Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   18   19   20   21   22   23   24   25   26

Dəniz və okeanların neftlə çirklənməsinin əsas mənbələri neftda- şıyan tankerlər, dəniz neft
yataqları, neft emal edən zavodlar, gəmilərin və qayıqların sürtkü yağlarıdır. Bu gün dünya
okeanı və dənizlərinin elə sahələri vardır ki, orada balıq ovlamaq mümkün deyil. Bəzi dənizlərdə
isə (məsələn, Aralıq dənizində) ovlanan balıqları və digər heyvanları neft iyinə görə yemək
olmur.
Müxtəlif üzvi və mineral tərkibli pestisidlər, gübrələr və başqa bit- kiqoruyucu maddələr də
onlardan düzgün istifadə edilmədiyi üçün su hövzələrini zəhərləyir.
Məişət tullantılarının suya axıdılması da hidrosferi çirkləndirdiyi üçün zərərli sayılır. Bu
tullantıların tərkibində olan üzvi maddələr suda mikrofloranın sürətlə artmasına və bununla da
oksigenin azalmasına, çox zaman, hətta tam tükənməsinə səbəb olur. Belə mühitdə isə yalnız
anaerob mikroblar  artıb çoxalır. Anaerob mikrobların həyat fəaliyyəti nəticəsində əmələ gələn
H S, N , NH , CH  və s. qazlar mü- hitdəki canlılar üçün ikinci ölüm vasitəsinə çevrilir.
Respublikamızın əsas şirin su mənbələrindən biri olan Kür çayı məişət və kommunal tullantıları
ilə daha çox çirklənir. Gürcüstanın Mesxeti və Tbilisi şəhərlərində üzvi və qeyri-üzvi maddələrlə
çirklənən Kürün suyu Qazax rayonunun Şıxlı kəndinə kimi 120—125 km məsafədə öz təbii
vəziyyətini bərpa edə bilmir.
Hidrosferdə canlı aləmin normal yaşayışına təsir edən amillərdən biri də «istilik çirklənməsi»dir.
Bu növ çirklənmə mənbəyi, əsasən, su hövzələrinə yaxın ərazilərdə mazut və başqa yanacaqla
işləyən istilik elektrik stansiyalarıdır (İES). İES-lərin kollektorlarını soyutmaq üçün böyük
həcmdə su işl ədilir. Hövzədən götürülən suyun temperaturu bəzən 40—45°C-dək qalxır. Bu
temperaturda isə canlı aləmin 60%-i məhv olur.
Radioaktiv maddələrin qarışdığı çay suları ilə suvarılan əkin sahələrinin məhsullarında insan
orqanizmi üçün təhlükəli olan dozaya qədər maddələr toplana bilər. Bu məhsullardan istifadə
edən insanların orqanizmlərində (xüsusilə rüşeymdə) dəhşətli eybəcərliklər yaranır və ölümlə
nəticələnir.
Tullantı sularını təmizləmək üçün mexaniki, fiziki-kimyəvi və bioloji üsullar ardıcıl olaraq tətbiq
edilir.
Hazırda suyu zərərsizləşdirmək üçün atomar oksigendən istifadə etmək daha müasir və daha
sərfəli üsul hesab olunur. Bu üsulda oksigen molekulları xüsusi qurğuda atomlara çevrilir, əmələ
gəlmiş oksigen atomları sudaki bakteriyaları, yosunları, kif göbələklərini və virusları məhv edir.
 Anaerob mikroblar — oksigensiz şəraitdə artıb çoxalan mikroblardır.
1
2
2
3
4
1


24. Həllolma. Məhlullar
Bir və ya bir neçə maddə hissəciklərinin başqa maddə hissəcikləri arasında yayılması
prosesinə hallolma deyilir. Bir və ya bir neçə maddənin digər maddədə paylanmasından
alınan qarışıqlar dispers sistemlər adlanır.
 Hissəcikləri yayılan maddəni həllolan maddə
(dispers faza), onların yayıldığı mühiti isə həlledici (dispers mühit) adlandırırlar.
Həllolma təkcə fiziki proses olmayıb, həm də kimyəvi prosesdir. Yəni maddələrin bir-birində
həllolması zamanı, sadəcə, bir maddənin xırdalanaraq başqasının içərisində yayılması
(diffuziyası) getmir, bu fiziki proseslə yanaşı, həllolan maddənin hissəcikləri ilə həlledici
hissəcikləri arasında kimyəvi qarşılıqlı təsir baş verir. Bəzi maddələrin (H SO , NaOH və s.)
suda həll olması zamanı istiliyin ayrılması da bunu sübut edir.
Həllolan maddələrlə həlledicidən ibarət olan bircinsli sistemə məhlul deyilir.
Məhlul maye, qaz və bərk halda ola bilər. Məsələn, çaylar, göllər və dənizlər — maye, azot,
oksigen və başqa qazlardan ibarət olan hava — qaz, metalların bir-birində həll olmasından alınan
çuqun və polad isə — bərk məhlullardır.
Praktikada sulu məhlullardan — maddələrin suda həll olmasından alınan məhlullardan daha çox
istifadə olunduğundan burada onlardan bəhs ediləcəkdir.
Maddələrin suda həllolma qabiliyyəti müxtəlif olur. Eyni miqdar suda eyni şəraitdə bəzi
maddələr çox, bəziləri az, bəziləri lap az həll olurlar. Məsələn, şəkər, xörək duzu, əhəng, təbii
gips, gümüş(I)xlorid (AgCl) və barium-sulfatın (BaSO ) otaq temperaturunda (20°C-də) 1000 q
(və ya 1000 ml) suda həllolma qabiliyyətini (q/l) müqayisə edək (cədvəl 10).
Cədvəl 10
Bəzi maddələrin suda həllolma qabiliyyəti
Xörək duzu
NaCl
Şəkər
C H O
Sönmüş-əhəng
Ca(OH)
Təbii gips CaSO  •
2H O
AgCl
BaSO
359 q/l
2040 q/l
1,6 q/l
2,06 q/l
0,002
q/l
0,003
q/l
2
4
4
12
22
11
2
4
2
4


Burada şəkər və xörək duzu yaxşı həll olan, sönmüş əhəng və təbii gips az həll olan,
gümüş(I)xlorid və barium-sulfat praktiki həll olmayan maddələr adlanır. 
Ümumiyyətlə
götürüldükdə: 1000 ml (1 l) suda 10 q-dan çox həll olanlara yaxşı həll olan, 10 — 0,01 q həll
olanlara az həll olan, 0,01 q-dan az həll olanlara praktik həll olmayan maddələr deyilir.
Məhlulun müəyyən həcmində otaq temperaturunda həll olan maddənin miqdan az olduqda
ona duru məhlul, çox olduqda isə qatı məhlul deyilir.
 Məsələn, 1 stəkan (170 q) suda 1—2 qənd
parçasının (10—20 q) həll edilməsindən alınan məhlula duru, 4—5 qənd parçasının (40—50 q)
və ondan çox miqdarda həll edilməsindən alınan məhlula qatı məhlul demək olar.
Həll olan maddənin miqdarını bildirən doymuş və doymamış məhlul anlayışı da işlənir.
Müəyyən temperaturda həll olan maddənin daha həll ola bilmədiyi məhlula doymuş məhlul
deyilir.
Müəyyən temperaturda həll olan maddənin əlavə miqdarının həll ola bildiyi məhlul isə
doymamış məhlul adlanır.
Doymuş məhlulu qızdırmaqla tədricən həll olan maddə əlavə edib, sonra alınan məhlulu başlanğıc
məhluldakı temperaturadək soyutduqda ifrat doymuş məhlul alınar.
îfrat doymuş məhlullarda həll olan maddənin miqdarı doymuş məh- luldakından çox olur. Lakin
ifrat doymuş məhlullar çox davamsız olur. Xarici təsirdən dərhal dağılaraq doymuş məhlula
çevrilir.
Əgər bir stəkan suda otaq temperaturunda (20°C-də) 1, 2 və ya 3 qənd parçası həll edilirsə və
daha bir neçəsini də həll etmək mümkün olursa, deməli, bu məhlul doymamış məhluldur. Qənd
parçalarının sayını artırmaqla onları qarışdırıb, həll etməni davam etdiririk. Nəhayət,
qarışdırmaqla da stəkandakı məhlulun dibində həll olmayan şəkər qalırsa, alınan məhlul doymuş
məhlul adlanır.
«Doymuş məhlul»la «qatı məhlul» anlayışlarını bir-birilə qarışdırmaq olmaz. Az həll olan
maddələrin çox az miqdarının olduğu duru məhlula da doymuş məhlul demək olar.
Suda az həll olan maddələrin (çöküntülərin) doymuş məhlulu duru, suda yaxşı həll olan
maddələrin doymuş məhlulu isə qatı məhlul adlanır.
Su ilə reaksiyaya girib, yeni birləşmə əmələ gətirən maddələrin və çöküntülərin məhlulunu
hazırlamaq mümkün deyil. Lakin suda yaxşı həll olan maddələrin məhlulunu hazırlamaq
mümkündür.
Həllolma əmsalı. Maddələrin həllolma qabiliyyətini həllolma əmsalı ilə ifadə edirlər.
Müəyyən temperaturda 1000 ml (1 l) həlledicidə maddənin həll ola bilən qramlarla miqdarına
həllolma əmsalı deyilir.



Həllolma əmsalı K  ilə işarə edilir, onun vahidi q/l-dir. Əgər 11 suda otaq temperaturunda
(20°C-də) 359 q xörək duzu, 1,6 q sönmüş əhəng, 2 • 10  q gümüş(I)xlorid həll olursa, onda
yazırıq:
Həllolma əmsalını doymuş məhlulda aşağıdakı düsturla hesablamaq olar: p (H О)= 1 q/ml
olduğundan m =V
Məsələn, 20°C-də 1000 ml suda ən çox 2040 q şəkər həll olur. Bu o deməkdir ki, 20°C-də
şəkərin həllolma əmsalı 2040 q/l-dir.
Maddələrin həllolma əmsalı temperaturdan asılı olaraq dəyişir. Temperatur yüksəldikcə əksər
bərk maddələrin suda həllolma əmsalı da artır, qazların həll olması isə əksinə, azalır. Qazların
suda həll olması təzyiqlə düz mütənasibdir. Yüksək təzyiqdə qazlar suda daha çox həll olur. Bunu
təzyiq altında çoxlu karbon qazı həll edilmiş mineral su butulkalarının ağzı açıldıqda dərhal
müşahidə edirik. Bu halda böyük təzyiqdə artıq miqdarda həll edilmiş qaz məhluldan ayrılıb
çıxır.
Əksər duzların suda həll olması endotermik proses olduğundan temperatur artdıqca duzların həll
olması artır. Qazların (və qələvilərin) suda həll olması, adətən, ekzotermik proses olduğundan
temperatur artdıqca onların həllolması azalır. Duzların və maye halındakı maddələrin həll
olmasına təzyiq təsir etmir. Həllolmanın temperaturdan asılılığı həllolma əyriləri ilə göstərilir
(şəkil 23).
h
-3
2
su
su


Şəkil 23. Bərk maddələrin (a) və qazların (b) həllolma əyriləri
Həllolma əyrilərinin köməyi ilə müxtəlif temperaturlarda maddələrin həllolma əmsallarını təyin
etmək mümkündür. Bərk və maye maddələri suda həll etdikdə sistemin həcmi nəzərə çarpacaq
dərəcədə dəyişmir. Lakin qazların suda həll olması sistemin həcminin azalması ilə baş verir. Ona
görə də təzyiqin artırılması qazların həll olmasını artırır.
Bəzi maddələri (benzin, kerosin, bitki yağı, gil, təbaşir tozu) su ilə qarışdırdıqda, yuxarıda qeyd
olunduğu kimi, adi (və ya həqiqi) məhlul deyil, asılqanlar adlanan qarışıq alınır.


Asılqanlarda su içərisində yayılan maddə hissəcikləri adi gözlə də seçilir, çünki onların ölçüsü
(100 nm-dən) böyükdür. Həqiqi məhlullarda isə həll olan maddənin hissəcikləri molekullardan və
ya ionlardan ibarət olduğu üçün mikroskopla da görünmür (ölçüsü 1 nm-dən kiçikdir).
Asılqanlar iki növdür: suspenziyalar və emulsiyalar. Bərk maddə hissəciklərinin suda
bərabər paylandığı asılqanlara suspenziya deyilir.
 Gilin, əhəngin, təbaşirin su ilə qarışığı
suspenziya əmələ gətirir.
Maye hissəciklərinin suda bərabər paylandığı asılqanlar emulsiya adlanır.
 Yağların, benzinin,
neftin su ilə qarışığı emulsiyalara misal ola bilər.
Həll olan maddənin hissəciklərinin ölçüsü 1—100 nm arasında olan sistemlərə kolloid məhlullar
deyilir. Kolloid məhlullara yapışqanı, nişastanın qaynar suda məhlulunu göstərmək olar.
Bilik və bacarıqların yoxlanılması
1. Hansı maddələrin doymuş məhlulu duru, hansı maddələrin doymuş məhlulu qatı məhluldur? a)
Xörək duzu (NaCl); b) BaSO  c) Şəkər (C H O ); ç) Natrium-hidroksid (NaOH); d) Əhəngdaşı
CaCOe. 2. 20°C-də 30q suda 30q duz həll olur. Bu məhlulun 20°C-də həllolma əmsalı: a) 500q/l;
b) 1000q/l; c) 1500q/l olan məhlullarının hansının doymuş, doymamış və ifrat doymuş olduğunu
müəyyən edin. 3. Hansı maddələrin həll olması endotermik, hansıların həll olması isə ekzotermik
prosesdir? a) NaOH; b) HCl; c) Na SO  ç) HBr; e) CaCl
25. Məhlulların qatılığının ifadəsi. 
Həll olmuş maddənin kütlə payı
Məhlulun müəyyən həcmində (və ya kütləsində) həll olmuş maddənin kütləsi və ya miqdarı
onun qatılığı adlanır.
 Qatılıq müxtəlif üsullarla ifadə olunur.
Həll olmuş maddənin kütlə payı. 
Həll olmuş madənin kütləsinin məhlulun kütləsinə olan
nisbətinə həll olmuş maddənin kütlə payı deyilir.
 Onu ω (omeqa) hərfi ilə işarə edirlər. Həll
olan maddənin kütləsini m , məhlulun kütləsini isə m  ilə işarə etsək, kütlə payını aşağıdakı
düsturla hesablamaq olar:
4
12 22 11
2
4
2
x
M


Həll olan maddənin kütlə payı sıfırla 1 arasında qiymət alır. Burada alınan ədədi 100-ə vursaq,
kötlə payı faizlə ifadə olunar:
рм — məhlulun sıxlığı, Vm — məhlulun həcmidir və həmişə ml ilə olmalıdır. Məhlulların sıxlığı
qatılıq artdıqca artır.
Məhlulun 100 qramında həll olan maddənin qramlarla miqdarına məhlulun faizlə qatılığı
deyilir.
 Məsələn, 20%-li məhlul o deməkdir ki, məhlulun 100 qramında 20 q həll olan maddə,
100—20=80q həlledici var. p(H O)=1q/ml olduğundan m =V  olur.
Məhlulun faizlə qatılığı isə sıfırla 100% arasında qiymət alır. Bu düsturlardan istifadə etməklə
bir sıra məsələlərin həllinə baxaq.
Məsələ 1. Sıxlığı 1,2 q/ml olan 500 ml 20%-li duz məhlulundakı duzun kütləsini hesablayın.
Hər hansı maddə məhluluna su əlavə etdikdə məhlulun qatılığı azalır. Alınan məhlulun qatılığı
aşağıdakı düsturla hesablanır.
m •ω  = m •ω  və ya m •ω  = (m +m ) • (ω ; ω  — alınan məhlulun qatılığıdır. Hər hansı
məhlulla ona əlavə edilən suyun kütlə nisbəti ω /(ω —ω ) kimidir.
Məsələ 2. 80q 25%-li duz məhluluna 20 ml su əlavə edildikdə alınan məhlulun faizlə qatılığını
hesablayın.
Həlli: Yuxarıdakı düstura əsasən: 80•25 = (80 + 20) . ω  ; ω  = 20%
Hər hansı məhluldan su buxarlandırdıqda alınan məhlulun qatılığı artır və son məhlulun qatılığı
m •ω  = (m —m ) . ω  düsturu ilə hesablanır.
Məsələ 3. 300q 20 %-li duz məhlulundan 60 %-li məhlul hazırlamaq üçün neçə qram su
2
su
su
1
1
2
2
1
1
1
su
2
2
2
1
2
2
2
1
1
1
su
2


buxarlandırmaq lazımdır?
Həlli: m -ffl1 = (m —m ) . ω  düsturuna əsasən 300.20 = (300—m ) . 60; buradan m  = 200 q
olur.
Qazların məhlulunu qızdırdıqda həll olan qaz ayrılır, məhlulun qatılığı azalır. Eləcə də etil
spirtinin suda məhlulunu qızdırdıqda spirtin qaynama temperaturu az olduğu üçün məhluldan, ilk
növbədə spirt ayrılır, məhlulun qatılığı azalır.
1
1
su
2
su
su


H SO -ün, Н РO -üп, duzların, qələvilərin məhlulunu qızdırdıqda isə məhluldan su ayrılır,
məhlulun qatılığı artır.
Doymuş məhlulda həllolma əmsalına görə məhlulun faizlə qatılığı aşağıdakı düsturla hesablanır.
Məhlulun faizlə qatılığına əsasən həllolma əmsalı aşağıdakı düsturla hesablanır.
Eyni maddənin müxtəlif kütləli, müxtəlif qatılıqlı məhlullarını qarışdırdıqda son məhlulun qatılığı
mı • ω  + m  • ω +... = (m +m +...) ω
 düsturu ilə hesablanır. Hər hansı maddə məhluluna həmin
maddədən əlavə etdikdə son məhlulun qatılığı m  • ω  + m  • 100 = (m +m ) • ω
 düsturu ilə
hesablanır.
Həlli: Yuxarıdakı düstura əsasən: 200.20+50.100=(200+50). wson buradan wson = 36%
Qarışdırılan məhlulların kütlə nisbətini paket (çarpaz) üsulu ilə də müəyyən etmək olar.
Hər hansı məhlul ilə suyun qarışdırılması zamanı kütlə nisbəti verilirsə, alınan məhlulun faizlə
qatılığını aşağıdakı üsulla hesablamaq olar. Başlanğıc məhlula aid olan nisbətdəki rəqəmi onun
qatılığına vurub, nisbətdəki rəqəmlərin cəminə bölmək lazımdır.
Məsələ 5. 40%-li NaOH məhlulu ilə əlavə olunan suyun kütlə nisbəti 2:3-ə kimidirsə, alınan
məhlulun faizlə qatılığını hesablayın.
2
4
3
4
1
2
2
1
2
son
1
1
2
1
2
son


Həlli:
Eyni maddənin eyni kütləli və müxtəlif qatılıqlı məhlulunu qarışdırdıqda son məhlulun qatılığı 
 düsturu ilə hesablanır.
Həllolma əmsalına görə məhlulun növünün təyin olunması qaydası. Verilmiş temperaturda
məsələyə əsasən hesablanmış həllolma əmsalı, şərtdə verilən həllolma əmsalı ilə üst-üstə
düşürsə, məhlul doymuş, ondan azdırsa, doymamış məhlul olur.
Məsələ 6. 20°C-də doymuş məhlulun 200 qramında 40 q duz həll olmuşsa, onda həmin
temperaturda 1) 100 q 25 %-li, 2) 100 q 15 %-li və 3) 100 q 20 %-li məhlulların növünü təyin
edin.
Həlli:
26. Məhlulun molyar qatılığı
Məhlulun qatılığının ifadə formalarından biri də məhlulun molyar qatılığıdır.
Kimyəvi reaksiyalarda maddələrin kütlələri arasında deyil, hissəcikləri arasında qarşılıqlı təsir
baş verdiyini bilirik. Həm də praktikada daha çox məhlulların kütləsini yox, həcmini ölçürlər.
Eyni həcmə malik olan məhlullarda nə qədər maddə həll olduğunu bilməklə onların qatılığının
müqayisə edilməsi daha anlaşıqlı olur. Buna görə də məhlulun müəyyən həcmində həll olmuş
maddənin mol miqdarı ilə qatılığın ifadə edilməsi daha əlverişlidir.
Həll olmuş maddənin maddə miqdarının məhlulun litrlə həcminə olan nisbətinə molyar qatılıq
deyilir.


V
 həll olmuş maddənin mol miqdarı; V — məhlulun həcmi, həmişə litr ilə; M — molyar
kütlə; C — molyar qatılıq.
Molyar qatılıq məhlulun 1 litrində (və ya 1000 ml-də) neçə mol maddə həll olduğunu göstərir.
Molyar qatılıq çox vaxt mol/l vahidi əvəzinə M hərfi ilə göstərilir.
Əgər məhlulun qatılığı 1 mol/l-sə (və ya 1 M), onda sadəcə molyar məhlul, 0,1 mol/l-dirsə ( 0,1
M), ona desimolyar məhlul deyilir.
Məsələ 1. Sıxlığı 1,3 q/ml olan 3 M 130 q məhlulda 13,8 q həll olan maddə varsa, həll olan
maddənin molyar kütləsini (q/mol ilə) hesablayın.
Həlli:
Məhlula su əlavə etdikdə alınan məhlulun molyar qatılığı aşağıdakı kimi hesablanır. Burada
məhlulun həcmini litrə çevirməyə ehtiyac yoxdur: С •V  = С •(V +V ).
Məhluldan su buxarlandırdıqda alınan məhlulun molyar qatılığı aşağıdakı düsturla hesablanır: С
• V  = С  • (V —V ).
Eyni maddənin eyni həcmli müxtəlif qatılıqlı məhlullarını qarışdırdıqda alınan məhlulun molyar
qatılığını hesablamaq üçün qarışdırılan məhlulların qatılıqlarını cəmləyib, qarışdırılan
məhlulların sayına bölmək lazımdır: С
. = C  + С +...)/n
Eyni maddənin müxtəlif həcmli və müxtəlif qatılıqlı məhlullarını qarışdırdıqda alınan məhlulun
qatılığı aşağıdakı düsturla hesablanır.
Əgər məhlulun sıxlığı verilirsə, molyar qatılıqdan faizli qatılığa və ya əksinə keçmək olar: 
Məsələ 2. Sıxlığı 1,2 q/ml olan 6M NaOH məhlulunun faizlə qatılığını hesablayın: M
=40
q/mol
maddə
1
1
2
1
su
1
1
2
1
su
son
1
2
(məhlullarm sayı)
(NaOH)


Həlli:
Faizlə qatılığa aid olan paket (çarpaz) üsulunu molyar qatılığa da tətbiq etmək olar.
Bilik və bacarıqların yoxlanılması

Doymuş məhlulun kütləsi
(qramla)
Tam buxarlanmadan sonra qalan duzun
kütləsi (qramla)
Duzun həllolma
əmsalı (q/l)
300
60
X
Duzun həllolma əmsalı (q/l)
2. 20q NaOH-ı 180q suda tam həll etdikdə alınan məhlulun faizlə qatdığını hesablayın.
3.
Məhlulun
qatılığı (%-lə)
Məhlulu hazırlamaq üçün
götürülən su (qramla)
Məhlulu hazırlamaq üçün götürülən
şəkərin kütləsi (qramla)
25
90
X
X-i müəyyən edin:
4.
Doymuş məhlulun kütləsi (qramla)
Məhlulun faizlə qatılığı
Duzun həll olma əmsalı (q/l)
200
X
1000


X-i müəyyən edin.
5.
Qarışdırılan eyni maddə
məhlullarının faizlə qatılığı
Qarışdırılan məhlulların
kütləsi (qramla)
Qarışdırılmadan alınan
məhlulun qatılığı (faizlə)
20
m
X
40
m
X-i müəyyən edin.


6. 
Qarışdırılan eyni duz məhlulları
Qarışdırılmadan alınan
məhlulun qatılığı (%-lə)
Kütləsi qramla
Qatılığı (%-lə)
y
20
X
40
3X
y-i müəyyən edin. 
7. 240q 50%-li məhlula 260q su əlavə olunduqda alınan məhl ulun faizlə qatılığını hesablayın. 8.
200q 20%-li məhluldan 100q su buxarlandıqda alınan məhlulun faizlə qatılığını hesablayın.
7. 
ω (doymuş məhlul); %-lə
K ; q/l
x
250
X-i müəyyən edin. 
10. 100ml 3M KOH məhlulu ilə 200ml 6M KOH məhlulunu qarışdırdıqda alınan məhlulun molyar
qatılığını müəyyən edin. 11. «a» ml 4M NaOH məhlulu ilə «a» ml 2M NaOH məhlulunu
qarışdırdıqda alınan məhlulun molyar qatdığını hesablayın. 12. 200ml 2M duz məhlulundan 40 q
su buxarlandırdıqda alınan məhlulun molyar qatılığını hesablayın. 13. 200 ml 6M duz məhluluna
50 ml su əlavə etdikdə alınan məhlulun molyar qatılığını hesablayın. 14. Sıxlığı 1,3q/ml olan 3M
məhlulda molyar kütləsi 46 q/mol olan 13,8 q həll olan maddə vardır. Məhlulun kütləsini qramla
hesablayın.
Praktik məşğələ 3. Tələb olunan qatılıqda məhlul hazırlanması.
1. Maddənin müəyyən kütlə payı olan duz məhlulunun hazırlanması.
a) Müəllimdən tapşırıq alın, maddənin verilmiş kütlə payı olan göstərilmiş məhlulun hazırlanması
üçün nə qədər duz və su tələb olunduğunu hesablayın. b) Tərəzidə duz çəkin (fizika kursundan
tərəzidə çəkmək qaydalarını yadınıza salın) və onu kolbaya (və ya stəkana) tökün. c) Tələb olunan
həcmdə distillə olunmuş su ölçün (mayelərin həcmini ölçmək qaydalarını yadınıza salın) və onu
kolbadakı (stəkandakı) duzun üzərinə tökün. Duz tamam həll olunana qədər qarışdırın.
2. Yerilmiş molyar qatılıqda duz məhlulunun hazırlanması.
a) Müəllimdən tapşırıq alın, verilmiş molyar qatılıqda göstərilmiş məhlulun hazırlanması üçün
zəruri olan duzun kütləsini hesablayın. b) Lazım olan duz kütləsini çəkin və onu kolbaya tökün. c)
h


Kolbaya bir qədər su əlavə edin, duz tamam həll olunana qədər kolbadakıları çalxalayın. Sonra
kolbaya lazım olan ölçüyə qədər su tökün.


Document Outline

  • Prev
  • Next

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə