Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   2   3   4   5   6   7   8   9   ...   26

Kimya başqa təbiət elmləri ilə sıx əlaqəlidir. O, fizika, biologiya və geologiya elmləri ilə daha
çox bağlıdır. Məsələn, kimya elmi: maddələrin quruluşu və xassələrini fizika, canlı
orqanizmlərdə gedən prosesləri biologiya, yerin quruluşunu və onun alt qatlarında baş verən
hadisələri geologiya elmi ilə birlikdə öyrənir. Kimya, həmçinin riyaziyyat, astronomiya və tibb
elmləri ilə də qarşılıqlı əlaqədədir. Bu elmlərin qovuşmasından bir sıra yeni elmlər: fiziki kimya,
kimyəvi fizika, kosmokimya, geokimya və s. yaranmışdır (sxem 1).
Məlumdur ki, məktəbi bitirdikdən sonra hamı özünə kimyaçı ixtisasını seçmir. Bəs hamının
kimyanı öyrənməsi nəyə görə vacibdir? Orta məktəb səviyyəsində kimyəvi biliklərə yiyələnmək
bizim hər birimizə nə verə bilər? Ümumiyyətlə, kimya elminin əhəmiyyəti nədən ibarətdir?
Müxtəlif sənaye sahələrinin və kənd təsərrüfatının inkişafında kimyanın rolu böyükdür. Müasir
kimyanın nailiyyətlərindən istifadə etmədən yanacaq-energetika kompleksləri, metallurgiya,
nəqliyyat, rabitə, tikinti, elektronika, məişət, xidmət sahələri və s. inkişaf etdirilə bilməz. Kimya
sənayesi xalq təsərrüfatını çoxlu müxtəlif kimyəvi məhsullarla (turşular, qələvilər, həlledicilər,
yanacaqlar, sürtkü yağları, plastik kütlələr, kimyəvi liflər, sintetik kauçuklar, mineral gübrələr və
s.) təmin edir. Bir çox sənaye sahələrində kimyəvi metodların tətbiqi əvəzedilməzdir. Məsələn,
metalların korroziyadan (yeyilib dağılmaqdan) qorunması, istehsal proseslərinin
sürətləndirilməsi üçün kimyəvi maddələrdən istifadə edilməsi, maddələrin kimyəvi emalı və s.



Kimya kənd təsərrüfatına mineral gübrələr, bitkiqoruyucu maddələr, bitkilərin boy artımını
sürətləndirən vasitələr, heyvanları kökəldən yem əlavələri verir.
İnsanların sağlamlığını qoruyan dərman preparatlarının əksəriyyəti kimyəvi üsullarla alınır.
Sintetik yuyucu vasitələr, laklar, boyalar, plastik kütlələr və sintetik liflərdən hazırlanan ev və
geyim əşyaları, həlledicilər, dezinfeksiyaedici maddələr insanların məişətində ildən-ilə daha
geniş tətbiq edilməkdədir (sxem 2).
İnsanlar bu maddələrlə gündəlik həyatda rastlaşır, istifadə edir və ya onlarla təmasda olur.
Bununla əlaqədar olaraq insanlar bu maddələrin xassələrini öyrənməlidirlər ki, onlarla necə
davranmaq lazım olduğunu bilsinlər. Mineral gübrələrlə, bitkiləri və heyvanları xəstəliklərdən
qoruyan və alaq otlarını məhv etmək üçün işlədilən maddələrlə davranmağı bacarmalısınız,
onların xassələrini bilməlisiniz. Gələcəkdə sənaye müəssisələrinin, tikinti və yanacaq-energetika
komplekslərinin birində işləməli olsanız, onda siz sənaye müəssisəsində, tikintidə və energetika
komplekslərində tətbiq olunan çoxlu sayda kimyəvi maddələrlə və proseslərlə təmasda
olacaqsınız. Buna görə də siz bu maddələrin xassələrini, onlarla davranmağı indidən, məktəbdə
oxuduğunuz illərdə bilməlisiniz. Sxem 2


I FƏSİL 
İLK KİMYƏVİ ANLAYIŞLAR
1. Maddələr. Maddələrin xassələri. 
Qarışıqların ayrılma üsulları
Biz hər yerdə — sinifdə, evdə, çöldə maddələr əhatəsində yaşayırıq. Gördüyümüz əşyaların,
avadanlıqların, cisimlərin hamısı maddələrdən təşkil olunmuşdur. Bizim bədənimiz də çoxlu
maddələrdən ibarətdir. Bəs maddə nədir? Onları bir-birindən necə fərqləndirirlər?
Maddə materiyanın bir növüdür. (Fizika kursundan bildiyimiz kimi, materiya hiss
üzvlərimizə təsir edərək duyğu əmələ gətirən obyektiv varlıqdır.) 
Hər bir maddə müəyyən
kütləyə və xassələrə malikdir. Təbiətdə gördüyümüz varlıqların böyük əksəriyyəti maddələrin
qarışığıdır. Saf maddələrə təbiətdə az rast gəlinir. Almaz, qrafit, qızıl, gümüş saf maddələrə
aiddir.
Fiziki cisimlər nədən ibarətdirsə, onlar maddə adlanır və ya nisbi sükunət kütləsinə malik
olan materiya növünə maddə deyilir.
Cisim eyni və müxtəlif maddələrdən təşkil oluna bilər. Eyni maddələrdən isə müxtəlif cisimlər
hazırlamaq olar. Məsələn, müxtəlif formalı qablar hazırlamaq üçün şüşədən, eyni formada boru
hazırlamaq üçün misdən və ya təkcə şüşədən istifadə etmək olar.
Maddələri bir-birindən xassələrinə görə fərqləndirirlər. Məsələn, kömür bərk maddədir, qara
rənglidir, suda həll olmur, iysizdir, dadsızdır, qızdırıldıqda yanır. Xörək duzu bərk maddədir, ağ
rənglidir, suda həll olur, iysizdir, dadı şordur, qızdırıldıqda yanmır (həmin əlamətləri su və
tənəffüs etdiyimiz oksigen maddələri üçün sayın).
Maddələri bir-birindən fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə
maddələrin xassəsi deyilir.
Maddələrin iki cür xassəsi—fiziki və kimyəvi xassələri ayırd edilir. Maddənin aqreqat halı,
rəngi, iyi, dadı, suda həll olub-olmaması, sıxlığı, istiliyi və elektriki keçirmə qabiliyyəti, ərimə
və qaynama temperaturu və s. onun fiziki xassələri adlanır.
Maddənin kimyəvi xassəsi isə onun xarici təsirlər nəticəsində başqa maddələrə çevrilməsi, yaxud
başqa maddələrlə qarşılıqlı təsirdə olması ilə müəyyən edilir (bu barədə gələcək dərslərimizdə
ətraflı danışacağıq). Fizioloji təsirinə (orqanizmə təsirinə) görə də maddələri şirin (şəkər), acı
(acı istiot), şor (xörək duzu), turş (sirkə turşusu), iyli (benzin, sirkə turşusu, ətriyyatlar, hidrogen-
sulfid), dəridə yanıqlar əmələ gətirən (qələvilər, turşular, brom və s.), nəfəs yollarını
qıcıqlandıran (kükürd qazı, xlor və s.), zəhərli (dəm qazı, hidrogen-sulfid, civə, mis kuporosu və
s.) maddələr kimi fərqləndirirlər.



Şəkil 1, a. Sirkə turşusu və etil spirti ilə suyun qarışığının qaynama temperaturunun zamandan
asılılıq qrafiki
Hər bir saf maddə yalnız ona məxsus fiziki xassələrə malikdir: sirkə turşusu üçün iyi, xörək duzu
üçün dadı, mis üçün rəngi və yüksək elektrik keçirici- liyi. Deməli, bir saf maddəni başqasından
fiziki xassələrinə görə fərqi əndirmək olar. Fiziki xassələrin sabitliyinə görə maddələri saf
maddələrə və qarışıqlara ayırırlar (şəkil 1, a).
Sabit fiziki xassələrə (sıxlığa, ərimə və qaynama temperaturuna və s.) malik olan maddələrə
saf maddələr deyilir.
Oksigen, hidrogen, azot, dəmir, su və s. saf maddələrdir.
İki və daha artıq saf maddədən ibarət olan sistemlərə qarışıqlar deyilir. Qarışıqların fiziki
xassələri sabit deyil və tərkibindən asılıdır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə