İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə139/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   134   135   136   137   138   139   140   141   142

qəbiristanlıqlarında dəfn eləyəcəklər.
Səmoş axşam gülərək dedi, Pori, eşitmişəm tayfandan üz döndərirsən, qəlyançəkənlərə transfer olmaq
istəyirsən? Bəri başdan deyim, bu elə də asan məsələ deyil, qəlyançəkənlər indi hər adamı öz
sıralarına qəbul eləmirlər. Amma sənin üçün problem olacağını düşünmürəm. Bəxtin çəkib, mən
varam. Mən sənə zəmanət verərəm.
Sonra isə ərini qucaqlayaraq dedi, mən belə söhbətləri heç vaxt ciddiyə almıram, eşidəndə yalnız
gülməkdən keçinirəm. Sən də ciddiyə alma, yalnız gül. Özləri xoşbəxt ola bilməyənlər ətraflarında
xoşbəxt insanları görmək istəməzlər. Pori, mən həmişə sənin üzünün gülməyini istəyirəm!
Bir dəfə Pori marketdən çıxanda Gülya ilə rastlaşdı, yenə də gözləri gülürdü, onunla mehribancasına
görüşdü. Qızını soruşanda dedi ki, artıq böyüyür, sizin bağçaya qoyacağam.
Qoluna girib onu maşınının yanına gətirdi. Pori, dedi, nə qədər yaxşı yaşasam da, nə qədər çox
pulum, evim, maşınım olsa da, həyatdan əvvəlki ləzzəti ala bilmirəm. Əvvəlki kimi xoşbəxt, qayğısız
deyiləm. Keçən günlərə həsəd aparıram. Səninlə keçirtdiyim o günləri unuda bilmirəm. İstəsən, o
günləri yenidən yaşaya bilərik.
Qətiyyətlə boyun qaçırtdı, yox, dedi, mən o səhifəni bağlamışam. Bir də açmağa ehtiyac duymuram.
Arvadım öldü, təzədən evlənmişəm və arvadımı çox sevirəm. Gülya, insan sevdiyinə yalnız ondan
daha çox sevdiyi, arzuladığı, istədiyi birisi rast gələndə xəyanət eləyə bilər.
Gülya heyrətlənmişdi, indiki arvadından daha çox sevdiyin, arzuladığın birisinə rast gəlməyibsən?
Arvadın o qədər gözəldir, onu o qədər sevirsən ki, ondan başqa heç kimi sevə bilməyəcəyini
düşünürsən?
O da təsdiq elədi, hə, rast gəlməmişəm. Ondan başqa kimisə də sevəcəyimi düşünmürəm.
Gülya onunla dilucu vidalaşıb getdi. Səhər Səmoşgili bağçanın qabağında maşından düşürdəndə
Gülyanın da burda olduğunu gördü. Səmoşla Mərəndə heyrətlə baxırdı. Onları salamladı və maşınına
oturub, pəncərəni aşağı saldı, Pori, haqlıymışsan, dedi və maşını sürüb getdi.
– Bu qadın kim idi? – Səmoş maraqla soruşdu.
– Keçmiş qonşum, – Pori pərt halda dilləndi.
– Yəni keçmiş sevgilin?
– Səmoş…
– Yaxşı, nə deyirdi? Nədə haqlıymışsan?
Pori pərt olmuşdu, nə cavab verəcəyini bilmirdi, Səmoş isə cavab gözləyirdi. Səmoş gözlərini ona
zilləyib cavab gözləyəndə, Əfini yadına salırdı. Əfi də beləcə baxar və o cavab verməyənə qədər də
gözlərini çəkməzdi. Bilirsən, dedi, ona sənin dünyanın ən gözəl qadını olduğunu demişdim. Amma
inanmamışdı. Bu gün səni gördü və haqlı olduğumu təsdiq elədi.
Səmoş güldü, əyilib onun qulağına pıçıldadı. Pori, mənə qədər həyatında çoxlu qadınlar olduğunu
onsuz da bilirəm. Niyə əl-ayağını dağıdırsan? Bu da onlardan biriydi. Özü də bilirsən hansıydı?
Evini bizə satan, yataqda aşağıdan yuxarı sənə baxıb gülən qız! Pori sənin keçmişindən məni
qıcıqlandıran küləklər əsir. Bütün bu qaranlıq keçmişlərinlə, qonşularınla, sənə aşağıdan yuxarı
baxıb gülənlərlə nə qədər tez vidalaşsan, sənin üçün bir o qədər yaxşı olar.
Sözünü deyən kimi də oğlunun əlindən yapışdı və çıxıb getdilər. Pilləkənləri qalxdılar, həmişə olduğu
kimi, ardıc kolunun yanında dayanıb ona əl elədilər. Səmoş ətrafa boylandı, yaxında başqa adam
olmadığını görəndə əlini dodaqlarının üstünə qoyub ona öpüş göndərdi və ona dünyalarca doğma
olan, əziz olan, qəlbinin, həyatının bir parçası olan iki insan yamyaşıl ardıc kolunun arxasında
görünməz oldu.


Porinin ən xoşbəxt günü isə Səmoşun ona hamilə olduğunu dediyi gün oldu. Səmoşu qucağına götürüb
fırlayır, yerə qoymurdu. Sonda yoruldu, Səmoşu çarpayının üstündə oturdub, əllərindən yapışaraq
həmişə həsrətində olduğu mavi gözlərinin içinə baxmağa başladı. Nəsə demək istəyirdi, amma
cəsarəti çatmırdı. Bunu hiss eləyən Səmoş onun üzünü balaca əllərinin arasına alıb gülümsəyərək
soruşdu:
– Mənə bir sözmü demək istəyirdin? – amma onun dinmədiyini, daha doğrusu, dillənə bilmədiyini
gördükdə dedi: – Pori, özünü incitmə, onsuz da nə deyəcəyini bilirəm.
– Bilirsən? – Pori inamsızlıqla səsləndi.
– Əlbəttə, bilirəm, – Səmoş gülürdü. – Pori, mən artıq səni özümdən yaxşı tanıyıram. Bəzən heç
özümün nə istədiyimi, niyə qanımın qaraldığını bilmirəm, amma sənə baxan kimi əhvalını duyur, hər
halından nə demək istədiyini, nə istədiyini dərhal anlayıram. İkinci uşağımızın adını Sibir qoymaq
istəyirsən.
Heyrətdən Porinin gözləri hədəqəsindən çıxmışdı, eşitdiklərinə inana bilmirdi, doğrudur, arvadı onu
yarı sözdən başa düşürdü, amma indi ürəyini oxumuşdu. O heç nə deməmişdi, heç indiyə kimi
aralarında bu mövzuda söhbət də olmamışdı, amma arvadı onun nə demək istədiyini bilmişdi.
– Pori, siz dostların ən böyük arzunuz öz balalarınıza özünüzün ad qoymağınız idi. Bu arzunuza
çatmadız. Arvad tərəfi daha güclü oldu, güclülər isə, bir qayda olaraq, qalib gəlir, öz iradələrini
diqtə eləyirlər. Başkəsənlər oğluna öz ulu babalarının köç tarixini yaşadan ad qoyandan sonra sən də
balana öz babalarının köç tarixini yaşadan ad qoymaq arzusuyla yaşayırsan. Pori, qəlyançəkənlər
hamısı silah götürüb gəlsələr də, balamızın adı Sibir olacaq. Oğlan da olsa, qız da olsa. Mənim
balalarım canlı tarix ensiklopediyaları olacaqlar. Mərənd öz adında ana babalarının köç tarixini
yaşadacaq, Sibir də ata babalarının. Sən də, nəhayət, arzuna çatacaqsan.
Arvadını qızğınlıqla öpür, təşəkkür eləyirdi. Birdən Əfi ilə aralarındakı söhbət yadına düşdü. Amma
Əfi deyirdi ki, Sibir yaxşı ad deyil, uşaqlara belə ad qoymazlar.
Səmoş başını yırğalayaraq dedi, o, Əfinin fikridir. Mənə qalarsa, Sibir çox yaxşı addır. Hətta
deyərdim, bütün adlardan yaxşıdır. Mən səninlə tanış olduğum ilk gündən sənin nə xoşuna gəlibsə,
mənim də xoşuma gəlib. Hətta illər uzunu xoşum gəlməyən bir yeməkdən, çiçəkdən, ətirdən, insandan
sənin xoşun gəldiyini görəndə anidən fikrim dəyişib, mənim də xoşum gəlməyə başlayıb. Sən bunun
adına nə deyildiyini bilirsənmi?
– Bilirəm, – Pori dedi.
– Nə imiş? – Səmoş maraqla soruşdu.
– Sevgi.
– Ay sağ ol! Yadında saxla, – Səmoş barmağını yuxarı qaldırdı, – bu evdə Əfi erası bitib. Sənin bunu
birdəfəlik yadında saxlayacağına əmin ola bilərəmmi?
– Bilərsən! – Pori qətiyyətlə dedi.
Bayramqabağı Pori başkəsənlərin kəndinə getdi. Başkəsənlər onun oğluyla söhbətinə qarışmırdılar,
hətta qayınanası da yaxın gəlmədi, o da oğluyla ürəyincə söhbət eləyə bildi. Uşağın başını
sığallayaraq deyirdi, oğlum, gedək mənimlə. Sən bir azdan məktəbə gedəcəksən. Kənddə sənin üçün
çətin olar. Şəhərdə çox gözəl məktəb var, orda oxuyarsan. Bura da tətildən-tətilə gələr, babangilə baş
çəkərsən. Sən mənim oğlumsan, mən sağ olduğum halda, başqalarının evində qala bilməzsən.
Səhənd isə:
– Yox, – deyib başını yırğaladı.
– Niyə? – Pori az qala qışqırdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə