Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   2   3   4   5   6   7   8   9   ...   26

sonra tərpənməz bir yerdə saxlasaq, sıxlığı böyük olan dəmir tozu qabın dibinə çökəcək. Sıxlığı
kiçik olan ağac kəpəyi isə suyun üzündə qalacaqdır. Ağac kəpəyini su ilə birlikdə götürdükdə
dəmir tozu təmiz qalacaqdır. Deməli, bərk maddənin mayedə müxtəlifcinsli qarışığını durultma
üsulu ilə (sakit saxlama) tərkib hissələrinə ayırmaq olar.
Durultma üsulundan asılqanların bir növü olan suspenziyanın (bərk maddənin mayedə
müxtəlifcinsli qarışığı) tərkib hissələrinə ayrılmasında istifadə edilir.


Şekil 3. Süzmə 
Bu üsulda bərk maddənin əksər hissəsi mayedən ayrılır. Məsələn, su təmizləyici qurğularda suyu
gil və qum qarışığından böyük tutumlu çənlərdə bu üsulla təmizləyirlər. Bu cür təcrübəni evdə
stəkanda, bankada, butulkada aparmaq olar. Bərk maddəni mayedən süzmə üsulu ilə də (filtrləmə)


ilə ayırmaq olar.
Süzmə (filtrləmə), bərk maddənin maye ilə qarışığını süzgəc kağızından keçirməklə bərk
maddənin ayrılması üsuludur. Bu zaman bərk maddə süzgəc kağızının üstündə (filtr kağızında)
qalır (şəkil 3).
Süzgəc kağızından keçən maye filtrat adlanır. Süzgəc (filtr) kağız, şüşə, məsaməli bərk maddələr
və s-dən də hazırlana bilər.
Dəmirin bərk maddələrlə qarışığını (məsələn, dəmir tozu — kükürd tozu, dəmir tozu — ağac
kəpəyi, dəmir tozu — qum) maqnitlə təsir etməklə tərkib hissələrinə ayırmaq olur. Bu zaman
dəmir tozu maqnit tərəfindən cəzb olunur, digər maddə isə yox.
Bilik və bacarıqların yoxlanılması
 1. Maddə və cisim anlayışlarının bir-birindən fərqi nədir?
Cavabınızı misallarla izah edin. 2. Dəmirdən hazırlanmış əşyalara misallar göstərin. 3. Şüşədən
hazırlanmış əşyalara misallar göstərin. 4. Aşağıdakı maddələrin hansı oxşar və fərqli xassələri
vardır? a) dəmir və misin; b) kömür və kükürdün; c) xörək duzu və şəkərin; ç) su və kerosinin (ağ
neftin)? 5. Hansı xassəsinə görə xörək duzu şəkərlə a) eyni; b) fərqli fiziki xassələrə malikdir? 6.
Eyni fiziki xassəsinə görə aşağıdakı maddələri iki qrupa ayırın: a) təbaşir; b) dəm qazı; c) xörək
duzu; ç) karbon qazı; d) şəkər; e) su buxarı. 7. Saf maye maddə üçün hansı qrafiklər doğrudur?
Prev
 
Next


8. Maddələrin 25°C-də aqreqat halını müəyyən edin.
Saf maddə
t °C
t
 °C
X
- 10
+ 120
Y
+ 30
+ 100
X
- 50
+ 20
9. Saf maddələri xarakterizə edən xassələri göstərin. 10. Qarışıqlar nədir? Qarışıqlara bir neçə
misal göstərin. 11. Qarışıqların ayrılması nəyə əsaslanır? 12. Ev şəraitində suyu gil və qumdan
necə təmizləmək olar? 13. Məişətdə işlədilən suyu onda həll olmuş duzlardan necə təmizləmək
olar? 14. Aşağıdakı qarışıqlara misallar göstərin: a) bərk maddənin mayedə; b) bərk maddənin
bərk maddədə; c) qazın mayedə; d) mayenin mayedə qarışığı. 15. Hansı suda daha çox sayda
qarışıq var? a) çay (arx) suyunda; b) yağış suyunda; c) məişətdə işlədilən suda. 16. Nöqtələrin
yerinə buraxılmış sözləri yazın: a) bir-birində həll olmayan mayeləri ....... ayırmaq olar; b)
buxarlanma ilə bərk maddəni ......... ayırmaq olar; c) mayedə həll olan qazı .... ayırmaq olar; d)
mayeni onda həll olmayan bərk maddədən....ayırmaq olar. 17. Xörək duzunu suda həll olmayan
qarışıqlardan necə təmizləmək olar?
Praktik məşğələ 1 
Kimya laboratoriyasında iş zamanı təhlükəsizlik 
texnikası qaydaları (bu qaydaları hər dəfə, 
təcrübə aparmazdan əvvəl oxuyun)
ər
qay


Şəkil 4. Tanımadığınız maddəni yalnız belə iyləmək olar 
Bir çox kimyəvi maddələr yanıq əmələ gətirə bilər. Laboratoriyada bəzən zəhərli maddələrə rast
gəlinir. Bəzi maddələr asanlıqla alovlanır və ya partlayış təhlükəsi törədir. Buna görə də
maddələrlə iş 1 əyərkən təhlükəsizlik texnikası qaydalarına (hər bir kimya laboratoriyasında


həmin qayda yazılı surətdə vardır) ciddi riayət edilməlidir. Onların ən əsasları ilə qısaca tanış
olaq.
1. Maddələri əl ilə götürmək və onların dadını yoxlamaq olmaz. 2. Maddələrin iyini
aydınlaşdıran zaman qabı üzə yaxın tutmaq olmaz, çünki buxar və qazlarla nəfəs aldıqda, tənəffüs
yolları qıcıql ana bilər. îy ilə tanış olmaq üçün əlin içini qabın açıq hissəsindən buruna tərəf
hərəkət etdirmək lazımdır (şəkil 4).


3. Müəllimin göstərişi olmadan sizə məlum olmayan maddələri qarışdırmayın. 4. Təcrübələri
yerinə yetirərkən maddələrin kiçik miqdarından istifadə edin. Əgər laboratoriya işlərinin
təsvirində məlum maddədən azca istifadə etmək tövsiyə edilirsə, onda yadda saxlamaq lazımdır
ki, bərk maddələr çay qaşığının təxminən 1/4 hissəsi qədər, mayelər isə 1—2 ml götürülməlidir.
5. Turşu və qələvilərlə işlədikdə daha ehtiyatlı olun. 
Əgər təsadüfən turşu və ya qələvi ələ və
ya paltara tökülmüşsə, onda təcili olaraq həmin yeri çoxlu su ilə yuyun.
 6. Turşunu su ilə
durulaşdırdıqda, həmişə aşağıdakı qaydanı yadda saxlayın: turşunu nazik axınla yavaşca
qarışdırmaq şərti ilə suya (əksinə yox) tökmək lazımdır. 7. Həmişə yalnız təmiz laboratoriya
qablarından istifadə edin. 8. Təcrübədən sonra maddələrin qalığını yenidən içərisində təmiz
maddə olan qaba tökməyin. 9. Qaz və spirt lampaları, elektrik qızdırıcıları ilə işləyərkən
aşağıdakı qaydalara riayət edin: 1) qaz lampasını yandırmaq üçün yanan kibriti lampanın ağzına
tutun və yavaşca qaz kranını açın; 2) əgər iş zamanı alovun ritmi pozularsa, onda təcili olaraq
qazın kranını bağlayın. Qaz lampası soyuduqdan sonra hava verən tənzimləyicini bağlayın və qaz
lampasını yenidən yandırın; 3) əgər qaz lampası alovunun rəngi sarıdırsa, bu o deməkdir ki,
lampaya lazımi miqdarda hava daxil olmur. Bu halda havaverən tənzimləyicini açmaq lazımdır ki,
alov parlaq olmasın; 4) iş qurtardıqdan sonra qaz kranının bağlı olub-olmamasını yoxlayın;


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə