Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə106/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   102   103   104   105   106   107   108   109   ...   306

uğursuz formalarını və həyata keçirilmə metodlarını seçsələr də, Vahid Dövlət 

İmtahanını tətbiq edənlər məhz bu meyli nəzərə almışdılar. 

Sonuncu onillikdə iqtisadi, sosial, mədəni və siyasi proseslərin dinamikası, 

ölkələrin, millətlərin və mədəniyyətlərin qarşılıqlı asılılığının misli görünməmiş 

tərzdə  güclənməsi  hazırki  dövrdə  bütün  dünyanı  əhatə  edən  qlobal  təhsil 

məkanının  formalaşması  ilə  nəticələnmişdir.  Bu  məkan  kifayət  dərəcədə 

aydınlıqla  ölkələrin  qlobal  iqtisadi  və  sosial-mədəni  proseslərdəki  ümumi 

mövqeyi əsasında müəyyənləşdirilən müvafiq iyerarxiyada tutduğu  yerə uyğun 

olaraq,  beynəlxalq  əmək  bölgüsünün  yeni  sisteminə  daxildir.  Bununla  bağlı 

olaraq,  professor  A.A.Andreyev  düzgün  qeyd  edir  ki,  bu  iyerarxiyanın  yüksək 

mərtəbələrini  öz  dövrü  üçün  daha  mürəkkəb  sayılan  innovasiya  fəaliyyəti 

növlərini həyata keçimıəyi bacaran ölkələr tutur. Zaman keçdikcə, öz avanqard 

əhəmiyyətini itirən bu fəaliyyət növləri yerini başqalarına verir. XX əsrin ikinci 

yarısında sənaye mərhələsindən postsənaye mərhələsinə keçid  vaxtı köhnəlmiş 

texnologiyaların  bu  cür  «atılmalarının»  bir  neçə  dalğası  olmuşdur.  Bu 

vəziyyətlərdə  lider  ölkələr  ixtisaslaşmalarının  vaxtında  yenidən  fonnalaş- 

dırılması sayəsində öz imtiyazlı mövqelərini qoruyub saxlaya bilmişdi. İlk zaman 

onların  keyfiyyət  üstünlüyünü  ağır  sənaye  təmin  edirdi;  sonradan  bu  sənaye 

hissələrlə  «yeni  sənaye  ölkələrinə»  köçürüldükdə,  həmin  yeri  elektronika  və 

eimtutumlu  istehsallar  tutdu.  Bizim  dövrdə  isə  liderlik  edən  «avanqard» 

iqtisadiyyatlara mənsubiyyət, ilk növbədə, dünya bazarlarına əşyaları (hətta çox 

mürəkkəb və bahalı) göndərməkdən daha çox, onların istehsalı üçün zəruri olan 

biliklər və texnologiyalar əsasında müəy- yənləşdirilməyə başlandı.' 

Ancaq biliklərin və texnologiyaların üzərində inhisarın da əbədi olmadığı 

aydındır. Artıq bu gün öz inkişafında liderlərin arxasınca gedən bəzi iri ölkələr 

tədqiqatların və elmi-texniki işlərin hələ bu yaxınlarda onlar üçün əlçatmaz olan 

səviyyəsinə  qalxmışdır.  Gözləmək  olar  ki,  yaxın  perspektivdə  dünya 

ixtisaslaşmasında  «ali»  (və  daha  çox  gəlir  verən)  rolu  biliklərin  istehsalından 

daha çox, onların yaradıcılarının istehsalı oynayacaqdır. Təbii ki, bu təhsil, daha 

dəqiq ifadə etsək, yüksək keyfiyyətli, elita səviyyəsində təhsildir. Bu gün yüksək 

texnologiyalar ilə əlaqələndirilmiş təhsil innovativ inkişafın əsas tərkib hissəsinə, 

onun «lokomotivinə» çevrilərək, hərəkətverici qüvvə rolunu elmi- 

^  Андреев  А.А.  Инновационный  путь  развития  России  в  контексте  глобального  пространства 

образования // Вестник Российской Академии наук, февраль 2011. С. 99. 

265 



texniki  tərəqqinin  ənənəvi  lideri  olan  hərbi-sənaye  kompleksindən  almaq 

iddiasındadır. 

Yaxın  vaxtlaradək  təhsilə  dövlətin  mədəni-maarifçilik  funksiyası 

qismində yanaşılırdısa, bu gün vəziyyət dəyişir. Bütün inkişaf etmiş ölkələrdə və 

bəzi xüsusi uğur qazanmış inkişaf etməkdə olan ölkələrdə şagird və tələbələrin 

sayının  sürətlə  çoxalması  nəticəsində  pullu  təhsil  xidmətlərindən  əldə  olunan 

gəlirlər  artmaqla  yanaşı,  təhsili  iqtisadiyyatın  mənfəətli  sahələrindən  birinə 

çevirmişdir.  Belə  ki,  əcnəbilərin  təhsil  alması  ABŞ  iqtisadiyyatına  ildə  13 

milyard dollar (ABŞ iqtisadiyyatının ixrac sahələri arasında beşinci yer) gətirir. 

Dünyanın  təhsil  bazarı  təqribən  100  milyard  dollar  civarmda 

dəyərləndirilir. Bu rəqəm dünyanın qızıl, emal olunmamış almazlar və zərgərlik 

üçün brilyantların ümumi bazarlarının illik dövriyyəsinin cəminə bərabərdir. Bu 

sahənin  rəqabət  qabiliyyəti  getdikcə  güclənir,  burada  şagird  və  tələbələr  (o 

cümlədən  əcnəbi)  peşəkar  müəllim  kadrları,  pedaqoji  texnologiyalar  və  tədris 

prosesini asanlaşdıran resursların əldə edilməsi uğrunda mübarizə gedir. 

Belə  şəraitdə  böyük  imkanlara  malik  olan  ölkələr  miqrasiyanın  seçim 

əsasında  təşviqi  strategiyasından  istifadə  edir.  Bunun  nəticələri  göz 

qabağındadır: indi «Microsoft» şirkətinin heyətinin 'A hissəsi Hindistan mənşəli 

işçilərdən  ibarətdir;  NASA  heyətində  də  hindlilər  təqribən  bu  qədərdir. 

Ekspertlərin  hesablamalarına  görə,  hazırda  ABŞ-da  işləyən,  doktorluq  elmi 

dərəcəsi  olan  mütəxəssislərin  təqribən  40%-i  bu  ölkədə  doğulmamışdır, 

informasiya  texnologiyaları  və  elektronika  kimi  sahələrdə  isə  onlann  xüsusi 

çəkisi  50%-dən  artıqdır.  Rəqabət  məcmu  dünya  intellekti  uğrunda  strateji 

mübarizə  səthinə  keçmişdir.  Təhsil  sahəsində  siyasət  ölkələr  və  beynəlxalq 

birliklər arasında qlobal rəqabətin istiqamətlərindən birinə çevrilmişdir. 

Məlumdur  ki,  əvvəlki  onilliklərdə  inkişaf  etməkdə  olan  ölkələrə 

«yardıma» böyük önəm verilir və bunun çərçivəsində onlar üçün mütəxəssislər 

hazırlanırdı.  Bu  zaman  Qərbdə  təhsil  alan  əcnəbi  tələbələrin  böyük 

əksəriyyətinin  oxuduqdan  sonra  aldığı  bilikləri  öz  vətənlərində  tətbiq  edəcəyi 

nəzərdə  tutulurdu.  Son  illərdə  bu  cür  təhsil  tələbələri  qəbul  edən  ölkələr 

tərəfindən  özü  üçün  kadr  hazırlanmasının  praktiki  olaraq  heç  bir  xərc  tələb 

etməyən üsulu kimi nəzərdən keçirilir. ABŞ, Böyük Britaniya, Fransa, Kanada, 

Almaniya, Avstraliya və başqa ölkələrdə ən yaxşı əcnəbi tələbələrin təhsil aldığı 

ölkədə  işə  götürülməsi  üçün  müvafiq  hüquqi  mexanizmlər  və  əlverişli  şərait 

yaradılmışdır. 

266 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə