Kitab indd



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix10.07.2018
ölçüsü4,93 Mb.
#54728
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

43
Komissiyanın  Şamaxı  şəhəri və ona qonşu olan kəndlərdə 
ermənilər tərəfi ndən törədilən soyqırım hadisələri haqqında topla-
dığı 7 cild, 925 səhifədən ibarət araşdırma materialları ermənilərin 
cinayətlərinin ifşasında mühüm əhəmiyyət kəsb edir.
Fövqəladə İstintaq Komissiyası Şamaxı ilə yanaşı Kürdəmir və 
Göyçay qəzasının Cəngi, Qaravəlli, Qarabucaq, Musafalı, Xəlil-
Qasımbəy,  Ərəb-Mehdibəyli kəndlərində, Sultanov və Sada-
lı malikanələrində ermənilərin törətdikləri vəhşilikləri də tədqiq 
etmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ermənilər 
Kürdəmirdə 56 evi, 127 ayrıca malikanəni, 2 məscidi, “Quran”ın 
təfsirinə dair zəngin kitabxananı yandırmışlar. (45) 
Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında 
Fövqəladə İstintaq Komissiyasının materiallarının bir hissəsindən 
istifadə etmişdir. Bundan başqa Komissiyanın materiallarının bir 
qismi 1919–cu ildə,  İstanbulda 73 səhifəlik “Müsəlman  əhaliyə 
qarşı erməni vəhşiliyi haqqında sənədlər” məcmuəsində fransız 
dilində  nəşr olunmuşdur. Bütün bunlar baş vermiş cinayətlərin 
beynəlxalq aləmə çatdırmasında ilk cəhdlər olsa da o zaman üçün 
böyük əhəmiyyət kəsb edirdi.
 Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin 
rəhbəri  Ə. Topçubaşov ABŞ prezidenti V. Vilsona 28 may 1919- 
cu il tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə 
İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan 
sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ 
nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. 
1919-cu ilin yayında ABŞ  tərəfi ndən Bakıya göndərilən general 
Harbord hadisələr barədə obyektiv məlumatlar toplamaq üçün 
müxtəlif şəxslərlə görüşmüşdü. Ermənilərin nümayəndəsi yepis-
kop Baqrat riyakarlıq edərərək ermənilərin mart hadisələrində 


44
iştirakını inkar etməyə  cəhd etmişdir. Ümumiyyətlə, Bakıda 
fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə  İstintaq 
Komissiyasının normal işinə müxtəlif manelər törətməklə yanaşı 
təzyiq kampaniyaları da təşkil etmişlər. Lakin bütün çətinliklərə 
baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bil-
mişdi.
Fövqəladə  İstintaq Komissiyasının fəaliyyət göstərdiyi il ya-
rım ərzində müxtəlif siyasi və millətçi partiyaların bayrağı altında 
fəaliyyət göstərən ermənilər tərəfi ndən Cənubi Qafqaz ərazisində 
müsəlman  əhaliyə qarşı törədilmiş cinayətlər barədə 35 cildlik, 
3500 cəhifəlik materiallar toplanmışdı. Bunların  əsasında 128 
məruzə hazırlanmış  və 194 nəfər barədə cinayət işi qaldırılmış, 
bundan  əlavə minlərlə cinayətkarın adları  dəqiqləşdirilmişdi. 
Komissiya həmçinin Parisdəki Azərbaycan nümayəndə heyətinə 
göndərmək üçün 95 foto şəkildən ibarət 6 cildlik əlavə material və 
80 diapozitiv hazırlamışdı.
 Lakin təəssüf ki, Azərbaycanın müstəqilliyinin de-fakto ta-
nınmasından (11 yanvar 1920–ci il) dərhal sonra qərb ölkələrinin 
təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 2 fev-
ral 1920–ci il tarixdə  qəbul etdiyi aministiya haqqında qanun 
1918–ci il soyqırım hadisəsi ilə bağlı  məsuliyyətə  cəlb olunmuş 
cinayətkarların cəzalandırılmasının qarşısını aldı. Qanunun 2-ci 
maddəsi ilə “milli düşmənçilik zəminində baş vermiş cinayətlərə 
görə məsulyyətə cəlb olunanlar” təqibdən və cəzadan azad olu-
nur, 10-cu maddəyə görə isə Fövqəladə  İstintaq Komissiyası-
nın araşdırması  nəticəsində qaldırılmış bütün cinayət işlərinə 
həmişəlik xitam verilirdi. Fövqəladə İstintaq Komissiyası çox bö-
yük çətinliklər bahasına cinayətkarların çüzi hissəsi, 194 nəfərinə 
cinayət işi qaldırsa da, amnistiya qanununun qəbulundan son-


45
ra onların hamısı  sərbəst buraxılmışdı. Pul kompensasiyası ilə 
zaminə buraxılmışların hətt a pulları da geri qaytarılmışdı. Lakin 
Şamaxıda qanlı cinayətlərə başçılıq etmiş Stepan Lalayev cəzadan 
qurtara bilməmiş, öz əcəli ilə olsa da həbsxana divarları arasında 
ölmüşdü. (46) 
Şamaxı soyqırımı ilə bağlı faktlar beynəlxalq aləmdə terrorizmə 
qarşı mübarizə aparıldığı hazırki vaxtda mühüm aktuallıq kəsb 
edir. Buna görə də bu faktlar obyektiv şəkildə yenidən araşdırıl-
malı  və  Şamaxı soyqırımı ilə bağlı  həqiqətlər beynəlxalq aləmə 
çatdırılmalıdır.
 


46
Hazırda 1918–ci il soyqırımının tədqiqi və beynəlxalq aləmə 
çatdırılması sahəsində mühüm işlər görülməkdədir. Bəzi erməni 
və rus müəllifl ərinin öz yazılarında (47) azərbaycanlılara qar-
şı törədilmiş 1918–ci il soyqırım hadisələrini saxtalaşdırmağa, 
beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər etməsi bu işin daim 
diqqət mərkəzində saxlanılmasını zəruri edir. Rus müəllifl əri ta-
rixi saxtalaşdırmaq üçün, Kiyev Rus dövlətinin knyazı ilə Şama-
xı hökmdarının qızı arsında məhəbbətdəb bəhs edən, uydurma 
“Üç pəhləvan və Şamaxı çariçası” kimi cizgi fi lmləri çəkməkdən 
belə  çəkinmirlər. Təəssüfl əndirici hal ondan ibarətdir ki, 1918–
ci il hadisələrinə dövlət səviyyəsində siyasi qiymət verildikdən 
sonra belə özünü kommunist adlandıran bəzi üzdəniraq  şəxslər 
1918–1920–ci illərdə düşmənə xidmət göstərmiş  sələfl ərinin 
səhvlərini təkrar etməklə düşmənin dəyirmanına su tökməkdə 
davam edirlər. Onlar “1917-ci il və Azərbaycan” adlı kitab yaz-
maqla, www.kommunist.az veb saytına müxtəlif saxta materiallar 
qoymaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Bu şəxslər 1918–ci il 
hadisələri ilə bağlı sovet dövründə yazılan saxta fi kirləri yenidən 
gündəmə  gətirməyə, minlərlə dinc azərbaycanlını  qətlə yetirmiş 
cinayətkarları müdafi ə etməyə uğursuz cəhdlər edirlər. Onlar bu-
nunla mənsub olduqları xalqa xəyanət ediklərinin fərqinə belə 
varmırlar. 
Beynəlxalq aləmdə bu cür cəhdlərin olması 1918–ci il hadisələri 
ilə bağlı araşdırma işlərinin daha da genişləndirilməsini zəruri 
edir. 
Son illərin tədqiqatları nəticəsində bu sahədə yeni faktların or-
taya çıxması cinayətkarların ifşasında mühüm əhəmiyyətə malik-
dir. Bu cür yeni faktlara misal olaraq Quba şəhərində 2007-ci ildə 
Nəticə


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə