İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə51/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   47   48   49   50   51   52   53   54   ...   142

– Sən bizə cavab ver, – bayaqkı kişi soruşdu, – sən niyə məhz bizim evə siçmək istəyirsən?
Doğrudanmı kənddə siçməyə yer tapa bilmədin, qərara aldın ki, gəlib bizim evdə siçəsən?
– Vallahi, billahi, buranın ev olduğunu bilməmişəm! – Coni and içir, bıçaq boğazının damarlarını
kəsər deyə səsini qaldırmırdı. – Mən ayaqyolunu axtarırdım, səhvən gəlib sizin evə çıxmışam.
Onun and-amanına qulaq asan yox idi. Bıçağı boğazına söykəyən soruşdu:
– Bismillah deyim?
– Ehtiyac yoxdur, – kişi dedi.
– Onda murdar olar axı.
– Olsun da. Onu yemək üçün kəsmirik. Şərəfimizi təmizləmək üçün kəsirik.
Coni xırıldayır, başkəsənlərə qonaq gəlməyə razılıq verdiyi günə lənətlər yağdırırdı. Boğazında
bıçağın tiyəsinin soyuqluğunu hiss elədikcə əti ürpəşirdi. Qollarından möhkəmcə yapışmışdılar,
ayaqlarının üstündə də iki nəfər oturmuşdu, azacıq belə tərpənməsinə imkan vermirdilər.
– Neyləyirsiz? – yuxarıdan kiminsə səsi eşidildi.
– Başını kəsirik.
– Kafirdir?
– Bilmirik.
– Onda niyə kəsirsiz?
– Evimizi ayaqyolu hesab eləyib burda siçmək istəyirdi, – onu ilk görən kişi dedi. – Nə yaxşı
vaxtında gördüm, yoxsa evə siçəcək, şərəfimizi, namımızı iki pulluq eləyəcəkdi. Təkcə bunun yox,
bütün şəcərəsinin də başını kəssəydik, şərəfimizə düşən ləkəni təmizləyə bilməzdik.
– Bu, yəqin, əmingilə gələn qonaqlardandır, qaranlıqda azıb bura gəlib. Başkəsənlər ulu babalarının
vaxtından indiyə kimi öz evlərində qonaq başı kəsməyiblər, siz də kəsə bilməzsiz. Çağırın, verin, qoy
aparsınlar.
Coni tamamilə adi, emosiyasız bir səslə deyilən bu sözlərin nəsə sehrli təsir göstərəcəyinə, boğazını
kəsilməkdən xilas eləyəcəyinə inanmırdı, amma deyilənlər öz sehrli təsirini göstərdi. Onu buraxdılar.
Coni isə hələ də xilas olduğuna inana bilmirdi, artıq ayaqlarını, qollarını tutan olmasa da, ayağa
qalxmağa heyi-hərəkəti qalmamışdı. Boğazına bıçaq söykəyən qolundan yapışaraq ayağa qaldırdı, o
isə səntirləyir, ürəyi bulanırdı. Onu xilas eləyən səsin gəldiyi tərəfə baxanda saçı-saqqalı ağappaq
olan, digərləri kimi ağappaq gecə paltarı geyinmiş qoca bir kişinin pilləkənin başında dayandığını
gördü.
– Qonaq, çıx get, – qoca elə həmən etinasız səsiylə dedi, – sənin bu gün siçmək üçün gəldiyin evə
günlərin birində daha xoş niyyətlə gələcəyinə ümid eləyirəm. Qonağın gözümüz üstə yeri var, amma
səbrimiz tükənəndə gözümüz üstə olanlarla olmayanlar arasında fərq qoymarıq.
Bu ağ paltarlı, ağappaq saqqallı qoca, onu əhatəyə almış ağappaq paltarlı adamlar canlı insanlardan
çox xəyali varlıqlar təsiri bağışlayırdılar. Yuxumu görürdü, ya o dünyayamı gəlmişdi? Ayaqyoluna
getmək üçün evdən çıxdı və gəlib cəhənnəmin ortasına düşdü? Hər halda cənnətə düşmədiyinə əmin
idi, orda baş kəsməzdilər, başkəsənlər də orda olmazdı.
Zəng eləyiblərmiş, bir azdan Porinin qayınları gəldilər, xeyli üzrxahlıq elədilər. Gərək siz
bağışlayasınız, dedilər, qonağımız şəhərdəndir. Bunların isə ayaqyolusu evin ortasında olur,
ayaqyoluyla ev arasında fərq qoymurlar. Burda çörək yeyirlər, iki addım o tərəfdə siçirlər.
Evə qayıdanda onu məzəmmətləyirdilər, sən ayaqyolunu qoyub evə niyə girirdin?
– Hanı sizin ayaqyolunuz? – Coni yana-yana soruşdu. – Mən o dediyinizi axtardım, amma tapa
bilmədim.


– Bu da ayaqyolu! – yanında dayandıqları tikilini ona göstərdilər. – Sən daş-çınqıl döşənmiş cığırdan
çıxmasaydın, düz gəlib üstünə çıxacaqdın. Sənə qədər bir kimsənin gəlib onu tapmasında problem
olmayıb.
– Məni bağışlayacaqsız, – Coni dedi, – mən öz fərsizliyimin ucbatından daşlı-çınqıllı cığırdan
çıxdığıma görə yanlış qapı çalmışam. Ona görə də hələ işimi başa çatdıra bilməmişəm. İcazə verin,
bir ora baş vurum, sonra danışarıq.
Sözünü deyən kimi də kiminsə nə deməsini gözləmədən ayaqyoluna cumdu.
Onu gətirib öz otağına ötürdülər və qəti tapşırdılar, bir də bizə demədən çölə çıxma. Başkəsənlər
qonağa bir yanlışlığı bağışlarlar, ikinci yanlışlığı isə dədələrinə də bağışlamazlar.
Otağa keçib, Porinin şirin-şirin yatdığını görəndə hirsləndi. Vicdansız adam, məni başkəsən
qohumlarının yanına gətirən oldu! Mənim orda başımı kəsirlər, bu isə burda ləzzətlə xoruldayır!
Soyunub yerinə girdi, hələ də salamat qurtardığına inanmır, bu gecəki qorxunc kabuslardan yaxa
qurtarmaq üçün yuxuya getmək istəyir, ancaq yata bilmirdi.
Gecəyarısı evdə hərəkətlilik başladı, evi səs-küy başına götürdü, yuxudan kal ayılmış Coni heyrətə
düşmüşdü, bu başkəsənlərə nə olub? Yenə nə iş görürlər?
Pori, yuxudan vaxtsız oyadılmasına görə narazı qalmışdı, səncə, nə iş görə bilərlər? Sübh namazı
qılmaq üçün hazırlıq görürlər. Sən də dur, geyin!
Coni qəzəblə nərildədi, nə? Səsini kəs, cıqqırını da çıxartma. Qoy elə bilsinlər, yatmışıq.Yeznələrinə
namaz qıldıra bilmirlər, mənim üçün qoçaq çıxıblar! Xəta olsun bir söz dedim, ikiəlli yapışdılar!
Qapı döyüldü, əvvəlcə sakitcə, sonra da tarap-turupla.
– Qonaq, dur, gecikirsən.
– Dur, başsız adam, – Pori də hirslənmişdi, – yoxsa qapını sındıracaqlar.
Coninin qanı it qanına dönmüşdü, qonağın boyuna ip tutasan! Öz əllərinlə, özcə əllərinlə aparıb qəbrə
qoyasan!
Deyinə-deyinə geyinirdi, Pori də özünü saxlaya bilməyib ayağa qalxdı, geyinib qapını açdı, qapının
ağzında dayanıb gözləyən qaynına dedi: “Qapını niyə sındırırsan? Sən namaz qılanları oyat da, namaz
qılmayanları niyə yuxudan eləyirsən? Görürsən də, namaz qılan zavallı müsəlmançılıq borcunu
vermək üçün iki əl də satın alıb geyinir”. “Yeznə, gülünü üzmədik – qaynı istehza ilə dedi, – bizlər
yeznəni yuxudan vaxtsız oyatmağı elə də qəbahət hesab eləmərik. Buna görə zərrəcə də narahat
olmarıq”. “Hə də, – yerinə qayıdandan sonra Pori əsəbi halda deyinirdi, - sizlər üçün heç yeznənin
başını kəsmək də qəbahət deyil. Yeznənin başını kəsdik deyə əsla narahat olmazsınız!”.
Coni getdi, qayıdıb gələndən sonra ona deyirdi: “Pori, vəsiyyətimi eləyirəm, mən öləndə aparıb
qəlyançəkənlərin qəbiristanlığında, qayınçolarımın yanında basdırarsız. Amma diqqətlə fikir
verərsiz, qəbrim Budka alçağın, bir də qayınpedərimin qəbrindən çox uzaqda olsun. Bilirəm, Allah
məni nankorluğuma görə cəzalandırır. Amma bu boyda cəza olmaz da!”
Səhər tezdən başkəsənlər qaban ovuna getmək üçün hazırlıq görməyə başladılar. Onları da dəvət
elədilər, Coni həvəslə razılıq verdi, o isə qəti imtina elədi. “Mənim çölün heyvanını öldürməyə əlim
qalxmaz, – dedi, – yazıqdılar. Niyə öldürürsüz, qabanları qırıb nəsillərini yer üzündən siləndən sonra
nə ovlayacaqsız?” “Sən danışma, – ortancıl qaynı təhdidlə dedi, – sən onsuz da toyuq başı belə kəsə
bilməməyinlə bizi rüsvay eləyibsən. Toyuğu arvadın qonşulara kəsdirir, sən də özünə kişi deyirsən.
Ulu babalarımız qaban ovu eləyiblər, bizlər də eləyirik, amma meşənin qabanı tükənmir, nəsilləri
kəsilmir. Bundan sonra da kəsilməyəcək”. “Bu necə olur, – Pori dedi, –gündə üç dəfə namaz qılırsız,
qatı müsəlmansız, bəs donuz ətinin müsəlmanlara haram buyrulduğunu bilmirsiz?” “Donuz haram


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə