Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

— AMEDEO AVOQADRO (1776-1856)
İtalyan alimi, 1811-ci ildə qazlar haqqında qanun kəşf etmiş, sonralar bu


qanun onun adı ilə adlandırılmışdır.
Avoqadro sabitinin Avoqadro ədədindən fərqi onun müəyyən vahidlə (mol ) ölçülməsidir.
Aydındır ki, maddə miqdarı (onu v hərfi ilə işarə edək) dəyişdikdə hissəciyin sayı da
dəyişəcəkdir. Bu asılılığı aşağıdakı düsturla ifadə etmək olar: N = v • N
Bu düstur əsasında müxtəlif hesablamalar aparmaq olar: 
Məsələ 1. 2 mol və 0,1 mol sudakı molekulların sayı nə qədərdir? 
N(H20) = 2.6,02•10  = 12,04•10  molekul 
N(H20) = 0,1.6,02•10  = 0,602•10  və ya 602.1020 molekul. 
Məsələ 2. Molekulların sayı 6,02•10  olan oksigenin maddə miqdarı (v) nə qədərdir?
Mürəkkəb maddənin verilmiş mol miqdarında hər hansı elementin atomlarının sayı soruşulursa,
onda maddənin mol miqdarını soruşulan elementin indeksinə, alınan hasili isə Avoqadro ədədinə
vurmaq lazımdır. N(atom)= v (maddə) • İndeks • N . Əgər atomların ümumi sayı soruşulursa,
maddənin mol miqdarı elementlərin indeksləri cəminə, alınan hasil isə Avoqadro ədədinə
vurulmalıdır.
N(atom) ümumi = v (maddə) • (indekslər cəmi) • N
1 ədədi indeksdə yazılmır, əgər indeks yoxdursa, onu 1 götürmək lazımdır.
Məsələ 3. 0,5 mol suda neçə oksigen atomu vardır?
N(H 0) = 0,5•6,02•10 =3,01•10  molekul. N(0)= N(H 0)
Suyun bir molekulunda 1 oksigen atomu olduğundan 0,5 molundakı oksigen atomlarının sayı su
molekullarının sayına bərabər olacaqdır.
Məsələ 4. 0,5 mol H SO -dəki atomların ümumi sayını müəyyən edin.
N(atom) ümumi = v • (indekslərin cəmi) • N =0,5 • (2+1+3) • 6,02•10  = = 3.6,02•10  =
18,06•10
-1
A
23
23
23
23
24
A
A
2
23
23
2
2
3
A
23
23
23


Molyar kütlə. Maddənin 1 molunun qramla ifadə olunmuş kütləsinə molyar kütlə deyilir
(vahidi q/mol olur).
Hər hansı maddənin molyar kütləsini (M) hesablamaq üçün Avoqadro sabitini maddəni təşkil
edən hissəciklərin (atom, molekül, ion) qramla ifadə olunmuş kütləsinə vurmaq lazımdır:
Beynəlxalq vahidlər sistemində molyar kütlənin vahidi kq/mol ilə ölçülsə də, məktəb kursunda,
əsasən, q/mol vahidindən istifadə edilir.
Hesablamalar göstərir ki, maddənin molyar kütləsi qramlarla ifadə olunduqda, ədədi qiymətcə
onun nisbi atom kütləsinə (əgər o atomlardan təşkil olunursa) və ya nisbi molekul kütləsinə (əgər
molekullardan təşkil olunursa) bərabərdir. Müqayisə üçün yazaq:
Müqayisədən göründüyü kimi, maddələrin molyar kütləsi vahidinə görə nisbi atom və ya nisbi
molekul kütlələrindən fərqlənir. Yəni molyar kütlə ölçü vahidinə malikdir.
Yuxarıda yazılanlardan məlum olur ki, molyar kütlə anlayışı həm kimyəvi elementlərə, həm də
molekulyar və qeyri-molekulyar quruluşlu bəsit və mürəkkəb maddələrə tətbiq olunur.
Maddələrin molyar kütləsindən və Avoqadro sabitindən istifadə etməklə istənilən maddənin bir
molekulunun və ya bir atomunun kütləsini hesablamaq mümkündür:
Maddələrin molyar kütləsi ilə onun maddə miqdarı (v) və ixtiyari kütləsi (m) arasında aşağıdakı
asılılıq mövcuddur: 


Buradan yazırıq:
Molyar kütlə anlayışı əsasında hesablamalar
1. Maddə miqdarına görə kütlənin və əksinə, kütləyə görə maddə miqdarının hesablanması:
Məsələ 1. a) 3 mol karbon qazının (CO2); b) 0,2 mol suyun kütləsi nə qədərdir?
m(CO ) = M(CO ) • v (CO ) = 44 q/mol • 3 mol = 132 q 
m(H O) = М(H О) • v (H O) = 18 q/mol • 0,2 mol = 3,6 q 
Məsələ 2. a) 4 q hidrogen qazı; b) 28 q dəmir neçə moldur?
2. Maddənin kütləsi ilə onu təşkil edən hissəciklərin sayı arasındakı əlaqəyə aid hesablamalar:
Məsələ 3. a) 8 q oksigen qazında (O ) molekulların sayı; b) 6 q maq- nezium (Mg) metalında
atomların sayı nə qədərdir?
3. Müəyyən kütləyə uyğun olan maddənin tərkibindəki elementin kütləsinin və əksinə, elementin
müəyyən kütləsinə uyğun olan maddənin kütləsinin hesablanması:
Məsələ 4. 128 q kükürd qazında (SO ) neçə qram kükürd elementi var?
2
2
2
2
2
2
2
2


Məsələ 5. Neçə qram karbon qazında 8 qram oksigen olar?
M(CO ) = 44 q/mol; M(O) = 16 q/mol
Məsələ 6. 1,204•109  molekül SO -nin kütləsini qramla hesablayın. M(S0) =64 q/mol.
Bilik və bacarıqların yoxlanılması
1. 6,02•10  molekül suda (H O) cəmi neçə atom var? 2. 3 mol oksigendə (O ) neçə atom var? 3.
0,5 mol H3PO4-də neçə oksigen atomu var? 4. 3,01•10  molekül karbon qazının mol miqdarını
müəyyən edin. 5. 0,5 mol H O, 0,5 mol O  və 0,5 mol SO -dəki atomların ümumi sayını
hesablayın. 6. N  sayda atomu olan CH -ün mol miqdarını hesablayın. 7. N  sayda atomu olan
SO -ün mol miqdarını hesablayın. 8. Ümumilikdə N  sayda atomu olan suyun (H O) kütləsi neçə
qramdır? М(H 0)=18 q/mol. 9. 0,9 qram su (H O) neçə moldur? М(H O)=18 q/mol. 10. 1,8 qram
suda ümumilikdə neçə atom var? М(H O)=18 q/mol. 11. Na sayda atomu olan SO3 neçə qramdır?
M(S0 )=80q/mol. 12. 4 q NaOH-da neçə atom var? M(Na0H)=40 q/mol.
9. Avoqadro qanunu. Qazların molyar həcmi
XIX əsrin əvvəllərində A.Avoqadro müxtəlif şəraitdə qazların xassələri ilə əlaqədar müşahidələr
aparmaqla və kəşf olunmuş qaz qanunlarını (Boyl-Mariott, Gey-Lüssak və s.) təhlil etməklə,
1811-ci ildə yeni qanun irəli sürdü. Avoqadro qanunu belə ifadə olunur: eyni şəraitdə
(temperatur və təzyiq eyni olduqda) müxtəlif qazların bərabər həcmlərində bərabər sayda
molekul olur.
Biz artıq hər hansı maddənin 1 mol miqdarında 6,02•10  molekul olduğunu bilirik. Məlumdur ki,
qazların molyar kütləsi (1 molunun kütləsi) də ədədi qiymətcə onların nisbi molekul kütləsinə
bərabərdir. Onda 2 q hidrogen, 32 q oksigen, 28 q azot, 44 q karbon qazında eyni sayda
(6,02•10 ) molekul olduğunu deyə bilərik. Deməli, 
şərait eyni olduqda eyni sayda qaz
molekullarının eyni həcm tutduğu aydın olur.
Hesablanmışdır ki, normal şəraitdə (0°C temperatur və ~ 101,3 kPa təzyiq) istənilən qazın və ya
qazlar qarışığının 1 molunun həcmi təqribən 22,4 l olur.
2
23
2
2
23
2
2
23
2
2
3
A
4
A
3
A
2
2
2
2
2
3
23
23


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə