Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

Bu reaksiya da istiliyin ayrılması ilə gedən ekzotermik reaksiyadır.
Dəmir qaşıqda bir qədər fosfor götürək və spirt lampası alovunda qızdıraq. Fosfor yanmağa
başlayır. Yanan fosforu içərisində oksigen olan bankaya daxil etdikdə yanma sürətlənir və banka
tez bir zamanda fosfor (V)oksidin ağ tüstüsü ilə dolur. Fosforun yanması da istiliyin ayrılması ilə
gedir.
Flüor (F ), xlor (Cl ), brom (Вr ), yod (J ) və nəcib (təsirsiz) qazlardan (He, Ne, Ar, Кг, Хе)
başqa digər qeyri-metallar oksigenlə birbaşa qarşılıqlı təsirdə olur. Hətta molekulu çox möhkəm
(davamlı) olan azot N  elektrik qövsündə oksigenlə rəngsiz qaz (azot-monooksid —NO) əmələ
gətirməklə qarşılıqlı təsirdə olur. Lakin bu reaksiya istiliyin udulması ilə gedir. İstiliyin udulması
ilə gedən reaksiyalara endotermik reaksiyalar deyilir.
b) Oksigenin metallarla qarşılıqlı təsiri
Qiymətli metallardan (Ag, Au, Pt) başqa metalların əksəriyyəti oksigenlə birbaşa qarşılıqlı
təsirdə olur. Metalların oksigenlə reaksiyaya girməsi üçün onları qızdırmaq lazımdır, sonra
reaksiya işıq və istilik ayırmaqla öz-özünə gedir. Maqnezium havada göz qamaşdırıcı alovla
yanır, əgər yanan maqnezium lentini içərisində oksigen olan qaba salsaq alovun parlaqlığı daha
da artır. Reaksiya nəticəsində ağ maqnezium-ok- sidin tozu əmələ gəlir:
Əgər dəmir iynənin ucuna kiçik ağac parçası taxıb onu yandırsaq və içərisində oksigen olan qaba
salsaq, əvvəlcə ağac parçası sonra isə dəmir yanacaqdır. Dəmir ətrafa közərmiş dəmir yanığı
qığılcımları buraxmaqla alovsuz yanır.
Digər metalların oksigenlə qarşılıqlı təsirini ümumi şəkildə aşağıdakı kimi yazmaq olar:
2
2
2
2
2


Qeyri-metallar və metalların oksigenlə reaksiya məhsullarını öz aralarında müqayisə edək.
Onların hamısı iki elementdən ibarətdir ki, onlardan biri həmişə oksigendir. Tərkibində oksigen
atomu olmasına görə onlara ümumi ad — oksid adı verilmişdir.
Biri oksigen olmaqla iki elementdən ibarət mürəkkəb maddələrə oksidlər deyilir.
Bəsit maddələrin (metallar və qeyri-metalların) oksigenlə birləşərək mürəkkəb maddələr əmələ
gətirməsi reaksiyaları birləşmə reaksiyalarıdır.
Aşağıdakı reaksiyaların məhsulları oksidlərə aid deyil: 2Na+O ->Na O ; K+O ->KO ; Na2O ,
KO , H O  kimi maddələrin oksidlərə aid olunmamasının səbəbini VIII sinifdə öyrənəcəksiniz.
Aşağıdakı reaksiyaların məhsulları oksidlərə aid deyil: 2Na+02^-Na202; K+02^K02; Na2Î2,
KO2, H2O2 kimi maddələrin oksidlərə aid olunmamasının səbəbini VIII sinifdə
öyrənəcəksiniz.
Yuxarıda təsvir olunan təcrübələr maddələrin oksigendə havaya nisbətən daha qüvvətli yandığını
göstərir.
Maddələrin oksigenlə qarşılıqlı təsir reaksiyalarına oksidləşmə reaksiyaları deyilir.
İstilik və işığın ayrılması ilə gedən kimyəvi reaksiyalara yanma reaksiyaları deyilir.
Oksigendə yavaş oksidləşmə işığın ayrılması ilə yox, istiliyin ayrılması ilə baş verir. Məsələn,
çürümə — mürəkkəb üzvi maddələrin oksigendə yavaş oksidləşməsidir. Bağçanızdakı xəzəlin
çürüməsi nəticəsində torpaq həmişə isti olur. Nəinki bəsit maddələr, həm də mürəkkəb maddələr
oksigendə yana və oksidləşə bilər.
c) Mürəkkəb maddələrin oksigenlə qarşılıqlı təsiri
Bir sıra oksidlər oksigenlə qarşılıqlı təsirdə olub, yeni oksidlər əmələ gətirə bilir.
Evlərinizdəki qaz peçlərində hər gün təbii qaz (CH ) yanaraq istilik ayırmaqla (ekzotermik
reaksiya) CO  və H O əmələ gətirir.
Bəzi metalların kükürdlü birləşmələri (sulfidləri) oksigendə yanaraq iki oksid əmələ gətirir.
İnsan və heyvanların orqanizmində qlükozanın oksigenlə yavaş ok- sidləşməsi baş verir:
Bu tənlik canlı orqanizmlərdə 22 katalizatorun — fermentlərin iştirakı ilə gedən 20-dən çox
2
2 2
2
2
2
2
2 2
4
2
2


kimyəvi reaksiyaların ümumiləşdirilmiş formasıdır.


Tənliyə baxsanız görərsiniz ki, insan bir molekul oksigen udur və bir molekul karbon qazını
tənəfföslə kənar edir. Onda biz nə öçön tənəffös edirik? Məlum olur ki, bu reaksiyanın nəticəsində
insan fəaliyyəti öçön lazım olan çoxlu enerji ayrılır. Siz şirniyyatı xoşlayırsınız? Əlbəttə,
xoşlayırsınız! Şirniyyatda qlökoza vardır, o da oksigenlə oksidləşərək sizin orqanizminizə enerji
və göc verir.
Bilik və bacarıqların yoxlanılması
1. Reaksiya tenliklerini tamamlayın və əmsallaşdırın: a) C+O ->?+Q; b) S+Î2->?; c) P+O ->?; ç)
N +?->NO—Q; d) Mg+?->MgO; e) Fe+?->Fe O ; ə) Ca+O2->?; f) Cu+?->CuO. 2. Hansı
reaksiyalar: a) oksidləşmə; b) yanma reaksiyalarıdır? 3. Misallar üzərində yanma və yavaş
oksidləşməni müqayisə edin. 
4. Oksid nəyə deyilir? 5. Hansı elementlər oksigenlə qarşılıqlı təsirdə olur, lakin əmələ gələn
məhsul oksidlərə aid deyil?
15. Ozon. Oksigenin tətbiqi və təbiətdə dövranı
Ozon qazı ozonator adlanan qurğuda alınır. Onun sxemi 21-ci şəkildə verilmişdir. Ozonatordan
buraxılan hava (və ya saf oksigen) elektrodlar arasından keçərkən elektrik boşalması yaradılır, bu
zaman onun təsiri ilə oksigen qazı ozona çevrilir (həcmcə 10—15%).
Ozon atmosferin təxminən 25—30 km-də günəşin ultrabənövşəyi şüalarının təsirindən alınır.
2
2
2
2 3


Şəkil 21. Oksigendən ozon almaq üçün işlənən cihaz - ozonator Ozon ultrabənövşəyi şüaları
udduğu öçön onların yandırıcı təsirindən yer səthindəki canlıları qoruyur. Çox yüksək enerj ili
ultrabənövşəyi şüalar (UBŞ) atmosferdən keçdikdə oksigen molekulu atomlara parçalanır.
Alınan oksigen atomu dərhal molekulyar oksigenlə birləşir və ozona çevrilir: O +O—>O
Ozonun alınmasını xoş iyin hiss olunması ilə bilirlər. Ozon qazı oksigendən fərqli olaraq
2
3


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə