Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

oksidlərin, sul- fidlərin və başqa maddələrin tərkibini tədqiq etmişdir.
Nəticədə kimyəvi birləşmələrin tərkibinin sabitliyi qanununu kəşf etmişdir.
Suyun, eləcə də başqa birləşmələrin tərkibi alınma üsulundan və tapılma yerindən asılı
olmayaraq, həmişə sabit olur. Bu qanun 1799-cu ildə fransız kimyaçısı C.L.Prust tərəfindən kəşf
edilmişdir. Maddə tərkibinin sabitliyi qanunu hazırda belə ifadə olunur: 
Alınma üsulundan asılı
olmayaraq, molekulyar quruluşlu kimyəvi birləşmələrin tərkibi və xassələri həmişə sabit
olur.
Molekulyar quruluşlu maddələrin tərkibi və xassələrinin dəyişməzliyi barədə olan bu qanun
kimyanın əsas qanunlarından biridir. Qeyri- molekulyar quruluşlu bir çox birləşmələr üçün
tərkibin sabitliyi qanunu ödənilmir.
Bildiyimiz kimi, maddələrin hamısı molekulyar quruluşlu deyil. Onların böyük bir qrupu
atomlardan və ionlardan təşkil olunur. Bəs bu maddələrin kimyəvi formulları necə tərtib olunur?
Qeyri-molekulyar quruluşlu maddələrin kimyəvi formulu birləşmə- dəki element hissəciklərinin
(atom və ya ionların) say nisbətinə əsasən tərtib edilir. Bu nisbətləri bilmək üçün qeyri-
molekulyar quruluşlu maddənin kristalında bir element hissəciyinin başqa elementin neçə
hissəciyi ilə əhatə olunduğu (birləşdiyi) müəyyənləşdirilməlidir. Maddənin kristal quruluşunun
fiziki üsullarla tədqiqi belə məlumatlar əldə etməyə imkan verir. Bu cür tədqiqatların nəticəsində
məlum olmuşdur ki, kvarsda silisium və oksigen atomlarının say nisbəti 1:2-dir. Deməli, onun
formulu SiO -dir. Alüminium-xloriddə isə alüminium və xlor ionlarının say nisbəti 1:3-dür.
Deməli, onun formulu A1Cİ3 olmalıdır.
Kimyəvi elementlərin 3-cü cədvəldə göstərilən qısa adlarından istifadə edərək, formulları
oxumaq olar:
CO  — se — o — 2; 
H O — haş — 2 — o; 
CH  — se — haş — 4; 
SiO  — silisium — o — 2; 
AlCl  — alüminium — xlor — 3; 
P O  — pe — 2 — o — 5 və i.a.
2
2
2
4
2
3
2 5


(Kimyəvi formulların beynəlxalq oxunuş qaydası ilə sonralar tanış olacaqsınız).
Kimyəvi formulların və kimyəvi işarələrin qarşısında yazılan ədəd əmsal adlanır. Elementin
işarəsinin sağ tərəfində aşağıda yazılan ədəd indeks adlanır.
Kimyəvi elementlərin valentliyi. Valentliyə görə formulların tərtibi. Məlumdur ki, maddələrin
formulları kimyəvi təcrübələr əsasında çıxarılır. Bir neçə elementin təcrübə ilə alınmış
hidrogenli birləşmələrinin formullarını nəzərdən keçirək:
HCl, H O, NH , CH
Bu formullardan görünür ki, xlor atomu 1, oksigen atomu 2, azot atomu 3, karbon atomu 4
hidrogen atomu ilə birləşə bilir. Deməli, elementlərin özünə hidrogen atomlarını birləşdirmək
qabiliyyəti müxtəlifdir.
Kimyəvi element atomlarının özünə müəyyən sayda başqa element atomlarını birləşdirmək
qabiliyyətinə valentlik deyilir.
Valentlik anlayışı ilk dəfə 1852-ci ildə ingilis alimi E.Frankland tərəfindən elmə daxil edilmişdir.
Hidrogenin valentliyi vahid qəbul olunaraq, o biri elementlərin valentliyi onunla müqayisə edilir.
Valentliyi roma rəqəmi ilə göstərirlər. Məsələn, aşağıdakı birləşmələrdə elementlərin valentliyini
onların işarələrinin üstündə göstərək:
Göstərilənlərə əsasən deyirik: hidrogenə görə xlorun valentliyi bir, oksigenin valentliyi iki,
azotun valentliyi üç, karbonun valentliyi dörddür.
Oksigenin valentliyinin II olduğunu bilərək, başqa elementlərin ok- sigenli birləşmələrindəki
valentliyini də hesablama yolu ilə təyin etmək olar. Bunun üçün oksigen atomunun kimyəvi
formulda verilmiş indeksini valentliyinə vurub o biri element atomunun indeksinə bölmək
lazımdır. Məsələn, AI2O3 birləşməsində alüminium atomunun oksigenə görə valentliyini təyin
edək.
Bir qrup kimyəvi elementlərin valentlikləri onların bütün kimyəvi birləşmələrində dəyişmir, yəni
həmişə eyni rəqəmlə göstərilir. Onlara sabit valentli elementlər deyilir.
2
3
4


— EDUARD FRANKLEND (1825-1899)
İngilis kimyaçısı. 1852-ci ildə atomları bir-birinə birləşdirici qüvvə haqqında


anlayışı elmə daxil etmişdir. Atomların bu xassələrini sonralar valentlik
adlandırmışlar.
Cədvəl 6
Sabit valentli elementlər
Kimyəvi elementlər
Elementlərin valentliyi
1. Н, Li, Na, K, Rb, Cs, F
I
2. O*, Be, Mg, Ca, Ba, Zn, Hg
II
3. B, Al
III
4. C**
IV
Başqa elementlər qrupu isə müxtəlif kimyəvi birləşmələrdə müxtəlif valentliyə malik olur. Onlara
dəyişkən valentli elementlər deyilir.
* Oksigen CO və Н О  -da III valentlidir.
Cədvəl 7
Sabit valentli elementlər
Kimyəvi elementlər
Elementlərin valentliyi
Pb, Sn, Si
II, IV
S
II, IV, VI
P
III, V
Cr
II, III, IV, VI
Cu
I, II
Fe
II, III
N
III, IV
Mn
II, III, IV, VI, VII
Cl, Br, J
I, III, V, VII
3 +


Kimyəvi elementin valentliyini bilməklə onların əmələ gətirdiyi binar (ikielementli) birləşmənin
formulunu asanlıqla tərtib etmək olar. Bunun üçün elementlərin işarələrini yazıb, üstündə
valentliklərini göstərirlər. Sonra həmin valentliyi göstərən ədədlərin ən kiçik ortaq bölünənini
(ƏKOB) müəyyənləşdirib, onu valentliklərin hər birinə bölərək indeksləri tapırlar.


Məsələn, VII valentli manqan elementinin oksigenlə əmələ gətirdiyi birləşmənin formulunu tərtib
edək:
Valentliklərə görə formul tərtib edildikdə alınan indekslər ən kiçik tam ədədlərə qədər ixtisar
olunursa, onda bu əməliyyatı aparıb maddənin sadə formulunu müəyyən etmək olar.
Bilik və bacarıqların yoxlanılması
1. Kimyəvi formul nəyə deyilir? 2. Formuldakı indekslər nəyi göstərir? a) H O , b) P O  və c)
SO  molekulunda olan atomların sayını müəyyən edin. 3. Xörək duzunda (NaCl), sodada
(Na CO ) və kalsium-xloriddə (CaCh) elementlərin say nisbətini göstərin. 4. SO2, N2O3 və H2S
formulları necə oxunur? 5. Valentlik nəyə deyilir? 6. Hidrogenin və oksigenin valentliyi neçədir?
7. Na, Mg, K, Al, Be, C(IV) və S(IV, VI) elementlərinin oksigen atomu ilə əmələ gətirdiyi
birləşmələrin formulları necə yazılır? (6-cı cədvəldən istifadə edin). 8. P O , MnO
birləşmələrində elementlərin oksigenə görə valent 1 iyini təyin edin. 9. Misin, dəmirin və xromun
7-ci cədvəldə verilən valentliklərinə əsasən onların oksigenlə və xlorla əmələ gətirdiyi
birləşmələrinin formullarını tərtib edin. 10. Dəyişkən valentli elementləri seçin a) Ca, b) Fe, c)
Na, ç) Al, d) Cu, e) Cr, ə) Cl. 11. Sabit valentli elementləri seçin: a) Li, b) Br, c) K, ç) J, d) Mg,
e) Be, ə) Cr. 12. SO -də kükürdün (S) valentliyini müəyyən edin.
7. Nisbi molekül kütləsi. 
Kimyəvi formullara görə hesablamalar
Molekullar atomlardan təşkil olunduğundan onların kütləsi tərkibindəki atomların kütlələrinin
cəminə bərabər olacaqdır.
Maddə molekülünün atom kütlə vahidi ilə ifadə olunmuş kütləsinə molekül kütləsi deyilir.
Praktik hesablama əməliyyatlarını sadələşdirmək üçün burada da nisbi molekul kütləsindən
istifadə edilir.
Molekulyar quruluşlu maddənin molekul kütləsinin karbon atomu ( C) kütləsinin  / -nə
olan nisbətinə nisbi molekul kütləsi deyilir.
2 2
2 5
3
2
3
2 3
2
3
12
1
12


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə