Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   18   19   20   21   22   23   24   25   26

Hidrogen qazı yandıqda çoxlu istilik ayrılır və temperatur 3000°C-yə çatır. Ona görə də
hidrogenin saf oksigendə yanması reaksiyası metalların qaynaq edilməsi (hidrogen qaynağı) və
kəsilməsi işlərində tətbiq olunur.
Hidrogen nəinki oksigendə, həmçinin xlor qazında da yanır və onun həmin qazla qarışığı da
partlayış verir:
Alınan hidrogen-xlorid qaz halında maddədir, onun suda məhlulu xlorld turşusu adlanır.
İçərisində əridilmiş kükürd olan sınaq şüşəsinə hidrogen verilməsi zamanı lax yumurta iyi verən
qazın əmələ gəlməsi də maraqlı təcrübələrdəndir. Bu reaksiyada alınan qaz hidrogen-sulfid
adlanır:
Hidrogenin azotla reaksiyasından əmələ gələn ammonyak (NH ) praktikada geniş tətbiq olunur.
Hidrogen qeyri-metallardan Si və P ilə (eləcə də nəcib qazlarla He, Ne, Ar, Kr, Xe) birbaşa
qarşılıqlı təsirdə olmur.
Hidrogen fəal metallarla da birləşmə reaksiyalarına girir. Bu zaman hidridlər adlanan bərk
maddələr (NaH, CaH  və s.) əmələ gəlir.
Metallardan berillium (Be) və alüminium (Al) hidrogenlə bilavasitə qarşılıqlı təsirdə olmur.
Hidridlər su ilə asanlıqla reaksiyaya daxil olur.
Metallurgiya sənayesində bir qrup metalların alınması hidrogenin həmin metalların oksidləri ilə
qarşılıqlı təsir reaksiyalarına əsaslanır. Yüksək temperaturda hidrogen az aktiv metalların
oksidlərindəki oksigeni özünə birləşdirərək metalları sərbəst halda sıxışdırıb çıxarır, yəni
metalları oksidlərindən reduksiya edir (sərbəst metalın alınmasına görə başlanğıcda götürülən
bərk maddənin kütləsi azalır):
Bu reaksiyalarda metalların redukslya prosesi gedir, çünki hidrogen mis və volfram atomundan
oksigeni ayırır. Reduksiya prosesi oksidləş- mə prosesinin əksidir. Oksigeni ayıran maddələr
reduksiyaedicilərə aiddir. Oksidləşmə və reduksiya prosesləri qarşılıqlı əlaqədardır.
3
2


Bu reaksiyada hidrogen atomları reduksiyaedici olur. Eyni zamanda hidrogen oksigenlə birləşdiyi
üçün özü oksidləşir. Burada oksidləşdirici maddə CuO-dir. Deməli, oksidləşmə və reduksiya
eyni vaxtda gedir.
Misin mis(II)oksiddən hidrogenlə reduksiya olunması həm də əvəzetmə reaksiyasıdır.
Hidrogen qazı gələcəyin ən təmiz yanacağı hesab olunur. Çünki o yandıqda çoxlu istilik enerjisi
verir və onun yanma məhsulu yalnız su buxarı olduğundan hava çirklənmir. Hidrogen qazından
maye yağları (bitki yağı) bərk yağlara (marqarinə) çevirmək üçün də istifadə edilir. Hidrogenin
tətbiqi aşağıdakı sxemdə göstərilmişdir. Hidrogen ən yüngül qaz olduğu üçün ondan aerostatların
doldurulmasında da istifadə olunur.
Sxem 4
Bilik və bacarıqların yoxlanılması
1. Hidrogenin a) qeyri-metallarla (CO , S, N ); b) metallarla (Na, Ca); c) metal oksidləri ilə
(CuO, Fe O , WO ) reaksiya tenliklerini yazın, reaksiyaların tipini və getmə şəraitini müəyyən
edin. 2. Hidrogen hansı xassələrinə görə tətbiq olunur? 3. Mis(II)oksiddən hidrogenlə reduksiya
etməklə 0,5 mol mis almaq üçün neçə qram sink, xlorid turşusu ilə reaksiyaya girməlidir? 4.
Reaksiya tənliklərini tamamlayın və əmsallaşdırın: 
 
Laboratoriya təcrübələri 
Hidrogenin alınması və xassələri. 22, a şəklində göstərildiyi kimi, cihaz quraşdırın və onun
hermetikliyini yoxlayın. Sınaq şüşəsinə 4—5 sink parçası salın və 3—4 ml xlorid turşusu məhlulu
əlavə edin. İçərisindən qazaparan boru keçirilmiş tıxacla sınaq şüşəsinin ağzını aşağı tutub
hidrogeni toplayın. Reaksiya dayandıqdan sonra şüşə lövhəyə reaksiya gedən sınaq şüşəsindən
bir neçə damcı məhlul tökün və onu buxarlandırın. Lövhədə ağ kristal maddə qalır.
2
2
3 4
3


Təcrübə zamanı müşahidə etdiyiniz hadisələri dəftərinizə yazın.


V FƏSİL 
SU. MƏHLULLAR
22. Su, onun təbiətdə yayılması, təmizlənməsi, xassələri və
tətbiqi
Su Yer qabığında ən çox yayılmış maddədir. Yer səthinin təqribən  /  hissəsini (~70 %) okeanlar,
dənizlər, göllər və çaylar təşkil edir. Torpaqda, atmosfer havasında xeyli su vardır. Bitkilərin,
heyvanların, insanların və başqa canlı orqanizmlərin çox hissəsi (60—70%-i) sudan ibarətdir.
Susuz heç bir canlı yaşaya bilmir.
Təbii suların tərkibində çoxlu qarışıqlar vardır. Suyun harada və nə məqsədlə tətbiq
olunmasından asılı olaraq o, müxtəlif dərəcədə qarışıqlardan təmizlənir.
İçməli suyun tərkibində həll olmayan zərərli qarışıqlar və xəstəlik- törədən mikroorqanizmlər
olmamalıdır. Şəhər və qəsəbələrin əhalisi üçün içməli su hazırladıqda göllərdən və ya çaylardan
götürülən təbii su şadaradan keçirilərək əvvəlcə xüsusi hovuzlarda duruldulur, sonra qum
təbəqəsindən süzülür. Həll olmayan maddələrdən təmizlənmiş su xlor və ya ozon qazı ilə
zərərsizləşdirilir.
Suyu onda həll olmuş maddələrdən təmizləmək, yəni saf su almaq üçün distillə üsulundan istifadə
olunur. Distillə, mayeləri qaynadıb buxara çevirmək, sonra yenidən kondensləşdirmək
(mayeləşdirmək) yolu ilə başqa maddələrdən təmizləmək üsuludur. Saf və ya distillə suyu kimya
laboratoriyalarında və apteklərdə maddələri həll etmək üçün, avtomobillərin soyuducu sistemində
və başqa sahələrdə işlənir.
Suyun molekullarının hidrogen və oksigen atomlarından ibarət olmasını analiz və sintez üsulları
ilə öyrənirlər. 
Mürəkkəb maddəni bəsit maddələrə parçalamaqla onun tərkibinin
öyrənilməsinə analiz üsulu deyilir
 (yunanca «anal iz» parçalanma mənasını verir). 
Əksinə, bəsit
maddələrdən mürəkkəb maddənin alınması ilə tərkibin öyrənilməsinə sintez üsulu deyilir
(«sintez» birləşdirmə mənasını verir). Hər iki üsulla suyun hidrogen və oksigen elementlərindən
ibarət olması və 1:8 kütlə nisbətində birləşdiyi sübut olunur.
Suyun xassələri və tətbiqi. Bildiyimiz kimi, təbiətdə yüngül hidrogendən ( H—protium) başqa
çox az miqdarda ağır hidrogen ( H—deyterium və  H—tritium) də vardır. Buna görə də adi su ilə
yanaşı, təbiətdə «ağır» suyun da varlığını demək olar. Ağır su bəzi xassələrinə görə adi (və ya
yüngül) sudan fərqlənir. Lakin onun miqdarı çox az (10000 molekuldan 27-si) olduğundan yüngül
suyun xassələrinə, demək olar ki, təsir etmir.
2
3
1
1
2
1
3
1


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə