Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə109/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   105   106   107   108   109   110   111   112   ...   306

istehsal edilən xidmətlərin və malların xüsusi çəkisi yekun göstəricidir. Turizmin 

ölkə  iqtisadiyyatındakı  rolunu  xarakterizə  etmək  üçün  onun  regional  inkişafa, 

məxsusi  olaraq  xarici  səyyahların  tələbatının  ödənilməsi  üçün  nəzərdə  tutulan 

malların və xidmətlərin istehsalının yeni sahələrinin yaradılmasına stimullaşdırıcı 

təsirini müəyyənləşdirmək vacibdir. 

Turistlərə  xidmət  göstərilməsi  sahəsində  birbaşa  məşğulluqla  yanaşı, 

turizmlə  əlaqəli  olan  sahələrdə  də  məşğulluğun  artımı  müşahidə  olunur. 

Turistlərin  istehlakı  birbaşa  yaxud  dolayısı  ilə  müvafiq  malları  və  xidmətləri 

istehsal  edən  sahələrin  inkişafını  stimullaşdırır  və  deməli,  ora  kapital 

qoyuluşlarını artırır: göstərilən sahələrdə idxalın həcmi azaldıqca, turizmin onlara 

göstərdiyi təsir güclənir. 

İnkişaf etməkdə olan ölkələrdə səyahətlərdən daxilolmaların artımı əsasən 

Yaponiya,  Çin,  Cənub-Şərqi  və  Qərbi  Asiya  ölkələri  tərəfindən  təmin  olunur. 

Lakin  ayrı-ayrı  inkişaf  etməkdə  olan  ölkələrdə  1990-2010-cu  illərdə  artım 

templəri əhəmiyyətli dərəcədə, ildə 1%-dən 18,5%-dək dəyişirdi (İndoneziyada - 

böhranadək). Ümumilikdə isə, sürətli artıma meyil inkişaf etməkdə olan ölkələrin 

3 qrupu üçün səciyyəvidir; turizm üçün yaxşı təbii resursları olan və bu sahədə 

fəal  siyasət  həyata  keçirən  ölkələr;  sürətli  sənayeləşmə  və  iqtisadiyyatın 

super-liberallaşdırılması mərhələsini yaşamış ölkələr; yaxın keçmişdə miqrasiya 

və emiqrasiyanm böyük axınlarının mənbəyi olmuş ölkələr. 



Turist səfərlərinin və onlardan əldə olunan gəlirlərin fərqləndirilməsi. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  beynəlxalq  turizmdən  maliyyə  daxilolmalarının 

mütləq ifadədə bÖ3dik hissəsi inkişaf etmiş ölkələrin payına düşür. Ancaq faizlə 

götürüldükdə, inkişaf etməkdə olan bir çox ölkələrdə səyahətlərin sürətlə artması 

səbəbindən onların payı ixtisar olunur. Belə ki, son 25 ildə inkişaf etmiş ölkələrin 

qlobal  mədaxillərində  turizmin  payı  6  faiz-bənd  azalmış,  inkişaf  etməkdə  olan 

ölkələrdə isə bu qədər çoxalmışdır. Buna baxmayaraq, ölkələrin göstərilən qmpu 

beynəlxalq  səyahətlərdə  lider mövqeyini saxlayır. 2008-ci  ildə dünyada turizm 

xidmətlərinin 20 ən iri ixracatçısının 11-i inkişaf etmiş ölkələr qrupuna daxil idi. 

Ən iri ixracatçı 2007-ci ildə 100 milyard dollar gəlir əldə edən ABŞ-dır. Bütün 

dünyada  səyahətlərdən  əldə  olunan  mədaxillərdə  onun  payı  əsasən  dolların 

məzənnəsinin başqa əsas valyutalara nisbətdə aşağı düşməsi hesabına 1,5 dəfə, 

1970-ci  ildəki  12%-dən  1995-ci  ildəki  19,3%-dək  yüksəlmişdi.  2000-2007-ci 

illərdə bu pay bir qədər, 15%-ə düşmüşdü. İspaniya və İtaliyanın payları nisbətən 

sabit  qaldığı  halda,  başqa  inkişaf  etmiş  ölkələrin,  o  cümlədən  Avstriya, 

Danimarka, Finlandiya, Almaniya, İrlandiya, Niderlan və 

272 



İsveçrənin  payı  azalmışdı.  Bu  ölkələrdə  nisbi  xərclər  yüksək  olduğuna  görə 

səyyahlar  başqa,  o  cümlədən  inkişaf  etməkdə  olan  ölkələrdəki  marşrutlara 

üstünlük verirdi. 

İki  qrup  dövlətdə:  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə 

turizmdən  daxilolmalann  məbləği  müqayisə  edildikdə  görünür  ki,  beynəlxalq 

turizmdən  əldə  olunan  mənfəəti  iqtisadiyyatı  daha  çox  inkişaf  etmiş  dövlətlər 

(ABŞ, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, 

İsveç)  əldə  edir.  Çinə  turist  axını  misli  görünməmiş  yüksək  templərlə  artır: 

1980-ci ildə turizm bu ölkəyə 617 milyon dollar, 1995-ci ildə 7,8 milyard dollar

2009-cu ildə 14 milyard dollardan çox gətirmişdir. 

1990-cı  illərdə  və  2000-2009-cu  illər  dövründə  inkişaf  etmiş  ölkələrdə 

beynəlxalq  turistlərin  y4  hissəsi,  oradan  gələnlərin  payı  cəmi  35%  təşkil  edən 

Yaponiya  istisna  olunmaqla,  həmin  qrupa  daxil  olan  ölkələrin  payına  düşür, 

başqa  sözlə,  dünyanın  ən  çox  inkişaf  etmiş  dövlətlərinin  özlərinin  arasında 

səyyahların  mübadiləsi  baş  verirdi.  Bu  meyil  XXI  əsrin  birinci  onilliyində  də 

qalmışdır.  1990-cı  illərdə  və  2001-2007-ci  illərdə  Qərbi  Avropada  turizmin  % 

hissəsi  regiondaxili  olmuş,  özü  də  bu  cür  turizmin  ölkələr  üzrə  payı  Böyük 

Britaniyadakı  65%-dən  Portuqaliyadakı  95%-dək  fərqlənmişdir.  Aralıq  dənizi 

sahilində yerləşən ölkələrə turist axınının nisbətən çox olması Şimali Avropadan 

olan səyyahların daha əlverişli iqlimi olan yerləri gəzmək istəyi ilə yanaşı, bəşər 

mədəniyyətinin mənbələri ilə ünsiyyətə girmək arzusunu ifadə edirdi. Sonuncu 

onillikdə Avropaya ABŞ-dan gələnlərin sayı xeyli azalmış, Çindən, Yaponiyadan 

və  ASEAN  ölkələrindən  isə  artmışdır.  Yaxın  illərdə  Qərbi  Avropaya  start 

səviyyəsi son dərəcə aşağı olsa da, bəzi Şərqi Avropa ölkələrindən gələnlərin sayı 

sürətli  templərlə  artırdı.  Turizm  sahəsində  böyük  imkanlar,  inkişaf  etmiş 

mehmanxanalar  şəbəkəsi  və  infrastruktur,  Avropa  İttifaqının  sərhədlərinin 

açılması, La-Manş altındakı tunel, yüksəksürətli dəmir yolu şəbəkəsinin inşası və 

səyyahlar  arasında  qısamüddətli  məzuniyyət  götürmək  meylinin  güclənməsi 

sonuncu  onillikdə  Qərbi  Avropaya  turist  axınının  dayanıqlılığına  öz  təsirini 

göstərmişdir. 

Ən  çox  pul  xərcləyənlər  də  inkişaf  etmiş  ölkələrin  turistləridir.  2001- 

2009-cu  illərdə  dünya  üzrə  bu  cür  xərclərin  həcminin  80%-i  onların  payına 

düşürdü. Sakinləri turizmə ən çox pul xərcləyən 20 ölkədən 17-si inkişaf etmiş 

ölkələrdir, Almaniya isə hətta ABŞ-ı ötüb keçmişdir: onun turistlərinin xərcləri 

ümumdünya  həcminin  13%-i  qədərdin  ABŞ-m  payı  1980-ci  ildəki  22%-dən 

2009-cu ildə 12%-ə enmişdir. Xərclərin həcminə görə sonra gələn ölkələr 

273 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə