Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   12   13   14   15   16   17   18   19   ...   26


Şəkil 16. Metal 
közərdilən retorta
Məşhur rus alimi M.V.Lomonosov «Maddə kütləsinin saxlanması qanunu»nun olduğu haqqında ilk
dəfə 1748-ci ildə alman alimi Eylerə məktub yazmışdır. 
1760-cı ildə isə o, retorta adlanan qabda (şəkil 16) metalları (qurğuşun və b.) közərtmiş,
təcrübədən əvvəl və sonra dəqiq çəkisini təyin edərək kütlələrin dəyişmədiyini, sabit qaldığını
isbat etmişdir. Fransız alimi A.L.Lavuazye də M.Lomonosovun işlərindən xəbərsiz 1785-ci ildə
suyun hidrogen və oksigen qazlarından alınması təcrübəsində kütlələrin sabit qaldığını isbat
edərək, «Maddə kütləsinin saxlanması qanunu»nu bir daha sübuta yetirmiş və onu kimya elminə
daxil etmişdir. Maddə kütləsinin saxlanması qanunu hazırda belə ifadə olunur:
Kimyəvi reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin
kütlələri cəminə bərabərdir.
Kimya elminin və istehsalatının inkişaf etməsi üçün bu qanunun böyük əhəmiyyəti olmuş və
olmaqdadır. Maddə kütləsinin saxlanması qanununun qəbulu maddələrin yox olması və ya heçdən
yaranması kimi fikirlərin («flogiston»çular və dindarların qəbul etdiyi) əsassız olduğunu sübuta
yetirdi. Bu qanun əsasında kimyəvi tənliklər üzrə müxtəlif praktik hesablamalar aparmaq
mümkündür: a) reaksiyaya daxil olan müəyyən miqdar maddədən reaksiya nəticəsində nə qədər
məhsul alına bilər; b) müəyyən miqdar məhsul almaq üçün başlanğıc maddədən nə qədər
götürülməlidir və s.
Bilik və bacarıqların yoxlanılması
1. İkivalentli metalın 10 qramı oksigenlə birləşərək 14 qram XO əmələ gətirir: a) reaksiyaya
daxil olan oksigenin həcmini (n.ş-də litrlə) hesablayın; b) metalın nisbi atom kütləsini müəyyən
edin: Ar(O)=16. 2. Birvalentli metalın oksidinin (X O) 6,2 qramı su ilə birləşərək həmin metalın
8 qram hidroksidini (XOH) əmələ gətirir: a) reaksiyaya daxil olan suyun mol miqdarını
hesablayın: Mr(H O)=18; b) metalın nisbi atom kütləsini müəyyən edin: Ar(O)=16; Ar(H)=1. 3.
10 qram XOH, 32 qram HY ilə reaksiyaya daxil olaraq 37,5 qram XY birləşməsi və müəyyən
qədər su əmələ gətirir: Ar(O)=16; Ar(H)=1. a) X-in nisbi atom kütləsini müəyyən edin; b) Y-in
nisbi atom kütləsini müəyyən edin.
Laboratoriya təcrübələri
1- ci təcrübə. Bir parça mis məftili və ya mis lövhəni spirt lampası alovunda 2—3 dəqiqə
qızdırıb onların rənginin necə dəyişməsini müşahidə edin.
2- ci təcrübə. İki sınaq şüşəsi götürün: birinə azca (0,5—1 q) təbaşir tozu (CaCO ) və yaxud
2
2
3


soda, o birinə 1 q maqnezium və ya alüminium tozu daxil edin. Onların hər birinə 2—3 ml xlorid
turşusu (HCl) əlavə edin. Müşahidələrinizi yazın.
Hər iki təcrübə zamanı reaksiyaların getməsi şəraitlərini qeyd edin və əlamətlərini göstərin.


III FƏSİL 
OKSİGEN. HAVA. YANMA
12. Oksigen kimyəvi element və bəsit maddə kimi
Şəkil 17. Təbiətdə elementlərin yayılması. 
1-oksigen, 2-alüminium, 3-dəmir, 4-kalsium, 5-natrium, 6-kalium, 7-maqnezium, 8-hidrogen,
9-qalanları, 10-silisium
Oksigen elementi 1772-ci ildə İsveç alimi Karl Şeyele tərəfindən kəşf edilib. O, təbiətdə ən çox


yayılmış elementdir (şəkil 17). Yer qabığını əhatə edən atmosfer, litosfer və hidrosfer qatları
kütləsinin təqribən 49,4%-i oksigenin payına düşür. Birləşmə şəklində oksigen torpağın, suyun,
dağ süxurlarının, filizlərin, mi - neralların əsas tərkib hissəsini təşkil edir. Məsələn, təbii suların
~ 88,88%-i, çay qumunun (SiO ) ~ 53,5 % -i oksigen elementindən ibarətdir. Oksigen bütün canlı
orqanizmlərin (bitkilər, heyvanlar və s.) tərkibinə daxildir. İnsan bədəninin ~ 65%-i oksigendir.
Təbii birləşmələrdə oksigen elementinin üç izotopuna 
( O,  O,  O) rast gəlinir. Bunlardan ən çox yayılanı nisbi atom kütləsi 16 olan izotopdur
(~99,99%). Oksigen elementinin dövri sistem cədvəlindəki sıra nömrəsi 8-dir. Deməli, onun
atomlarının (hər üç izotopunun) hər birində 8 proton vardır və nüvəsinin yükü +8-dir. İzotopların
hər birində neçə neytron olduğunu özünüz hesablaya bilərsiniz.
Oksigen elementinin atomları bir-biri ilə birləşərək iki bəsit maddə — oksigen və ozon qazlarını
əmələ gətirir. Oksigen qazı O , ozon qazı isə O  molekullarından ibarət olur. O  və O  oksigen
elementinin allotropik şəkildəyişmələridir. Mövzu 5-dən bilirik ki, allotropiya hadisəsi, həmçinin
karbon, kükürd, fosfor və s. elementlərdə də müşahidə olunur. Oksigen qazı Yer kürəsinin
atmosferində (kütləcə ~23%, həcmcə ~21%) və təbii sularda həll olmuş şəkildə olur.
Atmosfer havasında oksigen qazının olduğunu A.Lavuazye 1774-cü ildə müəyyənləşdirmişdir.
Oksigenlə yanaşı, havada həcmcə 78%, kütləcə 75,5% azot qazı (N ) və təqribən ~1% nəcib
qazlar (arqon və başqaları), çox az miqdarda (~0,03%) karbon qazı vardır. Atmosferin ümumi
kütləsinin təxminən 1/5 hissəsi (~5,15.10  ton) oksigendən ibarətdir. Hesablanmışdır ki, 1m  təbii
suda həll olmuş halda 40 q oksigen qazı olur. Bu qədər oksigenin suda həll olması orada yaşayan
canlıların həyatını təmin edir.
2
16
8
17
8
18
8
2
3
2
3
2
5
3


— ANTUAN LAVUAZYE (1743-1794)
Fransız kimyaçısı. 1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut


etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsas - landırmışdır.
Ozon yerin səthindən təxminən 25—30 km yuxarıda günəş şüalarının oksigen qazına təsirindən
əmələ gəlir. Ozon qatı yer səthində yaşayan canlıları yandırıcı ultrabənövşəyi şüalardan qoruyur.
Oksigen və ozon qazları bir-birindən tərkibinə və xassələrinə görə fərqlənir. Bu fərqləri 9-cu
cədvəlin köməyi ilə özünüz müəyyənləşdirin.
Cədvəl 9
Oksigen və ozonun bəzi xüsusiyyətlərinin müqayisəsi

Xassələr
Oksigen
Ozon
1.
Tərkibi
O
O
2.
Nisbi molekul kütləsi
32
48
3.
Molyar kütləsi
32 q/mol
48 q/mol
4.
Kristal quruluşu
Molekulyar
Molekulyar
5.
Rəngi
Rəngsiz
Rəngsiz
6.
İyi
İysiz
Xoş iyli
7.
Sıxlığı
1,43 q/l
2,14 q/l
8.
Qaynama temperaturu, °C
—182,9
—111,9
9.
Donma temperaturu, °C
—218,8
—192,7
13. Oksigenin alınması
Oksigeni ilk dəfə 1772-ci ildə Şeyele kalium-nitratın parçalanması reaksiyası nəticəsində kəşf
etmişdir.
Laboratoriyada oksigen almaq məqsədi ilə nitratlardan yalnız KNO , NaNO , Ca(NO )  və
Ba(NO ) -dən istifadə etmək olar.
Sonralar oksigeni ingilis alimi C.Pristli 1774-cü ildə civə(II)oksidi (HgO) qızdırmaqla almışdır.
2
3
3
3
3 2
3 2


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə