İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   42   43   44   45   46   47   48   49   ...   142

öldürəcəkdiniz”.
Qaynı cavab vermədi, otaqlarını onlara göstərib gedəndən sonra Coni düşdü onun üstünə.
Yenotlardan sənə nə? Öldürüblərsə də, öldürüblər, başlarını kəsiblərsə də, kəsiblər! Bəs heç
demirsən qayınpedərim başladı özünü əsdirməyə. Mənə baxma, dözümlüyəm, sənin çənənin altından
birini vursa, aləm də yığılıb gəlsə, daha yerinə bənd olmaz.
Onlara ikinci mərtəbədə yanaşı otaqlarda yer ayırmışdılar, otaqlarda soba yanırdı. Yanan odunun,
qatranın xəfif qoxusu dəhlizdə belə hiss olunurdu. Səmoş pəncərəsi dağlara baxan geniş otağı onlara
verdi, özlərinə isə pəncərəsi həyətə baxan kiçik otağı götürdülər. Hər şey yaxşıydı, bircə hamamın,
ayaqyolunun həyətdə olması işləri korlayırdı. Xüsusilə gecələr azından bir dəfə oyanıb ayaqyoluna
gedən Coninin qanı qaralmışdı. Ayaqyolunun yerini soruşanda və kiçik qaynı evdən xeyli aralıda
ağdaşdan tikilmiş tikilini göstərəndə rəngi ağardı.
– Mən ora necə gedəcəyəm? Yan-başımı soyuq aparar. Həyətdə də canavar boyda itlər gəzir,
qoyarlarmı həyətə çıxam?
– Narahat olma, – Səmoş ona təskinlik verdi, – ayaqyolunun uzaqda olması yaxşıdır. Gecə çölə
çıxacaq, təmiz hava alacaqsan. İtlər də sənə toxunmayacaqlar. Bu həyətdə kimi bir dəfə görsələr, daha
ona toxunmazlar.
– Ay sağ ol, amma nə dedin! Ürəyimə sərin su səpdin! İtlər gündüz sir-sifətimi yaddaşlarına
köçürtdülər, gecənin qaranlığında məni görəndə deyəcəklər, aha, sən bizim gündüz gördüyümüz
həmən o bəy əfəndisən. Əsla sənə toxunmarıq. Tükünü də darağa vermədən get, ayaqyolunda işini
gör, qayıt. Xeyr, Səmoş xanım, heç nə deməyəcək, soruşmayacaqlar. Üstümə atılıb parçalayacaq,
nuşcanlıqla həzm eləyəcəklər!
Onları nahara çağırdılar. Qonaqlığı birinci mərtəbədəki böyük salonda verirdilər. Qadınlar salonun
aşağı başında, kişilər isə yuxarı başda oturmuşdular. Cöngə, qoyun kəsmişdilər, iri qablarda soyutma
ət, kabab gətirirdilər, araq da bol idi. Qəlyançəkənlər arağı su kimi içirdilər, onlar da ayaqlaşmağa
çalışırdılar. Yeyir, içir, söhbət eləyirdilər.
Nahar yeməyi axşama çəkdi. Qadınlar tez dağılışıb yatmağa getdilər, kişilər isə gecə yarısına kimi
yeyib-içəndən sonra qəlyanlarını çıxardıb tüstülətməyə başladılar. Onlar icazə alıb ayağa qalxdılar,
hər ikisi sərxoş idi, ayaq üstə güclə qalırdılar. Coni ona dedi, sən get, mən də ayaqyoluna dəyim,
gəlirəm.
Pori otağın qapısını açıb içəri keçdi, soyunub yatağa girdi, isti yataqda arvadının isti bədənini
qucaqlayan kimi də ehtiras varlığına hakim kəsildi. Yuxulu arvadını arxası üstə çevirib soyundurdu,
arvadına sahib olduqca da heyrətlənirdi. Burda nəsə qaydasında deyildi. Əyilib arvadının qulağına
pıçıldadı:
– Əfi, bu gün bir cürsən.
– Nə cürəm? – arvadı dilləndi.
– Səsin də qəribədir.
– Öz səsimdir, sən qarışdırırsan.
Birdən sanki yuxudan ayıldı, sərxoşluğu ani olaraq keçib getdi. Başında tükləri biz-biz durmağa
başladı.
– Səmoş, sənsən?!
– Mənəm.
– Bu necə oldu?
– Məndən soruşursan?


– Bəs səsini niyə çıxartmırdın?
– Pori, sən nə danışdığının fərqindəsən? Giribsən otağıma, soyundurub basıbsan altına, indi də
məndən soruşursan, bu necə oldu? Necə olduğunu səndən soruşmaq lazımdır. Səsimi çıxardım, Əfi,
qardaşlarım xəbər tutsunlar, vayını versinlər?
– Onda durum?
– Durdun, nə olasıdır?
– Bəs onda neyləyim?
– Bilmirəm, neyləyirsən, tez elə.
Başında hər şey bir-birinə qarışdı. Aylarla həsrətində olduğu bu isti bədəndən istədiyini almaq, onda
qurtarmaq istəyirdi. Daima sahib olmaq istədiyi, öpüb-əzizləmək istədiyi qadın indi onundu. Səmoşun
dodaqlarından, qəşəng burnundan, çənəsindən, nazik, gözəl boynundan, qız döşləri kimi balaca, bərk
döşlərindən öpür, sanki qadını sıxıb ürəyinə salmaq istəyirdi. Nə vaxtsa, hansısa qadından bunca həzz
aldığını xatırlamırdı. Həzzin coşqun dalğası varlığını saranda bütün bədəni titrədi. İsti bədən də onun
titrəyişlərinə cavab verir, onun sevgisini qəbul eləyirdi.
– Belədə neyləyirlər? – Səmoş aşağıdan yuxarı onun qulağına pıçıldadı.
– Neyləyirlər? – Pori karıxıb qalmışdı.
– Pori, təşəkkür eləyirlər!
Səmoşun dodaqlarından öpərək minnətdarlığını bildirdi, dərhal da bir az bundan əvvəl orqazmdan
gərilib titrəyən bədənini xəcalət hissi bürüdü. Ən yaxın dostunun arvadıyla yatağa girmişdi, hələ bir
ona təslim olduğu üçün qadına təşəkkür də eləyirdi. Qadınsa onu tələsdirirdi, daha yubanma, al,
mənim maykamla silin. Burda başqa heç nə yoxdur.
Səmoşun maykası ilə qurulanıb, maykanı onun göstərdiyi sellofan torbaya qoydu. Tələsik geyinib
çıxdı. Otaqda olduğu, Səmoş ilə sevişdiyi müddətdə zərrəcə də qorxu hissi keçirməmiş, yalnız
xəcalət çəkmişdi. Çölə çıxandan sonra isə birdən-birə dəhşətli dərəcədə qorxdu. Onları yataqda
tutsaydılar, Coni gəlib üstlərinə çıxsaydı, necə olardı? Ölüm bir yanaydı, rüsvayçılıq bir yana. Bunu
eşidən Əfi hansı hallara düşərdi? Coninin qəlyançəkənləri lənətləməkdə günahı yox imiş, əbləhlər o
qədər içirtdilər, hər şeyi unutdu.
Qapını ehtiyatla açıb pəncələrinin ucunda otağa keçdi, soyunub yatağına girdi. Arvadına toxunmağa
belə cürət eləmirdi. Ağlına gələn fikirdən yenidən bədəni soyuyub buza döndü. İçəri onsuz da
yarıqaranlıq idi, aydın görə bilmirdi. Bəlkə elə arxasını ona çevirmiş bu qadın da arvadı yox,
başqasıydı. Coninin qayınlarından birinin arvadıydı, ya da evdəki subay baldızıydı? Arvadının
çiyninə cürətsiz halda toxunub pıçıltıyla soruşdu:
– Əfi, sənsən?
– Başqa kim ola bilərəm? – arvadının acıqlı səsi eşidildi.
Arvadı başını ona tərəf döndərdi, azacıq dikəlib yarıqaranlıqda yuxarıdan aşağı onun gözlərinin içinə
baxmağa başladı.
– Sənə nə olub?
– Heç nə, – mızıldandı.
– Olub, olub. Ürəyin az qalır yerindən çıxsın. Tappıltısını mən belə eşidirəm.
– Dedim də, bir az çox içmişəm.
– İndi mən sənə nə deyim, – arvadı onu məzəmmətləyirdi, – sənin ağlın var, ya yox? Başını aparıb
qəlyançəkənlərin başına qoşursan! Onlar arağı su yerinə içirlər, araqları da elə-belə araq deyil,
özləri çəkirlər. Xalis spirtdir!


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə