KəHRƏba islam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr


"Vəzifə təhdidlə boyundan düşmür!"



Yüklə 399,5 Kb.
səhifə6/11
tarix08.09.2018
ölçüsü399,5 Kb.
#67789
1   2   3   4   5   6   7   8   9   10   11

"Vəzifə təhdidlə boyundan düşmür!"


Şəraitin yaranması və münasib fürsətin vücuda gəlməsi vəzifəni yerinə yetirmək yolunda təhlükə və təhdidin olmaması demək deyil. Əbu Abdullahın (ə) hərəkəti onun üçün, ailəsi və dostları üçün müxtəlif təhlükələrlə dolu idi.

Məgər hakimiyyət başında duran şəxsin müxalif insanlara təhlükə yaratmaması mümkündür?! Hər halda, bu bir müharibədir. Siz onu hakimiyyət taxtından salmaq istəyirsinizsə, o oturub tamaşa edəcək?! Bəllidir ki, o da sizə zərbə vuracaq. Deməli, təhlükə var. Bəli, İmam Hüseyn (ə) də belə bir vəziyyət qarşısında qalmışdı. Deməli, o vəzifəni yerinə yetirməli idi; şərait münasibdir və heç bir üzr yoxdur. Odur ki, Abdullah ibn Cəfər, Məhəmməd ibn Hənəfiyyə və Abdullah ibn Abbas - bunlar avam deyildilər, hamısı dinşünas, arif, alim və ağıllı insanlar idilər - İmam Hüseynə (ə) “ağa, təhlükəlidir, getməyin” - dedikdə bildirmək istəyirdilər ki, vəzifəni yerinə yetirmək üçün təhlükə yarandıqda o vəzifə boyundan düşür. Onlar anlamırdılar ki, bu vəzifə təhlükə ilə boyundan düşən vəzifə deyil. Bu vəzifə həmişə təhlükəlidir. Ola bilərmi insan zahirən elə iqtidarlı bir hakimiyyətin əleyhinə qiyam etsin və təhlükə olmasın?! Məgər belə bir şey mümkündür?! Bu vəzifə həmişə təhlükəlidir.

Şəhidlər ağası bu təhlükələri bilə-bilə ilahi vəzifəni yerinə yetirməyə qərar verdi. Şərait elə idi ki, bu addım onun şəhidliyi ilə nəticələndi. Halbuki başqa bir şəraitdə zalım hökumətin devrilməsi və ilahi hökumətin qurulması ilə nəticələnməsi də mümkündür. Hər halda, nəticə fərqinin bu vəzifənin vacib olmasına heç bir təsiri yoxdur.

Digər vəzifələrin mühüm vəzifəyə qurban verilməsi


Hüseyn ibn Əli (ə) öz əməli və sözü ilə anlatdı ki, belə bir şəraitdə İslam dünyası üçün tağut hakimiyyətinə qarşı mübarizə aparmaq və insanları bu hakimiyyətin şeytan hökmranlığından xilas etməyə çalışmaq ən vacib işdir.

Şəhidlər ağasının məqsədi öz sözlərində


Əbu Abdullahın (ə) məqsədi onun bir çox sözlərində bəyan olunmuşdur. Şəhidlər ağası Mədinədən Kərbəlaya qədər getdiyi yolun müxtəlif mənzillərində bəzi şəxslərə cavabda, yaxud öz müraciətlərində müxtəlif ibarələrlə bu mühüm vəzifəyə işarə vurmuşdur.

Mədinə şəhərinin hakimi olan Vəlid gecə vaxtı imamı çağırıb dedi ki, Müaviyə dünyadan köçmüşdür, siz Yezidə beyət etməlisiniz. Həzrət ona buyurdu ki, qalsın sabaha, gedək fikirləşək, görək biz xəlifə olmalıyıq, yoxsa Yezid. Ertəsi gün Mərvan həzrəti Mədinənin küçələrində görüb dedi ki, Əbu Abdullah, sən özünü ölümə verirsən, nə üçün xəlifəyə beyət etmirsən? Gəl beyət et, özünü ölümə atma, əziyyətə salma.

Həzrət onun cavabında bu cümləni buyurdu: “Biz Allahınıq və Allaha sarı qayıdacağıq. Yezid kimi birisi ümmətin hakimi olacaqsa, İslamla vidalaşmaq lazımdır”. Söhbət Yezidin özündən getmir; Yezid kimi kim olursa-olsun. Həzrət demək istəyir ki, indiyədək nə oldusa, dözüləsi idi, lakin indi söhbət İslam dininin və quruluşunun özündən gedir. Bu, Yezid kimi birisinin hökuməti ilə bu məhv olacaq. O, sapqınlıq təhlükəsinin ciddi təhlükə olduğuna işarə vurur. Məsələ İslamın özü üçün təhlükədən ibarətdir.

Məhəmməd Hənəfiyyəyə vəsiyyət: Allahın vacib buyurduğu əməli yerin yetirmək üçün qiyam etmək


Həzrət Əbu Abdullah (ə) həm Mədinədən, həm də Məkkədən xaric olanda Məhəmməd ibn Hənəfiyyənin o həzrətlə söhbətləri olmuşdur. Həzrət qardaşı Məhəmməd ibn Həfiyyəyə bir vəsiyyət yazdı.

Orada Allahın birliyinə və digər məsələlərə şəhadətdən sonra deyilir: “Mən nə azğınlığa, nə təkəbbürlülüyə, nə də fəsad və zülm törətməyə görə qiyam edirəm“. Yəni kimlərsə səhv etməsinlər, təbliğatçılar təbliğat aparmasınlar ki, İmam Hüseyn (ə) də hakimiyyəti ələ keçirmək, özünü göstərmək, eyş-işrət, zülm və fəsad üçün qiyam edən şəxslər kimi mübarizəyə və döyüşə gedir. Bizim işimiz bu tipdən deyil.

Bu işin adı islah etməkdir; islah etmək istəyirəm. Bu, İmam Hüseyndən (ə) öncə görülməyən vacib əməldir. Bu islahetmə qiyam yolu ilə baş verir. "Xüruc" - qiyam deməkdir. Həzrət bu vəsiyyətnamədə bunu qeyd edir. Yəni əvvəla qiyam etmək istəyirik və bizim bu qiyamımız da islah üçündür, mütləq hakimiyyətə yiyələnmək üçün deyil, mütləq gedib şəhid olmaq üçün deyil. Xeyr, biz islah etmək, düzəltmək istəyirik. Əlbəttə, islah etmək kiçik iş deyil. Bəzən şərait elə olur ki, insan hakimiyyətə gəlir və özü işləri idarə edir. Bəzən də bu işi görə bilmir, mümkün olmur və şəhid olur. Eyni zamanda bunların hər ikisi islah üçün qiyamdır.

Sonra buyurur: “Mənim bu hərəkətdə məqsədim cəddimin ümmətini islah etmək, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməkdir. Mən cəddimin və atamın yolu ilə getmək istəyirəm“. Bu islah yaxşı işlərə dəvət etməyin və pis işlərdən çəkindirməyin nümunəsidir.


Bəsrə böyüklərinə məktub: Sünnəni dirçəltmək və bidəti ortadan götürmək


Həzrət Məkkədə iki məktub yazmışdır: biri Bəsrə şəhərinin böyüklərinə, biri də Kufə şəhərinin böyüklərinə. Həzrət Bəsrə böyüklərinə yazdığı məktubda deyir ki, mən bidəti ortadan götürmək və sünnəni dirçəltmək istəyirəm, çünki sünnəni öldürmüş və bidəti diriltmişlər. Əgər mənim arxamca gəlsəniz, dorğu yola qovuşarsınız. Yəni İslamı diriltməkdən, Peyğəmbər (s) sünnəsini və İslam quruluşunu diriltməkdən ibarət olan böyük vəzifəni yerinə yetirmək istəyirəm.

Kufə böyüklərinə məktub: Hökumətin imamətə qaytarılması


Kufə əhalisinə yazdığı məktubda isə buyurdu ki, İslam cəmiyyətinin imamı, rəhbəri və başçısı günah, xəyanət və fəsad sahibi və Allahdan uzaq bir şəxs ola bilməz. O, Allahın kitabına əməl edən şəxs olmalıdır; yəni cəmiyyətdə buna əməl etməlidir, özü xəlvət bir otaqda yalnız namaz qılmamalıdır. Kitaba əməl etməyi cəmiyyətdə dirçəltməlidir, ədalətlə rəftar etməlidir, haqqı cəmiyyətin qanunu etməlidir. Yəni haqq dini cəmiyyətin qayda və qanunları etməli, batili kənara qoymalıdır. Nəyin bahasına olursa-olsun, özünü Allahın doğru yolunda qorumalı, maddi və şeytani gözəlliklərin əsiri olmamalıdır. Vəssəlam. Görürük ki, burada məqsədi müəyyən edir.

Düşmənə müraciət: Peyğəmbər (s) hökmünə əməl etmək


Hürr ibn Yezidlə birgə - həzrət hara gedirsə, o da yanında hərəkət edir - Beyzə adlı bir yerə çatdılar. Bəlkə də istirahətdən öncə, yaxud bir qədər istirahət etdikdən sonra həzrət ayağa qalxıb düşmən ordusuna müraciətlə buyurdu: “Ey insanlar həqiqətən Allahın Rəsulu (s) buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbər (s) sünnəsinə qarşı çıxan, Allahın bəndələrinə qarşı günah və düşmənçilik edən zalım bir hökmdarla üzləşsə, əməli və ya sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin“. Yəni Allah-Taala qiyamətdə bu sakit, laqeyd və bir iş görməyən şəxsi o zalımı düçar etdiyi taleyə düçar edəcək; onunla bir sırada və bir cinahda duracaq. Qabaqca qeyd etdi ki, bu məsələnin hökmünü Peyğəmbər (s) buyurmuşdur. Bu qeyd etdiyimiz nümunələrdən biridir. Peyğəmbər (s) İslam quruluşunun yoldan yayındığı təqdirdə nə etməyin lazım olduğunu müəyyənləşdirmişdi. İmam Hüseyn (ə) də Peyğəmbərin (s) həmin buyruğuna istinad edir. Deməli, vəzifə nədir? Vəzifə sözlə və əməllə vəziyyəti dəyişdirməkdir. İnsan belə bir şəraitə düşdükdə və sözsüz ki, münasib bir zamanda bu əməlin qarşısında qiyam etmək və addım atmaq vacibdir; nəticə nə olursa-olsun; öldürülsün, sağ qalsın, zahirən uğur qazansın, yaxud qazanmasın. Bu vəziyyətin qarşısında olan hər bir müsəlman qiyam etməlidir. Bu, Peyğəmbərin (s) buyurduğu vəzifədir.

Sonra İmam Hüseyn (ə) buyurdu ki, mən bu qiyama və bu işə bütün müsəlmanlardan daha layiqəm; çünki mən Peyğəmbər (s) övladıyam. Əgər Peyğəmbər (s) bu dəyişdirmə işini bütün müsəlmanlara vacib etmişdirsə, bəllidir ki, Peyğəmbər (s) oğlu, Peyğəmbər (s) elminin və hikmətinin varisi olan Hüseyn ibn Əliyə (ə) digərlərindən daha vacib və daha münasibdir. Və mən bunun üçün hərəkət etdim. Burada da imam öz qiyamının səbəbini bəyan edir.



Yüklə 399,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə