Kimya 7-ci sinif


Li, K, Ca, Na, Mg, Al, Mn, Zn, Cr, Fe, Ni, Sn, Pb, H, Cu, Hg, Ag, Pt, Au



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   18   19   20   21   22   23   24   25   26

Li, K, Ca, Na, Mg, Al, Mn, Zn, Cr, Fe, Ni, Sn, Pb, H, Cu, Hg, Ag, Pt, Au.


— HENRİ KAVENDİŞ (1731—1810)
İngilis alimi. 1766-cı ildə saf halda hid- rogen almışdır. Alim əvvəl hidrogeni


yüngüllüyünə görə flogiston kimi qəbul etmişdir.
Hidrogeni laboratoriyada sink və ya dəmir metalları üzərinə xlorid, yaxud duru sulfat turşusu
əlavə etməklə almaq daha əlverişlidir. Sink metalı ilə gedən reaksiyaların tənliklərini tərtib edək:
Şəkil 22, a. Havanı
sıxışdırıb çıxarmaqla
hidrogen qazının toplanması
Şəkil 22, b. 1) Kipp aparatı;
2) doldurulmuş halı; 3) işlək
halı
Bu tənliklərlə göstərilən reaksiyaların hər ikisində bəsit maddə
(metal), mürəkkəb maddənin (turşunun) tərkibindəki hidrogen
atomlarını əvəz etdiyi üçün onlar əvəzetmə reaksiyası adlanır.
Bəsit maddə atomlarının mürəkkəb maddənin atomlarından
birini əvəz etməsi ilə gedən reaksiyalara əvəzetmə
reaksiyaları deyilir.
Bu reaksiya nəticəsində hidrogendən başqa alınmış (metalla
turşu qalığından ibarət olan) mürəkkəb maddələr duzlar
adlanır. Onların formulu metalın və turşu qalığının valentliyinə
görə tərtib edilir. Duzların oxunuşu metalın adı ilə turşu
qalığının adına əsaslanır. Məsələn, ZnCO  — sink-xlorid;
ZnSO  — sink-sulfat adlanır.
Hidrogen-peroksiddən oksigen almaq üçün işlədilən cihazda
(şəkil 22, a) və ya Kipp aparatında (şəkil 22, b) hidrogen
alırlar. Kipp aparatında daha çox H2 almaq mümkündür.
Ayrılan hidrogeni oksigenin alınmasında olduğu kimi iki üsulla:
suyu və havanı sıxışdırıb çıxarmaqla qablara toplamaq olar.
2
4


Havanı sıxışdırıb çıxarmaqla hidrogen qazını topladıqda qazaparan borunun ucu başıaşağı
çevrilmiş qabın içərisinə daxil edilir (şəkil 22, a).
Hidrogenin varlığını yoxlamaq üçün qazaparan borunun ucuna kiçik sınaq şüşəsi tutub (10—20
saniyə), sonra başıaşağı vəziyyətdə alova yaxınlaşdırırıq. Bu zaman «pax» səsinin eşidilməsi və
ya gurultu səsinin gəlməsi H -nin varlığını sübut edir.
Hidrogeni laboratoriyada, həmçinin fəal metalların (Li, Na, K, Ca, Ba və s.) su ilə qarşılıqlı
təsirindən də alırlar. Gedən əvəzetmə reaksiyalarının tənlikləri belə yazılır:
Bu reaksiyalarda H -dən başqa alınan maddələr əsaslar və ya hidrok- sidlər adlanır.
Hidroksiddəki OH qrupunun sayı metalın valentliyi qədər olur. Hidroksidlərin adları belə oxunur:
NaOH—natrium-hidroksid; Ca(OH) —kalsium-hidroksid.
Metal atomundan və OH qruplarından ibarət mürəkkəb maddələrə əsaslar və ya
hidroksidlər deyilir.
Aktivlik sırasında Mg-dan başlayaraq hidrogenə qədər olan metallar su ilə qızdırdıqda qarşılıqlı
təsirdə olur və metalın oksidi, H  əmələ gəlir.
Hidrogen sənayedə, əsasən, aşağıdakı üsullarla alınır:
1. Təbii qazın (CH ) su buxarı və karbon qazı ilə konversiyası reaksiyasından:
2. Təbii qazın əsas tərkib hissəsi olan metanın (CH4) parçalanmasından:
3. Suyun sabit cərəyanın təsiri ilə parçalanmasından:
4. Su buxarının közərmiş kömürlə qarşılıqlı təsirindən:
2
2
2
2
4


5. Kalium-xlorid və ya natrium-xloridin suda məhlullarının elektro- lizindən (elektroliz
mövzusunu yuxarı siniflərdə öyrənəcəksiniz):


6. Koks qazının və ya neft emalı qazlarının — 196°C-dək soyudulma- sından. Bu zaman
hidrogendən başqa bütün qazlar maye hala keçir.
Bilik və bacarıqların yoxlanılması
1. Hidrogen təbiətdə, yoxsa kosmosda daha çox yayılan elementdir? 2. Suyun tərkibində
hidrogenin və oksigenin kütlə payını hesablayın. 3. Hidrogeni element kimi xarakterizə edin. 4.
Hidrogen hansı fiziki xassələrə malikdir? 5. Hidrogeni laboratoriyada hansı reaksiyalarla alırlar?
Dəmirə xlorid və duru sulfat turşusu ilə təsir etdikdə gedən reaksiyaların tənliklərini yazın. 6. 4
mol sink metalına artıq miqdarda götürülmüş xlorid turşusu ilə təsir etdikdə neçə litr H  (n.ş.) və
neçə qram ZnCl  alınar? A(Zn)=65; A(Cl)=35,5. 7. Hidrogenin a) laboratoriyada; b) sənayedə
alınması reaksiyalarının tənliklərini yazın. 8. Hidrogeni sınaq şüşəsinə necə toplamaq olar? 9.
Əvəzetmə reaksiyası nəyə deyilir? Misallar göstərin. 10. XVIII əsrin sonlarında A.Lavuaze
aerostatları doldurmaq üçün közərmiş dəmir üzərindən su buxarı keçirməklə hidrogeni almağı
təklif etmişdir. Bu reaksiyanın tənliyini yazın, 200 kq hidrogen almaq üçün neçə kiloqram dəmir
lazım olduğunu hesablayın. M(Fe)= 56 q/mol; М(H )=2 q/mol.
21. Hidrogenin kimyəvi xassələri və tətbiqi
Hidrogen adi şəraitdə kimyəvi cəhətdən fəal deyil. Onun molekulu davamlıdır. 1 mol hidrogen
molekullarını atomlara parçalamaq üçün 436 kC enerji tələb olunur.
Hidrogeni qızdırdıqda molekulların az bir hissəsinin fəallaşaraq parçalanması yerdə qalanlarının
da sürətlə kimyəvi fəallaşmasına səbəb olur, yəni fəallaşma zəncirvarı baş verir. Hidrogen ilə
oksigen qarışığına qığılcım verildikdə reaksiyanın partlayışla getməsi bunu sübut edir.
Reaksiyadan sonra qabın divarında su damcıları görünür. Reaksiyanın tənliyi:
Avoqadro qanununa görə müxtəlif qazların eyni sayda molekulları eyni şəraitdə eyni həcm tutur.
Buna görə də biz qazların mol miqdarını onların həcmləri ilə əvəz edə bilərik:
Tənlikdən görünür ki, hidrogen və oksigenin 2:1 həcm nisbəti qarışığında aparılan reaksiya daha
sürətli gedəcək və daha güclü partlayış alınacaq. 2 həcm (H ) : 1 həcm (O ) qarışığı guruldayıcı
qaz adlanır.
Hidrogen saf olduqda isə o, tam sakitliklə yanır. Saflığı sınaq şüşəsində yoxlandıqdan sonra
(partlayış olmadıqda) Kipp aparatının borusundan çıxan H  qazını arxayınlıqla yandırmaq olar.
2
2
2
2
2
2


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə