Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   18   19   20   21   22   23   24   25   26

Su rəngsiz, iysiz, dadsız mayedir, normal atmosfer təzyiqində (101,3 kPa) 0°C-də donur, 100°C-
də qaynayır. Onun (4°C-də) sıxlığı 1 kq/dm  və ya 1 q/ml, 1 q/sm , istilik tutumu isə başqa
mayelərə nisbətən xeyli yüksəkdir (4 kC/kq). Buna görə də su tədricən qızır, tədricən də soyuyur.
Bu isə havanın temperaturunun tənzimlənməsində böyük rol oynayır. Donmuş suyun — buzun
sıxlığı maye suyun sıxlığından az olduğu üçün o, suyun səthində qalır. Bunun suda yaşayan
canlılar üçün böyük əhəmiyyəti var.
Suyun bəzi kimyəvi xassələri ilə (elektrik cərəyanının təsiri ilə parçalanması, fəal metallarla
qarşılıqlı təsiri) tanış olmuşuq. Həmin reaksiyaların tənliklərini yazın.
Fəal metallarla (Li, Na, K, Ca, Ba və s.) su adi şəraitdə reaksiyaya daxil olur. Yüksək
temperaturda isə o, az fəal olan bir çox metallarla da qarşılıqlı təsirə girə bilir. Məsələn,
közərdilmiş dəmir üzərindən su buxarı keçirildikdə aşağıdakı reaksiya gedir:
Hələ XVIII əsrin ikinci yarısında bu reaksiyanın köməyi ilə suyun hidrogen və oksigendən əmələ
gəldiyi sübut edilmişdir. Reaksiyadan çoxlu miqdarda H2 qazı almaq üçün də istifadə olunur.
Su metallardan Cu, Hg, Ag, Pt, Au ilə heç bir şəraitdə reaksiyaya girmir.
Su aktiv metalların oksidləri ilə (Li O, Na O, K O, Rb O, CaO, SrO, BaO) adi şəraitdə
reaksiyaya daxil olur: 
Gedən prosesə sönməmiş əhəngin (CaO) söndürülməsi reaksiyası deyilir, alınan maddə kalsium-
hidroksid (sönmüş əhəng) adlanır.
Su əksər metal oksidləri ilə (Al O , ZnO, FeO, Fe O , CuO, Cu O, CrO, Cr O , MnO, MnO ,
PbO, PbO  və s.) reaksiyaya daxil olmur.
Su əksər qeyri-metal oksidləri ilə (SO , SO , CO , N O , NO , P O  və s.) reaksiyaya daxil
olaraq müvafiq turşu əmələ gətirir:
SO  + H O --> H2SO4 (sulfat turşusu)
CO, NO, N O, SiO  suda həll olmur və su ilə reaksiyaya daxil olmur.
Su bəzi duzlarla da kimyəvi qarşılıqlı təsirdə olur. Reaksiya nəticəsində kristalhidrat adlanan
bərk maddələr əmələ gəlir. Məsələn, ağ rəngli mis(II)sulfat (CuSO ) duzuna su ilə təsir etdikdə
mavi rəngli mis kuporosu alınır: CuSO +5H O --> CuSO  • 5H O
Bu tənliklə göstərilən reaksiyadan qazların tərkibində suyun təyin edilməsində istifadə olunur.
Suyun bəzi tətbiq sahələri ilə onun xassələrini öyrəndikdə tanış olduq.
Su halogenlərlə (F , Cl , Br ) qarşılıqlı təsirdə olur:
3
3
2
2
2
2
2 3
2 3
2
2 3
2
2
2
3
2
2 5
2
2 5
3
2
2
2
4
4
2
4
2
2
2
2


Su sabit cərəyanın təsirindən parçalanır (saf su elektrik cərəyanı keçirmir):


Suda həll olmayan, su ilə adi şəraitdə reaksiyaya daxil olmayan qazları (N , O , H , CH , C H ,
C H  və s.) suyu sıxışdırıb çıxarma üsulu ilə sınaq şüşəsinə toplamaq olar. Suda həll olan və ya
su ilə adi şəraitdə reaksiyaya girən qazları (F , CI , HCl, HBr, HJ, SO , SO , NO , CO , NH  və
s.) suyu sıxışdırıb çıxarma üsulu ilə sınaq şüşəsinə yığmaq olmur.
Bilik və bacarıqların yoxlanılması
1. Su hansı metallarla adi şəraitdə reaksiyaya daxil olur? a) Na; b) Zn; с) K; ç) Fe; d) Ca; e) Cu.
2. Su hansı oksidlərlə adi şəraitdə reaksiyaya daxil olur? a) CuO; b) K O; с) ZnO; ç) CaO; d)
Fe O ; e) Na O. 3. Hansı metalların oksidləri su ilə adi şəraitdə reaksiyaya daxil olur? a) Na; b)
K; с) Cu; ç) Ca; d) Zn; e) Ba. 4. Su hansı oksidlərlə reaksiyaya daxil olur? a) SO ; b) CO; с)
P O ; ç) N O; d) CO2. 5. Hansı qazları suyu sıxışdırılıb çıxarma üsulu ilə sınaq şüşəsinə yığmaq
olar? a) HCl; b) N ; с) NH ; ç) O ; d) SO ; e) H . 6. Hansı qazları suyu sıxışdırıb çıxarma üsulu
ilə sınaq şüşəsinə yığmaq mümkün deyil? a) CO ; b) CH ; c) NO ; ç) C H ; d) HBr; e) SO ; 7.
Hansı reaksiyalar sintezə, hansıları isə analizə aiddir? 
23. Təbii suyun əhəmiyyəti. 
Su hövzələrinin çirklənmədən qorunması
Susuz həyat yoxdur. Canlı orqanizmlər 10—20% su itirdikdə məhv olur. Normal həyat fəaliyyəti
üçün insana sutkada 2 l-ə qədər su lazımdır. Su minlərlə bitki və heyvan üçün yaşayış mühitidir.
Atmosferdə oksigenin sabit saxlanması da yaşıl bitkilərin sudan istifadə edərək fotosintez
reaksiyası əsasında oksigen ayrılması ilə əlaqədardır.
Yer səthinin təxminən 70%-nin su ilə örtülməsinə baxmayaraq, ildən-ilə su çatışmazlığı problemi
artmaqdadır. Çünki insanlar və bütün сanlılar yalnız şirin sudan istifadə edə bilir. Təbii suların
çox hissəsi (~98%) isə şordur. Onlar istifadə üçün yararlı olmayan dəniz və okean sularıdır.
Böyük miqdarda şirin su ehtiyatı Arktika və Antarktida buzlaqlarında və əksər insanların istifadə
edə bilmədiyi Baykal gölündə və başqa göllərdə toplanmışdır.
Kənd təsərrüfatında, şəhərlərdə, məişət və sənayedə suya tələbat getdimə artır. Buna görə də şirin
suya ehtiyaс hər il daha çox hiss olunmaqdadır. Hazırda dünya əhalisinin 1/3 hissəsinin içməli
suya ehtiyarn vardır.
Deməli, atmosferin və torpağın çirklənməsi insan üçün potensial təhlükədirsə, hidrosferin
çirklənməsi gündəlik təhlükə sayılmalıdır.
2
2
2
3
2 6
2 4
2
2
2
3
1
2
3
2
3 4
2
2
2 5
2
2
3
2
3
2
2
4
2
2 4
2


Çünki su həlledici olduğundan ona qarışan tullantılar ətraf mühitdəki canlıları asanlıqla kütləvi
şəkildə zəhərləyir. Suyun təbiətdə dövran etməsi və axımı ilə əlaqədar zəhərlənmə geniş əraziyə
yayılır. Bu yayılma çaylarda daha sürətlə baş verir (100 km-ə qədər).
Suyun çirklənməsi onda həll olmuş oksigenin də miqdarının azal - masına səbəb olur. Oksigenin
azlığı isə suda yaşayan bitkilər və heyvanların həyat fəaliyyətini çətinləşdirir, biokimyəvi
proseslərin normal gedişi üçün əlverişli olmayan mühit yaradır.
Çirklənmədən ən çox şirin su mənbələri zərər çəkir. Çünki məişətdə, texnikada və kənd
təsərrüfatında işlənən sular çayların və şor olmayan göllərin suyudur.
Sənaye mənşəli tullantılar hidrofaunanın normal həyat fəaliyyətini pozmaqla yanaşı, hövzədəki
suyun fiziki-kimyəvi xassələrini də dəyişir. Belə sular nəinki içmək üçün, həm də kənd
təsərrüfatında suvarma və texniki məqsədlər üçün də yaramır. Çirkli sularda şəraitə uyğunlaşıb
yaşayan bir sıra canlıların (ilbizlər, balıqlar, yosunlar və s.) insanlar tərəfindən istifadə edilməsi
yeni-yeni xəstəliklərin meydana çıxmasına səbəb olur. Çünki bir sıra kanserogen maddələr1
sudakı canlıların orqanizmində tədricən toplanaraq insan üçün təhlükəli həddə çatır.
Antropogen təsirlər  nəticəsində atmosfer və torpaqla yanaşı, təbii sulara xeyli miqdarda azot
və fosfor birləşmələri qarışır. Təbii suların tərkibində azot, əsasən, atmosfer vasitəsilə, kənd
təsərrüfatında istifadə edilən azot gübrələrinin yuyulması ilə və kommunal təsərrüfatların axıtdığı
çirkablar hesabına artır. Fosforla zəngin maddələrin eko-oji sistemdə çoxalması da getdikcə
sürətlənir. Əvvəllər biosferə atılan fosforun əsas mənbəyi fosforlu gübrələr idisə, hazırda
hidrosferə qarışan fosforun ən çoxu mətbəxlərdə və məişətdə işlənən sintetik yuyucu maddələrin
payına düşür.
Müasir şəhər əhalisinin hər biri il ərzində biosferə təxminən 1,6 kq fosfor ixrac edir. 1 kq
fosforun su mühitinə düşməsi isə 1 ton yosun kütləsinin artması deməkdir. Bunun da suyu necə və
nə dərəcədə çirkləndirməsi sizə biologiyadan məlumdur.
Təbii suların neft və neft məhsulları ilə çirklənməsi daha ağır nəticələr verir. Neft suda yaşayan
canlı aləmin hamısı üçün (bəzi bakteri- yalardan başqa) kəskin zəhərdir. Suya qarışan neft onda
yayılaraq səthində nazik pərdə yaradır, bu da havadan oksigenin suya keçməsinə mane olur və
nəticədə canlıların tənəffüsü çətinləşir. Bir damcı neft 1,5—2 m  su səthini pərdə ilə örtür.
Hesablanmışdır ki, dünyada hidrosferə ildə 12—15 milyon ton neft axıdılır.
 Kanserogen maddə — canlı orqanizmdə tədricən toplanaraq xərçəng xəstəliyi yaradan maddə. 
 Antropogen təsir — insan fəaliyyəti ilə bağlı olan təsirlər.
2
2
1
2


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə