Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

davamsızdır, saxlandıqda və qızdırıldıqda, eləcə də günəşin orta enerjili ultrabənövşəyi şüalarını
udduqda yenidən oksigenə çevrilir: 
O =O +O
3
2


Ozon, həmçinin laboratoriyada aşağıdakı reaksiya ilə alınır:
Ozon kimyəvi cəhətdən oksigendən daha fəaldır. O, adi şəraitdə oksigenlə reaksiyaya girməyən
gümüşü oksidləşdirir: 2Ag + O  = Ag O + O
Spirt, benzin kimi asan alışan maddələr ozonda alovlanıb yanır. Bu, ozonun parçalanaraq oksigen
atomu əmələ gətirməsi ilə izah olunur.
Ozon oksigendən qüvvətli, atomar oksigenə nisbətən zəif oksidləş- diricidir. Ozon kalium-yodid
(KJ) məhlulundan yodu çıxarır.
2KJ + O  + H O ----> J  + 2KOH + O
Atmosfer havasında ozonun miqdarı 0,16 mq/m -dən artıq olduqda o, zərərli təsir göstərir. Ozon
ağardıcı və dezinfeksiyaedici xassəyə malikdir.
Oksigenin tətbiqi və təbiətdə dövranı. Oksigen çox geniş işlənən maddədir. Ondan həm saf halda,
həm də hava ilə birlikdə istifadə edirlər. Bu onun kimyəvi xassələri və tətbiq edildiyi sahə ilə
müəyyənləşdirilir.
Metalların qaynaq edilməsi və kəsilməsi saf oksigenin iştirakı ilə gedir. Asetilen (C H ) qaynağı
(avtogen qaynağı da deyilir) zamanı polad balonun birindən asetilen, o birindən saf oksigen
çıxaraq ümumi boruda qarışır. Borunun dar odluq hissəsindən çıxan qaz qarışığı yandırılır.
Yanma reaksiyasında 3000°C temperatur alındığı üçün asetilen alovu ilə əksər polad növlərini
kəsmək və qaynaq etmək (birləşdirmək) olur. 
2C H +5O =4CO +2H O+2600kC
Metallurgiya və kimya sənayesində saf oksigen qarışdırılmış havadan daha çox istifadə olunur.
Məsələn, çuqun və sulfat turşusu istehsalında oksigen qarışmış havadan istifadə edilməsi istehsal
proseslərini xeyli sürətləndirməyə və səmərələşdirməyə imkan verir.
Tibdə saf oksigen xəstələrin tənəffüsünü asanlaşdırmaq məqsədi ilə tətbiq olunur. Bu məqsədlə
xəstəxanalarda oksigen balışı və saf oksigen doldurulmuş polad balonlar saxlanılır. Yüksəkdə
uçan təyyarəçilər, kos- monavtlar və su altında işləyən dalğıclar da özləri ilə kiçik oksigen
balonları götürürlər.
Təbiətdəki bütün canlılar oksigenlə tənəffüs etdiyi üçün hər il milyon tonlarla atmosfer oksigeni
mənimsənilir. Məsələn, hesablanmışdır ki, yalnız insanlar ildə 1330 milyard kubmetrdən çox hava
oksigenindən istifadə edir. Bundan başqa, yanacaqların yandırılmasında, çürümə proseslərində,
vulkanik püskürmələrdə külli miqdarda atmosfer oksigeni sərf olunur. Bununla belə, yer səthini
örtən atmosfer havasında oksigenin miqdarı nəzərəçarpacaq dərəcədə azalmır. Oksigenin
3
2
2
3
2
2
2
3
2 2
2 2
2
2
2


miqdarının təxminən sabit qalması yaşıl bitkilərdə işığın təsiri ilə gedən fotosintez prosesi ilə
izah edilir.


Fotosintez reaksiyasının ümumi tən- liyini aşağıdakı kimi yazmaq olar:
Oksigenin təbiətdə yuxarıda danışdığımız yollarla dövranı fasiləsiz olaraq, daim gedir. Bununla
da yer üzərində həyat təmin edilir.
Oksigen maye halında da tətbiq olunur. Yanar materiallara (ağac kəpəyi, quru torf və ya kömür)
maye oksigen hopdurularaq kapsul formasında deşilmiş oyuqlara yerləşdirilir, istənilən vaxt
fitilin köməyi ilə yandırılır. Yanmadan alınan sıxılmış qazlar böyük dağıdıcı qüvvəyə malik olur.
Alınan partlayışlardan dəmir yollarının, tunellərin çəkilişində, dağ-mədən işlərində istifadə
olunur. Maye oksigen, həmçinin raket yanacaqlarının effektiv oksidləşdiricisi kimi kosmik
gəmilərdə tətbiq edilir.
Ozonun tədricən parçalanmasından alınan atomar oksigenin kimyəvi cəhətdən fəal olduğunu
bilirik. Buna görə də suya ozon qatılmaqla oradakı zərərli mikroorqanizmlər məhv edilir və su
içmək üçün daha yararlı olur. Bu məqsədlə böyük şəhərlərdə suyu zərərsizləşdirmək üçün ozon
qazından istifadə edilir. Ozonla zərərsizləşdirilən suyun xoş iyi və tamı olur.
Bilik və bacarıqların yoxlanılması
1. Qksigen (O ), atomar oksigen (O) və ozonun (O ) oksidləşdiricilik qabiliyyətinin artması
sırasını yazın. 2. 60 l oksigeni ozonatordan keçirdikdə 20 l ozon alınmışdırsa, oksigenin həcmcə
neçə faizi ozona çevrilmişdir? 3. 1 mol oksigen (O ) və 1 mol ozondan (O ) əmələ gələn qaz
qarışığının orta molyar kütləsini hesablayın. Ar(O)=16. 4. Fotosintez prosesində 6 l O  (n.ş.)
almaq üçün neçə litr karbon qazı udular?
16. Kimyəvi tənliklərə görə hesablamalar
Kimyəvi reaksiya tənliklərinə görə hesablamalar apararkən aşağıdakı alqoritmə (ardıcıl
əməliyyatlara) əməl edilməlidir:
1. Tələb olunan reaksiyanın tənliyini tərtib etmək. 
2. Məsələnin şərtində veriləni və soruşulanı (x) (ölçü vahidi ilə birlikdə) müvafiq maddələrin
formulları üzərində yazmaq. 
3. Kimyəvi formulların altında əmsalları nəzərə almaqla maddələrin verilən və soruşulan ölçü
vahidlərinə uyğun miqdarını (v, N, m, V) müəyyənləşdirmək.
2
3
2
3
2


4. Tənasüb qurub, hesablama aparmaq.
I. Reaksiyaya daxil olan maddələrin birinin kütləsi verildikdə alınan maddənin (və ya reaksiyaya
daxil olan digər maddənin) kütləsinin və miqdarının hesablanması (və əksinə):
Məsələ 1. 24 q kömür tam yandıqda alınan karbon qazının kütləsini (qramla) və maddə miqdarını
(mol) hesablayın: A (C) =12, A (0)=16
II. Reaksiyaya daxil olan maddələrdən birinin maddə miqdarı verildikdə alınan maddənin (və ya
reaksiyaya daxil olan digər maddənin) maddə miqdarının və kütləsinin hesablanması (və əksinə).
Məsələ 2. 8 mol hidrogen qazı neçə mol və neçə qram oksigenlə reaksiyaya daxil ola bilər?
Reaksiya nəticəsində neçə qram su alınır?
III. Maddə kütləsinin saxlanması qanununa aid məsələlərin həlli qaydaları. Naməlum kimyəvi
elementin nisbi atom kütləsinin müəyyən edilməsi
r
r


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə