Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

Qazların 1 molunun normal şəraitdəki (n.ş.) həcmi molyar həcm adlanır və Vm -lə işarə
olunur.
Qazın müxtəlif şəraitdə molyar həcmi isə onun həmin şəraitdəki həcminin maddə miqdarına olan
nisbəti ilə hesablanır:
Qazın həcmi litrlə ölçüldükdə molyar həcmin vahidi ё/mol ilə ifadə edilir.
Avoqadro qanununun əhəmiyyəti. Bu qanunun əsasında qazların normal şəraitdəki sıxlığını və
bir qazın başqa qaza görə nisbi sıxlığını hesablayırlar.
Hər hansı qazın normal şəraitdəki (n.ş.) sıxlığını hesablamaq üçün onun molyar kütləsini molyar
həcmə bölmək lazımdır: p=M /V  
Məsələn, oksigenin və karbon qazının n.ş-də sıxlığı:
Eyni şəraitdə həcmlər eyni olduqda, bir qazın kütləsinin o biri qazın kütləsinə olan nisbəti birinci
qazın ikinci qaza görə nisbi sıxlığı adlanır. Avoqadro qanununa görə eyni şəraitdə ölçülən eyni
həcmli qazların kütlələrinin nisbəti onların molyar kütləsinin nisbəti və ya sıxlıqlar nisbəti ilə
əvəz oluna bilər:
Qazların nisbi sıxlığını çox hallarda ən yüngül qaz olan hidrogenə və havaya görə hesablayırlar:
Qaz qarışığı olan havanın orta molyar kütləsi təqribən 29 q/mol olduğundan:
x
M


Oksigenin hidrogenə və havaya görə nisbi sıxlığını hesablayaq: M(O ) = 2•16 = 32 q/mol
Müxtəlif qazların kütlələri nisbəti 
 düsturu ilə də hesablana bilər.
Qaz qarışığında qazların həcm payı 
 düsturu ilə he- V qarışıq sablanır.
Qarışıqların kütləsi m
=m1+m2+...; m
 = V •M +V •M +... düsturu ilə hesablanır.
Qarışıqda hər hansı maddənin kütlə payı
 düsturu ilə hesablanır.
Qaz qarışığının orta molyar kütləsinin hesablanması üsulları:
V  və V  qazların mol miqdarları, M  və M  qazların molyar kütlələri, V  və V  qazların n.ş-də
həcmi, φ1 və φ2 qaz qarışığında qazların həcm payı.
İki müxtəlif qazdan ibarət 1 mol qaz qarışığının orta molyar kütləsini aşağıdakı düsturla
hesablamaq olar: M
= V •M1+(1-V ).M
Bir-biri ilə reaksiyaya daxil olmayan eyni molyar kütləli qazları qarışdırdıqda qaz qarışığının
(n.ş.-də) sıxlığı və həmçinin orta molyar kütləsi dəyişməz. Hər hansı qaza molyar kütləsi böyük
olan qaz əlavə etdikdə sıxlıq artar, molyar kütləsi kiçik olan qaz əlavə etdikdə isə sıxlıq azalar.
Bilik və bacarıqların yoxlanılması
1. 3,01•10  molekul H  normal şəraitdə neçə litr həcm tutar? 2. 4,48 l (karbon qazı) (n.ş.-də)
neçə qramdır? M(CO )=44q/mol. 3. 6,4q O  normal şəraitdə neçə litr həcm tutar? M(O )=32
q/mol. 4. 6,72 l (n.ş.-də) naməlum qazda neçə molekul olar? 5. 3,36 l (n.ş.-də) naməlum qazın
mol miqdarını hesablayın. 6. 4,48 l CO -dəki (n.ş.-də) atomların ümumi sayını hesablayın. 7. 4,48
Z-nin (n.ş.-də) kütləsi 8,8 qram olan qazın molyar kütləsini (q/mol ilə) hesablayın. 8. 2 mol H2
və 1 mol O -dən əmələ gələn qaz qarışığının hidrogenə görə sıxlığını hesablayın: M(H2)=2q/mol;
M(O )=32q/mol. 9. 11 N  və 1 l O -dən əmələ gələn qaz qarışığının heliuma görə sıxlığını
hesablayın: M(N )=28q/mol; M(O )=32q/mol; M(He)=4q/mol.
2
(qarışıq)
(qarışıq)
1
1
2
2
1
2
1
2
1
2
orta
1
1
2
23
2
2
2
2
2
2
2
2
2
2
2


II FƏSİL 
FİZİKİ VƏ KİMYƏVİ HADİSƏLƏR. 
KİMYƏVİ TƏNLİKLƏR
10. Kimyəvi reaksiyalar. Kimyəvi tənliklər
Bizim hər birimiz evdə qızdırılan suyun buxara çevrilib «yox» olmasını (görünməyən qaz halına
keçməsini) və buxarın üzərinə soyuq bir əşya tutduqda yenidən su damcıları görünməsini
müşahidə etmişik. Həmçinin qışın şaxtasında çölə qoyulmuş qabda suyun donaraq buza
çevrilməsini, içəri gətirildikdə isə yenidən mayeləşməsini görmüşük. Bu çevrilmələrdə başqa
maddə əmələ gəlirmi? îndi belə təcrübə aparaq: kiçik həcmli qablarda bir qədər xörək duzu və
şəkəri suda həll edib zəif odda qızdıraq. Tədricən qablardakı su buxarlanaraq yenə də həmin
maddələr görünəcəkdir. Deməli, apardığımız təcrübələrdə və müşahidə etdiyimiz hadisələr
zamanı yeni maddələr əmələ gəlmir. Bu cür hadisələr fiziki hadisə adlanır.
Bir maddənin başqa maddəyə çevrilməsi ilə nəticələnməyən hadisələrə fiziki hadisələr
deyilir.
 Fiziki hadisələr zamanı maddənin yalnız: aqreqat halı, forması, ölçüsü, həcmi, təzyiqi,
temperaturu, sürəti və s. dəyişir.
Qarışıqların ayrılması üsulları (buxarlanma, distillə, süzmə, çökdürmə, durultma), maddələrin
aqreqat halının dəyişməsi, bərkimə (maye -> bərk), kondensləşmə (qaz -> maye), sublimə (bərk -
> qaz), ərimə (bərk -> maye) kimi hadisələr fiziki hadisələrə aiddir. Maddənin bərk haldan
birbaşa qaz halına keçməsinə sublimə, əksinə, qaz haldan birbaşa bərk hala keçməsinə desublimə
deyilir. Yod (J ) və quru buz (CO ) sublimə edir.
Başqa təcrübələrə müraciət edək:
a) mis məftili qızdırırıq, onun səthi qara təbəqə ilə örtülür; b) bir qədər durulmuş əhəng suyuna
borucuq vasitəsilə nəfəs verir, yaxud da üzərinə azca soda məhlulu əlavə edirik, ağ bulantı və ya
çöküntü alınır; c) noxud boyda kükürd parçasını yandırırıq, kəskin iy hiss olunur və alınan qaz
halında maddə havaya qarışır.
Əlamətlərinə görə hər üç təcrübədə yeni maddələr alınmasını deyə bilərik.
Bir maddədən başqa maddənin əmələ gəlməsi ilə nəticələnən belə hadisələr kimyəvi
hadisələr adlanır.
 Kimyəvi hadisələr zamanı başlanğıc maddədən yeni maddələr əmələ gəlir.
Bizim tanış olduğumuz suyun elektrik cərəyanı təsiri ilə oksigen və hidrogenə parçalanması da
kimyəvi hadisədir. Yanma, çürümə, qıcqırma, tərkib hissələrinə parçalanma, paslanma
(korroziya) və b. hadisələr kimyəvi hadisələrə aiddir.
Kimyəvi hadisələrə başqa sözlə kimyəvi reaksiyalar deyilir.
2
2


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə