Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

Yuxarıdakı misallardan gördüyünüz kimi, kimyəvi reaksiyalar rəng dəyişməsi, çöküntü alınması,
iy çıxması, qaz əmələ gəlməsi ilə müşayiət olunur. Bunlar kimyəvi reaksiyanın getdiyini göstərən
əlamətlərdir. İstiliyin ayrılması və ya udulması, işıq və alovun görünməsi də kimyəvi reaksiyanın
getdiyini göstərir.
Kimyəvi hadisələr həmişə fiziki hadisələrlə müşayiət olunur. Məsələn, təbii qazın yanması
nəticəsində karbon qazı və suyun əmələ gəlməsi ilə yanaşı (kimyəvi hadisə), işıq və istilik ayrılır
(fiziki hadisə).
Fiziki və kimyəvi hadisələrin əhəmiyyəti. Ətrafımızda baş verən fiziki hadisələrin hansı
əhəmiyyətə malik olduğu «Həyat bilgisi» kursundan sizə məlumdur. Məsələn, suyun buxarlanması,
su buxarlarının kondensləşməsi və yağışın yağması təbiətdə suyun dövranını təşkil edir. Sənaye
istehsalında metallara, plastik kütlələrə və başqa materiallara müəyyən forma verməklə
(ştamplama, yayma) cürbəcür əşyalar alınır.
Kimyəvi reaksiyaların da böyük əhəmiyyəti vardır. Onlardan metalların (dəmir, alüminium, mis,
sink, qurğuşun, qalay və s.), həmçinin plastik kütlələrin, mineral gübrələrin, dərman maddələrinin
və i.a. alınması üçün istifadə edilir. Bir çox hallarda kimyəvi reaksiyalar müxtəlif növ enerjinin
alınması üçün mənbə sayılır. Yanacağın yandırılması zamanı ayrılan enerjidən məişətdə və
sənayedə istifadə olunur.
Bitki, heyvan və insan orqanizmində gedən mürəkkəb biokimyəvi proseslər də müxtəlif kimyəvi
çevrilmələrlə əlaqədardır.
Maddələrin başqa maddələrə çevrilməsinin ilkin şərti onların hissəciklərinin bir-birinə
toxunmasıdır. Lakin bir çox maddələrin sadəcə toxunması kimyəvi reaksiyanın baş verməsinə
səbəb olmur. Reaksiyanın getməsi üçün çox hallarda qızdırmaq, işıqla təsir etmək, təzyiqi və
maddələrin qatılığını artırmaq və s. tələb olunur.
Kimyəvi reaksiyaların başlanması və getməsi şəraitləri müxtəlif olur. Bir qrup reaksiyaların
(məsələn, yanma reaksiyaları) getməsi üçün maddələrin hissəciklərinin toxunması və müəyyən
temperatura qədər qızdırılması kifayətdir. Reaksiyanın axıra qədər getməsi ayrılan istilik
enerjisinin hesabına təmin edilir. Bəzi reaksiyaların (məsələn, suyun oksigen və hidrogenə
parçalanması) gedişi isə əlavə enerjinin sona qədər verilməsini tələb edir.
Müxtəlif kimyəvi reaksiyaların aparılması, sürətləndirilməsi, axıra çatdırılması şərtlərinin necə
təmin edilməsi ilə VIII sinifdə tanış olacaqsınız.
Təbiətdə fiziki və kimyəvi hadisələr (reaksiyalar) daim, fasiləsiz olaraq gedir. Bu isə maddələrin
dövranını, iqlim dəyişmələrini, canlıların yaşayış şəraitini təmin edir. Kimyəvi reaksiyaların bir
çoxunu insanlar özü aparır. Bununla da cəmiyyətin günü-gündən artan yaşayış və inkişaf tələbləri
ödənilir.


Kimyəvi reaksiyaların tənlikləri. Maddələrin bir-birinə çevrilməsi reaksiyalarını yazılı şəkildə
qısaca ifadə etmək üçün kimyəvi tənliklər- dən istifadə edilir. Bunun üçün əvvəlcə reaksiyaya
daxil olan maddələrin formulları yazılaraq, onların arasında (+) işarəsi, sonra isə ox işarəsi (—
>) qoyulur və alınan maddələrin kimyəvi formulları yazılır. Məsələn, kömürün (C) oksigenlə (O )
qarşılıqlı təsirdə olub (yanıb), karbon qazı (CO ) əmələ gətirməsi reaksiyasının tənliyini belə
yazmaq olar: C+O ——>CO
Suyun elektrik cərəyanı ilə hidrogen və oksigenə parçalanması reaksiyasının modellərlə
göstərilməsini (şəkil 13) yada salaq. Onu formulların köməyi ilə belə yazarıq: H O—>H +O .
Burada sol və sağ tərəfdəki atomların sayı eyni deyil. Ox (—>) işarəsi ilə göstərilən belə yazıya
reaksiyanın sxemi deyilir. Bu sxemi tənliyə çevirmək üçün elementlərin atomlarının sayı
bərabərləşdirilməlidir. Yadda saxlamaq lazımdır ki, sərbəst oksigen (O2) iştirak edən bütün
kimyəvi reaksiyalarda əvvəlcə onun atomlarının sayı bərabərləşdirilməlidir. Belə də edək: 2H O
— H +O .
Bu halda hidrogen atomlarının sayı sol tərəfdə 2•2 = 4, sağ tərəfdə 2 olur. Yeri gəlmişkən, qeyd
edək ki, maddə formulunun qarşısında duran ədədə əmsal deyilir. Əmsal maddə molekulunun
tərkibindəki atomların hamısına aiddir. Məsələn, yuxarıdakı sxemdə 2H O yazılışı 2 molekul
suda 2•2=4 atom hidrogen və 2 atom oksigen olduğunu göstərir. Sxemdəki hidrogen atomlarının
sayını bərabərləşdirməkdən ötrü sağ tərəfdə hidrogen molekulunun (H ) qarşısına da 2 yazırıq.
2H O—>2H +O .
Bu cür yazılış kimyəvi tənlik adlanır.
Kimyəvi reaksiyanın formullar, işarələr və əmsallar vasitəsilə şərti yazılışına kimyəvi tənlik
deyilir.
Kimyəvi tənliklərdəki əmsallar molekulların və ya atomların sayını göstərdiyi üçün ən kiçik tam
ədədlər olmalıdır. Onlar artıq ixtisar olunmurlar.
Əgər biz tənlikdəki əmsalların hər birini Avoqadro ədədi qədər artırsaq, onların həm də maddə
miqdarını göstərməsi aydınlaşar:
Deməli, kimyəvi tənlik aşağıdakıları göstərir:
a) Hansı maddələr reaksiyaya daxil olur və nəticədə hansı maddələr alınır; b) Bütün maddələrin
molekullarının (atomlarının) sayını; c) Bütün maddələrin miqdarını (hər bir maddənin mol
miqdarını).
2
2
2
2
2
2
2
2
2
2
2
2
2
2
2


Həcm nisbətləri qanunu. Reaksiyada iştirak edən maddələr qaz halında olduqda onların mol
nisbətləri Avoqadro qanununa görə həcm nisbətləri kimi götürülə bilər.


Reaksiyaya daxil olan və alınan qazların həcm nisbətləri ən kiçik tam ədədlərin nisbəti
kimidir (yəni qazların molları nisbəti kimidir).
Məsələn:
Müxtəlif qazların eyni şəraitdə həcm nisbətləri, mol nisbətləri və molekullarının say nisbəti
həmişə bir-birinə bərabər olur: V :V =v :v =N :N
Bilik və bacarıqların yoxlanılması
1. Hansı hadisələrə fiziki hadisələr deyilir? Misallar göstərin. 2. Hansı hadisələrə kimyəvi
hadisələr deyilir? Misallar göstərin. 3. Kimyəvi hadisələrin əlamətlərini göstərin. 4. Aşağıdakı
hadisələrdən hansıları kimyəvi hadisələrə aiddir? a) suyun qaynaması; b) qıcqırma; c) dəmirin
əriməsi; d) kibritin yanması. 5. Aşağıdakı hadisələrdən hansıları fiziki, hansıları isə kimyəvi
hadisələrdir? a) südün turşuması; b) buzun əriməsi; c) şamın yanması; ç) elektrik lampasındakı
telin işıq saçması; d) dəmirin paslanması; e) suyun buxarlanması; f) şüşənin toz halına salınması;
g) suyun donması. 6. a) Təbii qazın yanması b) toyuq yumurtasındakı zülalın çürüməsi kimyəvi
hadisələrindəki əlamətləri sadalayın. 7. Şəkəri qızdıran zaman baş verən fiziki və kimyəvi
hadisələri seçin: a) şəkər əriyir; b) ərinti qaynayır; c) ərinti qonur- laşır və sonra qaralır; d) qara
rəng itir, karbon qazı və su əmələ gəlir.
11. Kimyəvi reaksiyalarda maddə kütləsinin saxlanması
qanunu
Kimyəvi reaksiyalarda atomların bölünmədiyi və yenidən əmələ gəlmədiyi artıq bizə məlumdur.
Reaksiya zamanı atomlar yalnız bir maddənin tərkibindən başqasına keçə bilər və yaxud
molekulların parçalanması nəticəsində əmələ gəlmiş atomlar şəraitdən asılı olaraq bir-biri ilə
yenidən birləşərək başqa maddələrə çevrilə bilər. Kimyəvi reaksiyaya daxil olan maddələrdəki
atomların sayı həmişə reaksiyadan sonra alınan mad- dələrdəki atomların sayına bərabər olur.
Atomların kütləsi dəyişməyən, sabit kəmiyyət olduğundan belə nəticəyə gəlmək olar ki,
reagentlərin (reaksiyaya girən maddələr) kütlələrinin cəmi reaksiya məhsullarının (reaksiya
nəticəsində alınan maddələr) kütlələri cəminə bərabər olmalıdır.
Bizə sadə görünən bu cür nəticəyə alimlər çoxlu kimyəvi təcrübələr aparmaqla və bu təcrübələri
ətraflı tədqiq etməklə gəlmişlər. İlk dəfə (bizim eradan əvvəl) yunan filosofu Epikür materiyanın
itməməsi və saxlanması qanununun mövcud olduğunu söyləmiş, orta əsrlərdə fransız alimi Pyer
Qassendi, sonralar isə ingilis alimi Robert Boyl belə bir qanunun olduğunu qəbul edərək ondan
istifadə etmişlər.
1
2
1
2
1
2


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə