Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə13/20
tarix28.06.2018
ölçüsü1,48 Mb.
#52085
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Şair QƏtran

Fars şairi Nasiri Xosrov Ələvi XI əsrdə Suriya, Fələstin, Misir və Ərəbistana səyahət edərək “Səfərnamə” adlı bir kitab yazmışdır. Fran­sız müstəşriqi Şarl Şefer bu kitabı fransızcaya tərcümə edib, mətni və əlavələrlə bərabər Parisdə 1881-ci ildə nəşr etmişdir.

N.X.Ələvi Təbrizdə şair Qətran ilə görüşmüş və bu barədə böylə yazır: “Qətran adlı şairi gördüm, gözəl şerlər oxudu, la­kin fars dilini yaxşı bilməyir. Yanıma gəldi, Məncik və Dəqi­qi­nin divanlarını gətirdi, oxudu. Çətin sözləri məndən soruşdu, de­dim. Onların mənasını yazdı və öz şerlərini də mənə oxu­du”.

Ələvinin verdiyi bu məlumat bizim üçün çox əhəmiyyətlidir. Fars­ca yaxşı bilməyən bu azərbaycanlı şair, şübhəsiz ki, türk­dür. Bunun yəqin farsca ilə bərabər, türkcə də əsərləri var. Bu sahədə müdəqqiqlərimiz, bilxassə Səlman Mümtaz çalışmalı və doqquz yüz il əvvəl yaşamış şairimizin şerlərini meydana çıxarmalıdır. Bunlar tapılarsa, ədəbiyyatımızın imdiyə qədər bəlli olanlardan daha qədim bir nümayəndəsi əldə edilmiş olar.

Əbu Mənsur Qətran Çəbəlinin (“Əcəli” ünvanı da daşı­yır­mış) doğulduğu yer haqqında qəti bir məlumat yoxdur. Özü Çəbəlli imiş, ya Tirmizdə, ya da Urmiyada anadan olmuşdur. Təbrizdə yaşarmış. Yazdığı “Qövsnamə”[ni] Sultan Səncərin Bəlx əmiri Əhməd ibn Qəm­qaca təqdim etmək məqsədilə Bəl­xə səyahət etdiyi rəvayət olunur.

Qətran səkkiz min beyt yazmış (Şəmsəddin Sami doqquz min yazır), sultan və əmirlərə ithaf olunmuş bir çox mədhiy­yə­ləri var. Hicrinin 465 (1072)-ci ilində vəfat etmişdir.


Yusif Vəzir

FÜZULİNİN QEYRİ-MƏTBU BİR ŞERİ

Elmlər Akademiyası şöbəsi Füzulinin külliyyatını çapa ha­zır­­layır. Bu külliyatın təmam çıxmasına yardım olaraq, Füzu­li­nin imdiyə qədər çap olunmamış bir şerini burada dərc edirik. Bu parça, Həsən Çələbi təzkirəsinə görə, Kərbəlada bir çeş­mə üzərində yazılmışdır:


Guya bu çeşmə bir səqqa durur,

Rahi-həqdə teşnə eylər çustuçu.

Lüləsi anın dəhəndir su dolu,

Dil dökər hər kim ki, olsa rubəru.

Su kibi əzbərləmiş oxur rəvan,

Macərayi-dəhri hər dəm subəsu.

Önünə kim gəlsə, var tarix üçün,

Hüseyn ilə Həsən eşqinə su".


Yusif Vəzir
XƏtainin nƏfƏslƏri
Növhə, mərsiyə, sinəzən bizim əski şer ədəbiyyatında bö­yük bir yer tutmuş[dur]. Füzulidən başlamış iyirminci əsrə qə­dər gə­lən şairlərin əksəri bu kibi boş və mövhum mövzulara bo­­yun əymişlər. Füzuli, Vaqif və Zakir kibilər borc qəbilindən olaraq bu mövzulara ya­naş­mışlar. Qumru, Dəxil, Dilsuz, Pür­qəm, Raci, Mirzə Həsib Qüdsi, Şüai kibilər isə bütün təb və səylərini bu yolda sərf edərək böyük bir mərsiyə ədəbiyyatı vü­cuda gətirmişlər. Bu sahədə Nəsimi ilə Xətayi ayrıca bir möv­­qe tutmuşlar. Nəsimi həyatını Qur’an şərhinə tühaf bir riyaziyyat tətbiq edən Fəzlullah fəlsəfəsinə, Xətayi də bütün varlığını şiə etiqadına sərf etmişdir. Nəsimi və Xətayinin divan­la­rına girməmiş və dərviş təhkiyələrində oxunan bir sıra nəfəs­ləri var. Nə­fəslərdə yürüdülən fikirlər çoxdan köhnəlmiş və bu­günkü oxucuda istehzalı gülüşdən başqa bir şey doğura bil­məz. Lakin ədəbi bir irs olaraq bunların tədqiqi lazımdır. Bu məq­sədlə də Bəsim Atalayın “Bektaşilik” adlı kitabından Xəta­yi­nin dörd nəfəsini alıb buraya köçürürük. Akademiyanın Azər­baycan Filialı Xətayinin divanını çapa hazırlayır. Leninqrad, Pa­ris, London və İstanbul nüsxələrindən istifadə olunacaq. Şairin nəfəslərinin bu nüsxələrə daxil olmadığını nəzərə alaraq göstərilən nəfəslərin nəşri faydalı olar, zənnindəyəm.
1.

Enib yerə göydən bina quranlar

Əli ilə Məhəmmədin eşqinə,

Mələklər misali səcdə duranlar

Əli ilə Məhəmmədin eşqinə

Şeytanı sürdülər faş elədilər,

Yezidin qəlbini taş elədilər,

Qırxlar vilayəti bəxş elədilər

Əli ilə Məhəmmədin eşqinə.

Məhəmməd, Əli də qurdu bu yolu,

Mömünə saçıldı təriqət gülü.

Yer olur dərgahdır, sürün bu dəmi

Əli ilə Məhəmmədin eşqinə.

Məhəmməd Əlinin cəminə vardı,

Qırxlar da silkindi ayağa durdu.

Doxsan bin olya səmaə girdi

Əli ilə Məhəmmədin eşqinə.

Şah Xətayim, xətm elədi kəlamı,

Əvvəla Cəbrayil verdi səlamı.

Məhrum olmaz sevən şahi, imamı

Əli ilə Məhəmmədin eşqinə.
2.

“Hu” deyəlim gerçəklərin dəminə,

Gerçəklərin dəmi nurdan sayılır.

On iki imamın girən bəzminə

Məhəmməd, Əliyə yardan sayılır.

Üç gün imiş bu dünyanın səfası,

Səfasından artıq olur cəfası.

Gerçək ərənlərin eşqü həvası

Biri qırxdır, qırxı birdən sayılır.

Gerçək aşiq mənzilində durursa,

Çıraq kibi yanıb şəmi ərirsə,

Əskikliyin kəndisində bilirsə,

Ol aciz olsa da, ərdən sayılır.

Şah Xətayim edər Bağdaddır vətən,

İkilikdən keçib, birliklə bitən,

Ərənlər yoluna qilü-qal qatan,

Yolu dikənlidir, mardən sayılır.
3.

Türbəsinin üstün nəqş eləmişlər,

Gəl, dinim-imanım İmam Hüseyn.

Səni dörd guşəyə baş eləmişlər

Gəl, dinim-imanım İmam Hüseyn.

Axan sular kibi axasım, gəlməz,

Yezidin üzünə baxasım, gəlməz,

Şəhrinə gəlincə çıxasım gəlməz,

Gəl, dinim-imanım İmam Hüseyn.

Sənin dərvişlərin yanar-yaxılır,

İmamların qatarına qatılır.

Bunda yezidlərə lənət oxunur,

Gəl, dinim-imanım İmam Hüseyn.

Dərvişlər var, səmain dönərlər,

İmam Cəfər həqqə uyarlər,

Qandil gecələri şəmə yanarlər,

Gəl, dinim-imanım İmam Hüseyn.

İmam Hüseynin qolları bağlı,

Aşiq möhüblərin ciyəri dağlı,

Həzrəti-Əlinin sevgili oğlu,

Gəl, dinim-imanım İmam Hüseyn.

Şah Xətayim deyər, ərənlər nərədə,

Qayasız, çalısız, bir izsiz yerdə,

Gəl, dinim-imanım İmam Hüseyn.


4.

Çıxdım qırxlar yaylasına,

Çağırdım yelər eşqinə.

Yüzümü yerlərə sürdüm,

Yedilər, qırxlar eşqinə

Gəlsin, Məhəmmədim gəlsin,

Canım haqqa qurban olsun.

Düşmüşlərin əlin alsın

Məhəmməd Əli eşqinə.

Dünya bir qurulu faqdır,1

Bilənlərə sözüm yoxdur.

Allah bir, Məhəmməd haqdır,

Bağının gülü eşqinə.

Gəlin şu faqdan keçəlim,

Ağı-qarayı seçəlim.

Abi kösərdən içəlim,

Əlindəki dolu eşqinə

Şah Xətayim, gəl varalım,

Anda günahlar görəlim.

Xoşca-xoşca can verəlim

Ərənlər yolu eşqinə.
Yusif Vəzir
* * *


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə