Kitab indd



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix10.07.2018
ölçüsü4,93 Mb.
#54728
1   2   3   4   5   6   7   8   9   10   ...   27

28
il 19 saylı buraxılışında gedən bir yazıda qeyd olunmuşdu ki
S.Lalayevin  Şamaхı müsəlmanlarına tutduğu divan bizim bu 
müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur.
Şamaxıda qırğına rəhbərlik edən S. Lalayevin qəddarlığı o 
həddə çatmışdır ki, bu hətt a onun silahdaşları olan Т. Əmirov və 
İ. Boqomolovun da narazılığına səbəb olmuşdu.
İ. Boqomolovun A. Caparidzenin adına göndərdiyi müraciətdə 
deyilirdi: “Bir daha sizdən xahiş edirəm ki, cəllad Lalayevi həbs 
edəsiniz. O, çoxlu sayda qadın və  uşaq öldürmüş, evləri qarət 
etmişdir. Əmirov onu, həbs etmək istədikdə, qaçıb gizlənmişdir. 
Hamı  təsdiq edir ki, o, məscidi yandırmış  və orada çoxlu qadın 
qətlə yetirmişdi.” Lakin bu müraciətə A. Caparidzedən heç bir ca-
vabı olmamışdır. Çünki o, S. Lalayevi himayə edən S. Şaumyanın 
onun həbsi ilə bağlı hərbi–istintaq komissiyasının sədri Kojemya-
koya etdiyi etirazdan xəbərdar idi. (27) 
Şamaxıda baş verən cinayətlərin daha qəddarlıqla həyata 
keçirilməsində rus və erməni millətçilərinin anti–türk, anti-
müsəlman siyasəti ilə yanaşı, S.Lalayevin şəxsi intiqam hissi, yerli 
əhaliyə bəslədiyi kin–küdurətin də müəyyən təsiri olmuşdur. O, 
1905–1906–cı illərdə baş vermiş erməni–müsəlman qırğınları za-
manı öldürülmüş atasının və əmisinin intiqamını şamaxılılardan 
almaq üçün dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmişdi. 
Lakin faktlar sübut edir ki, 1905–1906–cı illərdə onun atası  və 
əmisi öz cinayətkar əməllərinin qurbanı olmuşlar. Bakı Mixaylov 
xəstəxanasının sənədlərinə görə, 1905-ci ilin 6 fevralında erməni 
milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter Osi-
povun və başqa maqnatların havadarlığı ilə terror qrupu 18 ada-
mı öldürmüş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı, 
6-cı rus, qalanları başqa millətlərin nümayəndələridir. Həmin 


29
cinayətkar qrup ertəsi gün 100-dək dinc vətəndaşı öldürmüş  və 
yaralamışdı. (28) 
Şamaxıda ermənilərin törətdikləri vəhşiliklər o qədər dəhşətli 
olmuşdu ki, hətt a  nə  qədər çalışsalar da o dövrdəki bolşevik 
mətbuatı da bu faciəyə öz münasibətini gizlədə bilməmişdi. La-
kin onlar müsəlman  əhaliyə qarşı edilən bu vəhşiliklərə “dinc 
əhaliyə qarşı da bəzi haqsızlıqlar törədildi” kimi loyal münasibət 
bəsləməklə kifayətlənmişlər.
S.Lalayev və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində 
bir neçə gündə minlərlə müsəlman qətlə yetirilmişdir. O dövrdə 
Şamaxının adlı-sanlı  şəxsiyyətlərindən olan Molla Cəfərqulu 
Axund,  şəhər hakimi Teymur bəy Xudaverdov, birinci dövlət 
dumasına  Şamaxıdan deputat seçilmiş  Məmməd  Əliyev, Molla 
Hacı Məhyəddin Əfəndi, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı 
Əbdül Xəlil  Əhmədov, Ağa  Əhməd  Əhmədov, Hacı  Qəni Zey-
nal, Hacı  Əbdül Hüseyn Zeynalov, Hacı  İsrafi l Məmmədov, Mir 
İbrahim Seyidov, Hacı İbrahim Salamov, Hacı Əbdül-Qasım Qa-
sımov,  Əyyubağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy 
İbrahimbəyov,  Ələkbər Qədirbəyov,  Əbdürəhim ağa Ağalarov, 
Zəkəriyyə  Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı 
Molla Həsən Zeynalov, Mahmud Hacıağa oğlu və bir çox başqala-
rı da öldürülənlərin arasında idi.
Şamaxıda bu dövrdə ermənilər tərəfi ndən 13 məhəllə məscidi 
və məşhur müqəddəs ocaq-Cənubi Qafqazda və Yaxın Şərqdə ən 
qədim müsəlman məbədlərindən olan, 743-cü ildə inşa edilmiş 
Cümə məscidi də yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir 
qibləgah, həm də qədim abidə kimi əziz idi. Çoxlu sayda qadın və 
uşaq həyatlarını xilas etmək üçün bu məscidə pənah gətirmişdi. 
Onlar belə hesab edirdilər ki, əhali arasında böyük nüfuza malik 


30
olan Molla Cəfərqulu Axundun da içərisində olduğu allah evinə 
ermənilər toxunmağa cürət etməzlər. Lakin erməni quldurları 
məscidə daxil olan kimi Axundun gözlərini çıxarmış, dilini, qu-
lağını, burnunu kəsmiş, diri–diri dərisini soyaraq güllələmişdilər. 
Bundan sonra dinc əhalini məscidə yığaraq yandırmışlar. (29) 
Şamaxıda 1918–ci ilin mart–aprel aylarında öldürülənlərin sayı 
haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda 
öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 
8–12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920–ci ildə 
mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə 
qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir. (30) 
Azərbaycan Хalq Cümhuriyyəti hökuməti tərəfi ndən Fövqəladə 
İstintaq Komissiyası 1918–ci ilin mart–aprel aylarında  Şamaxı 
qəzasının azərbaycanlılar yaşayan 58 kəndinə ermənilərin hücu-
mu zamanı ölənlərin sayının aşağıdakı kimi olduğunu müəyyən 
etmişdir: 

Kəndin adı
 Ölənlərin sayı
Yaralı
Kişi
Qadın
Uşaq
 
1
Cəyirli
40
20
15
 4
 2
Ərəbqədim
200
100
78
 Yox
 
3
Cəmcəmli
15
5
 6
 Yox
 
4
Mırtı
4
 
1
 
-
 5
Talış -Məlik
11
4
 1
 -
 6
Mirikənd
8
9
 2
 Yox
 7
Şərədil
10
5
 5
 Yox
 
8
Quşçu
192
115
25
 Yox
 9
Şıxməzid
10
5
3
 Yox
 10
Yuxarı Çağan 1
-
-
 
-
 11
Ağabəyli
7
3
4
 Yox
 12
Qaravəlli 40
50
30
 
Yox


31
 13
Barbar Navahı 15
10
5
Yox
 14
Gorus -Çaparlı
10
15
10
 1
 15
Kürdəmir
25
-
-
 -
 16
 Qonaqkənd
25
5
4  
Yox
 17
Ovculu
5
10
12
 Yox
 18
Bağırlı 80
150
140
 
Yox
 19
Təkəli
360
412
150
 Yox
 20
 Hacılı
40
60
30
 Yox
 21
Dilman
300
235
50
 Yox
 22
Kalva
250
150
100
 2
 23
Xatman
60
40
20
 Yox
 24
 Suraxanı 11
3
6
 
Yox
 25
Xəsiqara
46
20
16
 Yox
 26
Tirğan 300
40
20
 
Yox
 27
Talışnuru
20
5
-
 -
 28
 Sərdakar
8
12
8
 Yox
 29
 Zərqəva
40
4
5
 Yox
 30
Xankəndi
12
8
-
 Yox
 31
Təbiyə
12
3
2
 Yox
 32
Makahı
6
1
1
 
Yox
 33
Tağlabiyan
7
22
7
 Yox
 34
 Girdivan
10
5
7
 Yox
 35
Kələrağ
1
-
-
 
-
 36
Bizlən
50
30
20
 
Yox
 37
Müci
150
50
25
 Yox
 38
Qıraltan
30
20
21
 Yox
 39
Pir qaraçuxa
4
3
5
 Yox
 40
Sulut
38
1
4
 -
 41
Zeyvə
30
20
32
 Yox
 42
Nuran
30
50
37
 Yox
 43
Nüydi
40
7
10
 Yox
 44
Qəşəd
50
40
27
 
Yox
 45
Sündi
250
-
-
 -


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə