Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   2   3   4   5   6   7   8   9   ...   26


Şekil 5. Elektrik qızdırıcısı
5) əgər otaqda qaz iyi hiss olunursa, onda kibriti yandırmaq qəti qadağandır. Qazın iyi haqqında
müəllimə təcili məlumat verin; 6) spirt lampasından istifadə edərkən onu başqa spirt lampası ilə
yandırmaq olmaz, çünki spirt dağıla bilər və yanğın baş verər; 7) spirt lampasının alovunu
söndürmək üçün onu qapaq ilə örtmək lazımdır; 8) elektrik qızdırıcısını (şəkil 5) şəbəkəyə
qoşmazdan əvvəl qızdırı - cının elektrik məftillərinin izolyasiya- sının xarab olub-olmamasını
yoxlamaq lazımdır; 9) əgər elektrik qızdırıcısı şəbəkəyə qoşulduqda qızma baş vermirsə, onda bu
haqda müəl limə məlumat verin; 10) elektrik qızdırıcısı ilə işlədikdə onun çirklənməsinə yol
verməyin; 11) işi qurtardıqdan sonra elektrik qızdırıcısını mütləq şəbəkədən ayırın.


KİMYA LABORATORİYASI AVADANLIQLARI
 



Laboratoriya avadanlıqları ilə işləmək qaydaları
Laboratoriya ştativinin quraşdırılması. Laboratoriyada işlədilən dəmir ştativin quruluşu 6-cı
şəkildə göstərilmişdir. Bu ştativ müxtəlif kimyəvi təcrübələr aparmaq üçün istifadə edilən
cihazların hissələrini bərkitmək və saxlamaq üçün tətbiq olunur (şəkil 9, 10, 11). Məsələn, sınaq
şüşəsini ştativə bərkitdikdə o elə sıxılmalıdır ki, düşməsin və sınmasın, eyni zamanda onu hərəkət
etdirmək mümkün olsun. Çox sıxılsa, sına bilər. Sınaq şüşəsini ortasından deyil, ağzının
yaxınlığından ştativə bərkidirlər ki, onu qızdırmaq asan olsun (şəkil 11).
Sınaq şüşəsini ştativdən çıxararkən, əvvəlcə sıxacın vinti boşaldılır, sonra sınaq şüşəsi ehtiyatla
sürüşdürülərək çəkilir.
Stəkandakı və ya kolbadakı mayeni qızdırdıqda ştativin həlqəsinin üzərinə asbestli tor qoyulur.
Çini kasada qızdırma isə torsuz aparılır.
Alovun quruluşu. Alovu diqqətlə nəzərdən keçirdikdə, onun üç hissədən ibarət olmasını görmək
olar (şəkil 7). Onun aşağı hissəsində (3) qazın hava ilə qarışması prosesi baş verir.
Prev
 
Next
Şəkil 6. Laboratoriya ştativi


Alovun həmin hissəsinə kibritin başını cəld daxil etdikdə və onu müəyyən müddət saxladıqda
kibrit dərhal alışmır. Deməli, alovun həmin hissəsində temperatur yüksək deyildir. Əgər alovun
aşağı hissəsinə şüşə boru daxil edilib, onun açıq hissəsinə yandırılmış kibrit yaxınlaşdırılsa,
alovlanma baş verəcəkdir. Bu sübut edir ki, alovun aşağı hissəsində yanmamış qaz vardır.
Alovun orta hissəsi (2) ən parlaq hissədir. Bu onunla izah edilir ki, həmin hissədə nisbətən
yüksək temperaturun təsirindən tərkibində karbon olan məhsulların parçalanması baş verir, kömür
hissəcikləri güclü közərir və işıq saçır.
Alovun xarici hissəsində (1) qazların tam yanması prosesi baş verir ki, bunun da nəticəsində
karbon(IV)oksid CO2 və su H2O əmələ gəlir. Buna görə də alovun həmin hissəsi işıq saçmır.
Xörək duzunun təmizlənməsi. Hazırlanmış çirkli xörək duzunu (duzun qum və torpaqla qarışığı)
şüşə çubuqla qarışdıra-qarışdıra kimya stəkanında 20 ml suda həll edirik. Sonra, süzgəc kağızını
qıfa yerləşdirib bulanıq qarışığı süzürük (şəkil 8 və 9). Alınan duru mayeni çini kasaya töküb
qızdırırıq (şəkil 10). Kasadakı mayenin suyu tam buxarla- nana qədər süzüntünü qarışdırırıq.
Kasada alınmış ağ bərk duzu başlan- ğıcdakı qarışıqla müqayisə edirik.
2. Maddələrin tərkibi və quruluşu. 
Molekullar və atomlar
Maddələrin tərkibi haqqında fikirlər hələ bizim eradan təqribən 2500 il əvvəl yunan alimləri
(Demokrit və b.) tərəfindən söylənilmişdir. Onlara görə bütün cisimlər gözlə görünməyən ən kiçik
hissəciklərdən təşkil olunur. Həmin hissəciklər «atom» adlandırılmışdır. O dövrdə «atom» sözü
bölünməz mənasında işlənirdi. Maddələrin hansı hissəciklərdən ibarət olması və quruluşu barədə
tədqiqatlar sonralar da davam etdirildi.
XVIII əsrin ortalarında rus alimi M.V.Lomonosov və ondan 50 il sonra ingilis alimi Con Dalton
maddələrin molekullardan və atomlardan əmələ gəlməsi, bu hissəciklərin xassələri haqqında daha
inandırıcı elmi fikirlər irəli sürmüşlər. Onların mülahizələri 1860-cı ildə dünya alimlərinin
əksəriyyəti tərəfindən qəbul olunan «Atom-molekul təlimi»nin əsasını qoymuşdur. Atom-molekul
təliminin əsas müddəaları aşağıdakılardır:
1) maddələr molekullardan və atomlardan təşkil olunur; 
2) molekullar arasında boşluqlar vardır ki, onun da ölçüsü maddənin aqreqat halından və
temperaturdan asılıdır.


Ən böyük boşluq qaz molekulları arasındadır. Bu onların asan sıxılması ilə izah olunur. Mayelər
çətin sıxılır. Onların molekulları arasında boşluq nisbətən azdır. Bərk maddələrin molekulları
arasında boşluq daha azdır, ona görə də demək olar ki, onlar sıxılmır.
3) molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperaturla düz mütənasibdir; 
4) molekullar arasında qarşılıqlı cazibə və itələmə qüvvələri vardır; 
5) molekullar atomlardan təşkil olunur, atomlar da molekullar kimi daim hərəkətdədir; 
6) bir atom növü başqasından öz kütləsinə və xassələrinə görə fərqlənir; 
7) molekullar fiziki hadisələr zamanı dəyişməz qalır, lakin kimyəvi çevrilmələrdə parçalanır,
atomlar isə kimyəvi çevrilmələr zamanı da parçalanmır;
8) bərk halda molekulyar quruluşlu maddələrin kristal qəfəsinin dü- yünlərində molekullar
olur; 
9) qeyri-molekulyar quruluşlu maddələrin kristal qəfəsinin düyünləı rində atomlar və ya başqa
hissəciklər olur.
Molekulları və atomları kürəciklər şəklində təsəvvür edərək maddələrin molekullarını modellər
şəklində aşağıdakı kimi göstərmək olar (şəkil 12).
Atom-molekul təliminin müddəaları çoxlu maddələrin xassələrinin öyrənilməsinə və kimyəvi
təcrübələrə əsaslanmışdır. Məsələn, biz adi şəraitdə su adlandırdığımız maddənin bərk haldan
maye hala, sonra da buxarlanaraq qaz halına keçməsini öyrəndik.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə