Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   2   3   4   5   6   7   8   9   ...   26

Şəkil 1, b. Maddə üçün temperaturun zamandan asılılıq qrafiki
Hava, dəniz suyu, şəkər və ya duzun suda məhlulu, tunc, bürünc, süd, neft və s. qarışıqlardır.
Hər hansı bərk maddəni qızdırdıqda onun aqreqat halının dəyişməsi qrafiki: (şəkil 1, b)
I. Maddə bərk haldadır 
II. Maddə həm bərk, həm də maye haldadır 
III. Maddə maye haldadır 
IV. Maddə həm maye, həm də qaz halındadır 
V. Maddə qaz halındadır
Müəyyən şəraitdə maddələrin sıxlığı 
 düsturu ilə hesablanır. Buradan m(maddə) = p.V
olur.
Bərk və maye maddələrin sıxlığı təzyiqdən asılı deyil, çünki təzyiq dəyişdikdə bu maddələrin
həcmi dəyişmir. Bərk maddələrin sıxlığı, adətən, q/sm  (və ya kq/m ), mayelərin sıxlığı q/ml,
3
3


qazların sıxlığı q/ё vahidi ilə ölçülür.
Qarışıqları saf maddələrdən fərqləndirən xüsusiyyətlər aşağıdakı - lardır:
1. Qarışıqların tərkibi dəyişkən, kimyəvi birləşmələrin (saf maddələrin) tərkibi isə sabit olur.
Məsələn, suda (H O) hidrogen və oksigen
2


1:8 kütlə nisbətində birləşib; hidrogen və oksigen qarışığında isə onlar istənilən nisbətdə ola
bilər.
2. Qarışığın tərkibinə daxil olan maddələr öz fərdi xassələrini saxlayır, kimyəvi birləşmə əmələ
gəldikdə isə başqa xassəli yeni maddə alınır.
3. Qarışıqları fiziki üsullarla tərkib hissələrinə ayırmaq olur, birləşmələrdə isə bunu etmək
mümkün olmur.
4. Qarışıqların (əsasən, qaz qarışıqlarının) əmələ gəlməsi istiliyin ayrılması və ya udulması ilə
müşayiət olunmur, kimyəvi birləşmələrin alınması zamanı isə istilik ya udulur, ya da ayrılır.
Qarışıqlar iki növ olur: eynicinsli (homogen) və müxtəlifcinsli (hete- rogen). 
Əgər qarışıqdakı
maddələrin hissəcikləri nə gözlə, nə də adi mikroskoplarla görünmürsə, o, eynicinslidir. Ayrı-
ayrı maddələrin hissəcikləri gözlə, yaxud adi mikroskopla görünürsə, belə qarışıqlar
müxtəlifcinslidir.
Qarışıqlar iki növ olur: eynicinsli (homogen) və müxtəlifcinsli (hete- rogen). Kimya
laboratoriyaları, kimya və farmakologiya sənayesi (dərman maddələri istehsal edən sahə) üçün
çox təmiz maddələr lazımdır. Saf maddə almaq üçün qarışıqların ayrılması üsullarını bilmək
lazımdır.
Maddələrin təmizlənməsi — qarışıqların ayrılmasıdır.
Qarışıqlardan ayrı-ayrı maddələrin ayrılması həmin maddələrin fiziki xassələrinin fərqinə
əsaslanır.
Qarışıqların ayrılması üsulları:
a) eynicinsli (homogen) qarışıqlar buxarlandırma, kristallaşdırma, distillə və xromotoqrafiya
üsulları ilə tərkib hissələrinə ayrılır;
b) müxtəlifcinsli (heterogen) qarışıqlar süzmə, durultma, çökdürmə, maqnitlə təsiretmə və s.
üsullarla tərkib hissələrinə ayrılır.
Bərk maddələrin mayedə eynicinsli qarışığı buxarlandırma və kristallaşdırma üsulu ilə tərkib
hissələrinə ayrılır.
Həll olan bərk maddəni suda məhlulundan ayırmaq üçün farfor (çini) kasadakı məhlul su tamamilə
buxarlananadək qızdırılır, kasada quru bərk maddə qalır. Bu üsulla xörək duzunu və s. suda
məhlulundan ayırmaq olar. Suyun bu üsulla tamamilə kənarlaşdırılmasına buxarlandırma deyilir.
Daha təmiz duz almaq üçün məhluldakı suyu tamamilə buxarlandırmırlar, suyun tədricən (hissə-
hissə) kənarlaşdırılması aparılır. Belə məhlulu soyutduqdan sonra duz kristalları məhluldan
çökür, onu da mayedən süzməklə ayırırlar. Bu cür ayrılma üsuluna kristallaşdırma deyilir.


Mayenin mayedə eynicinsli qarışığı distillə üsulu ilə ayrılır.
Distillə — eynicinsli qarışıqlardan daha uçucu mayenin buxarlan- ması äə sonra da
kondensləşməsi ilə ayrılması üsuludur.
Buxarın mayeləşməsi kondensləşmə adlanır. Etil spirtinin suda məhlulunu qızdırdıqda, ilk
növbədə, qaynama temperaturu daha az olan, yəni daha uçucu maye spirt buxarlanır, onun
buxarlarını soyutmaqla təmiz maye şəklində spirt alınır. Buradan belə nəticə çıxarmaq olar ki,
distillə üsulu mayelərin qaynama temperaturunun fərqlənməsinə əsaslanır. Yəni qaynama
temperaturu aşağı olan maye daha tez buxarlanır.


Neft bir sıra maye halda karbohidrogenlərin eynicinsli qarışığıdır. Nefti də fraksiyalı distillə ilə
tərkib hissələrinə (benzin, kerosin, liq- roin, qazoyl və mazuta) ayırırlar.
Mazutun fraksiyalı distilləsindən isə maye və bərk karbohidrogenlərin qarışığı olan sürtkü
yağlarını alırlar.
Xromotoqrafiya üsulu ilə eynicinsli maye qarışıqlarını və qaz qarışıqlarını tərkib hissələrinə
ayırmaq olur. Xromotoqrafiya üsulu maddələrin adsorbsiya qabiliyyətinə (bərk maddə olan
adsorbentin səthində udulması qabiliyyətinə) əsaslanır.
Qazların eynicinsli qarışığı (məsələn, hava) distillə üsulu ilə tərkib hissələrinə ayrılır.
Mayeləşdirilmiş havanın distilləsi ilə sənayedə azotu və oksigeni alırlar.
Qazların mayedə eynicinsli qarışığını buxarlandırma üsulu ilə ayırırlar. Qarışığı qızdırdıqda, ilk
növbədə, həll olan qaz ayrılır.
Müxtəlifcinsli (heterogen) qarışıqların ayrılması.
Mayenin mayedə müxtəlifcinsli qarışığı (məsələn, neft — su, yağ — su, benzin — su, kerosin —
su və s.) laboratoriyada ayırıcı qıfla ayrılır (şəkil 2). Bu üsul mayelərin sıxlıqlarının fərqinə
əsaslanır. Sıxlığı az olan maye üstdə, sıxlığı çox olan maye isə aşağıda olur. Sənayedə böyük
həcmli ayırıcı qurğulardan istifadə edilir.


Şekil 2. Ayırıcı qıf 
Bərk maddələrin mayedə müxtəlifcinsli qarışığı (məsələn, qum — su, dəmir tozu — su, kükürd —
su, gil — su, əhəngdaşı — su, ağac kəpəyi — su) onların sıxlıqlarının fərqinə əsasən tərkib
hissələrinə ayrılır. Məsələn, dəmir tozu və ağac kəpəyi qarışığını suya əlavə edib çalxaladıqdan


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə