Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   2   3   4   5   6   7   8   9   ...   26

Şəkil 12. Molekulların və atomların modelləri


Elektrik cərəyanının təsiri ilə və ya 2000°C qızdırdıqda suyun parçalanaraq yeni maddələr —
hidrogen və oksigen əmələ gətirməsini izləyib təhlil etdikdə həmin müddəaların təsdiq
olunduğunu görərik. Çevrilmələri modellər şəklində göstərək (şəkil 13).
Şəkillərdən göründüyü kimi, su molekullarını atomlara parçalamaq üçün onu 2000°C-dək
qızdırmaq lazımdır. Deməli, atomlar arasındakı cazibə qüvvələri molekullararası cazibə
qüvvələrindən dəfələrlə böyükdür. Başqa sözlə, atomları bir-birinə bağlayan rabitələr
molekullararası rabitələrdən çox möhkəmdir. Atomlararası bu rabitələr kimyəvi rabitə
adlandırılır. Həmin rabitələrin qırılması və yaranması kimyəvi çevrilmələrin getməsi və yeni
maddələrin əmələ gəlməsi ilə nəticələnir.
Molekullar bir çox maddələrin ən kiçik hissəciyi olub, onların tərkibi və kimyəvi xassələri həmin
maddələrdə olduğu kimidir. Molekullar kimyəvi reaksiyalar zamanı parçalanır, yəni onlar
kimyəvi cəhətdən bölünən hissəciklərdir.
Molekül — maddənin kimyəvi xassələrini və tərkibini özündə saxlayan ən kiçik hissəcikdir.
Atomlar — maddənin kimyəvi cəhətdən bölünməyən ən kiçik hissəciyidir.
Bu tərifdə «kimyəvi cəhətdən bölünməyən» sözlərini xüsusi qeyd etmək lazımdır, çünki elə
hadisələr məlumdur ki, onların nəticəsində atomlar parçalanır və atom enerjisi ayrılır. Həmin
hadisələr atomların çevrilməsi ilə müşayiət olunur və nüvə fizikası kursunda öyrənilir.
Maddələr yalnız molekullardan və atomlardanmı təşkil olunur? Sonrakı elmi axtarışlar göstərdi
ki, maddələr təkcə yüksüz və neytral hissəciklər olan molekullardan və atomlardan deyil,
həmçinin müsbət və mənfi yüklü hissəciklərdən — ionlardan da təşkil oluna bilər.
Şəkil 13. Müxtəlif şəraitdə suyun çevrilmələri


Məsələn, xörək duzu, soda, əhəng daşı və başqaları belə maddələrdir (bu barədə VIII sinifdə daha
ətraflı məlumat alacaqsınız). Molekullardan təşkil olunan maddələr molekulyar quruluşlu,
atomlardan və ionlardan təşkil olunanlar isə şərti olaraq qeyri-molekulyar quruluşlu
maddələr adlandırılır. Molekulyar və qeyri-molekulyar quruluşlu maddələr xassələrinə görə bir-
birindən fərqlənir. Birincilər adi şəraitdə, əsasən, qaz (oksigen, azot, hidrogen, karbon qazı və s.)
və ya maye (su, spirt, aseton və s.), yaxud da asan əriyən bərk (kristallik kükürd, ağ fosfor, şəkər,
yod və s.) maddələrdir. İkincilərin isə hamısı çətin əriyən bərk (almaz, qrafit, qum, xörək duzu,
soda və s.) maddələrdir.
Atomun tərkibi. XIX əsrin sonuna qədər atomlar maddənin bölünməyən ən kiçik (mikro)
hissəciyi hesab olunurdu. Atomun nə dərəcədə kiçik olmasını aşağıdakı müqayisə ilə təsəvvür
etmək olar. Almanı Yer kürəsi qədər böyütsək, eyni dəfə böyüdülən atom alma böyüklükdə olar.
Atomların diametri 2-10-10—5-10-10 m-dir. Bu o deməkdir ki, sizin oxuduğunuz kitabın bir
vərəqinin qalınlığında yüz minlərlə atom yerləşə bilər.
Atom — kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəcikdir.
XIX əsrin sonunda və XX əsrin əvvəllərində edilən elmi kəşflər göstərdi ki, atom özü də
mürəkkəb hissəcikdir. Əvvəlcə öyrənildi ki, hər bir atom müsbət yüklü nüvədən və onun ətrafında
böyük sürətlə hərəkət edən mənfi yüklü hissəciklərdən — elektronlardan ibarətdir. Nüvə atomun
əsas kütləsini təşkil edir və onun mərkəzində yerləşir. Nüvənin diametri atomun diametrindən 50
—100 min dəfə kiçikdir.
Fizika kursundan sizə bəllidir ki, atom nüvəsinin özü də mürəkkəbdir (şəkil 14). O, proton və
neytron adlanan hissəciklərdən təşkil olunur. Protonun yükü +1, kütləsi isə təqribən hidrogen
atomunun küt 1 əsinə bərabərdir və ya 1,673·10  q-dır. Nüvənin müsbət yükünün miqdarı
protonların sayı ilə müəyyən edilir. Məsələn, hidrogen atomunda 1, oksigen atomunda isə 8
proton olduğundan onların nüvələrinin yükü müvafiq olaraq +1 və +8-dir. Proton p hərfi ilə və ya
 p kimi işarə olunur. Neytron yüksüz hissəcikdir. Onun kütləsi (1,675·10 q) təqribən protonun
kütləsinə bərabərdir. Neytronu n və ya   n ilə işarə edirlər.
·24
1
+1
·24
1
0


Şəkil 14. Atomun sadə modeli
Elektron çox kiçik kütləyə malikdir. Onun kütləsi protonun kütləsindən 1836 dəfə azdır
(»9,109·10
q), yükü isə əks işarə ilə protonun yükünə (-1) bərabərdir. Elektron   ilə işarə
olunur.
Atomlarda elektronların sayı, protonların sayı ilə eyni olduğundan onlar sərbəst halda neytral
hissəciklərdir.
-28


Hər bir atom növü isə bildiyimiz kimi, başqasından fərqli proton sayına malikdir. Atomun kütləsi
onun proton və neytronlarının sayı ilə müəyyən edilir. Buna kütlə ədədi (A) deyilir. Deməli,
atomlar müəyyən kütləyə malik neytral hissəciklərdir. A=N(p)+N(n). Protonların sayı elementin
nüvəsinin yükünə (Z) bərabər olduğu üçün A=Z+N(n).
Bunları bildikdən sonra atoma yeni tərif vermək olar.
Müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət olan elektroneytral hissəciyə
atom deyilir.
Neytral atomda N(p)=N(ē) olur.
Atom elektron verdikdə müsbət yüklü, elektron alanda isə mənfi yüklü iona çevrilir. Məsələn:
Na°—ē—> Na  elektron vermə prosesi (oksidləşmə)
S°+2ē->S  elektron alma prosesi (reduksiya)
Müsbət yüklü ionlarda N(p)>N(ē) N(ē)=p —yük
Mənfi yüklü ionlarda N(p)tonun yükü = N(p)—N(ē)
ıı
11
+
2-
Bilik və bacarıqların yoxlanılması
1. Molekulyar quruluşlu maddələri seçin: a) Karbon qazı; b) su; c) xörək duzu; d) etil spirti; e)
əhəngdaşı 2. Qeyri-molekulyar quruluşlu maddələrə misallar göstərin. 3. Molekulyar quruluşlu
maddələrə misallar göstərin: a) qaz halında; b) maye halında; c) bərk halda olan. 4. Atom və
molekulu fərqləndirən xüsusiyyətləri müəyyən edin. 5. Maddənin aqreqat halları: a) maye; b) qaz;
c) bərk. Bu aqreqat hallarını molekullararası məsafənin azalması sırası ilə düzün. 
6. Uyğunluğu müəyyən edin:
I. Neytral atom
a) N(p)II. Müsbət yüklü ion
b) N(p)>N(ē)
III. Mənfi yüklü ion
c) N(p)=N(ē)
7. Atomun kütlə ədədi hansı halda doğru verilmişdir? a) protonlar və elektronların sayları cəminə
bərabərdir; b) neytronlar və elektronların sayları cəminə bərabərdir; c) protonlar və neytronların
sayları cəminə bərabərdir.
8. X,Y və Z hissəciklərini müəyyən edin.
Atomda olan hissəciklər
Yükü
X
+
Y
0


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə