Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

Kimyəvi elementlərin nisbi atom kütləsi onun təbii izotoplarının orta atom kütləsinin karbon
atomu (12C) kütləsinin 1/12-nə olan nisbətidir.
Bu düstura əsasən hidrogen, oksigen, azot və karbonun nisbi atom kütlələri hesablandıqda onların
nisbi atom kütlələri müvafiq olaraq belə göstərilir:
Ar(H) = 1,0078 ≈ 1
Ar(N) = 14,0067 ≈ 14
Ar(O) = 15,9994 ≈ 16
Ar(C) = 12,0110 ≈ 12
Onların oxunuşu belədir: hidrogenin nisbi atom kütləsi təqribən 1-ə; oksigeninki təqribən 16-ya
bərabərdir və s.
Proton və neytronların sayı tam ədəd olduğundan istənilən elementin nisbi atom kütləsi tam ədəd
olmalı idi. Lakin dövri sistem cədvəlin- dəki əksər elementlərin nisbi atom kütləsi kəsrlə verilib.
Bunun səbəbi elementlərin izotoplarının təbiətdə müxtəlif miqdarda yayılması ilə izah edilir.
Elementlərin təbii izotoplarının nisbi atom kütləsi təbiətdə yayılma faizinə vurulur, alınan
hasillərin cəmi 100-ə bölündükdə elementin orta nisbi atom kütləsi alınır. Məsələn, xlorun 35Cl
izotopunun təbiətdə yayılması 75%, 37Cl izotopunun yayılması isə 25%-dir.
Bütün elementlərin nisbi atom kütlələri «Kimyəvi elementlərin dövri sistemi» cədvəlində
verilmişdir.
Praktikada, adətən, nisbi atom kütləsindən istifadə edilir. Bunun üçün ölçüsüz kəmiyyət olan nisbi
atom kütlələrini və atomun kütlə vahidi ilə ölçülən atom kütləsini (onların sayca uyğun gəlməsinə
baxmayaraq) fərqləndirmək lazımdır.
Məsələn,
Cədvəl 4
Kimyəvi elementin
adı
Atomun kütləsi (kq-
la)
Atomun kütləsi (a.k.v.
ilə)
Nisbi atom
kütləsi
Hidrogen
1,66•10
 kq
1 a.k.v.
1
Oksigen
2,66•10
 kq
16 a.k.v.
16
Karbon
2,0•10
 kq
1 a.k.v.
1
Hidrogen
1,66•10
 kq
1 a.k.v.
1
-27
-26
-27
-27
-27


Hidrogen
1,66•10
 kq
1 a.k.v.
1
-27


Bilik və bacarıqların yoxlanılması
1. Atomun kütləsini hansı vahidlərlə ifadə etmək olar? 2. Atomun kütlə vahidi nədir? 3. Elementin
nisbi atom kütləsinin nə olduğunu izah edin. 4. Elementlərin dövri sistemi cədvəli əsasında
natrium, kalsium, maqnezium, dəmir elementlərinin atomlarında protonların sayını və nisbi atom
küt ləsini tapın və dəftərinizə qeyd edin. 5. Elementin nisbi atom kütləsi necə müəyyən olunur? a)
atomun kütləsinin qramlarla ifadəsidir; b) atomun kütləsinin atom kütlə vahidi ilə ifadəsidir; c)
kimyəvi elementin orta atom kütləsinin karbon atomunun kütləsinin  / -nə olan nisbətidir. 6.
Elementin nisbi atom küt l əsi üçün hansı ifadələr doğrudur? a) elementin orta atom kütləsinin,
karbon atomunun kütləsindən neçə dəfə ağır olduğunu göstərir; b) ölçüsüz kəmiyyətdir; c) atom
kütlə vahidi ilə ifadə olunur; d) elementin orta atom kütləsinin karbon atomunun kütləsinin  / -nə
olan nisbətinə bərabərdir; e) elementin orta atom kütləsinin atom kütlə vahidinə olan nisbətinə
bərabərdir. 7. Nüvəsində 19 proton və 20 neytron olan elementin nisbi atom kütləsini müəyyən
edin. 8. Nisbi atom küt ləsi 56 olan elementin atomunda 30 neytron varsa, onun neçə elektronu
var?
1
2
1
2
5. Maddələrin təsnifatı
Maddələrin təsnifatı bir sıra əlamətlərə görə aparıla bilər.
1. Normal şəraitdə (0°C temperatur və 1 atm təzyiq şəraitində) aqreqat halına görə maddələr qaz,
maye və bərk maddələrə bölünür.
Qaz halında olan maddələr: Hidrogen (H ), oksigen (O ), ozon (O ), flüor (F ), xlor (Cl ), azot
(N ), metan (CH ), ammonyak (NH ), dəm qazı (CO), karbon qazı (CO ), etilen (C H ), asetilen
(C H ) və s. qaz halındadır.
Maye halında olan maddələr: Nitrat turşusu (HNO ), su (H O), sulfat turşusu (H SO ), metil
spirti (CH OH), etil spirti (C H OH), brom (Br ), civə (Hg) və s.
Bərk halda olan maddələr: civədən (Hg) başqa bütün metallar (dəmir (Fe), mis (Cu), gümüş
(Ag), qızıl (Au), sink (Zn) və s.), çay qumu (SiO ), xörək duzu (NaCl), şəkər, qələvilər (natrium-
hidroksid (NaOH), kalium-hidroksid (KOH) və s).
2. Fiziki xassələrə görə maddələr iki yerə bölünür (saf maddələr və qarışıqlar). Sabit fiziki
xassələrə (ərimə, qaynama temperaturuna, sıxlığa və s.) malik olmayan maddələr qarışıqlara
aiddir (bax mövzu 1 və 2).
3. Mənşəyinə görə maddələr qeyri-üzvi və üzvi maddələrə bölünür. Karbonun birləşmələrindən
dəm qazı (CO), karbon qazı (CO ), karbonat turşusu (H CO ), onun bütün duzları, məsələn, soda
(Na CO ), çay sodası (NaHCO ), əhəngdaşı (CaCO ) qeyri-üzvi birləşmələrə aiddir. Tərkibində
yalnız karbon (C), hidrogen (H) və ya tərkibində karbon, hidrogen, oksigen olan birləşmələr və s.
2
2
3
2
2
2
4
3
2
2 4
2 2
3
2
2
4
3
2 5
2
2
2
2
3
2
3
3
3


üzvi birləşmələrə aiddir.


Məsələn, metan qazı (CH ), etilen (C H ), etil spirti (C H OH), sirkə turşusu (CH COOH) və s.
üzvi birləşmələrə aiddir.
4. Tərkibinə görə maddələr iki yerə bölünür: bəsit və mürəkkəb maddələr.
Maddələrin tərkibi eyni və yaxud müxtəlif element atomlarından ibarət ola bilər.
Eyni növ atomlardan əmələ gəlmiş maddələr bəsit maddələr adlanır. 
Müxtəlif növ atomlardan əmələ gəlmiş maddələrə mürəkkəb maddələr deyilir.
Sizin tanıdığınız dəmir, mis, alüminium, civə, qalay, qurğuşun, qızıl, gümüş, kükürd, fosfor, yod,
hidrogen, oksigen, almaz, qrafit və s. bəsit maddələrdir. Onlar bərk halda həm molekulyar
(kükürd, ağ fosfor, yod və s.), həm də qeyri-molekulyar (dəmir, mis, almaz, qrafit və s.) quruluşa
malik olduğundan müxtəlif xassəlidir. Xassələrinə görə bəsit maddələri 2 qrupa bölürlər:
metallar və qeyri-metallar. Metallar adi şəraitdə bərk (civədən başqa) halda olur, elektrik
cərəyanını və istiliyi yaxşı keçirir, plastik xassəlidir—döyülüb yastılana bilir. Fe, Cu, Al, Pb, Sn,
Ag, Au, Zn, Na, К və s. elementlərin əmələ gətirdiyi bəsit maddələr metal xassəlidir. Onların
adları elementlərin adı ilə eynidir. Qeyri-metallar isə əksinə, istiliyi pis keçirir, elektriki isə
əsasən, keçirmirlər, onlar adi şəraitdə qaz, maye və bərk halda olur. Adi şəraitdə bərk halda olan
qeyri-metallar (almaz, qrafit, yod, kükürd, fosfor və s.) kövrək xassəlidir — döyüldükdə
asanlıqla qırılır. O, H, N, P, Cl, Br, J və s. qeyri-metallar eyniadlı müxtəlif aqreqat halında olan
bəsit maddələr əmələ gətirir.
Bəsit maddələr kimyəvi elementlərin sərbəst halda mövcudluq formasıdır.
Eyni bir kimyəvi elementin bir neçə bəsit maddə əmələ gətirməsi hadisəsinə allotropiya, əmələ
gəlmiş bəsit maddələrə isə həmin elementin allotropik şəkildəyişmələri deyilir.
Ona görə də bəsit maddələrin sayı (400-dən çox) kimyəvi elementlərin sayından çoxdur.
Cədvəl 5
Element
Əmələ gətirdiyi bəsit maddələr (allotropik
şəkildəyişmələri)
Elementin təbiətdə yayılma
forması
Sərbəst
halda
Birləşmə
şəklində
C
Almaz, qrafit, karbin, fülleren
+
+
S
Kristallik, plastik
+
+
O
O  (oksigen), O  (ozon)
+
+
Si
Kristallik, amorf
-
+
4
2
4
2 5
3
2
3


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə