Kitab indd



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix10.07.2018
ölçüsü4,93 Mb.
#54728
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

40
azərbaycanlıları öldürdülər; onlar hələ dünyada görünməmiş bir 
cinayət törətdilər, uşaqları süngü və  qılıncdan keçirir, adamları 
məscidə toplayıb kerosin töküb yadırırdılar. Mənim üçün aydın 
oldu ki, Bakıda Sovet hakimiyyəti daşnaklardan, asılıdır. Bu da 
aydındır ki, erməni bandaları  tərəfi ndən azərbaycanlı  əhaliyə 
edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının Sovet 
hakimiyyətindən üz döndərməyə öz burjuaziyasının hamiliyi al-
tına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var 
idi”. (41) 
Azərbaycan  Хalq Cümhuriyyəti dövründə (may 1918–aprel 
1920) 1919 və 1920-ci il martın 31-i Milli Matəm günü kimi qeyd edi-
lib. Bu dövrdə nəşr olunan “Azərbaycan” qəzetinin səhifələrində 
azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklərə aid çox-
lu sayda tükürpədici faktlar yazılmışdı. Həmin dəhşətli günlərin 
şahidi olmuş alman A.Y.Kluqe 1918–ci il hadisələri haqqında ya-
zırdı ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxu-
laraq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik 
edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 
azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yır-
tılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acı-
madıqları kimi, yaşlılara da rəhm etməmişdilər. M.Ə.Rəsulzadə 
A.Y.Kluqeyə istinadən yazırdı: “Kluqenin, digər  əcnəbilərin o 
günlərin xatirəsi olmaq üzrə almış olduqları  və bu gün əllərdə 
mövcud olan fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığın 
qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu 
məsum yavruları gəmirir... Çılpaq bir qadın yerə sərilmiş, ölmüş... 
bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir...”
 Bu kimi faktların yer aldığı M.Ə.Rəsulzadənin redaktorluğu ilə 
Münhen şəhərində nəşr olunan “İstiqlal” qəzetinin 1933-cü il 1 ap-


41
rel tarixli 31-ci sayı demək olar, bütünlüklə 1918-ci il qırğınlarının 
15 illiyinə həsr edilmişdi. (42) 
M.  Ə. Rəsulzadə  Şamaxı faciəsi barədə yazırdı: “Əski  Şirvan-
şahların bu qədim paytaхtı bir həmlədə atəşə verilib məşhur 
tariхi cameyə varıncaya qədər yaхıldı... Şamaхının düçar olduğu 
təcavüzə Lənkəran, Salyan, Quba, Nəvahi və Kürdəmir kimi qəza
şəhər və  qəsəbələr dəхi məruz qaldı. Bu təcavüzlər  əsnasında 
yaхılan хanimanların, qıyılan ərz və namusların, kəsilən qarı qo-
caların, yağmaya gedən mal və  məvaşinin təsviri qeyri-qabili–
təsəvvür bir faciə təşkil edir. (43) 
Mart hadisələrinin ildönümündə “Azərbaycan” qəzetinin 31 
mart 1919–cu il tarixli sayında Fövqəladə  İstintaq Komissiya-
sının sədri  Ələkbər bəy Xasməmmədovun ağır vəziyyətdə olan 
şamaxılılara kömək üçün Azərbaycan xalqına müraciəti çap 
olunmuşdu. Müraciətdə deyilirdi: “Bu bədbəxtlər ağlagəlməz 
ehtiyac içindədirlər. Onlar o dərəcədə  mərhumiyyətlərə düçar 
olmuşlar ki, hətt a  kömək istəmək gücündə  də deyillər. Lakin 
kənardan kömək olmazsa onları qarşısı alınmaz fəlakət gözləyir.
Əsasən taxıl  əkinçiliyi ilə  məşğul olan əhali işlək mal–qaradan, 
əmək alətlərindən və  səpin üçün toxumdan məhrum olmuşlar. 
Elə kəndlər var ki, bir dənə inəyi, bir dənə toyuğu belə yoxdur... 
Aclıq və soyuqdan əmələ gələn xəstəliklər hər gün onlarla insanı 
məhv edir. Şübhəsiz, proqramında xalqın rifahının yaxşılaşdırıl-
masını əsas götürən bizim hökumətimiz daha çox ziyan çəkmiş
bədbəxtliyə düçar olmuş  Şamaxı  qəzasının  əhalisinə kömək 
edəcək. Lakin bu kömək hər bir vətəndaşı, xüsusilə  də  hər bir 
müsəlmanı ölüm təhlükəsi ilə üzləşmiş tarixi ənənəsi olan Şirvan 
əhalisinə kömək əlini uzatmaq kimi mənəvi borcdan və vətəndaş 
öhdəliklərindən azad etmir. Müsəlman vətəndaşlar, Şirvanın ölüm 


42
təhlükəsi altında olan əhalisini xilas edin!”
Bu müraciətdən sonra vəziyyətin ağır olmasına baxmayaraq, 
hökumətlə yanaşı Azərbaycanın müxtəlif bölgələrinin  Şamaxı 
əhalisinə diqqət və qayğısı artmışdı.
Əlamətdar hal ondan ibarətdir ki, 1918–ci il hadisələri 
bədii  ədəbiyyatda da öz əksini tapmışdır. Üzeyir Hacıbəyov, 
Məhəmməd Hadi, Mirzə Bala Məhəmmədzadə, İbrahim Xəlil və 
digər sənətkarlar bu mövzuda müxtəlif  əsərlər yazmışdılar. Bu 
əsərlər içərisində Cəfər Cabbarlının şamaxılı iki gəncin faciəsindən 
bəhs edən “Əhməd və Qumru” hekayəsi diqqəti özünə cəlb edir. 
Hekayə  şamaxılı iki gəncin-Əhməd və Qumrunun saf və ülvi 
məhəbbətindən, mart faciəsinin bu günahsız  şəxslərə  gətirdiyi 
müsibətlərdən bəhs edir. Əsərdə valideynləri erməni quldurla-
rı  tərəfi ndən qətlə yetirilmiş, evləri dağıdılmış  Əhməd və Qum-
ru “Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarla-
rı matəmlərə bürünmüş”, “əti tökülmüş baş skeletinə  bənzəyən 
möhtəşəm”  İsmailiyyə binasının önündə dilənçi vəziyyətində 
qarşılaşırlar. Faciə  və  məhrumiyyətlərin məngənəsində tanın-
maz hala düşmüş, “Yaralıyam,  şikəstəm,  Şamaxı  əsiriyəm”,-
yalvarışlarından bir-birini çətinliklə tanıyan iki sevgili görüşlərinə 
sevinsələr də, bir-birini qucaqlamırlar, daha doğrusu, qucaqlaya 
bilmirlər. Çünki erməni vəhşilər onların qollarını kəsmişdilər. (44) 
Fövqəladə  İstintaq Komissiyası  Şamaxı  şəhərində törədilən 
cinayətlərdə  əslən  Şamaxıdan olub Bakı  şəhərində yaşayan Ste-
pan Lalayevin, Şamaxı şəhərinin sakinləri Qavril Karaoğlanovun, 
Arşak Gülbəndiyanın, Mixail Arzumanovun, Karapet Karamano-
vun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail 
Xaçaturovun və başqalarının, cəmi 31 nəfərin  Şamaxı  qırğınları-
nın başlıca caniləri olduqlarını faktlarla sübut etmişdi. 


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə