Kitab indd



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix10.07.2018
ölçüsü4,93 Mb.
#54728
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

47
şəhər stadionunda tikinti işləri aparılarkən təsadüfən 1918–ci ilə 
aid kütləvi məzarlığın aşkara çıxarılmasını göstərmək olar. Şamaxı 
ərazisində də bu cür kütləvi məzarlıqların olması etimalı böyük-
dür. Zəngin tarixə malik Şamaxı ərazisində əsasən sovet dövründə 
arxeoloji qazıntılar aparılmış, bu qazıntıların istiqaməti fərqli ol-
duğundan və 1918–ci il soyqırımına aid faktların toplanması kom-
munust rejiminin siyasəti ilə ziddiyyət təşkil etdiyindən o dövrə 
aid mənbələrdə belə  məzarlıqların olması haqqında məlumata 
rast gəlinmir. Buna görə  də 1918–ci il erməni vəhşiliklərinə aid 
yeni tarixi faktlar əldə etmək üçün müasir dövrdə keçmiş Şamaxı 
qəzası ərazisində arxeoloji qazıntıların genişləndirilməsinə ciddi 
ehtiyac var. Bəzi mülahizələrə görə, 1918-ci ildə erməni yaraqlıları 
tərəfi ndən qətlə yetirilmiş Şamaxı sakinləri Kələxana və Süleyman 
dərələrində dəfn edilib, gələcəkdə bu ərazilərdə arxeoloji qazıntı-
lar zamanı yeni kütləvi məzarlıqların tapılması istisna deyil.
Müasir dövr tədqiqatları sübut edir ki, 1918–ci il qırğınların-
da ermənilər müsəlman  əhali ilə yanaşı, yəhudilərə, almanlara 
və digər milli azlıqlara qarşı da cinayətlər törətmişlər. Bu dövrdə 
ermənilər tərəfi ndən 3 minə  qədər yəhudinin həyatına son qo-
yulub. Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati 
ərazi vahidliyi üzrə nümayəndəsi yəhudi İsakov Pisax Davidoviç 
1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində qır-
ğınlar və talanlar törədərkən qətlə yetirdikləri dağ yəhudilərindən 
104 nəfərinin, o cümlədən Qırmızı qəsəbə sakinləri olan 18 nəfər 
yəhudinin siyahısını prokurorluğa təqdim edib. O zaman erməni 
Amazaspın rəhbərliyi ilə  qətlə yetirilən yəhudilər  Şimi dərəsinə 
atılmışlar. (48) 
1918-ci ildə Qafqaz bölgəsində olan alman qüvvələrinin baş 
komandanı baron Qres Kremsenştaynın “Mənim Qafqaz missi-
yam” adlı kitabındakı xatirələrindən məlum olur ki, 1918-ci ilin 
dekabrında ermənilər Borçalıdakı Yekaterinfeld kəndi ərazisində 


48
400-dək dinc alman əhalini də heç bir səbəb olmadan öldürüb və 
kəndin qırağındakı quyuda basdırıblar. (49) 
Hazırda Respublikanın  əksər yaşayış  məntəqələrində, 
o cümlədən  Şamaxıda 1918–ci il soyqırım abidələrinin qo-
yulması  və bu sahədə  təbliğat işlərinin aparılması müsbət 
qiymətləndirilməlidir. Türkiyənin nüfuzlu “A” telekanalı 1918-
ci ilin mart günlərində bolşevik-erməni qoşun birləşmələrinin 
Azərbaycanda həyata keçirdiyi soyqırımına dair 3 bölümdən 
ibarət fi lmin çəkilişinə başlaması da görülən müsbət işlərdəndir. 
(50) Lakin bu sahədə  işlərin daha da gücləndirilməsinə ehtiyac 
var.
Tədqiqatlar sübut edir ki, 1918–ci ildə Azərbaycanın demək 
olar ki, əksər bölgələrində ermənilər qırğınlar törətmişlər. Bun-
ların bir hissəsi araşdırılsa da bir çoxu hələ də öyrənilməmişdir. 
Buna görə də gələcəkdə Bakı, Şamaxı, Quba, Zəngəzur, Qarabağ, 
Naxçıvanla yanaşı Kürdəmir, Göyçay, Hacıqabul, Salyan, Neft ça-
la kimi nisbətən az tədqiq olunmuş və ümumiyyətlə tədqiq olun-
mamış  ərazilərdə ermənilərin törətdiyi cinayətlərin araşdırılma-
sına ciddi ehtiyac var. Soyqırıma məruz qalan, lakin tədqiq olun-
mayan ərazilərə misal olaraq Neft çala rayonunun Tataraməhəllə
Uzunbabalı, Qaramanlı, Xıllı, Bankə  və s. kəndlərini göstərmək 
olar. (51) 
Sual oluna bilər ki, 1918–ci ildə Azərbaycanın müxtəlif 
bölgələrində nə qədər əhali soyqırımın qurbanı olmuşdur? Soyqı-
rıma məruz qalanların dəqiq sayı barədə məlumatlar varmı?
 Britaniya briqada generalı R. Qortonun 8 dekabr 1918-ci il Lon-
dona göndərdiyi sənəddə 20 min, R. Mustafazadənin kitabında 
20 min, A. Balayevin kitabında 30 min, Fövqəladə  İstintaq Ko-
missiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Mil-
li Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın 
1918–ci ildə soyqırıma məruz qaldığı göstərilir. (52) Lakin faktlar 


49
sübut edir ki, gələcəkdə tədqiqatlar davam etdirilməklə daha çox 
insanın soyqırıma məruz qaldığınıs üzə çıxarmaq olar.
Ermənilərin bütün dövrlərdə, o cümlədən 1918–ci ildə 
azərbaycanlılara qarşı törətdikləri cinayətlər yəhudilərə qar-
şı 1933–1945-ci illərdə törədilmiş Xolokost cinayəti ilə eyniyyət 
təşkil edir. Ukraynadakı Xolokost Tarixini Araşdırma Mərkəzinin 
direktoru Anatoli Podolski azərbaycanlıların məruz qaldığı 1918–
ci il soyqırımı haqqında demişdir: “Bu hadisələr ermənilərin  əli 
ilə zorla sovet hakimiyyəti qurularkən baş verib. Bu gün bu haqda 
həqiqətləri yazmaq lazımdır.” (53) 
Maykl Smit “İtirilmişlər haqqında xatirə  və Azərbaycan 
cəmiyyəti”  əsərində qeyd edir ki, Azərbaycanın təqvimində üç 
matəm tarixi–31 mart–azərbaycanlıların genosid günü, 26 fevral 
Xocalıda “Xolokost” günü və 20 yanvar–Qara yanvar qurbanları-
nın anım günü mövcuddur.
Bu faciələr əsasən tarixi unutqanlığın nəticəsində baş vermişdir. 
Tarixini unudan xalqın tarixi təkrar olunur. Əgər 70 il kommunist 
rejimi dövründə bilərəkdən saxta tarix vasitəsilə Azərbaycan xal-
qının yaddaşından 1918–ci il müsibətləri silinməsəydi, 1918–ci il 
mart qırğınlarında öldürülən minlərlə dinc sakinin dəfn olundu-
ğu yerdə S.M.Kirovun adına istirahət parkı salınmasaydı 1990–cı 
ilin 20 yanvar, 1992–ci ilin 26 fevral Xocalı faciəsi və digər faciələr 
baş verməzdi. 1918- ci ildə Bakı, Şamaxı, Quba və digər ərazilərdə 
məcburi köçkünə çevrilən insanların taleyinə biganə qalmasaydıq, 
bu gün 1 milyondan artıq qaçqın və məcburi köçkünün problemi 
ilə üz- üzə qalmazdıq. 
Gələcəkdə yeni faciələrin baş verməməsi və  təhlükələrin qar-
şısının vaxtında alınması üçün tarix obyektiv şəkildə  dərindən 
öyrənilməli və ondan ibrət götürülməlidir.


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə