Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

— YENS YAKOV BERTSELİUS (1779-1848)
İsveç kimyaçısı. 1814-cü ildə kimyəvi elementlərin müasir işarələrini elmə


daxil etmişdir. 1807—1818-ci illərdə 45 kimyəvi elementin atom kütləsini
təyin etmişdir. Bir sıra başqa elmi kəşflərin müəllifidir.
Kürium — Cm Mariya Skladovskaya Küri və Pyer Kürinin şərəfinə (Fransa): rezerfordium — Rf
E.Rezerfordun (Böyük Britaniya) şərəfinə ad lan- dırılmışdır. Elementləri ilk kəşf edənlər —
onlara öz ölkələrinin adını vermişlər: skandium — Sc (Skandinaviya), germanium — Ge
(Almaniya), rutenium — Ru (Rusiya), polonium — Po (Polşa). Dubnium — Db və berklium —
Bk, yeni alınan elementlərin kəşf olunduğu nüvə tədqiqatları mərkəzləri yerləşən şəhərlərin
Dubna (Rusiya), Berkli (ABŞ) şərəfinə verilmişdir. Uran — U, neptunium — Np və plutonium —
Pu elementlərinə planet adı verilmişdir.
Azərbaycan dilində kimyəvi elementləri adlandırarkən onların latınca adları əsas götürülür.
Bəzilərinin latınca adındakı -ium şəkilçisi atılır. Qədimdən insanlara məlum olan elementlərin
(maddələrin) adı isə əsasən, milli dildə deyilir. Məsələn, dəmir (Ferrum—Fe), mis (Cup - rum—
Cu), gümüş (Argentum—Ag), qızıl (Aurum—Au) və s.
Bir sıra elementlərin qısa adı (onların adının baş hərfi deyilməklə) daha çox işlənir: hidrogen—
haş (H), oksigen—o, karbon—se (C), kü - kürd — es (S), azot — en (N) və s.
Elementin kimyəvi işarəsi onun keyfiyyət xarakteristikasını (hansı element olduğunu) və kəmiyyət
xarakteristikasını (verilmiş elementin bir atomunu) müəyyən edir.
Aşağıda (cədvəl 3) orta ümumtəhsil məktəblərində ən çox işlənən 25 elementin latınca və
azərbaycanca adlarını, onların qısa oxunuşunu və kimyəvi işarələrini veririk. (Qalanlarının
Azərbaycan dilində adları və kimyəvi işarələri dövri sistem cədvəlində verilmişdir.)


Cədvəl 3

Azərbaycan dilində
elementin adı
Elementin
latınca adı
Elementin
kimyəvi işarəsi
Elementin adının qısa
şəkildə tələffüzü
1.
Hidrogen
Hidrogenium
H
Haş
2.
Oksigen
Oxygenium
O
O
3.
Karbon
Carboneum
C
Se
4.
Azor
Nitrogenium
N
En
5.
Flüor
Fluorum
F
Flüor
6.
Yod
Yodum
J
Yod
7.
Brom
Bromum
Br
Brom
8.
Silisium
Silicium
Si
Silisium
9.
Barium
Barium
Ba
Barium
10.
Xlor
Chlorum
Cl
Xlor
11.
Manqan
Manganum
Mn
Manqan
12.
Sink
Zincum
Zn
Sink
13.
Natrium
Natrium
Na
Natrium
14.
Kalium
Kalium
K
Kalium
15.
Kalsium
Calcium
K
Kalsium
16.
Maqnezium
Magnesium
Mg
Maqnezium
17.
Aliminium
Aliminium
Fe
Alüminium
18.
Dəmir
Ferrum
Fe
Ferrum
19.
Mis
Cuprum
Cu
Kuprum
20.
Gümüş
Argentum
Ag
Argentium
21.
Kükürd
Sulfur
S
Es


22.
Fosfor
Phosphorus
P
Pe
23.
Qurğuşun
Plumbum
Pb
Qurğuşun
24.
Civə
Hydrargyrum
Hg
Civə
25.
Qızıl
Aurum
Au
Qızıl
Bilik və bacarıqların yoxlanılması
1. Eyni kimyəvi element atomlarını seçin: 
 
 2. Hansı sıralarda izotoplar verilmişdir? 
 
 3. İzotoplar bir-birindən nə ilə fərqlənir? 4.
Aşağıdakı atomlarda eyni olan nədir? 
 
5. Hansı sırada izotonlar verilmişdir? 
 
 6. Kimyəvi elementlərin işarələrinin necə yarandığını izah edin. 7. Kimyəvi
elementlərin işarələrinin hal-hazırda verilmiş formasını kim təklif etmişdir?


4. Kimyəvi elementlərin nisbi atom kütləsi
Atom-molekul təlimində deyilir ki, bir atom növü başqa atom növündən öz kütləsinə görə də
fərqlənir. Artıq bizə məlumdur ki, atomların kütləsi onların nüvəsindəki proton və neytronların
kütlələrinin cəmi ilə müəyyən edilir (yalnız yüngül hidrogen atomunda neytron yoxdur). Hər bir
atomun proton və neytronlarının cəmi kütlə ədədi adlandırılır. Bəs atomların kütləsini bizim
bildiyimiz vahidlərlə (mq, q, kq) ifadə etmək olarmı? Atomlar o dərəcədə kiçik kütləli
hissəciklərdir ki, onların kütləsini birbaşa ən dəqiq (yüz mində bir, milyonda bir dəqiqliklə
çəkən) tərəzilərdə belə təyin etmək mümkün deyil. Yalnız fiziki təcrübələrin və riyazi
hesablamaların köməyi ilə atomların kütləsini müəyyənləşdirmək olar. Məsələn, hesablanmışdır
ki, ən yüngül hidrogen atomunun (pro- tiumun) kütləsi ~ 1,67-10-24q-dır. Hidrogen atomunun
kütləsinə əsasən o biri atomların kütləsini də hesablamaq mümkündür. Təcrübə ilə müəyyən
etmək olar ki, eyni həcmdə oksigen hidrogendən 16, azot isə 14 dəfə ağırdır. Onda:
m (O) = 1,67-10
 q • 16 =26,7•10
 q 
m (N) = 1,67-10
 q • 14 =23,38•10
 q
Eyni qaydada hesablanmışdır ki, karbon atomunun kütləsi
m (C) = 1,67•10
 q • 12 =20,002410
 q-dır.
Alınmış çox kiçik ədədlərdən praktik hesablamalarda istifadə etmək əlverişli olmadığından, nisbi
atom kütləsi anlayışı qəbul edildi. Bu məqsədlə ilk dəfə C.Dalton atomların kütləsini hidrogen
atomunun kütləsi ilə müqayisə etməyi təklif etmişdir. Sonralar müəyyən edildi ki, metalların nisbi
atom kütləsini hidrogenə əsasən təyin etdikdə çətinliklər meydana çıxır. Bundan sonra atomların
nisbi atom kütləsini oksigenin atom kütləsinin  / -nə görə hesabladılar. İzotopların kəşf edilməsi
yenə də çətinlik yaratdı. Hazırda nisbi atom kütlələrini təyin etmək üçün ən əlverişli etalon kimi
karbon-12 izotopunun ( C) kütləsinin  /  hissəsi qəbul edilmişdir. Bu etalona atom kütlə vahidi
(a.k.v.) deyilir.
Nəzərə alınmalıdır ki, elementlərin nisbi atom kütləsi hesablandıqda onun yalnız bir atomunun
kütləsi deyil, təbiətdə olan izotoplarının orta atom kütləsi götürülərək karbon elementinin  C
izotopunun kütləsinin  / -nə bölünür. Elementlərin nisbi atom kütləsi Ar ilə işarə edilir. A—
atom sözünün baş hərfidir, r—latınca «relative» — nisbilik mənasını verən sözdür.
a
-24
-24
a
-24
-24
a
-24
-24
1
16
12
1
12
12
1
12


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə