Kimya 7-ci sinif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#28067
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

P
Ağ, qırmızı, qara
-
+
N
N  (azot) allotropik şəkildəyişməsi yoxdur
+
+
2



Şəkil 15. Suyun 
parçalanması üçün 
cihaz
Allotropiya hadisəsi iki səbəbdən baş verir:
1. Molekulda atomların sayının müxtəlif olmasından: məsələn, oksigen (O ), ozon (O ).
2. Maddələrin kristal quruluşunun müxtəlif olmasından: məsələn, almaz, qrafit, karbin, fülleren.
Mürəkkəb maddələrin müxtəlif növ atomlardan təşkil olunduğunu sübut etmək üçün kimyəvi
təcrübələrdən istifadə edirlər. Məsələn, suyun sabit elektrik cərəyanının tə - siri ilə oksigen və
hidrogen qazlarına parçalanmasını təcrübədə asanlıqla müşahidə etmək olar. Bunun üçün
içərisində su olan aşağıdakı cihazı (Hofman cihazını) dövrəyə qoşaq (şəkil 15).
Borudan (1) çıxan qazın oksigen olduğunu, «Həyat bilgisi» kursundan bildiyiniz kimi, közərmiş
çöplə yoxlamaq olar. Hidrogen qazını yoxlamaq üçün borudan (2) çıxan qazı kiçik sınaq şüşəsinə
yığıb spirt lampasının alovuna tuturuq. Bu zaman kiçik «pax» səsi eşidiləcəkdir. Hava qarışığı
olmayan hidrogen isə sakit, rəngsiz alovla yanır.
Deməli, su iki müxtəlif element atomlarından—hidrogen (H) və oksigendən (O) ibarətdir, yəni o,
mürəkkəb maddədir. Həmçinin bizim tanıdığımız xörək duzu (NaCl) Na və Cl, sönməmiş əhəng
(CaO) Ca və O elementlərindən ibarət olub, mürəkkəb maddələrə aiddir. 
Mürəkkəb maddələrə
başqa sözlə kimyəvi birləşmələr də deyilir.
Tərkibinə və xassələrinə görə mürəkkəb maddələrin 4 əsas qrupu var: oksidlər, əsaslar, turşular,
duzlar.
Üzvi maddələr (şəkər, spirt, aseton, yağ, efir və s.) mürəkkəb maddələrin xüsusi bir qrupunu
təşkil edir. Onlarla yuxarı siniflərdə tanış olacağıq.
Mürəkkəb maddələrə adi şəraitdə hər üç aqreqat halda (qaz, maye, bərk) rast gəlinir. Onlar
müxtəlif xassəli və müxtəlif quruluşludur.
Bəsit və mürəkkəb maddələr barədə deyilənləri aşağıdakı sxemlə yekunlaşdıraq:
2
3


Sxem 3
Kimyəvi elementlər təbiətdə eyni cür yayılmamışdır. Yer qabığının kütləcə təqribən yarısını
oksigen (49,13%), ondan başqa silisium (25,7%), alüminium (7,3%), dəmir (4,7%), natrium
(2,4%), kalium (2,4%), kal- sium (3,25%), maqnezium (2,25%), hidrogen (1,0%), qalan
elementlər isə ümumilikdə 1,87% təşkil edir.
Deməli, Yer qabığı, əsasən, 9 elementdən əmələ gəlmişdir, qalan elementlərin miqdarı çox azdır.
Atmosferdə elementlərin paylanması fərqlidir. Yer qabığına yaxın təbəqələrdə həcmcə 78% azot,
21% oksigen, 1% digər qazlar olur.
Bəzi elementlərə təbiətdə sərbəst halda bəsit maddə şəklində rast gəlinir; məsələn, azot və
oksigenə havada, kükürd, gümüş və qızıla yer qabığında rast gəlinir. Elementlərin əksəriyyəti
təbiətdə mürəkkəb maddə — kimyəvi birləşmə şəklində yayılmışdır.
Təbiətdə və praktiki həyatda kimyəvi elementlərin əhəmiyyəti çox böyükdür. Məsələn, sənayedə


90-dan çox elementdən istifadə edilir.


Təqribən 25 element insanın həyat fəaliyyəti üçün çox vacibdir. Bu elementlərə biogen elementlər
deyilir. Onlar da iki qrupa bölünür: mak- roelementlər (C, H, N, O, S, P, Ca, Mg, Na, K, Cl) və
mikroelementlər (Cu, Mn, Fe, Zn, Mo, F, J, Se, Cr, Ni, V, Sn, As, Si). însana 1 gün ərzində
makroelementlərdən 100 mq, mikroelementlərdən isə 10 mq lazımdır.
Elementlərin və onların birləşmələrinin kimyəvi xassələri haqqındakı biliklər insana yeni
maddələr almağa, xəstəliklərlə mübarizə etməyə, təbiəti qorumağa kömək edir.
Bilik və bacarıqların yoxlanılması
1. Bəsit maddələri seçin: a) CO ; b) Cl ; c) NaCl; d) H2; e) H O; f) O . 2. Bəsit maddələr nəyə
deyilir? 3. Mürəkkəb maddələr nəyə deyilir? 4. Hansı elementlər çoxatomlu bəsit maddə əmələ
gətirir? a) Na; b) H; c) K; d) Cl; e) S; f) Cu. 5. Hansı elementlər allotropik şəkildəyişmə əmələ
gətirir? a) Ca; b) O; c) K; d) N; e) S; f) P; j) Si. 6. Bəsit maddələrin sayı çoxdur, yoxsa kimyəvi
elementlərin? 7. Allotropiya hansı səbəblərdən yaranır?
6. Kimyəvi formullar. 
Tərkibin sabitliyi qanunu. Valentlik
Maddə tərkibinin kimyəvi işarələr və indekslər vasitəsilə şərti yazılışı kimyəvi formul adlanır.
Elementin işarəsinin sağ tərəfində aşağıda yazılan və atomların sayını göstərən ədədə indeks
deyilir.
12-ci şəkildə verilmiş molekül modellərinə əsasən hidrogen və oksigen qazlarının və suyun
kimyəvi formullarını yazsaq: H2, O2, H2O alarıq. Həmin formullara görə deyə bilərik ki,
hidrogen və oksigen qazlarının molekülü 2 hidrogen və 2 oksigen atomlarından; suyun molekülü 2
hidrogen və 1 oksigen atomlarından ibarətdir. Deməli, molekulyar quruluşlu maddələrin kimyəvi
formulları onların keyfiyyətcə və kəmiyyətcə tərkibini göstərir.
Maddələrin tərkibini müxtəlif fiziki-kimyəvi üsullarla, kimyəvi təcrübələrin nəticələrini təhlil
etməklə müəyyənləşdirirlər. Məsələn, suyun sabit elektrik cərəyanının təsiri ilə parçalanmasından
alınan hidrogen qazının həcminin oksigen qazının həcmindən iki dəfə artıq olduğu müşahidə
edilir. Bu həcm nisbətini kütlə nisbətinə çevirdikdə m(H):m(O)=1:8 olduğu müəyyənləşir. Yəni 9
q su parçalandıqda həmişə 1 q hidrogen və 8 q oksigen alındığı məlum olur. Həmin ədədləri
elementlərin nisbi atom kütlələri ilə müqayisə etdikdə su molekülünün iki hidrogen və bir oksigen
atomundan ibarət olması nəticəsinə gəlinir.
2
2
2
2


— COZEF LUİ PRUST (1754-1826)
Fransız kimyaçısı. 1799-cu ildən 1806-cı ilə qədər olan dövrdə müxtəlif


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə