Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   18   19   20   21   22   23   24   25   26

Yanacaqları sobalarda səmərəli yandırmaq üçün, yəni yanma istiliyindən maksimum dərəcədə
istifadə etməkdən ötrü onun hava ilə toxunma səthini artırmaq, sobaya yanacağın və havanın tələb
olunan miqdarda verilməsini düzgün tənzimləmək lazımdır. Toxunma səthinin artırılması üçün
bərk yanacaqlar xırdalanaraq toz halına salınır, sonra hava ilə qarışdırılır və təzyiqlə sobaya
püskürdülür. Maye yanacağın səmərəli yandırılmasına onun pulverizasiya edilməsi ilə nail
olunur. Bunun üçün maye yanacaq hava ilə qarışdırıl araq böyük təzyiqlə dar borudan sobaya
çilənir.
Qaz yanacaqlar bərk və maye yanacaqlardan bir çox üstünlükləri ilə fərqlənir: a) qaz yanacağın
çıxarılması və bir yerdən başqa yerə nəql edilməsi iqtisadi cəhətdən daha sərfəlidir; b) qaz
yandırılan sobanın və qazı sobaya verən qurğunun quruluşu sadə olur; c) yanma prosesinin
tənzimlənməsi asanlaşır və insan əməyi yüngülləşir; d) yanacağın daha tam yandırılması mümkün
olur; e) ətraf mühitin çirklənməsi əsasən aradan qalxır.
Yanacaq yandırılarkən sobaya nə az, nə də həddən çox hava vermək olmaz. Hava az verilərsə,
yanacaq tam yanmır, həm də nəticədə atmosferə buraxılan tüstü qazlarında ətraf mühiti zəhərləyən
dəm qazı (СО) artır. Yanmanı sürətləndirmək üçün sobaya hava çox verildikdə ayrılan istiliyin
bir hissəsi tüstü qazları ilə havaya çıxır, itirilir və yanma səmərəsiz olur.
Atmosfer havasının çirklənməsi və buna qarşı mübarizə tədbirləri.
 Atmosfer havasının daim
sabit tərkibdə qalması təbiətdə mövcud olan bütün canlılar üçün çox böyük həyati əhəmiyyətə
malikdir. Havanın tərkibinin və xassələrinin azca dəyişməsi belə, insan sağl amlığına və başqa
canlıların normal yaşayışına mənfi təsir edir. Bu dəyişmə həm təbii hadisələrin (vulkan
püskürməsi, meşə yanğınları, torpağın, qumun sovrulması və s.) baş verməsi, həm də insanın
təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir.
Sənaye müəssisələri, nəqliyyat vasitələri və məişət tullantıları hər gün havaya onlarca zərərli və
artıq maddələr buraxır, onu çirkləndirir. Böyük şəhərlərdə sənaye müəssisələri havanı çoxlu
zərərli qazlar və sənaye tozları ilə çirkləndirir. İstilik-elektrik stansiyaları, metallurgiya, kimya,
neft emalı və sement zavodları havaya daha çox zərərli maddələr buraxır. Həmin zavodların
yaxınlığındakı havada yanacağın yandırılmasından alınan SO , СО , СО qazları, müxtəlif tərkibli
sənaye tozları xeyli artır. Yüksək temperaturlu proseslərin aparıldığı müəssisələrdə havaya
zəhərli azot oksidləri də buraxılır.
Avtomobil nəqliyyatı sıx olan şəhərlərdə havanı çirkləndirən maddələrin 60%-i avtomobillərin
buraxdığı tüstü qazları ilə əlaqədardır. Həmin tüstü qazlarının tərkibində insan səhhəti üçün çox
zərərli СО, NO, NO  qazları, qurğuşun-üzvi birləşmələr və s. olur.
2
2
2


Dəniz və okean sahillərində yerləşən şəhərlərdə havadakı tüstü qazları və su buxarı birlikdə
çökməyən duman əmələ gətirir ki, bu da insanın tənəffüs üzvlərini sıradan çıxaran bir sıra
xəstəliklər yaradır, bəzən isə ölümlə nəticələnir. Atmosferdə çirkləndirici maddələrin çoxalması
və tənəffüs prosesində hava ilə birlikdə zərərli qazların və toz 1 arın insan orqanizminə daxil
olması zəhərlənməyə və müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Kükürd qazı (SO2)
çox olan hava ilə tənəffüs insanda ürək-damar və ağciyər xəstəlikləri (bronxit və s.) yaradır və ya
onları şiddətləndirir. Karbon-monooksidli (CO) hava ilə tənəffüs qan xəstəlikləri törədir, ürək və
beyin damarlarının daralmasına səbəb olur. Azot oksidləri tənəffüs üzvlərində şiş əmələ gətirir
və sinir sisteminin fəaliyyətini pozur.
Havada tozların artması böyük şəhərlərdə günəş radiasiyasını azaldır və bu da xəstəliktörədən
bakteriyaların çoxalmasına səbəb olur.
Atmosfer havasında kükürd-dioksidin (SO ), flüor və onun birləş 1 mələrinin, xlorun, dəm
qazının (CO) çoxalması bitkilərin inkişafını dayandırır, iynəyarpaqlı ağacların məhvinə səbəb
olur. Metallurgiya və kimya zavodlarının yaxınlığındakı sahələrdə çirkləndiricilər artdıqca bir
çox heyvanlar, quşlar orada yaşamırlar.
Yanacaqların yandırılmasından alınan karbon qazı (CO ) və tozlarla şəhərlər üzərindəki havanın
çirklənməsi bütün dünyada iqlimin dəyişməsinə səbəb olur. Havada CO2 qazının çoxalması
uzundalğalı günəş şüalarının yer səthini daha çox qızdırmasına və istiliyin yuxarı hava qatlarına
yayılmasının qarşısının alınmasına səbəb olur. Nəticədə istixana effekti yaranır və yer səthində
orta temperaturun yüksəlməsi müşahidə olunur. Bu isə arzuolunmaz iqlim dəyişmələrinə gətirib
çıxarır. Son illərdə müxtəlif yerlərdə güclü daşqınların və quraqlıqların baş verməsi deyilənləri
təsdiq edir.
Atmosfer havasında tozların çoxalması, əksinə, yer səthində orta temperaturun azalmasına səbəb
olur. Deməli, Yer kürəsində iqlim dəyişmələri atmosferdəki karbon qazı ilə tozların miqdar
nisbətlərindən asılıdır. Atmosferin yuxarıda göstərilən çirklənmələrinin qarşısını almaq üçün
zavod və fabrikləri ekologiyanı qoruyan müasir texnika ilə təchiz etmək və mümkün qədər çox
tullantı verən texnologiyalardan istifadə etməmək, tullantı qazlarını atmosferə buraxmamaq
lazımdır.
2
2


IV FƏSİL 
HİDROGEN
20. Hidrogen kimyəvi element və bəsit maddə kimi.
Hidrogenin alınması
Hidrogen elementinin dövri sistem cədvəlindəki sıra nömrəsi 1-dir. Deməli, onun atomunda bir
proton (p) vardır, nüvəsinin yükü +1-dir. Hidrogen elementinin təbiətdə üç izotopu yayılmışdır.
Onlardan ən çox yayılanı nüvəsi yalnız bir protondan ibarət olan «Protium» (1H), az yayılanı
nüvəsi bir protondan və bir neytrondan ibarət olan «Deyterium» ( H və ya D ilə işarə edilir),
təbiətdə cüzi miqdarda rast gəlinəni nüvəsində bir proton və iki neytron olan «Tritium» ( H və ya
T ilə işarə edilir) adlandırılır. Təbiətdə bir atom deyteriuma 7000 atom protium, bir atom tritiuma
isə 10  atom protium düşür.
Hidrogen elementinin nisbi atom kütləsi təqribən protiumun kütləsinə bərabərdir: A (H)=1,008.
O, təbiətdə sərbəst halda deyil, ancaq birləşmələr şəklində yayılmışdır. Suyun kütləsinin ~11%-ni
hidrogen təşkil edir. Həmçinin bütün üzvi birləşmələrin tərkibində hidrogen elementi vardır. Yer
qabığında (atmosfer, biosfer və hidrosferdə) olan elementlərin ümumi kütləsinin 0,88%-i
hidrogenin payına düşür. Bununla belə, hidrogen kainatda (kosmosda) ən çox yayılmış element
hesab olunur. Günəşin təqribən 50%-i və ulduzlar, əsasən, hidrogen elementindən ibarətdir.
Fiziki xassələri. Hidrogen elementi sərbəst halda H2 molekullarından ibarət olan qaz əmələ
gətirir. Hidrogen rəngsiz, iysiz, havadan 14,5 dəfə yüngül
 olan qazdır. Hidrogenlə doldurulmuş sabun köpüyünün
sürətlə yuxarı qalxması da bunu sübut edir.
Alınması. Hidrogeni ilk dəfə ingilis alimi H.Kavendiş 1766-cı ildə saf halda almışdır.
Hidrogenin laboratoriyada alınmasının bir üsulu ilə artıq tanış olmuşuq. (Suyun elektrik
cərəyanının təsiri ilə parçalanması reaksiyasını yadınıza salın.) Laboratoriyada hidrogeni daha
sadə üsulla, turşulara metalların təsiri ilə alırlar. Turşular — hidrogenin qeyri-metal atomu və ya
atomlar qrupu ilə birləşməsindən ibarət olan maddələrdir. Çox işlənən iki turşu ilə tanış olaq:
HC1 — xlorid turşusu, H2SO4 — sulfat turşusu. Turşularda hidrogenlə birləşən atom və atomlar
qrupu turşu qalığı adlanır. Turşu qalıqlarının valentliyi metalla asan əvəz oluna bilən hidrogen
atomlarının sayı ilə müəyyən olunur: 
 birvalentli, 
 ikivalentlidir.
Metalların aktivlik sırasında (Beketov sırası) hidrogenə qədər olan metallar qatı, duru nitrat
turşusu (HNO ) və qatı sulfat turşusundan (H SO ) başqa, digər turşularla reaksiyaya daxil olaraq
H  ayırır. 
2
3
18
r
3
2
4
2


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə