Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   18   19   20   21   22   23   24   25   26

Yəni C(b)+02(q)=C02(q) ümumi reaksiyasının entalpiyası (AHı), onun getdiyi mərhələlərin
entalpiyaları cəminə bərabər olur.
Bu qanuna görə də kimyəvi reaksiyanın entalpiyası (istilik effekti) əmsallar nəzərə alınmaqla
reaksiya məhsullarının əmələgəlmə entalpiyaları (əmələgəlmə istilikləri) cəmi ilə reagentlərin
əmələgəlmə entalpiyaları (əmələgəlmə istilikləri) cəminin fərqinə bərabərdir.
Rabitə enerjisinə görə reaksiyanın istilik effektinin (entalpiyası- nın) hesablanması.
Atom-molekul təliminə görə kimyəvi reaksiya baş verdikdə reaksiyaya girən maddələrin
molekullarının atomlara parçalandığını və əmələ gəlmiş atomlardan yeni maddələrin molekulları
yarandığını bilirik. Mo- lekullar atomlara parçalandıqda onların arasındakı kimyəvi rabitələri
qırmaq üçün müəyyən qədər enerji sərf olunur. Bir rabitənin qırılmasına sərf olunan enerji rabitə
enerjisi adlanır. Rabitə enerjisi rabitənin 1 moluna görə hesablanır (kC/mol). Molekulların əmələ
gəlməsi ilə yeni kimyəvi rabitələr yaranır ki, bu da həmişə enerji ayrılması ilə müşayiət olunur.
Reaksiyanın istilik effekti (entalpiyası) məhsulların rabitələrinin enerjilərinin cəmi ilə,
reagentlərin molekullarındakı rabitələrin enerjilərinin cəminin fərqinə bərabər olur (əmsallar
nəzərə alınmalıdır).
Hər hansı maddənin 1 molunun oksigenlə tam yanması zamanı ayrılan istilik miqdarına həmin
maddənin yanma istiliyi deyilir (vahidi kC/mol olur).


Yanma istiliyini hesablamaq üçün yanma reaksiyasının istilik effektini yanan maddənin əmsalına
bölmək lazımdır. Əgər yanma reaksiyasında yanan maddənin əmsalı yoxdursa, onda yanma istiliyi
reaksiyanın istilik effektinə bərabər olur.
Məsələ 1. 64 q kükürd yandıqda 594 kC istilik ayrıldığı məlumdursa, kükürdün yanma
reaksiyasının termokimyəvi tənliyini tərtib edin.
Həlli:
Maddənin məlum maddə miqdarına (mola) görə istilik effektinin hesablanması.
Məsələ 2. Termokimyəvi tənliyə C +O
 = CO
+393,5 kC əsasən 5 mol kömür yandıqda nə
qədər istilik ayrılar?
Həlli:
Maddənin məlum kütləsinə görə istilik effektinin hesablanması
Məsələ 3. Termokimyəvi tənliyə: CaCO  (b) = CaO (b) + CO  (q) — 179kC əsasən kalsium-
karbonatdan 28 kq sönməmiş əhəng (CaO) almaq üçün nə qədər istilik sərf olunmalıdır?
Həlli:
Kimyəvi reaksiyada ayrılan (və ya udulan) istilik miqdarına görə reaksiyaya daxil olan və ya
alınan maddənin kütləsinin, yaxud maddə miqdarının hesablanması
Məsələ 4. Alüminiumun oksigenlə reaksiyasından 6700 kC istilik ayrılmışsa, reaksiyaya daxil
olan alüminiumun kütləsi və maddə miqdarı nə qədər olmalıdır? Reaksiyanın termokimyəvi
tənliyi aşağıdakı kimidir: 4 Al  + 3O
 = 2AlO
 + 3350 kC; A (Al)=27.
(b)
2(q)
2(q)
3
2
(b)
2(q)
3(b)
r


Həlli:
Bilik və bacarıqların yoxlanılması
1. Əmələgəlmə istiliyi nəyə deyilir? 
2. Yanma istiliyi nəyə deyilir? 
3.
Reaksiyaya daxil olan maddələr
Mol miqdarı
Reaksiya zamanı ayrılan istilik (kC ilə)
H
1
541
F
1
Hidrogen-flüoridin (HF) əmələgəlmə istiliyini (kC/mol ilə) hesablayın.
4.
Reaksiyaya daxil olan maddələr
Q
 (H O) 
(kC/mol)
H
286
O
Reaksiyaya daxil olan H  və O -nin həcmini (n.ş-də litrlə) hesablayın.
2
2
ə.g
2
2
2
2
2


19. Yanma. Yanacaqların səmərəli yandırılması
Yanma prosesi oksigenin yanar maddələrlə qarşılıqlı təsirinə əsaslanır.
Maddələrin oksigenlə qarşılıqlı təsiri zamanı çoxlu miqdarda istilik və işıq ayrılması ilə gedən
reaksiyalara yanma reaksiyası və ya, sadəcə, yanma deyilir.
 Yanma reaksiyaları sürətlə gedən
oksidləşmə prosesidir. Maddələr saf oksigendə yandıqda baş verən reaksiyalar havada yandıqda
gedən reaksiyalardan dəfələrlə sürətli olur. Çünki havanın həcmcə yalnız 1/5 hissəsi oksigendən
ibarətdir.
Maddələrin yanması üçün iki şərt lazımdır: a) yanar maddənin alovlanma temperaturuna qədər
qızdırılması; b) maddənin hissəcikləri ilə oksigenin toxunması. Bu şərait yaradıldıqda maddə
əvvəlcə alovlanır, sonra isə yanmağa başlayır.
Hər bir maddənin öz alovlanma temperaturu vardır. Məsələn, ağ fosfor 40°C-də, kükürd və
oduncaq 270°C-də, ağac kömürü 350°C-də və s. alovlanır.
Yanma prosesini dayandırmaq üçün də iki şərtdən heç olmazsa biri ödənilməlidir: 1) yanan
materialı alovlanma temperaturundan aşağı dərəcəyədək soyutmalı; 2) oksigenin (və ya havanın)
onunla toxunmasının qarşısı alınmalıdır.
Yanğın su ilə söndürülərkən hər iki şərt ödənilir. Yəni yanan material həm soyuyur, həm də suyun
qızmasından alınan buxar oksigenlə (hava ilə) toxunmanı kifayət qədər azaldır. Sudan başqa,
havanın yanan materialla toxunmasının qarşısı qumdan, torpaqdan, yanğınsöndürənlərdən və
partlayıcı maddələrdən istifadə etməklə də alınır. Əgər yanğın kiçik sahəni əhatə edirsə, onda
yanan hissə hava keçirməyən adyalla, palazla, qalın parça və s. ilə örtülməlidir. Paltarınız
yandıqda özünüzü itirmədən yuxarıda göstərilən tədbirlərdən birini görmək lazımdır. Kimya
laboratoriyasında yanğının baş verməməsi üçün tezalışan mayelərlə və qazlarla tələb olunan
qaydada davranmalı, yanğıntörədici maddələr metal qutularda və ya şkaflarda saxlanılmalıdır.
Praktikada çoxlu istilik enerjisi almaq üçün müxtəlif yanacaq növlərindən istifadə edilir. Aqreqat
halına görə yanacaqlar: bərk, maye və qaz halında olur. Bərk yanacaqlara kömür (daş kömür,
antrasit, boz kömür), torf, yanar şirstlər və odun; maye yanacaqlara, əsasən, neft məhsulları—
benzin, kerosin (ağ neft), qazoyl, mazut; qaz yanacaqlarına isə təbii qaz (metan), neftlə birlikdə
çıxan qazlar (propan, butan və s.) və başqaları aiddir.
Yanacağın dəyəri onun istiliktörətmə qabiliyyəti ilə müəyyən olunur.
1 kq yanacaq yandırıldıqda ayrılan istiliyin miqdarı (kC-la) onun istiliktörətmə qabiliyyəti
adlanır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə