Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   2   3   4   5   6   7   8   9   10   ...   26

Z
-
9. Bax 8-ci suala: X, Y və Z hissəciklərinin kütlələri arasındakı münasibəti müəyyən edin. 
10. 
Ca atomundakı: a) protonların; b) neytronların; c) elektronların sayını müəyyən edin.
40
20


11. Atom üçün hansı ifadələr doğrudur? a) maddənin kimyəvi cəhətdən bölünməyən ən kiçik
hissəciyidir; b) maddənin fiziki cəhətdən bölünməyən ən kiçik hissəciyidir; c) nüvə və
elekronlardan təşkil olunmuşdur; d) elektroneytraldır; e) atomun kütlə ədədi elektronların
kütləsinə bərabərdir; f) nüvənin kütləsi atomun kütlə ədədinə bərabərdir; g) elektronların sayı
ədədi qiymətcə nüvənin kütləsinə bərabərdir; h) elektronların sayı nüvənin yükünə bərabərdir.
3. Kimyəvi element. İzotoplar
Atom-molekul təliminin bir müddəasında deyilir ki, hər bir atom növü öz kütləsinə və xassələrinə
görə başqalarından fərqlənir. Atomların müəyyən növü kimyəvi element adlandırılır. «Kimyəvi
element» anlayışı XIX əsrin əvvəllərində ingilis alimi Con Dalton tərəfindən elmə daxil
edilmişdir. Hazırda 110 kimyəvi element məlumdur. Onların işarələri, əsasən, latınca adlarının
baş hərfi, yaxud baş hərfi və sonrakı hərflərin biri ilə göstərilir («Kimyəvi elementlərin dövri
sistemi» cədvəlinə bax).
«Atom» və «kimyəvi element» anlayışlarını eyniləşdirmək olmaz. Onların fərqini atomların
tərkibinə əsasən izah etməyə çalışaq.
Öyrənilmişdir ki, elementlərin dövri sistem cədvəlində göstərilən sıra nömrəsi onların
atomundakı protonların sayına bərabərdir. Deməli, elementin cədvəldəki sıra nömrəsini tapmaqla
biz onun həm protonunun sayını, həm də nüvəsinin yükünü (nüvənin yükünün protonların sayı ilə
müəyyən edildiyini yadınıza salın) müəyyənləşdirə bilərik. Hər bir atom növündə protonların sayı
həmişə sabit olub, dəyişmir. Müxtəlif elementlərin atomlarında protonların sayı müxtəlif olur.
Eyni bir elementin bütün atomlarında eyni sayda proton vardır. Yəni atomun növünü protonun
sayı, yaxud nüvənin yükü müəyyən edir.
Nüvəsinin yükü (yaxud protonlarının sayı) eyni olan atomlar növünə kimyəvi element deyilir.
Məlum olmuşdur ki, bir çox elementlərin eyni kimyəvi xassələri olan müxtəlif kütləli atomları
mövcuddur. Onların kütlələrinin fərqli olması neytronların sayının müxtəlifliyi ilə əlaqədardır.
Çünki atomun kütləsi proton və neytronların kütlələrinin cəmi ilə müəyyən olunur: A=N(p)+N(n).
Nüvəsinin yükü (protonların sayı) eyni, kütlələri (proton və neytronlarının cəmi) müxtəlif
olan eyni kimyəvi elementin atomları izotop adlanır.
 «îzotop» sözü eyni yeri tutan
mənasındadır. Dövri sistem cədvəlində onları yalnız bir işarə ilə (elementin kimyəvi işarəsi ilə)
göstərir və bir xanada yerləşdirirlər.
Məsələn, təbiətdə yüngül hidrogenlə (protium) yanaşı, ağır hidrogen (deyterium) və çox cüzi
miqdarda daha ağır hidrogen (tritium) atomları da vardır.


— CON DALTON (1766-1844)
İngilis alimi. 1803-cü ildə bir sıra elementlərin nisbi atom kütlələrinin birinci


cədvəlini tərtib etmiş, atom-molekul təliminin inkişafında böyük rol
oynamışdır.
Məktəb kursunda öyrənilən elementlərdən yalnız hidrogenin izotopları fərqli adlandırılır.
İzotoplar bir-birindən nisbi atom kütləsi, neytronlarının sayı və təbiətdə yayılması ilə fərqlənir.
Deməli, atom və kimyəvi element anlayışları onunla fərqlənir ki, hər bir atom konkret hissəcikdir,
onun müəyyən sayda protonu, elektronu və neytronu vardır, həm də o, konkret kütləyə malikdir.
Kimyəvi element dedikdə isə biz eyni kimyəvi xassələri, eyni nüvə yükü olan müxtəlif kütləli
atomlar toplusunu nəzərdə tuturuq.
Atom kütləsi elementin işarəsinin sol yuxarı küncündə, protonların sayı (sıra nömrəsi) isə sol
aşağı küncündə göstərilir (cədvəl 1 və 2).
Cədvəllərdə hidrogen və oksigenin izotopları göstərilir.
Cədvəl 1
Hidrogenin izotopları
Adı
Nüvəsinin tərkibi
Protonların sayı
Neytronların sayı
H
Protium
1
0
H( D)
Deyterium
1
1
H( T)
Tritium
1
2
Cədvəl 2
Oksigenin izotopları
Nüvəsinin tərkibi
Protonların sayı
Neytronların sayı
O
8
8
O
8
9
O
8
10
1
1
2
1
2
1
3
1
3
1
16
8
17
8
18
8


Protonların (nüvəsinin yükü) fərqli, neytronların sayı eyni olan müxtəlif elementlərə izotonlar
deyilir.
Kimyəvi elementlərin işarələri və adlandırılması. Təbiətdə mövcud olan və süni yolla alınan 15
milyondan çox maddənin tərkibini göstərmək üçün kimyəvi elementlərin işarələrindən istifadə
olunur.
1814-cü ildə tanınmış îsveç kimyaçısı Y.Y.Bertselius kimyəvi elementləri onların latınca adının
baş hərfi ilə göstərməyi təklif etdi. Məsələn, hidrogen (Hydrogenium)—H, oksigen (Oxygenium)
—O, azot (Nitrogenium)—N, kükürd (Sulfur)—S ilə işarə edildi. Eyni hərflərlə başlayan bir
neçə element olduqda onların adının baş hərfinə ikinci hərf və ya sonrakı hərflərdən biri (kiçik
formatla) də əlavə olunur. Məsələn, azot (Nitrogenium), nikel (Nikelium) və natrium (Natrium)
müvafiq olaraq N, Ni və Na işarələri ilə göstərilir.
Elementlərə kim ad verir və onlar nəyi ifadə edir?
Kimyəvi elementlərin adlarının mənşəyi çox müxtəlifdir. Bir sıra elementlərin adları qədim
zamanlarda məlum olan bəsit maddələrə əlkimyaçıların verdiyi adlardır ki, bizə gəlib çatmışdır.
Bunlar gümüş, qızıl, kükürd, mis, qurğuşun və s-dir. Yeni kəşf olunmuş elementlər üçün ad və
kimyəvi işarələri onları kəşf edən alimlər seçir və tətbiqi kimyanın Beynəlxalq qurultayı (IUPAC)
onları təsdiq edir. Bir sıra elementlərin latınca və yunanca adları onların xassəsini əks etdirir,
məsələn, xlor — yaşıl, brom — pis iyli, yod — bənövşəyi, radium — şüalanan (radioaktiv),
silisium — bərk və s.
Elementlərin bir hissəsinin adı da dahi kimyaçı və fizik alimlərin şərəfinə verilmişdir: amerikalı
fizik Siborq kəşf etdiyi elementləri Mendeleyevin şərəfinə mendeleyevum — Md adlandırmışdır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə