirdi, sevgi insanın gözünü bağlayır, bir insan sevərsə, qorxu bilməz.
Ölümü belə göz önünə alar.
Qonaqlar gedəndən sonra Pori Səmoşa deyirdi, indi bir problem var, atana necə müraciət eləyim?
Qayınata belə şit çıxır e. Rəhmətlik Coni qayınpedər deyirdi.
Ağlına da gətirmə, Səmoş həyəcanlanmış halda xəbərdarlıq elədi, qayınpedər deyirdi, ona görə də
çənəsi laqqıldayırdı. Yoxsa elə bilirsən daha yaşlaşıb, vura bilmir? İndi əvvəlkindən də möhkəm
vurur. Desən, təkcə çənə ilə canını qurtara bilməzsən.
Pori ömrünün ən gözəl günlərini yaşayırdı, onu başa düşən, ona dəyər verən sevimli arvadı var idi.
Evdə, bir qayda olaraq, onu rahatlıq, dinclik gözləyirdi, daima arzuladığı, yanında olmaq istədiyi
qadın gözləyirdi. Səmoş az qala onu yarı sözdən başa düşürdü, qayğısına qalır, evdə xoş, dinc bir
ortam yaratmaq üçün əlindən gələni eləyirdi. Danışır, gülür, ən kobud sözü belə zarafatla elə deyirdi
ki, Pori də özünü gülməkdən saxlaya bilmirdi. Pori də Səmoşun bircə sözünü belə yerə salmır, hər
işdə ona kömək eləyir, çox inciməyə qoymurdu. Belə qadından Coninin niyə narazı qalmasını, ən
əsası da belə zərif, gözəl bir qadına necə əl qaldırmasını heç cür başa düşə bilmirdi.
Ətrafındakılar isə bu evliliyə qısqanclıqla yanaşırdılar, duzəkənlərin qaşqabağı yer süpürürdü,
Coninin dostu fürsət gözləyirmiş. Nə vaxt Coninin başına bir iş gələr, dərhal da arvadını ələ keçirdər.
Bircə, heç gözləmədikləri halda, Gülmayə evlərinə gəlib onları təbrik elədi. Oturub onlarla çay da
içdi. Ağıllı iş gördünüz, sizə görə çox sevinirəm, xoşbəxt olun deyərək, çıxıb getdi.
Yelqovanlar isə isə əməlli-başlı hücuma keçmişdilər, Porinin üsyankarlığı ilə barışa bilmirdilər,
yelqovanlardan kim şəhərə gəlirdisə, hara gedirdisə, Porini tanıyan və tanımayan hər kəsə deyirdi,
Pori qəlyançəkənlərə satılıb, daha yelqovan deyil, qəlyançəkəndir, öləndə də onu aparıb öz


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə