İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   18   19   20   21   22   23   24   25   ...   142

olmağını qardaşımın bilməsinin eybi yoxdur, başqalarının bilməsi eyibdir. Apar, ver pulunu, neynək,
əlimizə pul düşər, qardaşımın pulunu qaytararıq”.
Pori dükançının pulunu verdi, nəhayət, bu axşam arvadıyla birlikdə arxayın oturacaqlarını, birlikdə
şam eləyəcəklərini düşünürdü. Yelqovanlara elə üz göstərmişdi, onların bir də qapısını döyəcəklərini
gözləmirdi. Lakin heç evə çatıb oturmağa macal tapmamış qapıda iki maşın dayandı. Səkkiz nəfər
yelqovan tökülüşdü maşınlardan, sərxoş idilər, gülüşür, onu qucaqlayıb bağırlarına basırdılar.
Yelqovanlar stulda əməlli-başlı otura bilmirdilər, biri yıxılıb həyətlə yumalandı, biri çəpərin dibinə
yıxıldı. İkisi-üçü həyətdəki ayaqyolunda növbəyə durmuşdu. Ucadan danışır, qışqırır, bir-birlərinin
sözünə gülürdülər. Yəqin, qonşular da eşidir, görürdülər. Porinin başında hər şey bir-birinə qarışdı.
Çəpərin dibindən beli götürüb düşdü yelqovanların üstünə.
– Cəhənnəm olun burdan! İtilin, gedin, bir də sizi bu həyətdə görməyim! Yarım saatlıq yol var kəndə.
Burda üst-üstə yatana kimi, gedin xarabanızda yatın da!
Yelqovanlar bircə anda sərxoşluqdan ayıldılar, heyrətdən özlərini itirmişdilər, ağızlarını ayırıb bir-
birlərinə baxırdılar. Porinin bellə üstlərinə gəldiyini görüb gözləməyin, ya da nəsə danışmağın
mənasız olduğunu başa düşdülər. Maşınlara doluşub getdilər.
Səs-küyü, Porinin qonaqlarını həyətdən necə qovmasını Conigil də eşidiblərmiş, ikisi də gəldilər,
Poriyə heyrətlə baxırdılar. Coni deyinirdi: “Pori, sən bu məsələyə əncam çəkdin, qaldım mən. Mənim
də Minoşun hesabına duzəkənlərin yanında dilim gödəkdir. Ağzımı aça bilmirəm”. “Yalan danışma, –
həmişə olduğu kimi, Səmoş onu cavabsız buraxmadı. – Sən çoxdan dinər, bu səyləri qapıdan
qovardın. Mənə görə dinmirsən, onların mənə əzab vermələri sənə ləzzət eləyir. Bu nədir ya?
Qəlyançəkənlər də sənin qohumlarındır. Gəlirlər, yeyib-içirlər, çıxıb gedirlər. Hələ bir nəfəri belə
gecələmək üçün bizdə qalmayıb”. “Nə olsun çıxıb gedirlər? – Coni hirslənmişdi. – Onlar gedəndən
sonra da bir həftə tütün qoxusundan havam çatmır!” “Sən özün axşama kimi tütün çəkirsən, heç nə
olmur, qəlyançəkənlərin tütününün qoxusuna dözə bilmirsən?” “Mənim çəkdiyim təmiz tütündür,
fabrikdə emaldan keçib, hətta oxuduğuma görə, tərkibinə bal da qatırlar. Qəlyançəkənlər isə dünyada
heç kimə məlum olmayan tütünü çəkirlər, tütün-filan boş şeydir, onların çəkdiyi narkotikadır.
Qəlyanlarına nəşə doldururlar! Hamısı nəşəxordur!”
Əfiylə Pori onları güclə sakitləşdirə bildilər.
Pori qonaq məsələsinə əncam çəkdiyini güman eləyirdi, amma sabah axşam gecədən bir qədər keçmiş
Coni onlara gəldi, dedi ki, duzəkənlərdən doqquz nəfər qonağı var, hamısına yer, yorğan-döşək
çatmır, üçünü sizə gətirəcəyəm.
Əfi dərhal razılaşdı, gətir, dedi, mən onlara yer salaram. Coninin belə bir təkliflə gəlməsindən daha
çox Əfinin onun fikrini gözləmədən razılıq verməsi Poriyə toxundu. Əfiyə hirsləndi, sən gözlə, dedi,
belə məsələlərdə qərarı mən verirəm. Coni, sənə nə olub? Başını bir yerlərəmi vurubsan? Sən nə
düşünürsən, mən öz yelqovanlarımı qovum, səhərisi isə duzəkənləri qonaq qəbul eləyim, bu necə
olar? Yelqovanlar məni özlərinin bir nömrəli düşmənləri elan eləyərlər. Coni, gətirib eləmə.
Gətirsən, onları da qovacağam!
Coni pərt halda çıxıb getdi. Əfsanə onu məzəmmətləyirdi, Pori, sənə nələr olur? Qonaqları qapıdan
qovursan, dostunun da qonaqlarını qəbul eləmək istəmirsən. Bu yaxşımı işdir? Haqqımızda nə
düşünərlər? Səni belə görürəm sabah mənimkilər də gələndə, onlara da deyəcəksən, çıxın gedin, mən
qonaq qəbul eləmirəm.
– Onlara deyə bilmərəm, – başını yırğaladı.
– Deyə bilsəydin, deyərdin, eləmi?


– Deyərdim, – etiraf elədi, – mən başkəsənləri evimdə görmək istəmirəm.
– Neyləyib başkəsənlər sənə?
Hələ bir soruşursan da, Pori qəlb ağrısıyla deyirdi, Əfi, onlar insanlığın düşmənidilər. Uf belə
eləmədən insan başı kəsərlər. Baş kəsməyləri ilə fəxr eləyirlər, başkəsən olmaqlarıyla qürur duyurlar.
Biz ayrı-ayrı adamlarıq. İndiyə qədər baş kəsməmişəm deyə onların gözündə bir quruş dəyərim
yoxdur. Məni sevmirlər, mən də onları sevmirəm. Elə isə niyə gəlib mənim ocağımın başında
oturmalıdılar?
Porinin gözlədiyinin əksinə olaraq, Coni ondan incimədi, incikliyini nəyləsə büruzə vermədi. Amma
neylədisə, duzəkənlərə nə dedisə, onlara da duzəkənlərin axını dayandı.
İndi Porini ən çox narahat eləyən qaynının verdiyi beş yüz manat idi, heç cür artırıb pulu qaytara
bilmir, xoşlamadığı adamlara borclu qalması onu narahat eləyir, sıxırdı. Bir gün kəndçisi gətirib
çayxanada Coniyə min manat verdi, evin pulundan qalıbmış. Beş yüz manatını Conidən aldı və elə
həmən gün arvadına verib dedi, çağır qardaşını, ver pulunu.
Əfi razılaşmırdı. Elə şey olar?! Onlar bizə borc verməyiblər axı. Mən pula ehtiyacımız olduğunu
demişəm, onlar da gətirib veriblər. “Əfi, elədirsə, indi də pula ehtiyacımız olmadığını de, pullarını
ver. Pulumuz yox idi, almışdıq, indisə var, qaytarırıq. Burda qəbahətli nə var? Mən qayınçolarımın
yanında gözükölgəli olmaq istəmirəm. Onların ən çox istədikləri də məhz budur”.
Əfi pulu götürdü. Səhərisi isə qaynı çayxanaya gəldi, onlarla görüşdü və Porini kənara çəkdi. “Yeznə,
pulu niyə qaytarıbsan? Biz o pulu sənə borc verməmişdik. Sadəcə dükana borclu qalmağını
istəmədik”. “Sağ olun, – Pori süni tərzdə minnətdarlıq elədi, – canımı qurtardınız. Yoxsa dükançı
məni asıb, dərimi soyacaqdı. Mən də pulum olan kimi sizin pulunuzu qaytarmağı qərara aldım”. “Bu
yalnız yelqovanlarda belə olur. Başkəsənlərdə isə başqa cürdür, – yenə də qaynı yuxarıdan aşağı
danışırdı, o isə yenə də bu adama elə onun öz danışdığı tərzdə cavab verə bilmir, alçalırdı. – Bu gün
sənin ehtiyacın ola bilər, biz dərhal sənin yanında olacaq, sənə kömək eləyəcəyik. Sabah sən də
başkəsənlərdən kimsə çətinliyə düşərsə, onun yanında olar, ona kömək eləyərsən”. “Mən doğrudan da
bir yelqovan kimi düşünürəm. Məndən ümidinizi vurun. Hansısa başkəsən çətinliyə düşərsə, mən
onun yanında olmayacağam. Çünki maddi imkanlarım ancaq özümü dolandırmağa imkan verir, daha
çətinə düşən hansısa başkəsənin yanında olmağa, ona yardım eləməyə yox”. “Başkəsənlərin sənin
yardımına ehtiyacları yoxdur, heç vaxt da olmaz! Mən səni başa salmaq üçün dedim, sənsə həmişə
olduğu kimi yenə də anlamadın”.
Qaynı keçib oturdu, Conini çağırıb onun üçün bir çaynik solmazçiçəyi çayı gətirməyi xahiş elədi.
Yaxşı dəm alsın, dedi, deyirlər, əsəblərə yaxşı gəlir.
Pori solmazçiçəyi çayı dəmləyirdi, Coni əyilib onun qulağına pıçıldadı. “Pori, sən ağlınımı itirdin?
Birdən heç solmazçiçəyi çayı təsir eləmədi, bunun əsəblərinə yaxşı gəlmədi, onda necə olacaq?
Adamın başı qaydada deyil, az imiş, sən də bu tərəfdən qurdalayırsan”. “ Nə bilim, – Pori çiyinlərini
çəkdi, – hər halda başımızı kəsməyəcək. Nəhayət, bu göynən gedənləri yerlərində oturda bildim”.
Başkəsənlər tayfasının bu cavan nümayəndəsi gözlərini pəncərədən çəkmədən çayını içirdi, adama
elə gəlirdi, o heç yerə tələsmir, onun üçün ən vacib iş elə bu çayxanada oturub çay içməkdir. Sifəti
hissiz-duyğusuz idi, gözlərində soyuq işartı var idi.
Başqa müştəri üçün çay gətirməyə gələn Coni də onun qulağına pıçıldayırdı, işlər şuluqdur, mənə elə
gəlir, çay başkəsənin əsəblərinə yaxşı gəlmədi.
Başkəsən çayını içib ayağa qalxdı, çıxardıb stolun üstünə beş yüz manat qoydu. “Çayın pulu”, – dedi
və onlarla vidalaşmadan çıxıb getdi. Coninin ağzı açıq qalmışdı, bu başkəsənin əsəbləri yox, başı


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə