Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

Oksigenin, həmçinin suyun sabit elektrik cərəyanının təsiri ilə oksigen və hidrogen qazlarına
parçalanmasından alındığını bilirsiniz.
Hazırda laboratoriya şəraitində oksigeni almaq üçün ən əlverişli maddələr xalq arasında
«marqansovka» adlanan kalium-permanqanat (КМnО ), kalium-xlorat (Bertolle duzu KCIO ) və
hidrogen-peroksiddir (H O ). Böyük sınaq şüşəsinə bir qədər KMnO  tozu töküb ştativə bərkidir
və 18-ci şəkildəki cihazı quraşdırırıq. Sınaq şüşəsini güclü alovda qızdırdıqda silindrdəki su
reaksiya nəticəsində ayrılan O  qazı tərəfindən sıxışdırılaraq silindrdən böyük qaba töküləcək.
Reaksiyanın tənliyini yazaq:
4
3
2 2
4
2


Şəkil 20. Manqan (IV) oksidin iştirakı ilə hid- rogen-peroksidin parçalanması reaksiyası
Qazaparan borunun ucundan çıxan O2 qazını silindrə (və ya stəkana, kolbaya) yığmaq üçün başqa
üsul da tətbiq oluna bilər.
19-cu şəklə diqqət yetirin. Burada qazaparan borunun ucu stəkanın dibinə salınıb. Oksigen
havadan ağır olduğuna görə stəkandan havanı sıxışdırıb çıxarır. Stəkanın oksigenlə dolduğunu
yoxlamaq üçün onun ağzına közərdilmiş çöp yaxınlaşdırırıq. Közərmiş çöpün alovlanıb yanması


stəkanın oksigenlə dolduğunu bildirir. Deməli, havadan ağır qaz 1 arı top lamaq üçün qazaparan
borunun ucunu qaz toplanan qabın dibinə qədər aşağı salmaq, sınaq stəkanını (sınaq şüşəsini) ağzı
yuxarı tutmaq lazımdır.


Oksigenin alınmasını nümayiş etdirmək üçün daha əlverişli reaksiya hidrogen-peroksidin
(apteklərdə 30%-li və 3%-li məhlulu olur) və ya KClO -ün azca manqan (IV) oksidlə qarışığının
parçalanmasıdır (şəkil 20).
MnO  qatılmayanda reaksiya çox yavaş gedir. MnÎ2 hidrogen-peroksidin və kalium-xloratın
parçalanması reaksiyası üçün katalizatordur. 
Kimyəvi reaksiyaları sürətləndirən, reaksiyadan
sonra miqdarca dəyişilməyən maddələrə katalizator deyilir.
Oksigenin laboratoriyada alınmasına aid yuxarıdakı reaksiyaların altısında da bir mürəkkəb
maddənin bir neçə yeni maddələrə parçalanması ilə getdiyini müşahidə etdik. Belə reaksiyalar
parçalanma reaksiyalarıdır.
Bir maddədən bir neçə yeni maddənin əmələ gəlməsi ilə gedən reaksiyalara parçalanma
reaksiyaları deyilir.
Sənayedə çoxlu miqdarda oksigeni mayeləşdirilmiş havadan alırlar. Havanı tozdan, rütubətdən və
karbon qazından təmizləyib yüksək təzyiqlə sıxmaq və soyutmaqla mayeləşdirirlər. Mayeləşmiş
və —200°C-dək soyudulmuş havanın temperaturunu tədricən artırırlar. Əvvəlcə —196°C-də azot,
sonra isə —183°C-də oksigen buxarlanaraq qaz halına keçir.
Oksigen sənayedə, həmçinin suyun elektrolizi ilə də alınır.
Təbiətdə oksigen, günəş şüasının təsiri nəticəsində bitkilərin yaşıl kütləsində baş verən fotosintez
prosesi nəticəsində alınır:
Praktik məşğələ 2
Oksigenin alınması və toplanması: 
a) 19-cu şəkildə göstərildiyi kimi cihaz quraşdırın və onun kipliyini yoxlayın. Sınaq şüşəsinə
onun həcminin təxminən 1/4-i qədər kalium-permanqanat tökün və sınaq şüşəsinin ağzına bir az
didilmiş pambıq qoyun. Sınaq şüşəsinin ağzını içərisindən qazaparan boru keçirilmiş tıxacla
qapayın. Sınaq şüşəsini ştativin pəncəsinə elə bərkidin ki, qazaparan borunun ucu oksigen
toplanacaq stəkanın və ya silindrin təxminən dibinə çatsın.
Əvvəlcə bütün sınaq şüşəsini qızdırın. Sonra alovu tədricən onun dibindən tıxaca tərəf hərəkət
etdirin.
Stəkanın (silindrin) oksigenlə tam dolduğunu közərmiş çöplə yoxlayın. Stəkan oksigenlə dolan
3
2


kimi ağzını karton və ya şüşə lövhə ilə örtün.


b) 18-ci şəkildə göstərildiyi kimi cihaz quraşdırın və onun kipliyini yoxlayın. İçərisində su olan
sınaq şüşəsini (və ya ağzı şüşə lövhə ilə örtülmüş silindri) su olan qaba ağzı aşağı salın. Sonra
qazaparan borunun ucunu içərisində su olan sınaq şüşəsinə (silindrə) daxil edin və böyük sınaq
şüşəsini kalium-per- manqanatla birlikdə qızdırın.
Qab oksigenlə dolan kimi onun ağzını suyun altında şüşə lövhə ilə örtün. Toplanmış oksigeni
sonrakı təcrübələr üçün saxlayın.
Bilik və bacarıqların yoxlanılması
1. Oksigeni laboratoriyada hansı maddələrdən alırlar? 2. Suda oksigenin miqdarı kütləcə 90%-
dir. 1000kq sudan neçə kq oksigen almaq olar? 3. 200q KMnO4 parçalandıqda 184 q bərk qalıq
qalmışsa, ayrılan qazın həcmini (n.ş-də) litrlə hesablayın. 4. 100 litr suda 3 l oksigen həll
olduğunu bilərək, 1000m  suda neçə litr oksigen həll olduğunu hesablayın.
14. Oksigenin kimyəvi xassələri
Saf oksigen, eləcə də havanın oksigeni adi şəraitdə kimyəvi cəhətdən fəal deyildir. Lakin
qızdırıldıqda onun fəallığı artır. Oksigen əksər bəsit maddələr — qeyri-metallar və metallarla,
eləcə də mürəkkəb maddələrlə qarşılıqlı təsirdə olur.
a) Oksigenin qeyri-metallarla qarşılıqlı təsiri
Spirt lampası alovunda dəmir qaşıqda bir qədər kömürü közərdək, o yanmayacaqdır, lakin
tüstülənəcəkdir. Tüstülənən kömürü dəmir qaşıqla içərisində oksigen olan bankaya salaq
(bankanın sınmaması üçün bankanın dibinə azca narın qum tökülür). Közərmiş kömür istilik
ayırmaqla alovsuz yanacaqdır. Bankaya əhəng suyu (Ca(OH) ) tökək, o bulanacaqdır. Bu,
kömürün yanması zamanı karbon qazının (CO ) alındığını sübut edir. Alınan CO  əhəng suyu ilə
reaksiyaya daxil olaraq ağ rəngli CaCO  çöküntüsünü əmələ gətirir ki, o da əhəng suyunu
bulandırır.
İstiliyin ayrılması ilə gedən reaksiyalara ekzotermik reaksiyalar deyilir.
 Közərmiş kömür
oksigen çatışmazlığı şəraitində yandıqda çox təhlükəli boğucu dəm qazı əmələ gəlir:
Dəmir qaşıqda bir qədər kükürdü qızdıraq. Kükürd zəif mavitəhər alovla yanır. Qaşığı içərisində
oksigen olan bankaya salaq. Kükürdün yanması sürətlənir, parlaq mavi rəngli alov görünür.
Bankada qıcıqlandırıcı, kəskin iyli, rəngsiz qaz — kükürd qazı (SO  — kükürd-dioksid) əmələ
gəlir.
3
2
2
2
3
2


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə